32
məğlub edib Şiraz, Fars , Kirmanı tutdular. 1504-cü ildə Firuzkuh
qalası ələ keçirildikdən sonra Firuzkuh, Dəmavənd, Xar, Simnan
hakimi Kiya Hüseyn Çelavi və Sultan Muradın sığındıqları Osta
qalası və Yəzdi fəth etdilər. Şah fəth etdiyi bu bölgələri sərhədləri
hüduduna daxil edib şəhər və qalalara türk hərbi əyanlarından
hakimlər təyin etdi. Yəzdin idarəsini Hüseyn bəy Lələ Şamlıya ver-
di.(138, 396, 398,400). Azərbaycan Səfəvilər səltənətinin qurucusu
olan Şah İsmayılın dövlətinin hərbi-siyasi özülünü türk-qızılbaşlar
təşkil edirdi. İsmayıl Əlvənd Mirzə və Sultan Murad üzərində
qələbə çalıb, Azərbaycanda hakimiyyətə keçdikdən sonra, müha-
ribələrlə tutduğu ölkələrə bir qayda olaraq Qızılbaş türk el və
oymaqlarını köçürdüb yerləşdirərək fəth olunan torpaqlarda dövlə-
tin hərbi-siyasi dayaqlarını da yaradırdı. Bu barədə Əbdi bəy Şirazi
yazır: «Şiraz (Fars) vilayətini Zülqədər Keçəl bəy Hacılar (adı) ilə
məşhur olan İlyas bəyə verdilər. O tarixdən Şiraz Zülqədər tayfasına
mənsub oldu… Bu il (1508) Diyarbəkr vilayəti tayfanın (Ustaclı)
nəsilbənəsil əmiri olan Xanməhəmməd Ustaclıya verildi»
*
(28, 36,
39). Xorasan üstündə Səfəvi-Şeybani çəkişmələrində Şeybani xan I
Şah İsmayıla «…Tərəkəmə (Türkman-Z.B.) Ağqoyunlulara qohum-
luğuna arxalanaraq, hakimiyyət iddiasına düşmək, bəlkə o zaman
mümkün olardı ki, mənim tək yeddi iqlim padşahı meydanda
olmasın» deyə yazdığı sonuncu məktuba cavab olaraq Qızılbaş
ordusu Xorasana daxil olur.
Mərv yaxınlığında Mahmudi kəndində (1510) döyüşdə Qızılbaş
ordusu qələbə çaldı. Səfəvi ordusu Xorasan, Bədəxşan, Qəndəhar,
Kabili tutdu. Türküstan da faktiki olaraq onlardan asılılığı qəbul etdi
(43, 5-6). Bu qələbələrdən sonra I Şah İsmayıl h. 917 (1510-1511)-
ci ildə Sovucbulaq və Rey hakimi Zülqədər Abdal bəy Dədəni
*
I Şah İsmayıl 1508-ci ildə Zülqədər hərbi səfərindən geri qayıdarkən
Bayandurların Diyarbəkrdəki valisi Əmir bəy Mosullu onu qarşılamış və qiymətli
hədiyyələr təqdim etmişdir. Diyarbəkr Səfəvi torpağına qatılmış və ora
Xanməhəmməd Ustaclı hakim təyin edilmişdir. (Yəhya bin Əbdüllətif Qəzvini.
Lübbət-təvarix, s.405)
33
Mərvə, Bayram bəy Qaramanlını isə Bəlx, Əndixod, Şibirgan və
Garcistana, Zeynal xan Şamlını Rey və Sovucbulağa hakim təyin
edir (138, 409, 410; 128, 203; 108, 43; 67, 48). Bayram bəy
Qaramanlı 1512-ci ildə özbəklərlə savaşda öldürülür. Zülqədər
Abdal bəy Dədə də özbəklərin Məhəmməd Teymur xanın başçılığı
altında 1513-1514-cü illərdə Xorasana hücumu zamanı Mərvin
müdafiəsini təşkil edə bilmədiyinə və şəhərdən qaçdığına görə vəzi-
fədən azad edilir (138, 414; 128, 203, 226, 227; 108, 48; 77, 138,
139; 67, 48). Özbəklərin hücumlarının qarşısı alındıqdan sonra
1513-1514-cü illərdə Zeynal xan Şamlı Herata, Div sultan ayamalı
Əli bəy Rumlu Bəlx və onun ətrafına, Ağqoyunlu dövrünün böyük
əmirlərindən olmuş Gülabi bəy bin Əmir bəy Mosullunun oğlu
Əmir xan Mosullu Qayeyə, İlyas bəy Ayqut oğlu isə Reyə hakim
təyin edilmişdir (28, 47; 138, 414, 415; 128, 227, 228, 484). Əbdi
Şirazinin yazdıqlarından açıq-aşkar görünür ki, I Şah İsmayılın fəth
olunmuş ölkələrdə Türk-Qızılbaş ellərinin yerləşdirilməsi tədbirləri
onun hakimiyyətinin sonuna qədər davam etmişdir. Müəllif 1515-ci
il hadisələrindən bəhs edərkən yazır: «Qayenin hakimi Əmir xan
Mosullu ali taxtın ayağına gəlib, Xorasanın vəziyyətini və özbək-
lərin hücumunu ərz etdi. Bu zaman Div sultan Bəlxdən dərgaha
gəldi və həmin əhvalatı (Şah İsmayılın) qulağına çatdırdı. Buna
görə də Xorasanın idarəsini Amu Dərya çayının kənarından İraqın
(İranın) Simnanına qədər… Təhmasibə (Təhmasib Mirzə) həvalə
etdi. …Şahzadə Təhmasibin lələliyini Əmir xan Mosulluya verdi-
lər…» (28, 36, 37, 47, 49-50; 128, 246, 247, 248). Təhmasib Mirzə
Xorasan valisi,lələsi Əmir xan Mosullu isə Herata hakim təyin
edilir. Bu vaxtdan etibarən bir qayda olaraq Xorasana valinin
şahzadələrdən qoyulması və onun lələsinin isə Herat hakimi statusu
daşıması ənənəyə çevrilir (128, 278, 279). Təhmasib Mirzədən
sonra h. 928 (1522)-ci ildə Herata Sam Mirzə vali göndərilmişdi.
Şamlı Durmuş xan isə Sam Mirzənin lələsi, həm də Herat hakimi
olmuşdu (138, 420; 108, 49, 50; 67, 48; 43, 6). Şahın fərmanına
(1522) əsasən Xorasan vilayəti Simnandan Amu-Dərya çayına
qədər Sam Mirzəyə verilir, Herata hakim isə onun lələsi Durmuş
xan Şamlı təyin edilir (128, 291). H. 929 (1522-1523)-cu ildə
34
Zeynal xan Şamlı Astrabada, Zeynəddin sultan Şamlı Nişapura,
Əhməd bəy Əfşar da Fəraha hakim göndərilmişdi (128, 294).
1503-1510-cu illərdə İraqi-Əcəm, Fars, Gilan, Mazandaran,
İraqi-Ərəb və bütün Xorasan fəth edildi. Azərbaycan Səfəvi döv-
lətinin şərqdə sərhədi Amu-Dərya çayına çatdı. I şah İsmayıl fəth
etdiyi bir çox ölkələrdə, xüsusən də Gilanda məhəlli sülalələrin
ciddi müqaviməti ilə qarşılaşmışdı. Rəşt valisi Əmir Hüsaməddin
əvvəlki imtiyazının itirməsi ilə hesablaşmır, müstəqilliyini bərpa
etməyə çalışırdı. I Şah İsmayıl valinin bu cəhdlərinin qarşısını
almaq üçün 1507-ci ildə Rəştə qoşun göndərdi. Qızılbaş ordusunun
qarşısında tab gətirməyəcəyini hiss edən Əmir Hüsaməddin Əmir
Nəcmini qiymətli hədiyyələrlə Şahın hüzuruna göndərdi. Şah Əmir
Nəcminin xahişini nəzərə alaraq Əmir Hüsaməddini əfv edir (128,
154; 108, 40). Bu zaman Lahicanda da qiyam baş vermişdi ki,
nəticədə Lahican hakimi Karkiyə Mirzə Əli və Ranqu hakimi
Karkiyə sultan Həsən öldürülmüşdü. Qızılbaş ordusu qiyamın qarşı-
sını alıb, günahkarları cəzalandırdı. Ranquya Karkiyə Sultan
Həsənin oğlu Sultan Əhməd hakim təyin edildi (128, 155). Artıq
Mazandaran və onun ətraf bölgələrindəki məhəlli hakimlər də vali
statusu ilə Təbrizə tabe idilər. 1517-ci ildə Mazandaran valisi Ağa
Məhəmməddə separatizm meyli baş verdiyinə görə I Şah İsmayıl
Durmuş xan Şamlının başçılığı altında bir bölük qızılbaş əsgərini
Mazandarana göndərir. Durmuş xan Şamlı Mazandarana daxil
olduqda Ağa Məhəmməd müqavimət göstərməyin mənasız oldu-
ğunu görüb tabe olur. Bu hadisədən sonra, 1517-1521-ci illərdə
Sarı valisi Mir Əbdülkərim, Hezarcərib hakimi Seyid Hüseyn,
Rüstəmdar hakimləri Məlik Kavus və Məlik Bəhmən Durmuş xana
hədiyyələr göndərib Təbriz hökumətinə tabe olduqlarını, sədaqətlə
xidmət edəcəklərini bəyan etdilər. Ancaq Mazandaran hakimi Ağa
Məhəmməd öhdəsinə götürdüyü 3 min tümən vergini nəinki ödədi,
əksinə yenə mərkəzə tabe olmadı. Şah Ağa Məhəmmədi tutduğu
vəzifədən azad etdi və onun yerinə, Mazandarana da Mir
Əbdülkərim təyin edildi. O, ildə 7 min tümən vergi ödəməli idi
(128, 269-270, 282). I Şah İsmayıl bu bölgələrin məhəlli hakim-
lərinin mərkəzdənqaçma istəklərinin güclü olmasını nəzərə alıb on-
Dostları ilə paylaş: |