29
əlaqələndirən məmur), Sarı Əli bəy Təkəli - möhürdar, Hüseyn bəy
Əfşar – süfrəçibaşı təyin olundu. Ancaq ilk hərbi yürüşlər illərində
yaradılan həmin mərkəzi idarəçilik aparatının özülü tədricən geniş-
ləndirilmiş və daha da möhkəmlənmişdir. Belə ki, Şirvan şahı
Fərrux Yasərin(1462-1500) qoşunu məğlub edilib. Şamaxı tutul-
duqdan sonra, İsmayıl özünün əsas hərbi qüvvəsi ilə 1500-cü ilin
sonunda qışlamaq üçün Şamaxıdan Mahmudabada gəlmiş və orada
təbrizli Şeyx Məhəmməd Köcəcinin övladlarından, «illərlə türk
səltənətinə vəzirlik edən», yəni Bayandurlu dövründə vəzir vəzifə-
sində işləmiş Əmir Şəmsəddin Zəkəriyyə Təbrizi Köcəcini ali divan
vəziri təyin edib, ona «Kilid-i Azərbaycan» - Azərbaycanın açarı
kimi dəbdəbəli bir ad vermişdir (77, 54, 66; 28, 33, 39; 138, 393,
394; 108, 35: 20, 41, 228).
İsmayılın başçılığı altında Şirvana daxil olan (1500) Ustaclı,
Şamlı, Rumlu,Təkəli, Varsaq, Zülqədər, Əfşar, Qacar, Qaracadağ
sufilərindən ibarət 7 minlik qoşunun əsgəri heyəti və bu qoşunun
yüksək rütbəli zabitləri türk olub, qoşun başçılarından savaşlarda
Xan Məhəmməd Ustaclı, Əvəz sultan Ustaclı, Hüseyn bəy lələ
Şamlı, Əhməd bəy Sofi oğlu Ustaclı, Bayram bəy Qaramanlı,Çaşan
Qaraca İlyas Bayburdlu, İlyas bəy Ayqut Uyğur oğlu Xunuslu,
Sultanşah bəy Əfşar,Cəlal bəy və Qılınc bəy Qaramanlı, Lələ
Məhəmməd Təkəli, Piri bəy Qacar, Dana bəy Əfşar və bir çox
başqa türkmən bəyləri iştirak etmişdilər ki, onlardan Hüseyn bəy
lələ və Dədə Abdal bəy Zülqədərə əmir əl-üməra, Ustaclı
Məhəmməd və İlyas bəy Ayqut oğluna isə əmir-i əzəm (böyük
əmir) rütbəsi verilmişdi. Elə bu vaxt Dədə Abdal bəy Zülqədər
qorçubaşı və Mövlanə Şəmsəddin Gilani
*
də sədr vəzifəsinə təyin
olunmuşdu (138, 394; 115, v.43a-b; 95, v. 5a; 128, 95, 107; 20, 41;
67, 20, 22; 77, 41, 42, 46, 47).
I Şah İsmayılın ordusu Qızılbaş-Türk elləri üzrə səfərbər
edilən qeyri-nizami əsgəri alaylarından ibarət olub, hər elin əmiri öz
*
Mevlana Şəmsəddin Gilani 1494-1499-cu illər arasında Lahican şəhərində
İsmayılın farsca və ərəbcə dillərinin öyrətmənidir. (Abdullatif Kazvini. Safevi
tarihi, s.33, 63-cü qeyd )
30
elinin qoşununa komandanlıq edirdi. Ordu birləşmələrinə isə şahın
əmir əl-üməra rütbəsi ilə təltif etdiyi əsilzadələr başçılıq edirdi. O.
Əfəndiyevin yazdığı kimi əmir əl-üməra hərbi rütbə və vəzifəsi
Qızılbaş-Türk el əyanlarının inhisarında olub, bu vəzifəni tutanlar
arasında eyni vaxtda vəkil mənsəbini də icra edənlərə təsadüf edilir
(20, 227). I Şah İsmayılın hakimiyyətinin ilk illərində Hüseyn bəy
Lələ Şamlı 1502-1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi
(138, 407; 128, 123; 67, 47). O, 1509-cu ildə Təbrizdə divan əmiri
və əmir əl-üməra vəzifəsindən azad edilmiş, ulka və nökərləri
Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı. Məhəmməd bəy
Ustaclıya elə bu vaxt Sultan titulu və Çayan (Çayan sultan) ayaması
verilir (77, 50; 138, 407; 128, 187, 243). Bacarıqlı dövlət xadimi
Hüseyn bəy Lələnin tutduğu vəzifədən azad edilməsinin, ulka və
nökərlərinin alınıb özündən aşağı səviyyədə duran bir əyana
verilməsinin səbəbləri tədqiqata cəlb etdiyimiz mənbələrdə göstəril-
məmişdir. Ancaq bu mənbələrdə onun yeni vəzifələrə təyin edilməsi
və vəfatı haqqında məlumat verilmişdir. Hüseyn bəy Lələ Şamlı
1509-cu ildə Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə
Herata vali göndərilmiş və 1514-cü ildə Çaldıran savaşında
öldürülmüşdür (77, 141; 108, 46; 67, 47). Çayan sultandan (1509-
1523) sonra Div sultan Rumlu (1524-1527), Çuxa sultan Təkəli
(1527-1531), Hüseyn xan Şamlı (1531-1534) əmir əl-üməra və
divan əmiri olmuşdu (128, 326, 331, 332; 77, 181, 253-254; 20,
227; 138, 410, 421).
Qeyd olunduğu kimi, İsmayıl hakimiyyətə keçənə qədər
qoşununun yüksək hərbi zümrəsi hesabına yeni dövlət aparatının
özülünü qoymuş, habelə, ilk döyuşlərdə ələ keçirilmiş bölgələrdə
hakimlərlə təmsil olunan yerli idarəçilik forması yaradılmışdır. Bu
dövlətin artıq qoşunu, sərkərdələri, odlu (top, tüfəng) və soyuq
silahı, hərbi sürsatı ilə yanaşı, yaranmış olan hakim zümrəsi; vəzir-
ləri, əmir əl-üməraları, baş əmirləri, xəlifət əl-xüləfası, möhürdarı,
bayraqdarı, süfrəçisi, sədri və s. vəzifə sahibləri vardı.
İsmayılın başlıca məqsədi Şirvanşahların və Ağqoyunluların
XV yüzilin son illərində çökmüş dövlət hakimiyyətlərini aradan
götürmək, Azərbaycan torpaqlarını güclü mərkəz ətrafında birləş-
31
dirmək, güclü Azərbaycan Səfəvi səltənətini qurmaq idi. İsmayıl
Şirvanda Fərrux Yasər üzərində 1500-1501-ci illərdəki uğurlu
qələbələrdən sonra Əmir Zəkəriyyə Təbrizi Köcəcinin məsləhəti ilə
Gülüstan qalasının mühasirəsindən əl çəkib, Ağqoyunlu Əlvənd
Mirzəni aradan götürmək üçün güneyə yollanmışdı (128, 115). Bu
barədə İsgəndər bəy Türkman yazır: «mühasirə zamanı (Gülüstan
qalası-Z.B.) qeyb aləmindən gələn səs Azərbaycan səltənət taxtı və
şahlığın müjdəsini o həzrətə verdi… o həzrət böyük əmirləri yanına
çağırıb dedi ki, sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan
taxtı?» (80, 27; 128, 113). Bu məsələ böyük əmirlərin iştirakı ilə
hərbi şurada da müzakirə edilmiş və güney hərbi yürüşü haqqında
bir səslə qərar qəbul edilmişdir. İsmayıl 1501-ci ildə Şərurda
Ağqoyunlu Əlvənd Mirzə üzərində də qələbə çalıb Azərbaycan
Səfəvi dövlətinin yaradılması yolunda ağır sınaqlardan uğurla çıxır
(28, 33; 103, 247; 20, 53, 54). Şərur qələbəsindən sonra 1501-ci ildə
İsmayıl Təbrizdə hakimiyyətə keçdi və Azərbaycan Səfəvi dövləti
rəsmən yarandı. Dövrün mötəbər mənbələrinin bu barədə verdiyi
məlumatlar Azərbaycan adı ilə Səfəvi dövlətinin yaranmasını əsaslı
surətdə sübut edir. "Lübbət-təvarix" də İsmayılın Şərur qələbəsin-
dən sonra darossəltənə-ye Təbrizə gəlib "sərir-e səltənət-e Azərbay-
can"- Azərbaycan şahlıq taxtından oturub oranı şahlığı ilə bəzədiyi
yazılmışdır(138, 394). Məhəmməd Yusif Qəzvini də yazır ki, Şərur
döyüşündən sonra İsmayıl darossəltəne-ye (paytaxt, mərkəz)
Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (təxte səltənete Azər-
baycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər təmam
məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm
zərb edildi (128, 121, 122) İsmayılın başçılığı altında türk qızılbaş
əsilzadələri və onların hərbi-siyasi arxası olan 7-8 minlik türk
ordusu 1499-1501-ci illərdə Şirvanşah və Əlvənd Mirzə üzərində
qələbə çalıb, Azərbaycanı yenidən vahid mərkəzdə birləşdirib
mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratdılar. Ancaq çox bö-
yük hərbi-siyasi gücə malik olan Bayandurlu Sultan Muradı aradan
götürmədən mərkəzləşdirmə prosesini başa çatdırmaq mümkün
deyildi. I Şah İsmayılın ordusu 1503-cü ilin baharında İraqi Əcəmə
daxil oldu və Həmədan yaxınlığında Sultan Muradın qoşununu
Dostları ilə paylaş: |