35
ların hüquqlarını azaltdı. Bu zaman Zeynal xan Şamılının
Mazandaran və Rüstəmdara hakim təyin edilməsi burada mərkəzi
hakimiyyətin nəzarətinin artırılması ilə səciyyəvi olsa da, yerli
sülalələrin sahibkarlıq hüquqlarına toxunulmamışdı. Rəştdə atası
Əmir Hüsaməddinin vəfatından sonra hakimiyyətə keçmiş Əmir
Dibac bu vəziyyətdən istifadə edib, yenə də mərkəzə tabe olmaqdan
imtina etmişdir. Durmuş xan və Zeynal xanın başçılığı altında
Qızılbaş-Türk ordusu Gilana daxil olduqda Əmir Dibac Sultaniyəyə
gəlmiş və günahlarının bağışlanmasını xahiş etmişdi. Şah onu
babalarının vaxtı ilə Şahlığa sədaqətlə xidmət etmələrini nəzərə alıb
bağışladı. Əmir Dibac ona verilmiş fərmana əsasən idarə etdiyi
vilayətin gəlirindən beş min tümən hədiyyə verəcəyi və hər ildə də
dövlət xəzinəsinə təyin olunmuş miqdarda xəracı vaxtında ödəyə-
cəyi barədə öhdəliyi üzərinə götürdükdən sonra Rəştə qayıtmağa
icazə almışdı. Şah İsmayıl tərəfindən Müzəffər sultan ayaması alan
Əmir Dibac 1534-cü ildə Səfəvilərə xəyanət edərək Sultan
Süleymanla əlaqə yaratdığına görə ələ keçirilib edam olunur (77,
272, 273).
Böyük təhlükələrlə qarşılaşan I İsmayıl Azərbaycanı yenidən
birləşdirib bir çox qonşu ölkələri də tutaraq güclü bir imperatorluq
qura bildi. Eyni zamanda, bu imperatorluğun ərazisində yaşayan
xalqları ortaq siyasi və ideoloji əqidə birliyinə qovuşdurdu. Olduqca
cəsur, intizamlı, təşkilatçı və təhsilli bir hökmdar olan I Şah İsmayıl
getdikcə uğurlar əldə edib türk tayfa əsilzadələrini mərkəzi, həm də
yerli idarələrdə yerləşdirib, onlara geniş səlahiyyətlər verdi. İmpera-
torluqda türklərin maraqlarına uyğun sabit daxili siyasət kursu
ənənəvi olaraq sosial dayaqlar yaratmaq siyasəti ilə müəyyənləşirdi.
Türk-Qızılbaş tayfalarından Ustaclılar Əcəm İraqında, Kirmanda,
Şamlılar Xorasanda, Təkəlilər İsfahanda, Həmədan və Əcəm
İraqında, Zülqədərlər Farsda, Türkman (Mosullular)Bağdadda yer-
ləşdirilib işğal olunmuş bölgələrdə davamlı dayaqlar yaradıldı.
Adlarını qeyd etdiyimiz türk tayfa rəislərinə bu vilayətlərdə tiyul və
vəzifələr verildi.
Oruc bəy Bayat əsərində 32 türk oymaq, tayfa və elin adını
çəkərək dövlətin bütün vəzifələrinin də onların əlində olduğunu
36
göstərmişdir. Onun adlarını qeyd etdiyi bu 32 oymaq, tayfa və el
arasında əhalisinin sayına görə ən iriləri Ustaclı, Şamlı, Əfşar,
Türkman, Qacar, Zülqədər, Təkəli və Bayat idi (79, 67, 68). Oruc
bəyin verdiyi məlumatlardan aydın olur ki, XVI əsrin sonu-XVII
əsrin başlanğıcında yuxarıda qeyd edilən bu tayfalar dövlət
quruluşunda siyasi nüfuz və güclərini qoruyub saxlamşdır. Əslində
bu türk elləri, oymaqları əvvəl Qaraqoyunlu və Ağqoyunluların,
sonra isə Səfəvilərin əsas hərbi-siyasi dayağı olmuşlar. Bu türk
tayfaları haqqında İ.D.Mikluxo-Maklay yazır: «Qızılbaş adını alan
tayfalar dil və soyca Qaraqoyunlu və Ağqoyunlu dövlətini yaradan
Azərabycan tayfaları ilə qohum idilər. XV əsrdən başlayaraq
tədricən Azərbaycan və İranın böyük hissəsinə sahib oldular» (175,
234-235). O, sözünə davam edərək yazır ki, Səfəvilər hələ Şeyx
Səfiəddin (1252-1334) dövründən həmin türkdilli tayfalar arasında
özlərinə müridlər toplayıb gələcəkdə hakimiyyəti ələ almaq üçün
çalışmış və yalnız İsmayıl öz sələfələrinin arzusunu yerinə yetir-
mişdi. Bir fərqlə ki, Səfəvilərdən Şeyx Heydər (1447-1460) qarşı-
sına təkcə Azərbaycanı birləşdirmək məqsədini qoyduğu halda,
İsmayılın qızğın mürid və tərəfdarlarının məqsədləri daha böyük
olmuşdur. Azərbaycanı (1501) birləşdirdikdən sonra məsləkdaş-
larının böyük şiə dövləti yaratmaq istəyi ilə hesablaşıb bir çox
ölkələri də tutdular (175, 234-235). O. Əfəndiyevin yazdığı kimi,
Əlvənd Mirzənin üzərində qələbə İsmayılı Azərbaycanın hökmdarı
etdisə, Muradın qoşunlarının qızılbaşlar tərəfindən darmadağın
edilməsi isə Farsın və İraqi-Əcəmin bir hissəsinin qızılbaşların əlinə
keçməsinə gətirib çıxarmışdır (20, 46).
Şah Təhmasibin (1524-1576) hakimiyyətinin ilk illərində
Türk-Qızılbaş əsilzadələrindən Əli sultan Zülqədər Fars, Qaraca
sultan Təkəli Həmədan, Burun sultan Təkəli Məşhədi – müqəddəs,
Zeynal xan Şamlı Astrabad, Cəgirgə sultan Şamlı Səbzəvar hakimi
idilər. İsfahan vilayətinin hakimliyi Cuhə sultan Təkəliyə verilmiş-
di. 1527-1528-ci illərdə Əfşar elindən Mustafa sultanın da Savənin
tiyuldarı və Səbzəvar hakimi olduğu məlumdur. O, 1528-ci ildə bir
çox qızılbaş əmirləri ilə birlikdə özbəklərlə Fizutkuhda savaşda
öldürülmüşdü. 1522-ci ildən Bağdadın hakimi Əmir xan Mosullu-
37
nun qardaşı İbrahim xan Mosullu idi. Məhəmməd Yusif Qəzvini
yazır ki, İbrahim xanın Luristanda Kalhur hakimi olan qardaşı
Noxud sultan Mosullunun oğlu Zülfüqar qiyam qaldırıb 1528-ci ildə
Bağdada hücum edərək əmisini öldürüb Ərəb İraqını ələ keçirir.
Ancaq Qızılbaş ordusu qiyamı tez bir vaxtda yatırmış və 1529-cu
ildə Məhəmməd sultan Şərəfəddin oğlu Təkəliyə xan titulu verilib,
Bağdadın idarəsi ona tapşırılmışdı. Bu zaman Fars vilayəti yenə də
Zülqədər əsilzadələri tərəfindən idarə olunurdu. 1526-cı ildə Əli
Sultan Zülqədər vəfat etmiş, yerinə Murad xan Fars hakimi təyin
edilmişdi. 1534-cü ildə I Şah Təhmasib Fars vilayətinin hakimiy-
yətini Qazı xan Zülqədərə vermişdi (108, 58, 59; 77, 189, 223; 28,
55, 58, 59, 69). 1526-cı ildə Herat hakimi Durmuş xan bin Əbdi bəy
Şamlı vəfat edir, qardaşı Hüseyin xan Şamlı Herata hakim gön-
dərilir. Bu zaman Şamlılardan Zeynəddin sultan da Əsfərayin haki-
mi idi. 1529-cu ildə I Şah Təhmasibin ordusu özbəkləri dəf etmək
üçün Xorasana daxil olduqda onlar Mavərəünnəhrə çəkilir. Şah
Herat hökumətini qardaşı Bəhram Mirzəyə verib, Qazi xan Təkəlini
də ona lələ təyin edir (108, 58, 59, 60; 77, 189, 223). Herat 1531-
1532-ci illərdə özbək Übeydulla xanın yeni hücumlarına məruz
qaldıqda Qazi xan Təkəli şəhərin müdafiəsini təşkil edə bilməmişdi.
Elə buna görə də I Şah Təhmasib 1532-ci ildə Heratı özbəklərdən
geri aldıqdan sonra Qazı xanın əvəzinə Ağsıvar xan Şamlını Herata
hakim təyin edir. O, həm də Xorasanın yeni valisi Sam Mirzənin
lələsi idi (77, 260). Ağsıvar xan Şamlı və Sam Mirzə 1534-1535-ci
ildə, yəni Osmanlı-Səfəvi dövlətləri arasında müharibə getdiyi bir
vaxtda Şah Təhmasibin icazəsi olmadan Qəndəhara hücum təşkil
etmişdilər. Ağsıvar xan Şamlı 1535-ci ildə Qəndəhar ətrafında
Zahirəddin Baburun oğlu Kamran Mirzə ilə savaşda öldürülür (77,
201, 262, 263). Bu hadisədən istifadə edən özbəklər Xorasana
hücum etdikdə (1535) Məşhəddə hakim Sivaslı Sufiyan xəlifə
Rumlu idi. O, özbəklərə ciddi əks zərbələr vurmuş, onları Əsfərayin
döyüşündə məğlub etmidi (77, 263, 273). Ancaq Səfəvi-Osmanlı
müharibəsi və Ağsıvar xan Şamlının Səfəvi-Babur dövlətləri arasın-
da münasibətləri pozmasından istifadə edən Übeydulla xanın qoşun-
ları ardı-arası kəsilmədən Xorasana hücumlar təşkil edir, tərəflər
Dostları ilə paylaş: |