65
İspərihli - 1 nəfər
Rumlu - 1 nəfər
Qaradağlı - 1 nəfər
Bayat - 3 nəfər
Alpaut - 1 nəfər
Cəyirli - 1 nəfər
Qazağlar - 1 nəfər
Bayburdlu - 1 nəfər
Şeyxavənd - 1 nəfər
cəmi 34 nəfər
Müəllif I Şah Abbasın ölümü əsnasında tərtib etdiyi bu siya-
hıda Qızılbaş-Türk tayfaları və onların əmirlərinin sayı ilə yanaşı
Xorasandakı Yaka Türkmanlarından Qarabayat, Gəraylı, Cəlayir
adlı türk tayfalarının əmirlərinin 12 nəfər olduğunu qeyd etmiş, an-
caq onların Cığatay oymaqları olduqlarını yazmışdır. I Şah Abbasın
dövründə Qarabayatlardan Bayram Əli sultan Nişapur, Təhmasib-
qulu sultan isə Xuzistanda Şüştər və Dizful hakimi idi (67, 157). O
cümlədən siyahıda Qarabağdakı Otuz iki elinin Müqəddəm oymağı
və Zunuz oymağından 6 nəfər böyük əmirin Azərbaycanın müxtəlif
mahallarında hakim olduqları göstərilmişdir. Şərqi Anadoludan
Azərbaycana köçmüş Silsüpür adlı qarışıq oymaqdan 1 nəfər,
Şirvan tərəkəmələrindən də 1 nəfərin əmir olduqları qeyd olunmuş-
dur (80, 1087). Ancaq İsgəndər bəy sonuncuların Qızılbaş olmadıq-
larına işarə etsə də, onların soyca türk olmaları bir həqiqətdir.
Siyahıda Türk-Qızılbaş əmirləri ilə yanaşı, 2 nəfər talış, 17
nəfər Lur və kürd, 3 nəfər isə əfqan mənşəli əmirin adı verilmişdir.
İ.P.Petruşevski ikinci siyahını (1628) təhlil edərək «ümumi
sayı 90 olan əmirdən, yalnız Qızılbaş əmir 35 nəfər idi» - deməklə
(181, 109) yenə də səhvə yol verir. Əvvəla, İsgəndər bəy Münşi
sonuncu siyahıda əmirlərin sayının 90 yox, 92 nəfər olduğunu yaz-
mışdır (80, 1084). İkinci isə siyahıda 92 əmirdən 76 nəfərin adı
yazılmışdır ki, aparılan hesablamalar əsasında bu əmirlərdən 35
yox, 54 nəfərin türk olduğu müəyyən edilmişdir. Ancaq onu da
göstərmək lazımdır ki, birinci siyahı kimi ikinci siyahı da yarımçıq
66
olmaqla, burada 1628-ci ildə mərkəzi və yerli idarələrdə müxtəlif
vəzifələrdə çalışan əmirlərin ümumi sayı tam əks olunmamışdır.
İsgəndər bəy Münşinin 1628-ci il siyahısında göstərilir ki, I
Şah Abbasın təşəbbüsü ilə Osmanlı dövlətinin yeniçəri hərbi
institutun təcrübəsindən istifadə edilərək kiçik yaşlı gürcü, çərkəz
uşaqları səfərbər edilmiş, onların təlim-tərbiyəsi peşəkar hərbiçilərə
tapşırılmış və bu uşaqlar boya-başa çatdıqdan sonra onlardan qulam
adı ilə məlum olan xüsusi nizami hərbi alay yaradılmışdır.
F.Sümərin yazdığı kimi, I Şah Abbas qul və tüfəngçi təşkilatını
yaradarkən Osmanlı yeniçəri əsgəri təşkilatını örnək olaraq qəbul
etməsi heç bir şübhə doğurmur (67, 149). Siyahıda qulam hərbi
təşkilatının yüksək hərbi zümrəsinə daxil olan 21 nəfəri əmir hərbi
rütbəsi, xan və sultan titulu verildiyi göstərilsə də, onlardan yalnız
15 nəfərin adı yazılmışdır. Bu 15 nəfərdən (onlardan 3 nəfəri əmire
bazorğ idi) 7 nəfəri xan və 8 nəfəri isə sultan titulu ilə müxtəlif
vilayət və mahallarda bəylərbəyi və mahal hakimi vəzifəsində
olmuşdur (80, 1088-1089). Qulam alayının əsgəri heyətinin əsasən
qeyri-türklərdən ibarət olmasına baxmayaraq, I Şah Abbasın
dövründə bu alayla yaxından tanış olmuş italiyalı Pyetro Della
Vallenin yazdığı kimi, onların təlim və ünsiyyət dili türk dili
olmaqla ayrı heç bir dili bilmirdilər (86, 81). Qulamlar Osmanlı
dövlətindəki yeniçərilər kimi türk dilli idilər və bəzi tarixi əsərlərdə
onların farslaşma zorunda qalmaları haqqındakı fikirlər ciddi elmi
dəlillərə söykənmir. Türkiyə tarixçisi F.Sümərin unikal qaynaq
materiallarına əsaslanaraq yazdığı kimi, qullar və oturaq əhaliyə
mənsub tüfəngçilər Qızılbaşlara qarşı müvazinət ünsürü kimi
yaradılsa da,köçəbə (yarımköçəri) Türk oymaqları əskidə olduğu
qayda üzrə yenə də dövlətin ana dirəyi olub, öz nüfuzunu qouyub
saxlamışdılar.Daha sonra F.Sümər qeyd edir: «Dövlət xidmətindəki
taciklər (İranlı yaxud fars) heç bir zaman Səlcuqlu dövründə olduğu
kimi, dövlətin siyasi həyatında mühüm rollar oynamamışdılar» (67,
149).
Qeyd olunduğu kimi, qeyri-türk soylu, ancaq türk dilli əmir-
lərin I Şah Abbasın islahatı ilə dövlətin idarəetmə orqanlarında işə
cəlb olunmasını dövlətdə iranlılaşma prosesinin başlanması kimi
67
qəbul etmək əslində düzgün deyildir. Avropa dövlətləri tarixinin
XVI-XIX əsrləri izlənilərkən hətta ayrı-ayrı ölkələrdə doğma
dillərində danışmaq qəbahəti və idarəçiliyə başqa xalqlardan olan
əsilzadələrin kütləvi cəlb olunması hallarına az təsadüf edilmir.
Halbuki Qərb tarixçiliyində bu vəziyyət dövlətlərin milli mahiy-
yətini dəyişməsi kimi qəbul edilmir və yaxud bu məsələlərə heç
toxunulmur.
İ.P.Petruşevski yazır: «I Şah Abbasa qədər bəylərbəyi yalnız
Qızılbaş tayfalarının adlı-sanlı əmirlərindən, yaxud şahzadələrdən
təyin olunurdu. I Şah Abbasdan etibarən bəylərbəyi vəzifəsinə yeni
qulam hərbi əsilzadə nümayəndələrindən də təyin etməyə
başladılar» (181, 118). Müəllifin bu fikiri tarixi gerçəkliklərə uyğun
gəlir. Lakin onu da qeyd etmək lazımır ki, I Şah Abbasın özü 1605-
ci ildə Türkman əmirlərindən Pirbudaq xanı Azərbaycana, 1607-ci
ildə Qaramanlı əmirlərindən Zülfüqar xan Qaramalını Şirvana,
1606-cı ildə Qacar əmirlərindən Məhəmməd ibn Xəlil xan Ziyad
oğlunu Qarabağa, 1606-cı ildə Qacarlardan Əmirgünə xan Qacarı
Çuxur Sədə bəylərbəyi təyin etmişdi. XVII əsrin axırlarına qədər də
belə olmuşdur. Beləliklə, Qızılbaş əmirlərinin Osmanlı yürüşlərinə
son qoyulduqdan sonra yenə də Azərbaycan, Şirvan, Qarabağ və
Çuxur Səddə yerli hakimiyyətləri bərpa olunur. Ancaq mərkəzləş-
miş dövlət daxilində bəylərbəyilərin vilayətlərdə Qızılbaş tayfa-
larının hərbi qüdrətinə arxalanaraq öz hakimiyyətlərni möhkəm-
ləndirmələri, onlarda irsi idarə meyllərinin güclənməsi Səfəvi
şahlarının mənafeyinə uyğun deyildi. Buna görə də, XVII yüzillikdə
Səfəvi hökmdarları vilayət aparatının dövlət asılılığını möhkəmlən-
dirmək məqsədlə qulamlardan ibarət yeni hərbi əsilzadə nümayən-
dələrinin əyalətlərə bəylərbəyi təyin edilməsini təcrübədən keçirir-
dilər. Lakin bu təcrübə özünü doğrultmamış və bu dövrdə bir sıra
qulam əyanlarının müəyyən vilayətlərdə qısa müddətli hakimiyyəti
də Səfəvi dövlətinin milli mahiyyətinə təsir göstərə bilməmişdi.
Düzdür, İsgəndər bəy Münşinin verdiyi məlumata görə qulamların
yüksək hərbi zümrəsindən vilayət və mahal idarəçiliyində istifadə
olunmuşdur və o, əsərində onlardan 15 nəfərinə xan və sultan titulu
verildiyini yazmışdır. Digər tərəfdən qulam vilayət, yaxud mahala
Dostları ilə paylaş: |