17
“Manas” dastanı və XIV əsrdə yaşamış ərəb tarixçisi və filo-
sofu İbn Xəldunun həyat və fəaliyyətinin öyrənilməsi ilə
məşğul olur.
1914-cü ildə Birinci Dünya müharibəsi başladıqdan
sonra onu orduya səfərbərliyə alırlar, lakin dostlarının kö-
məyilə səfərbərlikdən saxlanılır. Bundan sonra o, çoxdan
hazırlaşdığı “qeyri-rus məktəblərində rus dili müəllimi” ixti-
sasından imtahan verir və dəvət edildiyi Ufa şəhərinə gedə-
rək “Osmaniyyə” mədrəsəsində türk tarixi ilə türk xalqları-
nın ədəbiyyatı tarixindən dərs deməyə başlayır. Zəki Validi
burada müəllimlik etməklə yanaşı, siyasi fəaliyyətə də baş-
layır və Dumaya üzv seçilmiş türk-müsəlman deputatları ilə
xalq arasında əlaqə yaradan Büroya Ufadan nümayəndə se-
çilir və 1915-ci ilin sonlarında Peterburqa gəlir. O, burada
olarkən həm başqa bölgələrdən seçilmiş təmsilçilərlə yaxın-
dan tanış olur, həm də Rusiyanın daxili vəziyyətini öyrən-
məyə çalışır. Zəki Validi 1917-ci il noyabrın 10-da qurulan
Milli Başqırd hökumətinin Müdafiə və Daxili İşlər naziri
olur. Ancaq 1918-ci il yanvarın 18-də Orenburq bolşeviklər
tərəfindən işğal edildikdən sonra o, həbs olunur. Bir neçə
aydan sonra, yəni 1918-ci il aprelin əvvəllərində qazax və
başqırdların Birləşmiş Milli Qüvvələri Orenburqu bolşevik-
lərin əlindən geri aldıqdan sonra Zəki Validi həbsdən xilas
ola bilir. O, 1918-ci il iyunun 7-də Milli Başqırd hökumətini
yenidən bərpa etməyə nail olur. Onun qurduğu bu hökumət
1920-ci il iyunun 29-na qədər həm sovetlərlə, həm də ağ-
qvardiyaçılarla müəyyən tarazlıq saxlaya bilir. Lakin Leni-
nin başqırd ordusunun ləğv edilib başqa qüvvələrlə birləşdi-
rilməsi qərarından sonra Milli Başqırd hökumətinin fəal
üzvlərindən biri olan Zəki Validi və bəzi dostları artıq sovet
qırmızı terrorunun uzaqda olmadığını hiss edərək mübarizə-
lərini Türküstanda davam etdirmək qərarına gəlirlər. 1920-ci
il iyunun 29-da Zəki Validi bir neçə yaxın silahdaşı ilə giz-
lincə Türküstana yola düşür. Onun bolşeviklərə qarşı Tür-
18
küstandakı mübarizəsi üç ilə qədər davam edir (1920-1922-
ci illər). Burada olarkən o, təhlükəsizlik məqsədilə tez-tez
yerini dəyişməyə məcbur olmuşdur. Bu dövrdə hətta gizli
olaraq Bakıda olmuş və burada Kommunist İnternasionalı-
nın İcraiyyə Komitəsinin və RK (b)P MK Siyasi Bürosunun
qərarı ilə keçirilən Şərq Xalqlarının Birinci Qurultayında
1920-ci il sentyabrın 1-dən 7-dək iştirak etmiş tatar-başqırd
nümayəndələrinə dəyərli məsləhətlər vermişdir. Zəki Validi
Türküstanda Basmaçılıq hərəkatının rəhbərlərindən biri kimi
bolşeviklərə qarşı silahlı mübarizə aparmaqla yanaşı, gəzdi-
yi yerlərdə elmi-tədqiqat işləri ilə məşğul olmağa da vaxt
tapırdı.
Onun bu dövrdə topladığı qiymətli əlyazmalar və apar-
dığı araşdırmalar sonralar Avropada və Türkiyədə yazıb
nəşr etdirdiyi kitab və məqalələrin əsasını təşkil edir.
Artıq Sovet Rusiyasının qoşunları ilə mübarizə apar-
mağın mümkün olmadığını görən Zəki Validi ən yaxın
silahdaşlarından biri olan Fəth əl-Qədir Süleymanov (sonra-
lar Əbdülqədir İnan kimi tanınacaq. O, Türkiyədə ali təhsil
almış və elmi tədqiqatla məşğul olaraq Ankarada universi-
tetlərdən birinin professoru kimi dərs demişdir) ilə 1923-cü
il fevralın 21-də İrana keçir və Əfqanıstan yolu ilə Hindista-
na gəlir. Onlar bir müddət burada qaldıqdan sonra 1923-cü
il noyabrın 1-də gəmi ilə Bombeydən Türkiyəyə yola düşür-
lər. Lakin vizaları olmadığı üçün ölkəyə buraxılmırlar və
yenidən İzmir yolu ilə Avropaya gedirlər. Zəki Validi və
dostu Əbdülqədir İnan əvvəl bir müddət Parisdə, sonra isə
Berlində yaşamalı olurlar. O, Berlinə gəlib çıxana kimi keç-
diyi şəhərlərdə olan kitabxana və arxivlərdə araşdırmalar
apararaq türk tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid
qiymətli mənbələri üzə çıxarıb toplamışdır.
1925-ci il martın əvvəlində Türkiyənin o zamankı
Maarif naziri doktor Rza Nur Berlində olarkən Zəki Validi
ilə görüşür və onu Türkiyəyə dəvət edir. Bu dəvəti qəbul
19
edən Zəki Validi və dostu Əbdülqədir İnan 1925-ci il mayın
10-da Türkiyənin paytaxtı Ankara şəhərinə gəlirlər.
Zəki Validinin Türkiyədə yaşadığı dövrü iki hissəyə
bölmək olar: birinci-1925-1932; ikincisi- 1939-1970-ci illər
(vəfatına qədər). O, 1927-ci ildə İstanbula gəlir və İstanbul
Universitetində müəllimlik etməyə başlayır. Dərs keçdiyi
zaman oxuduğu mühazirələri daşbasması və litoqrafiya
üsulu ilə çap etdirməyə də nail olur.
Onun həyatında dərin iz buraxmış hadisələrdən biri də
1932-ci ilin iyulunda Ankarada keçirilən Türk Tarix Quru-
munun birinci qurultayı olmuşdur. Baxışlarına görə onu
burada tənqid etsələr də, fikirlərinin üstündə möhkəm daya-
nır. Hətta ona burada ali universitet təhsili olmadığına görə
“cahil” damğası vuranlar da tapılır. Bütün bu haqsız tənqid-
lərə dözə bilməyən Zəki Validi 1932-ci il iyulun 8-də İstan-
bul Universitetində tutduğu vəzifədən istefaya çıxdığını bil-
dirir və ləngimədən ali təhsilini tamamlamaq və doktorluq
dissertasiyası müdafiə etmək üçün Vyanaya gedir.
O, Vyana Universitetində həm universitet təhsilini ta-
mamlayır, həm də 1935-ci il iyunun 7-də “İbn Fədlanın
səyahətnaməsi” mövzusunda doktorluq işini müdafiə edir.
Zəki Validinin müdafiə etdiyi doktorluq işi o dövrdə öz dəst
-xətti ilə seçilən məşhur şərqşünaslar (Ord. prof. dr. A.Hold
-Ferneck, Ord. prof. pr. D.Kralik, Ord. prof. dr. J.Sölch,
A.Dopssh, V.Koppers, Seif, Geiger və b.) tərəfindən yüksək
qiymətləndirilir.
Doktor Zəki Validi əvvəl Bonn, sonra Qettinqen Uni-
versitetində “Orta Asiya tarixi və islamiyyət” mövzusunda
mühazirələr oxuyur. Artıq 1939-cu ildə onun “İbn Fədlanın
səyahətnaməsi” əsəri alman dilində Leypsiqdə çapdan çıxır
və “Əl-Biruni” əsəri isə ingilislər tərəfindən nəşrə hazırlanır.
O, eyni zamanda türk və alman dillərində nəşr olunan elmi
jurnallarda bir neçə məqalə də çap etdirir. Zəki Validi bu
Dostları ilə paylaş: |