Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə78/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   74   75   76   77   78   79   80   81   ...   89

_______________Milli Kitabxana___________________ 

 

372 



 

 

XATIRƏLƏR 

 

A. BARTO ILƏ GÖRÜŞLƏRIM. 

 

Dünyanın nəhəng sənətkarlarından biri olan

A. L. Barto ilə görüşüm tam təsadüfi olsa da 

həyatımın çox mühüm bir mərhələsini təşkil edir. 

1978-ci ildə Azərbaycan televiziyasının uşaq 

verilişləri redaksiyasında növbəti verilişin planını 

hazırlayırdıq. O zaman mən “Sizin sevimli yazı-

çılarınız” silsiləsindən verilişlər aparırdım. Növbəti 

verilişi Bartoya həsr etməyi qərara aldıq. Verilişdə 

hansı  əsərlər səslənəcək, hansı aktyorlar çıxış 

edəcək, kimlər dəvət olunacaq kimi suallara cavab-

lar tapıldı. Bir sözlə verilişin  əla çıxacağına  şübhə 

yox idi. Baş redaktor, Respublikanın görkəmli 

jurnalisti prezident təqaüdçüsü Kamran Ibrahimov 

planlaşdırmanın sonunda dedi: 

- Arzu edərdim ki, Bartonun şeirlərini 

Azərbaycan dilinə yenidən tərcümə edərdiniz. Bu 

böyük sənətkar Azərbaycan uşaqlarına o qədər də 

tanış deyil. Bir də Bartodan ya bir müsahibə, ya da 

bir lent yazısı olsaydı veriliş daha yaxşı çıxardı.  

Biz sağollaşıb ayrıldıq. Evə gələn kimi SSRI 

YAZIÇILAR ITTIFAQININ Məlumat Kitabçasın-

dan Bartonun telefonunu tapdım. Onun evdə 

olacağına qətiyyən ümidim yox idi. Mən eşitmiş-




_______________Milli Kitabxana___________________ 

 

373 



dim ki, o, Dünya Qadınlar Birliyinin sədridir. 

Moskvanın özündə  də  ən nüfuzlu təşkilatların 

iclaslarında iştirak edir, bir sözlə ölkənin ictimai 

həyatında fəal iştirak edirdi. Buna görə də Bartonu 

tapacağıma qətiyyən ümid bəsləməyib nömrəni 

yığdım. Telefonda çox gur bir qadın səsi eşitdim.  

- Eşidirəm! 

- Bağışlayın, Aqniya Lvovnanı olarmı? 

- Eşidirəm!  

- Bağışlayın-dedim. Sizi Azərbaycandan jur-

nalist narahat edir. Sizinlə görüşmək istəyirdim.  

- Buyurun, sabah saat 10–da evdə sizi 

gözləyirəm.  

Mən dərhal yol tədarükünə başladım. O 

zaman təyyarəyə bilet tapmaq çox çətin idi. Lakin 

nə olursa olsun, bu görüşə getməliydim.  

Təyyarə vağzalında SSRI YAZIÇILAR IT-

TIFAQININ, SSRI JURNALISTLƏR ITTIFA-

QININ, SSRI ƏDƏBIYYAT FONDUNUN kitab-

çalarının hamısını növbə  rəisinə göstərdim. Gecə 

reysinə bilet tapdım. 

Səhər saat 9–da bir taksiyə  əyləşdim və 

ünvanı dedim: 

- Lavruşenskiy pereulok 17. 

25-26 yaşlarında olan, sarı saçlarını səliqə ilə 

yana daramış sürücü dupduru mavi gözlərini 

heyrətlə mənə zillədi və dedi: 

- Kimin evinə gedirsiniz?  




_______________Milli Kitabxana___________________ 

 

374 



Mən tərəddüdlə ona baxdım. Oğlan tərəddü-

dümün mənasını başa düşüb dedi: 

- Bilirsinizmi, bura yazıçılar evidi. Yəqin ki, 

hansısa yazıçının evinə gedirsiniz? 

- Hə. Barto ilə görüşməliyəm. - Oğlan bayaq-

kından da heyrətlə üzümə baxdı və çox mülayim bir 

səslə dedi: 

-Sizi həmin ünvana aparacam. Orada göz-

ləyəcəyəm. Sonra hara istəsəniz aparacaq və sizdən 

pul almayacağam. Amma xahiş edirəm, Barto 

oğlum Sergeyə bir kitab bağışlasın. Cəmi 7 yaşı 

var. Amma Bartonun şeirlərini əzbər bilir. Bilirsən, 

nə gözəl şairdi?  

“Belə xalqı olan şair xoşbəxtdi”. Bu cümləni 

ürəyimdə dolandıra-dolandıra sürücüyə baxdım. O, 

səbirsizliklə məndən cavab gözləyirdi.  

- Çalışaram dedim. Doğrusu Barto ilə birinci 

dəfədir görüşürəm. Söhbətimiz alınacaqmı, deyə 

bilmərəm?! 

Düz saat 10 tamamda qapının zəngini bas-

dım. O zaman Bartonun 70 yaşı vardı. Qapını qoca 

bir qarı açdı.  

- Aqniya Lvovna sizsinizmi?  

- Xeyr. Otağa keçin, bu saat gələr. Məni bala-

ca bir otağa apardı. Divardan uşaqların çəkdikləri 

şəkillər asılmışdı. Mən uşaq rəsmlərini çox 

sevirəm. Uşaqlar  ətraf-aləmdəkiləri qeyri-adi bir 

fantaziya ilə  çəkirlər. Adamın boynunu və ayaq-

larını, bəzən də qollarını o qədər uzun çəkirlər ki, 



_______________Milli Kitabxana___________________ 

 

375 



onlara təbəssümsüz baxmaq olmur. Buna görə  də 

divardan asılmış bu rəsm  əsərləri məni cəlb etdi. 

Rəsm  əsərlərinin birinin müəllifinin adı diqqətimi 

cəlb etdi. Orada yazılmışdı: Elenora Rodari. Şəkil 

çox məzəli idi. Mən ona heyrətlə baxırdım. Bu 

zaman dəhlizdən iti addım səsləri gəldi. A. Barto 

içəri girdi. O, qaşqabaqlı idi. Mənə elə gəldi ki, 70 

yaşlı bu qadın heç zaman gülməyib. Onunla söh-

bətə necə başlayacağımı aydınlaşdırmağa çalışdım.  

 - Aqniya Lvovna deyə bayaqdan baxdığım 

uşaq şəklini göstərdim və dedim:  

- Bu Elenora Rodari yəqin Canni Rodarinin 

qızıdı? 

- Siz Canni Rodarini tanıyırsınız? 

- Əsərlərini oxumuşam. “Çipollinonun başına 

gələnlər”, “Celsemino yalançılar ölkəsində”, “Mavi 

oxun səyahəti”, “Telefonla danışılan nağıllar” ki-

tablarını oxumuşam. Çox zəngin fantaziyası var. 

Azərbaycan uşaqları onu çox sevir.  

Bartonun siması tamam dəyişmişdi. Elə bil 

ki, o, birdən birə xoş bir xəbər eşitmişdi. Üzündə 

bayaqkı ciddilikdən əsər-əlamət qalmamışdı.  

- Özünüz haqqında danışın.  

- Jurnalistsən-dedim. -Televiziyada verilişlər 

aparıram. Növbəti verilişi sizə həsr etmək istəyirik. 

Şeirlərinizin demək olar ki, hamısını oxumuşam. 

Hətta bəzilərini Azərbaycan dilinə  tərcümə  də 

eləmişəm.  

- Deməli şairsən. 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə