Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə74/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   70   71   72   73   74   75   76   77   ...   89

_______________Milli Kitabxana___________________ 

 

354 



klubların sayı artır, yeni tipli dərsliklərimiz yaran-

mağa başlayır.  

Fiziki tərbiyə  şəbəkələri kifayət etməsə  də 

əvvəlkindən yaxşıdır. Idman komplekslərimiz ço-

xalmış, gənclərimizin səsi dünyanın ən böyük olim-

piadalarından və yarışlarından gəlir.  Əlbəttə, bu 

hələ azdır. Məktəblərin, mənzil – istismar idarələ-

rinin nəzdindəki idman meydançaları kifayət qədər 

deyil. 

Mənəvi tərbiyə sahəsində isə  vəziyyət 



olduqca acınacaqlıdır. Mənəvi tərbiyə! Insanın iç 

dünyasının zənginləşməsi! Insan daxilən 

gözəlləşəndə onun cəmiyyətdəki mövqeyi də 

diqqətəlayiq olur.  

Necə edək ki, bu gün tərbiyəsinə 

başladığımız uşaq sabah cəmiyyətə layiq bir gənc 

kimi yetişsin,  şəxsiyyətə çevrilsin, hamı onunla 

hesablaşsın? Uşaqlıqdan gəncliyə və qocalığa doğru 

gedən mənalı ömür kitablara borcludur. Insan çox 

şeyi kitablardan və xüsusilə  bədii  ədəbiyyatdan 

öyrənir. Bəs bu gün uşaq  ədəbiyyatı aləmində 

vəziyyət necədir? 

Qarşımda son illərdə çap olunan qalaq – 

qalaq kitablar durur. Onları çeşidləmişəm. Böyük 

əksəriyyəti dünya klassikasından dilimizə çevrilən 

əsərlərdir. R. Kiplinqin “Mauqli”, M. Tvenin “Şah-

zadə və dilənçi”, E. Kestnerin “Emil və xəfiyyələr” 

həmçinin “Iskəndər”, “Atropat”, “Uzun Həsən” və 

s. kimi tarixi şəxsiyyətlərə  həsr olunmuş kitablar 



_______________Milli Kitabxana___________________ 

 

355 



var. Tarixi şəxsiyyətlərə həsr olunmuş həmin kitab-

lar mənim üçün daha əhəmiyyətli göründü. Lakin 

təəssüf ki, bu kitablar uşaqlar üçün  nəzərdə tutulsa 

da, onların başa düşəcəyi üslubda yazılmayıb.  

Bir sıra yeni  müəlliflərin əsərləri isə heç bir 

tələbata cavab vermir. Onların  şəkilləri, bəzək – 

düzəkləri yerində olsa da məzmunsuz olduqlarına 

görə  xeyirdən çox zərər gətirirlər. 

Bu gün tez – tez belə sözlər eşidirik:  Ədə-

biyyat da ölüb, ədəbiyyata maraq da.  

Azərbaycan uşaq  ədəbiyyatı minillik palıd 

ağacına bənzəyir. Onun ölümü haqqında yalançı 

uydurmaları dilinizə necə gətirirsiniz? 

 

Ağ quşum, 



Ağarçınım. 

Göy quşum 

Göyərçinim. 

Qarğa qara, 

Durna ala, 

Çilmə çəlik, 

Bircə əmlik, 

Qəmbər çarıq, 

Biz də varıq. 

  və ya  



Iynə, iynə 

Ucu düymə. 

Bal ballıca 

Ballı keçi. 


_______________Milli Kitabxana___________________ 

 

356 



Şam ağacı 

Şatır keçi. 

Qoz ağacı 

Qotur keçi. 

Hoppan, hoppul 

Su iç, qurtul. 

və ya  


 

A teşti, teşti, teşti 

Vurdum Gilanı keçdi 

Iki xoruz dalaşdı 

Biri qana bulaşdı 

Qan getdi, çaya düşdü 

Çaydan göyərçin uçdu. 

 

Bu ədəbiyyatın ölməsi haqqında yalançı sözü 

leksikonunuzdan çıxardın. Bədii sözə,  ədəbi  əsərə 

marağı uşaq qəlbində valideynlər yaratmalıdır.  

Məlumat üçün deyim ki, uşaqlarda  şeirə 

maraq anadangəlmə olur. Mübaliğəsiz demək olar 

ki, uşaqlar həmin qabiliyyətlərlə doğulurlar. Yadda 

saxlayın: Uşaq məhəbbətin meyvəsidir. Ailənin 

təməli qoyulmağa başlanan sevgi duyğularının ilk 

dəqiqələrindən uşağın dünyaya gəldiyi vaxta qədər 

hər şey təbii bir harmoniyaya əsaslanır.  

Sevgi, nəvaziş duyğularının uyğunlaşması, 

təbii instiktlərin bir – birini tamamlaması bu har-

moniyanı yaradan atributlardır. Uşaq həmin har-

moniyanın nəticəsi kimi meydana gəlir. Poeziyanın 



_______________Milli Kitabxana___________________ 

 

357 



yaratdığı duyğular həmin harmoniyanın davamı 

olur.  


A quşcuğazlar, ananız gəldimi, 

Qondu budaq üstünə dincəldimi?! 

Görcək onu səsləməyə başladız 

Civiltilərlə əcəb alqışladız! 

  

(A.Səhhət) 

 

Buynuzları burma – burma 

Vurağan qoç, məni vurma! 

Qoç uşağa baxıb durdu, 

Buynuzunu daşa vurdu. 

Dedi: 

- Oyna dəcəl oğlan

Qabağımda gəlib durma! 

(I. Tapdıq) 

 

Qəşəng qızam, adım Gilə, 

Qonaq getdim dayımgilə. 

Yağış yağdı gilə - gilə 

Ayaqqabım batdı gilə. 

(F. Sadıq) 

 

Heç yağışdan 

Tutub göyə 

Çıxmaq olar? 

Yağış kəsər 

Adam yarıyolda qalar 


_______________Milli Kitabxana___________________ 

 

358 



(A. Əlizadə) 

 

Şeir misralarının ölşüsü, ritmi, musiqililiyi, 

ürəkdə yaratdığı xoş  əhval ailə harmoniyasının  ən 

mühüm tərkib hissəsinə çevrilir. Buna görə də uşaq 

doğulanda  şeiri duymağa xüsusi qabiliyyəti olur. 

Bu qabiliyyətə qayğı ilə yanaşanda daha da inkişaf 

edir. Uşaq böyüyəndə  də ömrünün sonuna kimi 

kitabdan ayrılmır. Amma  körpə vaxtı  həmin qa-

biliyyət məhv olsa sonralar onu yenidən bərpa 

etmək çətin olur. Təsəvvür edin ki, təzə  ağac  ək-

misiniz. Sulamasanız o quruyacaq. Axı  hələ kör-

pədir. Kökü dərinə  işləməyib. Ağac quruyandan 

sonra onu sulamağın mənası yoxdur. Bax, uşağın 

ədəbiyyatı da təzəcə  əkilən bu tingə verilən su ilə 

müqayisə oluna bilər. 

Bəs uşaq üçün bədii  əsərləri necə seçək? 

Necə edək ki, yeni əkdiyimiz ağaca verilən təmiz su 

kimi uşağa təqdim etdiyimiz əsərlər də onun yaşına, 

dünyanı anlamaq səviyyəsinə uyğun gəlsin, həm də 

bədii cəhətdən kamil olsun? Bunlar başlıca faktor-

lardır. Burada səhv etmək olmaz. Sən uşağa elə bir 

nağıl danışarsan ki, körpənin xəyalını küsdürər, 

onun  ədəbiyyata marağını öldürərsən. Axı, sən 

körpə tingə  təmiz su əvəzinə çamır versən, yaxud 

suya zərərli mayelər qatsan, zəhmətin hədər gedər. 

Bax buna görə  də  uşaq  ədəbiyyatı  nəşrini bu gün 

başlı – başına buraxmağımız çox böyük səhvdir. 

Dünyanın hər yerində  uşaq  ədəbiyyatı onun 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə