Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə15/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   11   12   13   14   15   16   17   18   ...   124

~ 64 ~

getmək nəsib olub. 

 Demək olar ki, yeniyetməlik, gənclik dövründən başla-

mış indiyədək mən Dağbilicidə  dəfələrlə olmuşam. Bu 

kənddəki qohumlara, tanışlara və dostlara qonaq gəlmişəm. 

Hər gələndə bu kəndin tarixi ilə maraqlanmağa can atsam da 

bir şey alınmayıb.  

Buna baxmayaraq ildə bir neçə  dəfə maşınla mən bu 

kəndin içərisindən keçib başqa kəndlərə  də getmişəm. Çünki 

Sumaqovaya, Mumluya, Zeyvəyə, Pirəbədilə, Qorğana və 

digər kəndlərə iş dalınca, həmçinin toya, hüzürə, ya da təbiət 

qoynuna gəzintiyə, qonaqlığaya getməkçin mütləq bu kənddən 

keçməlisən. 

 Dağbilici kəndinə  gələn tayfa və  nəsillərin bu kənddə 

məskunlaşması barədə. 

Hal-hazırda Dağbilici kəndində müxtəlif tayfalar və 

nəsillər yaşayır. Bunlara aşağıdakılar daxildir: 

1. Həmzəlilər tayfası. Bu insanlar Suriyanın Həmzə  şə-

hərindən köçərək Dağbiliciyə daimi məskunlaşmağa gəliblər. 



2. Rəhmanlılar. Həmyerlimiz, mənim tarix müəllimim 

olmuş Nurbala Quliyevin “Bura Gülüstani-İrəm torpağıdır” 

kitabında (Bakı  “Şuşa” nəşriyyatı, 2005-ci il) göstərilir ki, 

Abşeronun indiki Ramana kəndində  Rəhmanlı qalası var. 

Şabran (keçmiş Dəvəçi) rayonu ərazisində yaşayan rəhmanlılar 

da həmin Ramana kəndindən köçüb bura gələn ailələrdir. 

Müəllif həmin əsərin 163-cü səhifəsində göstərir ki, o vaxtlar 

Ramana tayfasından üç ailə  və ya iki qardaş Orta Əmirxanlı 

kəndinə, iki ailə Dağbiliciyə, bir ailə isə Pirəbədil kəndinə 

köçüb gəlmiş  və orda daimi məskunlaşmışdır. Bu ailələrdən 

çoxusu sonralar həmin kəndlərdən Bakı  şəhərinə  və digər 

yerlərə köçmüşlər.  İndi  Şabran rayonunun Orta Əmirxanlı 

kəndindən olan Dilbər Ağayevin övladları  Ağaqulunun, 

Akifin, Arifin, Abdulkərim Bağırovun, Faiq, Namiq, Sevda, 

Şahbala Quliyevin, Nurbala və digərlərinin övladları, nəvələri 



~ 65 ~

və  nəticələri Rəhmanlılar tayfasına və ya nəslinə aiddir. 

Rəhmətlik qaynatam Gülağa kişi və qaynım  Şakir Quliyevlər 

də  Rəhmanlı  nəslindəndir. Qaynatam Gülağa kişi  əslən Bili-

cidən olan musiqimizin ecazkar ustası, el sənətkarı Nurağa 

Rəhmanovu həmişə “xaloğlu” - deyə çağırardı. 



3. Gilanlılar: İranın Gilan şəhərindən köçüb Dağbiliciyə 

daimi yaşamağa gələnlərdir. 

Bundan başqa kənddə vaxtıkən Suriyanın  Şam  şəhərin-

dən də köçüb gələn ailələr də vardır. Kənd ağsaqqalları söy-

ləyir ki, onların ulu babalarının dediklərinə görə  hətta 

Hindistandan da köçüb gəlmiş köçəri tayfaların vaxtıkən bu 

kənddə məskunlaşdığı ehtimal olunur. 

Kənddə danışıq dili. Dağbilicidə  kənd camaatı çox vaxt 

tat dilində, istədiyi hallarda isə Azərbaycan dilində  sərbəst 

danışırlar. Lakin yazı zamanı Azərbaycan dilindən geniş 

istifadə olunur. Bilici İnzibati  Ərazi Dairəsində  fəaliyyət 

göstərən Dağbilici kənd tam orta, Düzbilici və Taxtalar kənd 

ümumi orta məktəblərinin hamısında dərslər Azərbaycan 

dilində keçirilir. 

Dağbilici kəndində  əhalinin tərkibi tatlardan ibarət 

olduğu üçün həmişə bu yaşayış  məntəqəsi Azərbaycan 

Respublikası Təhsil Nazirliyinin, rayon İcra Hakimiyyətinin və 

rayon Təhsil  Şöbəsinin diqqət mərkəzində olub. Təhsildə 

işlədiyim 40 ildən artıq vaxt ərizində daim bu məktəbdə 

hazırlıq sinfinin təşkil edildiyini və  fəaliyyət göstərdiyini 

görmüşəm. Bu da birinci sinifdə yeni dərsə başlayan fidan 

balaların Azərbaycan dilində  sərbəst danışmalarına və yazı 

işlərinə xeylı komək edib. 



Dini ibadət yerləri.  Kənddə  qədim dövrlərdə tikilmiş 

məscid binası vardır. Qədim olsa da son illərdə bu müqəddəs 

ocaq  əsaslı  təmir olunaraq yararlı hala salınıb. Ağsaqqalların 

söylədiyinə görə XX əsrin  əvvəllərinə  qədər həmin məscid 

nəzdində mollaxana fəaliyyət göstərib. Burada Molla Qafar 



~ 66 ~

adlı  şəriət müəllimi kənd uşaqlarına dini təhsil verirdi. 

Mollaxanada kəndin kiçik yaşlı uşaqları kənddə bir və ya iki il 

təhsil alaraq ərəb  əlifbasını öyrənir, onlara şəriət dərsləri 

keçirdilər. Təhsilin ardını isə qonşu Qələgah kəndində və digər 

yerlərdə davam etdirirdilər. 



Kəndin qədimliyini təsdiq edən qəbiristanlıqlar. Dağbi-

lici kəndinin içərisində  Şabran- Zeyvə yolunun kəndin içəri-

sindən keçən hissəsinin sağ tərəfində (köhnə sovxoz idarəsinin 

qonşuluğunda) bir qəbiristanlıq var. Adına “Pir xanım bəy” 

qəbiristanlığı deyirlər. Bu yerin belə adlandırılması barədə 

kənd camaatının dilində-dodağında bir rəvayət bu günə kimi 

yaşayır: 

 

 



 

Dağbilici kəndinin içərisindəki qəbiristanlığındakı  

qəbir daşları kəndin qədimliyindən xəbər verir 

 

RƏVAYƏT.  Qədim zamanlarda bir bəy öz xanımı  və 

digər ailə üzvləri ilə birlikdə Dağbilici kəndinə qonaq gəlir. 

Lakin tale üzünə gülmür. Bəyin özü və qalan bütün ailəsi 

kənddə xəstələnərək vəfat edir. Onlar elə kəndin içərisində indi 

qəbirlər olan yerdə dəfn olunublar. 

Dağbilici kəndinin üst tərəfində hündür sahədə  Şabran- 




~ 67 ~

Zeyvə asvalt yolunun sol tərəfindəki meşəlik  ərazidə  kəndin 

Pirəmbəl piri adlanan qəbirisanlığı vardır. Burada son zaman-

larda dünyasını dəyişən insanlar dəfn olunur. 

Bunlardan əlavə kəndin ətrafında iki qədim qəbiristanlıq 

vardır. Bu qəbirstanlıqlarda qədim daş kitabələr Dağbilici 

kəndinin çox ulu keçmişindən xəbər verir. Qəbristanlıqdakı 

kitabələrdən rayondakı tarix və ölkəşünaslıq muzeyinə  də 

gətirilib. “Dədə Qorqud” filmində göstərilən qəbir daşlarına 

uyğun bu qəbiristanlıqlarda “Məndilbəsər “adlanan baş daşları 

da mövcuddur. 

Kənddə əhalinin məşğuliyyəti. Qədim zamanlardan Dağ-

bilici kəndində yaşayan  əhalinin məşğuliyyəti  əsasən kənd 

təsərrüfatı işləri ilə bağlı olub. Lakin bundan əlavə burada bir 

sıra sənətkarlıq növləri:  İplik üçün yun əyirmə, boyaqçılıq, 

xalçaçılıq və toxuculuq (bura palaz, gəbə, xurcun, yəhərüstü, 

kiçik və böyük ayaqaltılar, köynək, corab və s. toxunma mallar 

daxildir), dulusçuluq, dəmirçilik və digər sənət sahələri inkişaf 

edib. 


Dağbilici kəndinin kənd təsərrüfatına yararlı torpaqları-

nın demək olar ki,  hamısı dəmyə şəraitində becərilir. Keçmiş 

sovxoz dövründə sualti torpaqlar Mumlu, Xəlfələr, Düzbilici 

və Taxtalar kəndi yaxınlığındakı ərazilərdən ayrılmışdı. Kənd 

torpaqlarında taxılçılıq, bağçılıq, bostançılıq indi də inkişaf 

etdirilir. Keçmiş Sovet dövründə burada baramaçılıq geniş 

surətdə inkişaf etmişdi. Qədim zamanlardan bu kənddə  fərdi 

qaydada cəhrə vasitəsilə yun ip əyirmə, təbii bitkilərdən 

istifadə olunmaqla boyaqçılıq sənətləri çox dəbdə olub. 

Qadınlar arasında  əl ilə xalça toxumaq sənətini bu gün də 

davam etdirənlər var. 

 Dağbilici kəndi 1941-1945-ci illərdə.  1941-1945-ci il 

Böyük Vətən müharibəsi dövründə isə bu kənd cəbhəni dənli 

bitkilərlə, xüsusilə taxılla, eləcə də soğan və diğər məhsullarla 

təmin edilməsində böyük rol oynayıb. Bu kəndin müharibəyə 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə