~ 64 ~
getmək nəsib olub.
Demək olar ki, yeniyetməlik, gənclik dövründən başla-
mış indiyədək mən Dağbilicidə dəfələrlə olmuşam. Bu
kənddəki qohumlara, tanışlara və dostlara qonaq gəlmişəm.
Hər gələndə bu kəndin tarixi ilə maraqlanmağa can atsam da
bir şey alınmayıb.
Buna baxmayaraq ildə bir neçə dəfə maşınla mən bu
kəndin içərisindən keçib başqa kəndlərə də getmişəm. Çünki
Sumaqovaya, Mumluya, Zeyvəyə, Pirəbədilə, Qorğana və
digər kəndlərə iş dalınca, həmçinin toya, hüzürə, ya da təbiət
qoynuna gəzintiyə, qonaqlığaya getməkçin mütləq bu kənddən
keçməlisən.
Dağbilici kəndinə gələn tayfa və nəsillərin bu kənddə
məskunlaşması barədə.
Hal-hazırda Dağbilici kəndində müxtəlif tayfalar və
nəsillər yaşayır. Bunlara aşağıdakılar daxildir:
1. Həmzəlilər tayfası. Bu insanlar Suriyanın Həmzə şə-
hərindən köçərək Dağbiliciyə daimi məskunlaşmağa gəliblər.
2. Rəhmanlılar. Həmyerlimiz, mənim tarix müəllimim
olmuş Nurbala Quliyevin “Bura Gülüstani-İrəm torpağıdır”
kitabında (Bakı “Şuşa” nəşriyyatı, 2005-ci il) göstərilir ki,
Abşeronun indiki Ramana kəndində Rəhmanlı qalası var.
Şabran (keçmiş Dəvəçi) rayonu ərazisində yaşayan rəhmanlılar
da həmin Ramana kəndindən köçüb bura gələn ailələrdir.
Müəllif həmin əsərin 163-cü səhifəsində göstərir ki, o vaxtlar
Ramana tayfasından üç ailə və ya iki qardaş Orta Əmirxanlı
kəndinə, iki ailə Dağbiliciyə, bir ailə isə Pirəbədil kəndinə
köçüb gəlmiş və orda daimi məskunlaşmışdır. Bu ailələrdən
çoxusu sonralar həmin kəndlərdən Bakı şəhərinə və digər
yerlərə köçmüşlər. İndi Şabran rayonunun Orta Əmirxanlı
kəndindən olan Dilbər Ağayevin övladları Ağaqulunun,
Akifin, Arifin, Abdulkərim Bağırovun, Faiq, Namiq, Sevda,
Şahbala Quliyevin, Nurbala və digərlərinin övladları, nəvələri
~ 65 ~
və nəticələri Rəhmanlılar tayfasına və ya nəslinə aiddir.
Rəhmətlik qaynatam Gülağa kişi və qaynım Şakir Quliyevlər
də Rəhmanlı nəslindəndir. Qaynatam Gülağa kişi əslən Bili-
cidən olan musiqimizin ecazkar ustası, el sənətkarı Nurağa
Rəhmanovu həmişə “xaloğlu” - deyə çağırardı.
3. Gilanlılar: İranın Gilan şəhərindən köçüb Dağbiliciyə
daimi yaşamağa gələnlərdir.
Bundan başqa kənddə vaxtıkən Suriyanın Şam şəhərin-
dən də köçüb gələn ailələr də vardır. Kənd ağsaqqalları söy-
ləyir ki, onların ulu babalarının dediklərinə görə hətta
Hindistandan da köçüb gəlmiş köçəri tayfaların vaxtıkən bu
kənddə məskunlaşdığı ehtimal olunur.
Kənddə danışıq dili. Dağbilicidə kənd camaatı çox vaxt
tat dilində, istədiyi hallarda isə Azərbaycan dilində sərbəst
danışırlar. Lakin yazı zamanı Azərbaycan dilindən geniş
istifadə olunur. Bilici İnzibati Ərazi Dairəsində fəaliyyət
göstərən Dağbilici kənd tam orta, Düzbilici və Taxtalar kənd
ümumi orta məktəblərinin hamısında dərslər Azərbaycan
dilində keçirilir.
Dağbilici kəndində əhalinin tərkibi tatlardan ibarət
olduğu üçün həmişə bu yaşayış məntəqəsi Azərbaycan
Respublikası Təhsil Nazirliyinin, rayon İcra Hakimiyyətinin və
rayon Təhsil Şöbəsinin diqqət mərkəzində olub. Təhsildə
işlədiyim 40 ildən artıq vaxt ərizində daim bu məktəbdə
hazırlıq sinfinin təşkil edildiyini və fəaliyyət göstərdiyini
görmüşəm. Bu da birinci sinifdə yeni dərsə başlayan fidan
balaların Azərbaycan dilində sərbəst danışmalarına və yazı
işlərinə xeylı komək edib.
Dini ibadət yerləri. Kənddə qədim dövrlərdə tikilmiş
məscid binası vardır. Qədim olsa da son illərdə bu müqəddəs
ocaq əsaslı təmir olunaraq yararlı hala salınıb. Ağsaqqalların
söylədiyinə görə XX əsrin əvvəllərinə qədər həmin məscid
nəzdində mollaxana fəaliyyət göstərib. Burada Molla Qafar
~ 66 ~
adlı şəriət müəllimi kənd uşaqlarına dini təhsil verirdi.
Mollaxanada kəndin kiçik yaşlı uşaqları kənddə bir və ya iki il
təhsil alaraq ərəb əlifbasını öyrənir, onlara şəriət dərsləri
keçirdilər. Təhsilin ardını isə qonşu Qələgah kəndində və digər
yerlərdə davam etdirirdilər.
Kəndin qədimliyini təsdiq edən qəbiristanlıqlar. Dağbi-
lici kəndinin içərisində Şabran- Zeyvə yolunun kəndin içəri-
sindən keçən hissəsinin sağ tərəfində (köhnə sovxoz idarəsinin
qonşuluğunda) bir qəbiristanlıq var. Adına “Pir xanım bəy”
qəbiristanlığı deyirlər. Bu yerin belə adlandırılması barədə
kənd camaatının dilində-dodağında bir rəvayət bu günə kimi
yaşayır:
Dağbilici kəndinin içərisindəki qəbiristanlığındakı
qəbir daşları kəndin qədimliyindən xəbər verir
RƏVAYƏT. Qədim zamanlarda bir bəy öz xanımı və
digər ailə üzvləri ilə birlikdə Dağbilici kəndinə qonaq gəlir.
Lakin tale üzünə gülmür. Bəyin özü və qalan bütün ailəsi
kənddə xəstələnərək vəfat edir. Onlar elə kəndin içərisində indi
qəbirlər olan yerdə dəfn olunublar.
Dağbilici kəndinin üst tərəfində hündür sahədə Şabran-
~ 67 ~
Zeyvə asvalt yolunun sol tərəfindəki meşəlik ərazidə kəndin
Pirəmbəl piri adlanan qəbirisanlığı vardır. Burada son zaman-
larda dünyasını dəyişən insanlar dəfn olunur.
Bunlardan əlavə kəndin ətrafında iki qədim qəbiristanlıq
vardır. Bu qəbirstanlıqlarda qədim daş kitabələr Dağbilici
kəndinin çox ulu keçmişindən xəbər verir. Qəbristanlıqdakı
kitabələrdən rayondakı tarix və ölkəşünaslıq muzeyinə də
gətirilib. “Dədə Qorqud” filmində göstərilən qəbir daşlarına
uyğun bu qəbiristanlıqlarda “Məndilbəsər “adlanan baş daşları
da mövcuddur.
Kənddə əhalinin məşğuliyyəti. Qədim zamanlardan Dağ-
bilici kəndində yaşayan əhalinin məşğuliyyəti əsasən kənd
təsərrüfatı işləri ilə bağlı olub. Lakin bundan əlavə burada bir
sıra sənətkarlıq növləri: İplik üçün yun əyirmə, boyaqçılıq,
xalçaçılıq və toxuculuq (bura palaz, gəbə, xurcun, yəhərüstü,
kiçik və böyük ayaqaltılar, köynək, corab və s. toxunma mallar
daxildir), dulusçuluq, dəmirçilik və digər sənət sahələri inkişaf
edib.
Dağbilici kəndinin kənd təsərrüfatına yararlı torpaqları-
nın demək olar ki, hamısı dəmyə şəraitində becərilir. Keçmiş
sovxoz dövründə sualti torpaqlar Mumlu, Xəlfələr, Düzbilici
və Taxtalar kəndi yaxınlığındakı ərazilərdən ayrılmışdı. Kənd
torpaqlarında taxılçılıq, bağçılıq, bostançılıq indi də inkişaf
etdirilir. Keçmiş Sovet dövründə burada baramaçılıq geniş
surətdə inkişaf etmişdi. Qədim zamanlardan bu kənddə fərdi
qaydada cəhrə vasitəsilə yun ip əyirmə, təbii bitkilərdən
istifadə olunmaqla boyaqçılıq sənətləri çox dəbdə olub.
Qadınlar arasında əl ilə xalça toxumaq sənətini bu gün də
davam etdirənlər var.
Dağbilici kəndi 1941-1945-ci illərdə. 1941-1945-ci il
Böyük Vətən müharibəsi dövründə isə bu kənd cəbhəni dənli
bitkilərlə, xüsusilə taxılla, eləcə də soğan və diğər məhsullarla
təmin edilməsində böyük rol oynayıb. Bu kəndin müharibəyə
Dostları ilə paylaş: |