Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə2/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   2   3   4   5   6   7   8   9   ...   124

~ 8 ~

       


Ömrümün mənası, dünya gözəli

 

Sənsən həyatımın ilki, əzəli. 



Sənə həsr edirəm seiri, qəzəli, 

Hüsnün, camalındır məni ram edən, 

                                        Ey Vətən! 

 

Sən nəhəng dünyada kiçik məkanım, 



Andım, inanc yerim, evim, ehkamım. 

Səni yaşatmağa çatar imkanım,  

Boylanıb uzaqdan, ötmərəm gendən. 

                                        Ey Vətən! 

 

Kitabda Zakir Bayramlı özünün “Qobustan dünyası” 



poemasını da oxuculara təqdim edir. Əsər tariximizin 

yaddaşına daş abidə kimi həkk olunmuş Qobustanın bədii 

təsviri ilə başlayır: 

 

Daş, qaya yaddaşlı qədim Qobustan



Sirlər, əfsanələr dolu bir dastan. 

 

Keçib min illərin sərt yollarından, 



Söz açır tarixin olaylarından. 

 

Deyir: - Su örtərkən bütün dünyanı, 



Bu yerdən yan keçmiş “Nuhun ” tufanı. 

 

Burada köç salmış bəşər övladı, 



Onlardan qalıbdır Qobustan adı. 

 

Poemada  şair Qobustanın yaranma vaxtından bu günə 



kimi bütün olayları bədii dillə tərənnüm edir: 

 

Bizim Azərbaycan adlı ölkədə, 



“Azıx” dan törənib bu yer bəlkə də. 

 

Qobustan coğrafi adıdır onun, 



Qobular, yarğanlar dəyişib donun. 


~ 9 ~

Daş, qaya mənzilli o qədim şəhər, 

Yaşayır ömrünü bir özgə təhər. 

 

Tarixi muzeydir, indi bu yerlər, 



Onu qoruq kimi qoruyur ellər. 

 

Tarixin bu qədim insan dünyası, 



Ötən əyyamların olub aynası. 

 

Zaman dəyişsə də bu gün tövrünü



Əks edir bəşərin neçə dövrünü. 

 

Əsəri yazıb bitirsə  də sair sanki Qobustandan ayrılmaq 



istəmir. Sözü-söhbəti tükənmək bilməyən, Vətənə  qırılmaz 

tellərlə bağlı  şair nəhayət dünyanın  ən qiymətli və nadir 

mirvarisi sayılan Qobustan haqqında poemasını belə 

yekunlaşdırır:  

 

Qobustan tarixin ədəb ərkanı, 



Qobustan ölkəmin gözəl məkanı. 

 

Yaşayır bu gün də öz adı ilə, 



Açıb qucağını böyük bir elə. 

 

Ayrıldım bu nadir daş incilərdən, 



Ayrıldım tarixi düşüncələrdən. 

 

Nəhayət şeirimi sona yetirdim, 



Bu tarix dastanın yazıb bitirdim. 

 

Daha sonra müəllif kitabın “Şabranın dünəni və bu 



günü”adlı bölməsini “Şabranın tərənnümü”şeiri ilə başlayır. 

Şabranın ta qədim dövrlərdən bu günə kimi keçdiyi yolu 

misraların dili  ilə açıqlayır və onu belə tamamlayır: 



~ 10 ~

Qaytarıb özünə adını Şabran, 

Yandırıb ocaqda odunu Şabran. 

 

Əbədi yanacaq bu od, bu ocaq 



Bu dünya durduqca o da duracaq. 

  

Kitabda Zakir müəllim elmi və tarixi mənbələrdən də 

istifadə edərək  Şabranın dünənindən və bu günündən geniş 

söhbət açır. Qədim  Şabranın VI əsrdən bu günədək keçdiyi 

yolu oxuculara tarixi faktlarla çatdırır.  

“Hara gedir bu dünya” bölməsində isə müəllif Azər-

baycan atalar sözlərindən, dünya müdriklərinin kəlamlarından, 

Azərbaycanın mütəfəkkirlərinin müdrik sözlərindən və 

tanınmış  şairlərinin  şeirlərindən qısa nümunələr verir. Dün-

yanın məşhur filosof, şair və alimlərinin dünya haqqındakı 

ölməz fikirlərini oxuculara çatdırır. 

“Elm və  təhsil – dünyaya açılan pəncərədir” bölməsinə 

şair-publisist   “Təsəlli” seri ilə başlayir: 

 

Zakir, dünya geniş, açıq pəncərə, 



Çox baxsan da sanma yolun döndərə. 

Vermə gələn günlərini hədərə, 

Bu dünyaya gələn, bir gün gedəndir. 

Gəl soruşma bu həyəcan nədəndir. 

 

“Cəmiyyətin inkişafının strateji sahəsi olan təhsilin 



tarixindən “ bölməsində  əvvəlcə respublikamızın, sonra isə 

rayonumuzun və    Şabran  ( keçmiş Dəvəçi ) şəhər 4 saylı tam 

orta məktəbin təhsil tarixindən bəhs edilir. Müəllifin məktəbin 

yubileyi münasibətilə yazdığı şeir isə xüsusilə oxucu diqqətini 

özünə cəlb edir: 

 

Qabaqdadır hələ illər, fəsillər, 



Elm alacaq səndən neçə nəsillər


~ 11 ~

Ötüşəcək yəqin bir-bir əsrlər, 

Sən bir tarix olacaqsan məktəbim! 

Yaddaşlarda qalacaqsan məktəbim! 

 

İllər salıb lövbərini yaşına, 



Tarix yazıb kərpicinə, daşına. 

Çatmamısan hələ mənzil başına 

Doxsan beşi vurdun başa məktəbim! 

İndən belə min il yaşa məktəbim! 

 

Qeyd edim ki, şair-publisist Zakir Bayramlı  Şabran 



(keçmiş Dəvəçi) şəhər M.Nəzirov adına 4 saylı tam orta mək-

təbin tarixinə dair bu kitabı yazarkən hansısa hazır mate-

riallardan istifadə etməyib. O, məktəbin 95-illik tarixini 

yazmaq, onu gələcək nəslə ötürərək yaşatmaq üçün böyük 

zəhmət çəkmişdir. Təxminən üç ilə yaxın vaxt ərzində 

müxtəlif arxivlərdən məktəbə aid çoxsaylı  məlumatlar top-

lamağa müvəffəq olmuşdur. Saralıb-solmuş arxiv kitablarını, 

qəzet və jurnalları bir-bir vərəq-vərəq oxuyaraq onlardan öz 

kitabına lazımı məlumatları toplaya bilmişdir. 

Şair-publisist təhsilin tarixi haqqında oxuculara çox geniş 

və olduqca canlı məlumatlar verir. “Təhsilim” adlı şeirdə ürək 

sözlərini, təhsilə olan istək və  məhəbbətini  şeirin dili ilə 

tərənnüm edir: 

 Dünyamızı arxasınca aparan, 

İldən-ilə yaşa dolan təhsilim. 

Ölkəmizi nadanlıqdan qurtaran

Yolumuza işıq salan təhsilim. 

 

Cəhaləti yolumuzdan itirdin, 



Savadsızlıq dövranını bitirdin, 

Ömrümüzə yeni həyat gətirdin, 

İlahidən qüvvət alan təhsilim. 

 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə