Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə5/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   2   3   4   5   6   7   8   9   ...   124

~ 22 ~

Hər biri bir dövrün yadigarıdır, 

Qobustan dünyanın ilk diyarıdır. 

 



Dünyanın bu qədim insan məskəni

Yaşadıb özündə neçə nəsnəni. 

 

Bu daşlar, qayalar durub yan-yana, 



Arxa, kömək olub daim insana. 

 

Bu yer təbiətin şah əsəridir, 



Qədim daş dövrünün daş şəhəridir. 

 

Qaynar həyat olub bu yerdə bir vaxt, 



Şahlıqlar yaranıb, qurulub da taxt. 

 

Fəth edib insanlar qayalıqları, 



Geniş düzənləri, ovalıqları. 

 

Yaşayıb qayalıq mağaralarda, 



Ov edib çöllərdə, uca dağlarda. 

 

Bu yerdə bol olub ov heyvanları, 



İnsanlar ovlayıb hər an onları. 

 

Qədim insanların qədim peşəsi



Ovçuluq olubdur zövqü, nəşəsi. 

 

Qobustan insanı min illər boyu, 



Bu qədim sənətlə yaşadıb soyu. 

 

Hər cür heyvan növü olub bu yurdda, 



Şirlər, pələnglər də ovlanıb burda. 

 

Vəhşi öküzlərin olmayıb sayı, 



Düzlərə çıxıbdır meşədən ayı. 


~ 23 ~

Bu yeri kimlərsə hallandırıblar, 

Öküzlər diyarı adlandırıblar. 

 

Dərəli, yarğanlı, palçıqlı çöllər, 



Dəyişib görkəmin ötdükcə illər . 

 

Coğrafi relyefi yarımsəhralıq, 



Alçaq təpəlikli, yalçın qayalıq. 

 

Bol sulu otlaqlar, yaşıl ormanlar



Bəxş edib insana ən gözəl anlar. 

 

Buradır məkanı qədim çağların, 



Dünya möcüzəsi yanardağların. 

 



Dünyanın bu kiçik qədim guşəsi, 

Özünə cəlb edir bu gün hər kəsi. 

 

Tarixçi alimlər keçib bu yerdən, 



Tarixə yeni don biçib bu yerdən. 

 

Səyyah, arxeoloq, tədqiqatçılar, 



Axışıb buraya təfsiratçılar. 

 

Bir-bir öyrənilib bu sirli ostan, 



Yazılıb haqqında tarixi dastan. 

 

Bu tarix dastanın varaqladıqca, 



Səsinə hay verib soraqladıqca. 

 

Ötdükcə zamanlar, illər, fəsillər, 



Ayrılıb bu yerdən saysız nəsillər. 


~ 24 ~

İnsanlar çoxalıb artdıqca burda, 

Sığmayıb bu daşlı, qayalı yurda. 

 

Yayılıb düzlərə, qalxıb dağlara, 



Boylanıb dağlardan ötən çağlara. 

 

Yeni yurd yerləri, ocaqlar qurub, 



Bəşər tarixinə möhürün vurub. 

 

      5 



Yurduna sığmayan Qobustan əhli, 

Həyat soraqladı daha fərəhli. 

 

Artıb çoxaldıqca aşıb daşıblar, 



Yol alıb dünyaya ayaq açıblar. 

 

Gələcək nəsillər bilsinlər deyə, 



Diqqətli oldular ötən hər şeyə. 

 

Çılpaq qayaları qazıb oydular, 



Saysız işarələr, izlər qoydular. 

 

Bizim Azərbaycan adlı ölkədə, 



“Azıx” dan törənib bu yer bəlkə də. 

 

Qobustan coğrafi adıdır onun, 



Qobular, yarğanlar dəyişib donun. 

 

Daş, qaya mənzilli o qədim şəhər, 



Yaşayır ömrünü bir özgə təhər. 

 

Tarixi muzeydir, indi bu yerlər



Onu qoruq kimi qoruyur ellər. 


~ 25 ~

Tarixin bu qədim insan dünyası, 

Ötən əyyamların olub aynası. 

 

Zaman dəyişsə də bu gün tövrünü, 



Əks edir bəşərin neçə dövrünü. 

 

Alimlər bu yeri alaraq gözə, 



Görünməz qatları çıxarıb üzə. 

 

Göstərib dünyaya həqiqətləri, 



Susdurub qaranlıq bəd niyyətləri. 

 

Canlı şəhadətdir yanar dağları, 



Bu yerdən başlayır “Odlar diyarı ”. 

 



Qayıtdım yenidən qayalıqlara, 

Boylandım bir daha o qaynaqlara. 

 

Baxdıqca bürüdü məni heyranlıq, 



Canlandı gözümdə daşlar bir anlıq. 

 

Dindi qaya üstdən oyma rəsmlər, 



Danışdı, onları həkk edib kimlər. 

 

Burda təsvir edib insan özünü, 



Yazıb qayalara həyat sözünü. 

 

Qazıb qayalarda qayıq rəsmini, 



Çəkib qayıqların qamış nəslini. 

 

Əks olub, neçə növ heyvan zümrəsi



Qalxır rəsmlərdən quşların səsi. 


~ 26 ~

Nəqş olub daşlara sirli balıqlar, 

Bu sirri bizlərə açır qayıqlar. 

 

Müxtəlif ölçülü çoxlu fiqurlar, 



Sistemli şəkildə əks olunublar. 

 

Hamıdan hündürdə günəş dayanır, 



Aydın səmalardan yerə boylanır. 

 

Hər şey düz ölçülüb, deyil təxmini, 



Burada yaranıb günəş təqvimi. 

 

Bütün görünənlər həyat rəmzidir, 



Qədim əjdadların yaşam tərzidir. 

 

Buradır tarixin əzəl açağı, 



İlkin mədəniyyət, sənət ocağı. 

 

Bu daş qalareya, rəsm sərgisi, 



Hər biri bir əsər, hikmət dərgisi. 

 



Gəzdim heyranlıqla bu daş şəhəri, 

Süzdüm qayaüstü rəsm-şirləri. 

 

Könlümü ram etdi bu xoş mənzərə, 



Bir addım yol imiş burdan “Xəzər”ə. 

 

Burda ovçuluqla yarış aparmış, 



Həm də balıqçılıq sənəti varmış. 

 

Tapıb arasam da qədim izləri, 



Oxuya bilmədim çox qəlizləri. 


~ 27 ~

Açıldı qarşımda özgə mənzərə

Baş vurdum neçə daş, soyuq mənzilə. 

 

Mağara adlanan daşüstü evlər, 



Yaranıb insandan çox-çox əvvəllər. 

 

Bəlkə də bu yerdə xəlq olub insan, 



Tapıb yaşamağa burada imkan. 

 

Özünə yurd edib bu sərt yerləri, 



İnsan əjdadının ilk nəsilləri. 

 

Vəhşi təbiətlə durub üz-üzə, 



Bu günkü dövranı qurublar bizə. 

 

Görünür izləri o dövranların, 



Ömrü qayalarda ötən anların. 

 

Çatılıb burada saysız ocaqlar, 



Tüstüyə bürünüb ətrafda dağlar. 

 

İnsanlar hər axşam tonqal yandırıb, 



Zülmət gecələri işıqlandırıb. 

 

Artıb çoxalıblar toplum halında, 



Qədim Qobustanın kahalarında. 

 

Burda sığınmağa neçə qucaq var, 



Çoxlu qaya altı dayanacaq var. 

 

Ötüb bu yerlərdən neçə min illər



Səsdən kəlmə doğub, yaranıb dillər. 

 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə