Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə7/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   2   3   4   5   6   7   8   9   10   ...   124

~ 33 ~

 

 



 

 

Lakin göründüyü kimi Şabrandan başqa yuxarıda gös-



tərilən  Şirvan və digər  şəhərlərin indiki Şabran (keşmiş 

Dəvəçi) ərazisində mövcud olması elmi cəhətdən indiyə qədər 

öz təsdiqıni tapa bilməmişdir. 

Qədim  Şabran  şəhərinin adının yaranması barədə. 

Tarixçi alimlər  Şabran  şəhərinin adının yaranmasını müxtəlif 

cür izah edirlər. Bu ad bir çox dünya alimlərinin,səyyahlarının, 

tacirlərinin və dövlət adamlarının  əsərlərində  “Şaporan”, 



“Şaburan”, “Şabiran”, “Sabiran” və  nəhayət “Şabran” 

kimi işlədilmişdir. Bəzi müəlliflər bu şəhərin adını sabirilər 

tayfasının adı ilə bağlayırlar. Bəziləri isə bu adın  İran 

mənşəli olduğunu bildirirlər. “Şab” (gecə) və “ran” (yer, 

məkan ) sözlərindən yarandığını izah edirlər. 

 


~ 34 ~

 

 



Arxeoloji qazıntılar zamanı qədim Şabran şəhərinin ərazisində  

aşkar edilmiş tikililərin qalıqları 

 

Lakin mən bu məqalə üzərində  işləyərkən yerli 



ziyalılarımızdan bir neçəsi  Şabran adının başqa bir məna 

daşıması barədə də məlumat verdilər: 



HAŞİYƏ.  Şabrana gətirilən və  Şabrandan yola salınan 

yüklər Qafqaz dağları ilə  Xəzər dənizi arasındakı ovalıqda 

Dərbənddən Bakıya,  Şamaxıya,  Şəkiyə, hətta Bərdəyə  qədər 

uzanıb gedən yollar vasitəsilə daşınırdı. Bu məqsədlə o 

dövrdəki tacirlər və diğər iş adamları dəvə karvanları, atlar və 

qatırlardan müxtəlif yüklərin daşınmasında geniş istifadə 

edirdilər. Əsasən isti yay günlərində bu qədər uzaq yolu piyada 

getmək isə çox çətin idi. O dövrlərdə arabalarla, eləcə də dəvə 

karvanı və yüklənmiş at və qatırlarla Dəvəçidən Bakıya 4 günə 

ketmək olurdu. Mürəkkəb hava şəraitində insanlarla yanaşı 




~ 35 ~

ağır yüklənmiş heyvanlar da əziyyət çəkirdilər. 

Havanın yüksək hərarətdə olduğu hallarda vəziyyət daha 

da acınacaqlı olurdu. Ona görə  də karvan başçıları  və yük 

sahibləri gündüzlər istirahət edər, gecələr isə havanın həra-

rətinin düşdüyü məqamlarda, nisbətən mülayim hava şə-

raitində yollarına davam edərdilər. Uzaq ölkələrdən gəlib, 

ucqar ölkələrə gedən bu karvan sahibləri  Şabran  ərazisindən 

keçərkən bu ərazidən və onun sakinlərindən çox razı idilər. 

Başqa yerlərə nisbətən burada karvanlara qaçaq-quldur basqını 

halları da olmazdı. Bir sözlə  Şabran  ərazisindən Böyük İpək 

yolu adlanan bu yolla Şərqə  və  Qərbə daşınan yüklər 

təhlükəsiz keçərdi. Ona görə  də sarvanlar aylı-ulduzlu, işıqlı 

və sakit gecələrdə Şabran torpağından əmin-əmanlıq şəraitində 

keçərdilər. 

Bu səbəbdən də müxtəlif ölkələrdən gələn tacirlər bu 

əraziyə  təhlükəsiz bir zona kimi baxırdılar. Bu yerə  ən 

qorxusuz və rahat məkan kimi yüksək qiymət verər və burada 

gecələyərdilər. Bir neçə gün Şabranda istirahət edib, alış-veriş 

edər,  şəhəri gəzib dolaşardılar. Dincliklərini aldıqdan sonra 

yollarına davam edərdilər. Bu tacir yolçular həmin səbəbdən 

bu yerin adını  Şab (gecə) və ran (yəni rəvan-düz, rahat 

gecə) deyə çağırardılar. 

Yazılı  mənbələrdə Azərbaycanın  şimal -şərq hissəsində 

yerləşən qədim Şabran şəhərinin bünövrəsinin V əsrdə qoyul-

duğu göstərilir. Hələ orta əsrlərdə  şəhər kimi formalaşmağa 

başlayan bu coğrafi yer get-gedə öz gücü və yerli istehsalını 

inkişaf etdirmək yolu ilə dünyada qüdrətini və şöhrətini xeyli 

artıra bilmişdi. 

Lakin VII əsrdə  Şabran  ərəblər tərəfindən işğal 

edildi.  Ərəblərlə  xəzərlilər arasında gedən uzun müharibələr 

nəticəsində bu şəhər dəfələrlə  əldən-ələ keçiriliərək saysız 

qarətlərə, dağıntılara və yanğınlara məruz qalıb. Öz şəhərinin 

müdafiəsinə qalxan ordu və xalq isə  həmişə  fədakarlıq gös-




~ 36 ~

tərsə  də yüzlərlə günahsız dinc əhali düşmənin qəzəbinə tuş 

gələrək məhv edilirdi. 

IX  əsrdən başlayaraq  Şabran  şəhəri müharibə  və 

hücumların ara verilməsindən istifadə edərək yavaş-yavaş 

inkişaf etməyə başlayıb. Burada dulusçuluq, metal işləmə, 

ipəkçilik,  şüşə istehsalı  və s. kimi dəyərli sənət sahələri 

inkişaf etdirilib. 

O dövrlərdə  Şabranda  ən böyük zərbxana fəaliyyət 

göstərirdi. Bu illərdə (IX əsrdə) yaxınlıqdakı durna gözlü 

bulaqlardan (14 km uzunluqda) şəhərə su kəməri çəkil-

mişdi. Keçən  əsrin səksəninci illərində aparılan arxeoloji 

qazıntılar nəticəsində Azərbaycanda ilk dəfə olaraq 

kanalizasiya sisteminin Şabran  şəhəri  ərazisində mövcud 

olması aşkarlanmışdır. 

Lakin aramsız  monqol-tatar hücumları, Osmanlıların 



işğalı  və Krım tatarlarının saysız-hesabsız basqınları 

Şabran şəhərini rahat nəfəs almağa qoymurdu. 

Səfəvilərin hökmranlığı dövründə dövlətin zəifləməsi 

Şabranın qəm-qüssəsini daha da artırdı. Dövlətin tənəzzülü 

Şabranın geriləməsinə  səbəb oldu. Nəticədə  Şabran çətin də 

olsa kiçik yaşayış  məntəqəsi kimi öz fəaliyyətini güclə 

qoruyub saxlaya bildi. 

 Qədim Şabran haqqında son söz. Şabran hələ qədimdən 

özünə  şox yüksək inkişaf yolu seçməklə  tərəqqisinə görə 

Azərbaycanın bir çox şəhərlərindən fərqlənirdi.  İkincisi, 

Şabran yüksək inkişafa imkan açan strateji iqtisadi və coğrafi 

nöqtədə yerləşirdi. Demək olar ki, orta əsrlərdə o Azərbay-

canın ən iri ticarət mərkəzlərindən biri idi. 

Şabran  şəhərinə adi ticatət mərkəzi demək olmazdı. 

Şəhər həmin dövrlərdə  həm də Azərbaycanın  şimal-şərqində 

hərbi strateji əhəmiyyət daşıyan bir istehkam idi. 

 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə