Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə9/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   5   6   7   8   9   10   11   12   ...   124

~ 41 ~

Bazara satış  məqsədilə  gətirilən malların sayı getdikcə 

xeyli artdı. Bu yaşayış  məntəqəsi nəinki ildən-ilə, hətta 

gündən-günə böyüyüb inkişaf etdi. 



Dəvəçibazarda  əhalinin daimi məskən salması.  Həftə-

bazarın gündən-günə böyüməsi burada yeni-yeni tikintilərin 

başlanmasına  şərait yaratdı. Buraya qonşu mahallardan və 

kəndlərdən imkanlı adamlar köçüb gəldilər. Bu yerdə böyük 

karvansaralar, mehmanxanalar inşa etməyə başladılar.  

Bir neçə müddətdən sonra buradan keçən dəvə karvanları 

həddindən artıq böyümüş  və genişlənmiş  Həftəbazarda öz 

karvanlarını saxlayar, müəyyən vaxt ərzində dincliklərini alar 

və alış-verişlərini edərdilər. 

Karvan sahibləri qoxmadan və  çətinlik çəkmədən istə-

dikləri malı burada satır və alırdılar. Ona görə də bu yer həmin 

vaxtlardan  Dəvəçibazar  adını aldı. Sonralar bu yerin adı 

dövlət sənədlərində də Dəvəçibazar adlandırılmağa başladı. 

Dəvəçibazarın yaranması ilə burada sənətkarlıq daha da 

inkişaf edərək genişləndi. Dəvəçibazarda onlarla taxıl, yem, 

parça, balıq, meyvə-tərəvəz,  şirniyyat dükanı, sənətkar ema-

latxanası, dəmirçixana, bərbərxana, ayaqqabı tikən və  təmir 

edən sexlər və s. vardı. Öküzlə  və atla yük daşımaq üçün 

arabalar düzəldən ustalar, su dəyirmanı düzəldən mahir 

sənətkarlar öz işləri ilə yerli əhali arasında yaxşı hörmət 

qazanmışdılar. 

Burada yeni açılan yeməkxanalar, çayxanalar, şirniyyat 

sexləri, su və  ərzaq satan mağazalar yerli əhaliyə  və  gələn 

qonaqlara yüksək səviyyədə xidmət göstərirdilər.  

Dəvəçibazarda artıq faytonlar işləməyə başlamışdı. Bu-

raya məskunlaşmağa gələn insanlar, xüsusilə tacirlər və sənət-

karlar özlərinə bir və ya iki mərtəbəli evlər tikirdilər. Artıq 

Dəvəçibazarda yeni küçələr və yaşayış  məhəllələri salınırdı. 

Varlılar üçün xüsusi zövqlə inşa olunmuş yaraşıqlı imarətlər 

göz oxşayırdı. 




~ 42 ~

Bu qayda üzrə  Dəvəçibazarın  əhalisi ildən-ilə artırdı. 

Qonşu mahallardan və indiki rayon ərazisindəki dağ  kənd-

lərindən də  əhali köçüb bura gəlməyə başlamışdı.  Əhalinin 

sayı ildən-ilə çoxaldı, onların iş təminatı və yaşayış tərzi xeyli 

yaxşılaşmağa başladı.  

O illərdə  Dəvəçibazarda hər  şey satılırdı. Tacirlər 

Bakıdan gətirilmiş neft, duz, Şamaxıdan gətirilmiş ipək mallar 

və mis qablar, Dərbənddən gətirilmiş dəmir əşyalar və silahlar, 

dağ  kəndlərindən gətirilmiş mal-qara, qoyun-quzu, süd,qatıq, 

pendir,  ət, bal, təzə  və quru meyvələr, xalça, gəbə, palaz və 

digər mallarla ticarət edirdilər.  

Artıq XX əsrin başlanğıcında demək olar ki, Dəvəçibazar 

nahiyə  mərkəzi idi. Bu mərkəzə pristav rəhbərlik edirdi. 

Həmin dövrlərdə  Dəvəçi,  Şabran,  Şeşpara, Uqah, Xaltan, 

Gömür və Bərmək mahalları mövcud idi. 



QISA ARAYIŞ.  Deyilənə görə  əvvəllər keçmiş  Dəvə-

çinin mərkəzi indiki Dəvəçikənd məhəlləsinin  əzazisində 

yerləşib. Burada aşagıdakı məhəllələr olub: 

1.

 

Ənşəli məhəlləsi. 

2.

 

Çuxur məhəllə. 

3.

 

Xırdeymaq məhəlləsi. 

Keçmişdə Bakı-Quba yolunun üzərində indiki Şabran 

şəhəri M.Ə.Rəsulzadə (keçmiş V.İ.Lenin) küçəsində karvan-

sara yerləşib. 

Ehtiyat  əmək qüvvəllərini rayon mərkəzində  cəmləş-

dirmək məqsədilə 1956-cı ildə Gömür, Nohurlar, Çinarlar

Puçuq və s. kəndlərdən  əhali məcburi surətdə bura (Dəvəçi 

qəsəbəsinə) köçürülmüşdür. 



Yuxarıda qeyd etdiyimiz kimi indiki Şabranın (keçmiş 

Dəvəçinin) ilk adı  əvvəlcə “Həftəbazar” sonra isə “Dəvə-

çibazar” olub.  Bu yer Dəvəçibazar adını XIX əsrin sonun-

dan 1944-cü ilə  qədər daşıyıb. Lakin rayonumuzun bir çox 

dağ  və aran kəndlərinin sakinləri hələ indi də öz söz-söhbət-

lərində bu yerin adını çəkərkən “bazar” sözünü dilə gətirirlər. 



~ 43 ~

 

 

 

 

Şabran rayonunun şımal və cənub giriş qapıları 

 

Tarixçilər qeyd edirlər ki, indiki Şabran (keçmiş Dəvəçi) 



ərazisinin özündə və ətraflarında da qədim dövrlərdən yaşayış 

məskənləri mövcud olmuşdur. İndiki şəhər ilə Taxtakörpü çayı 




~ 44 ~

arasında, Camal dağında, eləcə də indiki şəhərin öz ərazisində 

tikinti və kənd təsərrüfatı əhəmiyyətli qazıntı işləri aparılarkən 

küp qəbirlər, gil qablar, qəbiristanlıq aşkar olunması bu ərazi-

nin hələ uzaq keçmişdən çox qədim yaşayış  məskəni oldu-

ğundan xəbər verir. 



İndiki  Şabran (keçmiş  Dəvəçi) müstəqil rayon mərkəzi 

kimi.  1930-cu ilin noyabr ayından indiki Şabran (keçmiş 

Dəvəçi) müstəqil rayon kini fəaliyyət göstərməyə başladı. 

Dəvəçibazar kəndi 1930-cu ildən 1944-cü ilə  qədər rayonun 

mərkəzi oldu. 1944-cü ildə  dəyişiklik edilərək Dəvəçi qəsəbə 

(şəhər tipli ) adlandırıldı. 1944-1961-ci illərdə bu adı daşıyıb. 



1961-ci ildə Dəvəçiyə şəhər statusu verilib. 

1939-1955-cı illərdə  çəkilmiş Samur-Dəvəçi (indi 

Samur-Abşeron kanalı adlanır) Dəvəçibazarın  ərazisini iki 

yerə böldü. 



      

ŞABRANIN BU GÜNÜ 

 

Şabran şəhərinin qədim adının bərpası haqqında 

 

Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran 

rayonu adlandırılması haqqında Azərbaycan 

Respublikasının Qanunu 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

1. Azərbaycan Respublikasının Dəvəçi rayonu Şabran 

rayonu adlandırılsın, Dəvəçi rayon inzibati ərazi vahidi Şabran 

rayon inzibati ərazi vahidi hesab edilsin. 

 Dəvəçi  şəhər inzibati ərazi dairəsi tərkibindəki Dəvəçi 

şəhəri Şabran şəhəri adlandırılsın, Dəvəçi şəhəri inzibati ərazi 

dairəsi Şabran şəhər inzibatı ərazi dairəsi hesab edilsin. 

 

           İlham Əliyev, 

      Azərbaycan Respublikasının Prezidenti 

     Bakı şəhəri, 2 aprel 2010-cu il 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə