Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə6/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   2   3   4   5   6   7   8   9   ...   124

~ 28 ~

Əcaib, qarışıq səslərdən yorub, 

İnsan anlaşıqlı cümlələr qurub. 

 

Söhbətlər qızışıb tonqal başında, 



Rəsmlər həkk olub qaya daşında. 

 

Gecələr baxaraq aydın səmaya, 



Nəğmələr qoşublar ulduza, aya. 

 

Budur; əfsanəvi qaval daşları, 



Döydükcə oyadır daş yaddaşları. 

 

Dünya möcüzəsi, insan icadı, 



Musiqi irsinin ulu əjdadı. 

 

Bu qaval daşının ecazkar səsi, 



Yolundan saxlayır ötən hər kəsi. 

 

Sirri, müəmması çoxdur bu yerin, 



Bir-bir üzə çıxır, qazdıqca dərin. 

 

Sanki mədəniyyət məbədi olmuş, 



Tarixdən bizlərə yadigar qalmış. 

 

Qazıntı işləri gedib bu yerdə



Tapılıb nə qədər kurqan qəbir də. 

 

Əntiq nümunələr, saysız əşyalar, 



Bir-bir aşkarlanıb miflər, xülyalar. 

 

Qaranlıq tarixə işıq saçıblar, 



Alimlər keçmişə yollar açıblar. 

 



~ 29 ~

Çox olub bu yurdun “pərvanələri ”, 

Dünyanı dolaşıb əfsanələri. 

 

Bu yerdə çoxları məskun olublar, 



Daşlara xatirə yazıb qoyublar. 

 

Gəlib “romal ı” lar, gəlib “ərəb “lər, 



Gətirib bu yerə qəribə dəblər. 

 

Fəqət qalmayıblar burada yadlar, 



Gedib bu yerlərdən özgə soyadlar. 

 

Azıx mağarası qədim bir oda, 



İnsanın əjdadı yaşayıb orda. 

 

Qobustan, tarixin canlı yaddaşı, 



Dil açıb danışır qayası, daşı. 

 

Dünyanın bu iki qədim nəhəngi, 



Yurdumun qüruru, şöhrət çələngi. 

 

Bu yerə həsr edib Azər bəy canı, 



Gətirib dünyaya Azərbaycanı. 

 



Qobustan tarixin ədəb- ərkanı, 

Qobustan ölkəmin gözəl məkanı. 

 

Yaşayır bu gün də öz adı ilə, 



Açıb qucağını böyük bir elə. 

 

Ayrıldım bu nadir daş incilərdən, 



Ayrıldım tarixi düşüncələrdən. 

 

Nəhayət şeirimi sona yetirdim



Bu tarix dastanın yazıb bitirdim. 


~ 30 ~

ŞABRANIN DÜNƏNİ VƏ BU GÜNÜ 

  

“ŞABRAN”IN TƏRƏNNÜMÜ 

 

Hər kəs qonaq gəlsə əgər Şabrana, 

Bələd olacaqdır qədim Şirvana. 

 

Bu yer çox uludur yaşı bilinməz, 



Yüz illər ötsə də izi silinməz. 

 

Tarixdən söz açar gələn insana, 



Neçə yol göstərib cümlə- cahana. 

 

Şabran öz dövründə bir şəhər olmuş, 



Bütün tarixlərə adını salmış. 

 

Şərqdən qərbə doğru açılıb yolu, 



Qərbin şərqə tərəf uzanıb qolu. 

 

Dayanıb şərq ilə qərb arasında, 



Yaşayıb sülh ilə hərb arasında. 

 

İgid, mərd insanlar yaşayıb burda, 



Daim arxa olub bu elə, yurda. 

 

Enməyib yüz illər kəhər atından 



Çıxıb tarixlərin yeddi qatından. 

 

Nə qədər dağılıb qalsa da viran, 



Düşmənlər bu yerdən qovulub hər an. 

 

Qədim ipək yolu içindən keçib, 



Tacirlər, sarvanlar suyundan içib. 


~ 31 ~

Karvanlar, zəvvarlar yol alıb burdan, 

Fəqət hücumlar da olub hər yandan. 

 

Bu yerdə düşmənlər çox qılınc çalıb, 



Şabran bizim olub, bizimlə qalıb. 

 

Ötüb qanlı tarix, qayıtmaz geri, 



Azad firavandır Şabran elləri. 

 

Qaytarıb özünə adını Şabran, 



Yandırıb ocaqda odunu Şabran. 

 

Əbədi yanacaq bu od, bu ocaq 



Bu dünya durduqca o da duracaq. 

 

 

ŞABRANIN DÜNƏNİ 

Azərbaycanın şimal-şərq hissəsi qədim tarixə malik olan 

bölgələrdəndir. İndi bu bölgəyə Quba, Xaçmaz, Qusar, Şabran 

( keçmiş Dəvəçi ), Siyəzən və Xızı rayonları daxildir. 

Bu bölgənin qədim  ərazisi hələ keçmiş Albaniya 

zamanında Çola vilayətinin bir hissəsi olub. 



Şabranın “qardaşı”  Şirvan  şəhəri haqqında bir neçə 

söz. ASE-nin X cildində (Bakı -1987, səh. 542 ) göstərilir ki

Sasanilər tərəfindən Massaget çarlığı  ləğv olunduqdan sonra 

ilk  Şirvanşahlar dövləti indiki Şabran (keçmiş  Dəvəçi) 

ərazisində VI əsrin I yarısında Şabrançay və Gilgilçay arasın-

dakı  ərazidə yaradılmışdır.  Əvvəlcə  Şirvan  şahlığına  Şirvan, 

Xursan, Dərbənd, Tabaspar, Xaçtamek, Xemeok, Xeriki, 

İzmax, Bakan, Maskut şəhərləri daxil idi.  

X  əsrdə  Şirvanşahlar dövləti xeyli genişlənərək  Şəkini, 

cənubdan Muğan düzünü, şimaldan isə  Dərbəndədək olan 

geniş əraziləri tutmuşdu. 




~ 32 ~

Bəzi yazılı  mənbələrdə orta əsrlərdə indiki Şabran 

(keçmiş Dəvəçi) rayonu ərazisində Şabran, Şirvan, Xursan və 

Basarvan kimi şəhərlərin olduğu qeyd edilir. Keçən  əsrin 

səksəninci illərində çap olunmuş “Azərbaycan tarixinin 

coğrafiyası” kitabında verilmiş  xəritədə  də  Şirvan  şəhərinin 

yeri indiki Şabran rayonu ərazisinə düşür.  

Ərəb tarixçisi İbn Hövqəl  əsərlərində göstərirdi ki, 

Şabrandan sonra Şirvan şəhərindən keçməklə yollar Şamaxıya, 

daha sonra isə Bərdicə və Bərdəyə qədər uzanırdı. 

Əl-Müqəddəsinin  Şirvan  şəhəri haqqında öz əsərlərində 

verdiyi xəritələrdən və açıqlamalardan müəyyən etmək olar ki, 

hələ dünya tarixçiləri və alim-arxeoloqları  tərəfindən yeri 

dəqiq müəyyənləşməyən  Şirvan  şəhərinin indiki Şabran (keç 

miş  Dəvəçi)  şəhərinin  ərazisi altında torpağa qarışıb getmiş 

qədim yaşayış  məskəni olduğu ehtimal edilir.  Rayonumuzun 

adlı-sanlı tarix müəllimi Nurbala Quliyevin “Bura Gülüstani-

İrəm torpağıdır” kitabında da vaxtıkən mövcud olmuş  Şirvan 

şəhərinin indiki Şabran (keçmiş  Dəvəçi) rayonu ərazində 

olması haqqında məlumatlar özünə geniş yer alıb. 

 

 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə