Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə3/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   2   3   4   5   6   7   8   9   ...   124

~ 12 ~

Güclə qüdrət təhsildədir deyiblər, 

Kitablara hörmətlə baş əyiblər

Çox alimlər elmindən don geyiblər, 

Deyilənlər deyil yalan təhsilim. 

 

Sən Zakirlə birgə ömür yaşadın, 



Sərvətini xəzinəmə daşıdın, 

Elmin ilə həyatımı oxşadın, 

Mənə ən xoş nəğmə çalan təhsilim. 

 

Zakir Bayramlı bu kitabında ilk dəfə olaraq təhsil sahə-



sində təlim-tərbiyənin tərkib hissəsi olan fiziki tərbiyə, idman 

və digər tədbirləri  ayrıca bölmədə  işıqlandırır. Sevindirici 

haldır ki, təkcə 2005-2016-cı illərdə məktəb, onun müəllimləri 

və  məzunları bu sahə üzrə 76 dəfə  Fəxri fərman, diplom və 

rəsmi təşəkkür almışdır. 

Kitabda məhəbbət mövzusu Zakir Bayramlı yaradı-

cılığının şah mövzularındandır. Onun elə bir kitabı yoxdur ki, 

orada sanki kitab özü insan kimi dil açaraq bu müqəddəs, ali 

və ülvi hissdən söhbət açıb danışmasın. “Məhəbbət təranələri” 

adlı şeirin bir parçasına diqqət yetirsək görərik ki, şair elə ilk 

misrasından məhəbbəti “Həyatın tacı”, hər bir insanın ona 

daim “möhtac” olduğunu göstərir. Dünyamızı  bəzəyən, onu 

daha da canlandıran, toy-busat bəxş edən bu bənzərsiz hissi 

özünə  məxsus poetik dillə  və incəliklə  qələmə alıb.  İnsanın 

ömrüylə bu hissin rolunun bitmədiyini və onun yolunun əbədi 

dünya ilə bağlı olduğunu oxucuların diqqətinə çatdırır:  

 

Hər hansı bir adla yaşatsa irsin, 



Adı məhəbbətdir bu ülvi hissin. 

 

Məhəbbət Tanrının sirri, hikməti, 



İnsana əvəzsiz dünya neməti. 


~ 13 ~

Bütün canlılara olsa da məhrəm, 

Yalnız insan bilir nədir bu məlhəm. 

 

Sevib- sevilməyə sövq edər bizi, 



Hamının qəlbinə salar bu izi. 

 

Fəqət çox olsa da odu, alovu, 



Salmaz aramıza nifaqı, lovu. 

 

Nadanlar axtarır onu özündə, 



Aqillər yaşadır müdrik sözündə. 

 

İnsanın ömrüylə bitməyir rolu, 



Əbədi dünyayla bağlıdır yolu. 

 

Məhəbbət olmasa insan doğulmaz, 



Məhəbbət olmasa həyat da olmaz. 

 

Müəllifin “İstəmirəm məhəbbətsiz yaşamaq”  şeirini isə 



həyəcansız oxumaq olmur. Bu şeirdə şair-publisist məhəbbəti 

sanki uca və ulduzlu göylərə qaldırır. Ona Nizami, Füzuli və 

Əlağa Vahid dili ilə yaranışın özəyi, insanların bəzəyi, 

şairlərin isə söz meyi kimi yüksək qiymət verir: 

 

Sevgi dolu bir dünyadır həyatım, 



Haqdan doğur nəğmələrim, bayatım. 

Mən sevgisiz necə qalxım, boy atım? 

Ağır yükdür, çox çətindir daşımaq. 

İstəmirəm məhəbbətsiz yaşamaq. 

Yaranışın özəyidir məhəbbət, 

İnsanların bəzəyidir məhəbbət. 

Şairlərin söz meyidir məhəbbət, 

Qəlbdən silib olmur onu boşlamaq. 

İstəmirəm məhəbbətsiz yaşamaq. 



~ 14 ~

Məktəb həyatına yaxından bələd olan Zakir müəllim 

uşaqların, yeniyetmələrin və  gənclərin tərbiyəsində valideyn, 

müəllim  əməyini və ictimaiyyətin səylərini yüksək qiymət-

ləndirir. Həyata yenicə  qədəm basmış gül balaların düzgün 

tərbiyə edilməsində valideynlərin özünün də pis vərdişlərdən 

uzaq olmasını tövsiyyə edir. Gəlin  şeirdən bir parçaya diqqət 

yetirək: 

 

Gəlin gəlbimizi saxlayaq dincə, 



Ona məlhəm olsun sağlam düşüncə. 

Bununçun çalışaq, hər şeydən öncə 

Zərərli vərdişdən uzaq olaq biz. 

Yararsız hər işdən uzaq olaq biz. 

 

Zakir, çox gözəldir, inan bu dünya, 



Saf ömür bənzəyir günəşə, aya. 

Çalışaq şad günlər gəlməsin saya 

Zərərli vərdişdən uzaq olaq biz. 

Yararsız hər işdən uzaq olaq biz. 

 

Kitabda Zakir müəllim Şabran ( keçmiş Dəvəçi ) şəhər 4 



saylı tam orta məktəbin təkcə müəllimlərindən deyil, məzun-

larından da söz açmağı unutmur. O, bu məktəbin səsi-sorağı 

dünyanı dolaşan ağıllı, bilikli, bacarıqlı və zirək məzunları ilə 

fəxr edir, onlarla qürür hissi keçirir. Müəllifin “Məzun “şeirinə 

diqqət yetirsək, onun keçirdiyi çox möhtəşəm, olduqca çılqın, 

lakin ürəkdən gələn zərif və ülvi hisslərin şahidi olarıq: 

 

Bitib həyatının məktəb illəri, 



Təhsil karvanını apar irəli. 

Sahib ol hər elmə, öyrən dilləri, 

Qarşıda hələ çox yollar var, uzun. 

Vətənin arxası, dayağı məzun. 

 



~ 15 ~

Xoşbəxtlik günəşi doğar üzündə, 

Elmdən bir soraq olsa sözündə. 

Qorxu yaratmasın zəhmət gözündə

Düşərsən hörmətdən, enər nüfuzun. 

Uca zirvələrin fatehi məzun. 

 

Xalqın ümid yeri özü də sənsən, 



Elin uzaq görən gözü də sənsən. 

Bu günün, sabahın sözü də sənsən, 

Sözündə nur olsa sönməz ulduzun. 

Vətənin layiqli övladı məzun. 

 

Z.Bayramlı bu kitabı ilə sözə yenə yüksək dəyər verir, 



onu hər  şeydən üstün sayır. Sözü ilahidən gələn bir güc, 

qüvvət hesab edir. İnsanlara verilən  ən  şirin bir nemət sayır. 

Yalan danışanlara, söz verib unudanlara, dediyi yalanı əsassız 

müdafıə edən dil pəhləvanlarına nifrət edir. İnsanları ilahidən 

gələn bu nadir hikmətə hörmət etməyi,onu ucuz tutmamağı 

tövsiyyə edir: 

 

Söz var dildən qaçar, ziyan gətirər, 



Söz var toxumları tikan bitirər. 

Söz var nüfuzunu salıb itirər, 

Söz də var hər yerdə qurar divanı, 

Qoruyar haqsızdan haqlı insanı. 

 

Söz var boş-boşuna söyləmək olmaz, 



Söz var kimə desən yadında qalmaz. 

Söz var kimsə onu yadına salmaz, 

Söz də var milyonlar olar heyranı, 

Nurlu bir aləmə salar insanı.  

   

Zakirin yaradıcılığı da elə suyu yerin altı ilə dağlardan 



axıb gələn düzənliklərdə yer üzünə çıxan bir bulağa bənzəyir. 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə