Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə8/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   4   5   6   7   8   9   10   11   ...   124

~ 37 ~

 

 



Qədim Şabran şəhərinin qalıqlarından görünüş 

 

Şabranın ətraf ərazilərində Çıraqqala, Gilgilçay və Boyat 

kimi hərbi istehkamlar da mövcud olmuşdur. Düşmən basqın 

edən zamanlarda bu istehkamlar Şabran, eləcə  də  Şirvan 

əhalisinin müdafiəsi üçün böyük əhəmiyyət daşıyırdı. 

Şabrandan  şərqə  və  qərb istiqamətlərinə dünyada böyük 

iqtisadi əhəmiyyət daşıyan həm quru, həm də su yolu ilə geniş 

ticarət qapıları açılmışdı. 

Lakin XVIII əsrin  əvvəllərindən başlayaraq ölkənin 

zəifləməsindən sui istifadə edən Hacı Davud və Qazıqumuxlu 

Surxay xan ordu dəstələri ilə  Şabrana hücüm edərək  şəhərin 

sakinlərini və  xəzinəsini dəhşətli  şəkildə qarət etdilər. Sonra 

şəhərdə böyük dağıntılar və yangınlar törətdilər. Nəticədə 

Şabran bir daha belini dikəldib ayağa qalxa bilmədi. O süqut 

etdi və xarabalığa çevrildi. Burada bir sıra tarixçilər və 

arxeoloqlar Şabrançayın sel-sularının şəhərin dağılmasında da 

böyük rol oynadığını göstərirlər. 



~ 38 ~

 

 



Şahnazərli kəndində qədim Şabran panosu 

 

Şabran dağılsa da, xarabazarlığa çevrilsə də, Azərbaycan 



tarixi salnaməsində, qədim coğrafiya xəritələrində  şəhər, mü-

hüm ticarət mərkəzi kimi əbədi həkk olunmuşdur. 

Norveç alimi, yazıçısı, etnoqrafı, arxeoloq, dünyanın 

demək olar ki, çox hissəsini gəzmiş  məşhur səyyahı Tur 

Heyerdal 1981-ci ildə  Şabran  şəhərinin qalıqlarına baxmış, 

buradakı arxeoloji tapıntılar barədə yüksək fikir söyləmişdir. 



Şabran Quba xanlığı dövründə. XVII əsrdə Səfəvi şah-

lığı xanlıqlara bölünərək idarə olunmağa başladı. Yarımmüs-

təqil Quba xanlığı yaradıldı. 1747-ci ildə Nadir şah  Əfşarın 

sui-qəsd nəticəsində həlak olmasından sonra Quba xanlığı tam 

müstəqil oldu. Get-gedə Quba xanlığı ona qonşu olan 

torpaqları da güc yolu ilə öz xanlığının  ərazisinə birləşdirdi. 

1757-ci ildə Quba xanı Hüseynqulu xan oğlu Fətəli bəyi 

Səlyana göndərdi. Səlyan yenidən Quba xanlığına birləşdirildi. 

1759-cu ildə  Fətəli xan Dərbənd  şəhərini  ələ keçirərək oranı 

Quba xanlığının əsl iqamətgahı elan etdi. 



Şabran (keçmiş  Dəvəçi) Quba əyalətinin tərkibində 

olduğu illərdə. 1809-cu ildə xanlıq ləğv edildi və Quba əyalətə 


~ 39 ~

çevirildi. Quba əyalətinin tarixinə dair məlumatlar 1831-ci ildə 

kollec reqistiratoru Xotyonovski tərəfindən tərtib edilmiş 

“Quba  əyalətinin təsviri” kitabında özünə geniş yer alıb. 

Həmin kitab həmyerlimiz, tarix elmlərt doktoru, professor 

T.T.Mustafazadə  tərəfindən tərcümə edilmiş  və 2008-ci ildə 

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şura-

sının qərarı ilə çap olunmuşdur. Təsvirə  əsasən Quba xan-

lığının 1796-cı ilə olan ərazisi 8 mahala bölünmüşdü. Bunlara 

aşağıdakı mahallar daxil idi: 

Quba, Rustov (Şeşpara), Müşkür,  Şabran, Sədan, 

Bərmək, Xınalıq, Buduq. 

Əyalətin  əhalisi iki dildə türk və tat dillərində 

danışırdılar. 

O vaxtlarda indiki Şabran (keçmiş  Dəvəçi) rayonunun 

ərazisinə aid olan yaşayış  məntəqələri aşağıdakı mahalların 

tərkibinə daxil edilmişdi: (Kəndlərin adları  dəyişdirilmədən 

ktabdakı kimi qeyd edilib.) 



Şabran mahalına:  Xırdoymaq, Söhbətti, Aygünlü, Pa-

dari, Sur-Sur (Bilici), Bur-bur, Şahnazərli, Molla Kamallı, 

Rəhimli, Məliklər, Suvazlı, Bayat, Çölquşçu, Qaraqaşlı, 

Sərvan, Xəlilli,  Dəvəçi,  Surla,  Şıxlı, Qazbabalı,  Əmirxanlı, 

Xəlfilər, Ərşəli, İzmara və digər kəndlər; 

Şeşpara mahalına:  Gəndov, Pirəmsən, Leyti, Zöhramı, 

İdrisli, Sofikənd, Zeyvə, Kilvar, Pirəbədil, Sumaqova, Zağlı və 

başqa kəndlər; 

Bərmək mahalına: Uqah, Çaraq və qeyri kəndlər

Təsvirdə  Dəvəçi haqqında qeyd edilən məlumatlardan 

qısa şərh: 

Təsvirdə göstərilən məlumatlara  əsasən 1831-ci ildə 

aparılmış uçot qeydlərinə  əsasən indiki Şabran (keçmiş 

Dəvəçi)  şəhərində sahibkarlara məxsus 106 fərdi təsərrüfat 

olub. Kişi və  oğlanların sayı  həmin sənədlərdə 375 nəfər 

göstərilib. Təsvirdə verilmiş cədvəllərə əsasən həmin vaxtlarda 




~ 40 ~

Dəvəçidə yaşayan  əhali taxılçılıq, maldarlıq və ipəkçiliklə 

məşğul olurdu. 

Uçot aparılan həmin dövrdə  Dəvəçidə 600 ruba əkinə 

yararlı sahə qeydə alınıb. Ondan əlavə 200 rubalıq  əkinə 

yararsız, 200 rubalıq biçənək, 200 rubalıq isə otlaq sahələri 

olub. Cəmi uçota alınan sahələrin həcmi isə 1200 rubalıq 

olduğu göstərilib. Sənədlərdə 36 meyvə bağı, 36 isə tut bağı 

mövcud olduğu bildirilir. 

Siyahı aparılan həmin illərdə Dəvəçidə 3 dəyirman qeydə 

alınıb. Cədvəllərə  əsasən  ərazidə  rəiyyətin sayı 99 nəfər, 

rəncbərin sayı 4 nəfər, vergi verən rəiyyətlə  rəcbərin sayı isə 

98 nəfər qeyd olunub. 

İndiki 

Şabranın (keçmiş 

Dəvəçinin) yaranma 

tarixindən.  

 Həftəbazar.  İlk dəfə indiki Şabran (Dəvəçi)  şəhərinin 

yerində  Həftəbazar yaranıb fəaliyyət göstərməyə başlayıb. 

Həftəbazar mühüm bir yerdə, Dərbənd-Bakı, Dərbənd-Şamaxı 

yollarının qovşağında təşkil edilmişdi. 

Həmin dövrlərdə  Həftəbazar gündən-günə genişlənir və 

bura ticarətə  gələn insanların sayı artırdı. Çox keçmədi ki, 

Həftəbazarın səsi-sorağı hər yana yayıldı. Bura Qubadan (Al-

Abxazdan), zəlzələdən zərər çəkmiş  Şamaxıdan, Samur- 

Dərbənd tərəfdən çoxlu sənətkarlar dəstəsi köçüb gəlməyə 

başladı. 

Bu sənətkarlar tək-tək deyil, bir necə qohum-əqraba və 

öz ailələri ilə köçüb Həftəbazara gəlirdilər. Artıq bu yer kiçik 

həftəbazardan ticarətlə  məşğul olan böyük bazara çevrilməyə 

başladı.  

Burada məskunlaşan, yəni bu yeri özünə daimi yaşayış 

məskəni seçən insanların sayı gündən-günə artdı.  İndi də o 

illərdə Dəvəçiyə köçüb gələn dəmirçilər, qalayçılar, toxucular, 

dərzilər, boyaqçılar, çörəkçilər və başqa sənətkar nəsillərinin 

törəmələri buranı özlərinə vətən seçmişlər. 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə