Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə11/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   7   8   9   10   11   12   13   14   ...   124

~ 49 ~

Şabranda tikilmiş Poeziya evinin tikintisi və onun 5 illik 

fəaliyyəti barədə reqional televiziyaya verdiyim müsahibədə 

də bu tikilini rayonumuzun ədəbiyyatla, seir və  sənətlə  nəfəs 

alan ziyalılarımıza respublika rəhbərliyi və rayonumuzun  

başçısı  tərəfindən verilən yüksək qiymətin təzahürü kimi 

dəyərləndirmişəm. 

 

 



 

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev  

Şabran Xəqani Poeziya evində çıxışı zamanı 

 

 

Rayonda təhsil, mədəniyyət və  səhiyyənin bugünkü 

inkişaf vəziyyəti:  Şabranda mədəni həyat səviyyəsi ildən-ilə 

yüksəlir. İndi burada 3 məktəbəqədər, 5 məktəbdənkənar tədris 

müəssisəsi, 20 tam orta, 17 ümumi orta və 12 ibtidai məktəb 

vardır. 



~ 50 ~

Rayonda mədəniyyət müəssisələrindən ölkəşünaslıq 

muzeyi, poeziya evi, 1 musiqi məktəbi, 49 kitabxana və mədə-

niyyət evi, 41 klub fəaliyyət göstərir.  Şabran Mədəniyyət 

sarayı  nəzdində  fəaliyyət göstərən “Çıraqqala” folklor xalq 

kollektivi (rəhbər Rasim Ağasızadə) və “Xınayaxdı” folklor 

xalq kollektivi (rəhbəri Bayram Ağasıyev) rayon əhalisinə 

yüksək səviyyədə mədəni xidmət göstərirlər. 

Rayonda yeni mərkəzi xəstəxana binası bir neçə ildir ki, 

istifadəyə verilib. Rayon əhalisinə səhiyyə xidməti göstərən bu 

tibb müəssisəsi yüksək dərəcəli müasir tibbi aparatlarla və 

digər texnika ilə təchiz edilmişdir. 



Fiziki tərbiyə və idman. Şabranda fiziki tərbiyə və idman 

gündən-günə inkişaf edir. Hələ keçmiş zamanlardan bu yer öz 

qocaq igidləri və  pəhləvanları ilə tanınıb. Məsələn, belə bir 

fakt diqqəti cəlb edir ki, Pirəbədil kənd orta məktəbin 

yetişdirməsi Şirinbala Xəlilov 1961-1962-ci illərdə Respublika 

idman yarışlarında yüksək ustalıqla çıxış edərək sərbəst güləş 

üzrə Azərbaycan çempionu adını qazanaraq ilk dəfə Dəvəçinin 

idman tarixinə qizıl hərflərlə imza atmışdır. Sonralar Müşviq 

və Müqəddəs Cəfərov qardaşları (sambo), Taleh Həbibov, 

Ömər  İlyasov, Rövşən Fərzəliyev (karate) Azərbaycan çem-

pionları, yunan-roma güləşi üzrə dünya kubokunun qalibi 

İlham Umayev, Rövşən Günəşov və başqa idmançılarımız 

rayonumuzun adına böyük hörmət gətirmişlər. Gənc  Şabranlı 

Aqşin Xəlilov (təhsil işçisi Nurulla Xəlilovun nəvəsi) karate 

üzrə Azərbaycan və Avropa çempionu,kinq boks üzrə isə 

dünya çempionu adını qazanmışdır. 




~ 51 ~

 

 

Şabran şəhəri, Qala meydanı şəhərə xüsusi gözəllik verir 

 

Şabranın görkəmli və tanınmış  şəxsləri haqqında qısa 

məlumat.  Şabran torpağının təkcə  təbiəti ilə deyil, həm də 

görkəmli və tanınmış şəxsləri ilə fəxr etməyə, öyünməyə haqqı 

vardır. Lakin bu kitabda həmin insanların hamısının adını qeyd 

etməyə kitabın təyinatı  və  həcmi imkan vermir. Biz sadəcə 

olaraq həmin insanların yalnız bir qismi haqqında oxuculara 

məlumat verəcəyik: 

Dövlət xadimi Qəzənfər Musabəyov, ictimai siyasi 

xadim Ayna Sultanova, bəstəkar Tofiq Quliyev, keçmiş partiya 

işçiləri Niftalı Aşurov, Həsən Mustafayev və Zöhrab Ömərov, 

futbolçu Kamran Ağayev, təhsil işçisi, pedaqoji elmlər nami-

zədi Nurulla Xəlilov,  Əməkdar mədəniyyət işçisi Nurağa 

Rəhmanov, Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə 

köməkçisi Natiq Əmirov,  şair Ağalar Mirzə  və  Əhəd Murad-

xanlı, yazıçı Sadıq Elcanlı və Aydın Tağıyev, jurnalist Nizami 

Rəhmanlı, tibb elmləri doktoru, professor Ariz Xəlilov, tarix 

elmləri doktorları Oktay Sultanov və Tofiq Mustafayev, 

pedaqoji elmlər üzrə  fəlsəfə doktoru Mübariz Əmirov, 

filologiya elmləri namizədi Faiq Şahbazlı, respublikanın 

əməkdar artisti Əjdər Həmidov və başqaları. 



~ 52 ~

Şabranın qədim tarixinə bu günkü göslə baxış. Şabranın 

torpağının hər qarışında bir canlı tarix yatır. Şabranda olan bir 

çox hərbi istehkamların, qalaların, sədlərin,  şəhərlərin yeri-

yurdu hələ tarixçi alimlərimiz və arxioloqlarımız tərəfindən 

tam araşdırılıb başa çatmayıb. Çünki qədim  Şabran haqqında 

yazılmış tarixi salnamələrdə, eləcə  də  qədim coğrafi xəritə-

lərdə göstərilən  Şirvan, Xursan, Basarvan kimi şəhərlərin 

dəqiq yeri hələ alimlərimiz və tarixçilərimiz tərəfindən elmi 

surətdə tam müəyyənləşdirilməyib. Lakin bu sahədə iş hələ də 

davam edir. Məsələn: Keçən illərdə “Aygünlü təpələri 

“adlanan ərazidə yeni arxeoloji qazıntıların aparılması zamanı 

müsbət nəticənin alınmasını tarixçilərimizin və arxeoloqla-

rımızın yüksək uğuru hesab etmək olar. 

Ancaq Şabran rayonu ərazisində öyrənməli, tədqiq olun-

malı və qazıntı aparılaraq araşdırılmalı olan yerlər hələ çoxdur. 

Mənə bu yaxınlarda əslən rayonun Qələgah kəndindən olan və 

Şabran  şəhərində yaşayan bir ağsaqqal qoca söylədi ki, yerli 

sakinlər tərəfindən Qələgah kəndi yaxınlığında bir mağara 

aşkar edilib. Həmin mağaranın tarixçilər və arxeoloqlar 

tərəfindən tədqiq olunmasına ciddi ehtiyac vardır. Zənnimcə 

rayonumuzda belə qədim tarixi yerlərin oyrənilməsinə, tədqiq 

olunmasına və araşdırılmasına maraq bundan sonra da 

artacaqdır. 

           

 

        


          

 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə