Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə13/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   9   10   11   12   13   14   15   16   ...   124

~ 57 ~

olunan müdafiə  səddi hissələrini yeni tikilən ikinci sədd ilə 

möhkəmləndirdi. Səddin xaricdən qorunması üçün oraya əlavə 

ordu hissələri yeridildi. Daxildən canlı müdafiənin daha yaxşı 

təşkili üçün əsgəri qüvvə  və silah-sursat ehtiyatı daha da 

artırıldı. 

Həmin dövrdə  sıra dağların  şimal- qərb birləşməsindən 

Babadağa qədər hündür müdafiə  səddi çəkildi. Bu sədd 

Şəhərgahı Qafqazdakı dağlı tayfalarının aramsız hücumların-

dan ərəblərin müdaxiləsinədək müəyyən qədər qoruya bildi. 

Şəhərgah qala şəhərində vaxtıkən zərdüşlük dininə sitayiş 

edən  əhali yaşayırdı. Belə ki, arxeoloji qazıntılar nəticəsində 

aşkar olunan qəbr abidələri və dəfn adətləri bunu deməyə əsas 

verir. 


Ərəb xilafəti tərəfindən  Şəhərgahın işğalı.  VII  əsrdə 

ərəb qoşunları Azərbaycana hücum etdilər. Bir sıra iri şəhərlər 

işğal edildi. Ərəblər tezliklə Şamaxını da ələ keçirdilər. Lakin 

hələ Şəhərgah haqqında onların kəşfiyyat məlumatları yox idi. 

Çox keçmədi ki, Şəhərgahın səsi- sorağı,  şan-şöhrəti onlara 

çatdı.  


Bundan xəbər tutan Şamaxı hakimi 643-cü ildə Şəhərgah 

qala  şəhərinin üzərinə hücuma keçdi. Qala 30 minlik ərəb 

qoşunları  tərəfindən mühasirəyə alındı. Qalanın müdafiəçiləri 

ərəblərə qarşı güclü müqavimət göstərərək bir neçə ay böyük 

igidliklə qalanı müdafiə etdilər. 

Şəhərgaha gələnə qədər ərəb ordu sərkərdələri və qoşun 

birləşmələri böyük şəhərlərin işğalı zamanında bu cür əziyyət 

və  çətinlik görməmişdilər.  Şəhərgah  şəhərinin hər tərəfdən 

təbii sədlərlə  əhatə olunması  ərəblərin qalaya girmək planını 

xeyli dərəcədə çətinləşdirmişdi.  

Lakin qalanın  ən zəif nöqtəsindən düşmənlərin hələ 

xəbəri yox idi. Bu zəif yer qala- şəhərin cənub tərəfində  əllə 

hörülmüş, süni yaradılmış  sədd idi. Səddin bu hissəsində 

ərəblər əvvəlcə çoxlu tələfat verdilər. Nəhayət böyük çətinliklə 




~ 58 ~

də olsa onlar daş divarları uçurub qalaya daxil ola bildilər. 

Ərəblərin qoşun hissələri heç bir müqavimətə rast gəlmədən 

qalaya daxil oldu. Bu səbəbdən də şəhərin daxili görünüşünə o 

dövrdə ciddi ziyan dəymədi.  

Beləliklə bu şəhər işğalçı ərəblərin əsarəti altına düşdü. 

Şəhərgah ərəblər tərəfindən tutulduqdan sonra düşmənin 

dağıtdığı  həmin daş divar (hasar) bir daha bərpa olunmadı. 

Ərəblər burada olan torpaq yolu isə daş yolla əvəz etdilər. 

Ərəblərin daş yolu çəkməkdə başqa məqsədləri və maraqları 

vardı. Onlar bu ərazidəki münbit torpaqlara sahib olmaqdan 

ötrü bura ərəb ailələrini köçürmək istəyirdilər. 

Qısa müddət kəsiyində minlərlə ərəb ailəsi indiki Şabran 

( keçmiş Dəvəçi ) rayonunun Dəhnə, Düzbilici, Zağlı, Çinarlar 

və digər kəndlərinin ərazisində məskunlaşdırıldılar. 

 Beləliklə Şəhərgah qala şəhəri XIII əsrin əvvəllərinədək 

toxunulmaz qaldı. Lakin çox keçmədi ki, bu qəhrəman qala-

şəhər növbəti dəfə ışğalçı düşmənlə üz-üzə gəldi. 



Monqolların hücumu və  Şəhərgahın dağıdılaraq 

tamamilə  məhv edilməsi.  1220-1222-ci illərdə monqolların 

Azərbaycana I yürüşü oldu. 1221-ci ildə monqol sərkərdələri 

Cəbə  və Subatay Gürcüstandan qayıdaraq  Şamaxı  şəhərini 

mühasirəyə aldılar. Şəhər üç gün müdafiə olunsa da monqollar 

tərəfindən tutuldu.  

1222-ci ilin əvvəlində  Şəhərgah  əvvəlcə monqollara 

güclü müqavimət göstərdi. Sonradan düşmən hücumuna tab 

gətirə bilməyib təslim oldu. Lakin xain düşmən qalanı  ələ 

keçirməsinə  və ona heç bir müqavimət göstərilməməsinə 

baxmayaraq  şəhər – qalanı  vəhşicəsinə dagıtmağa başladı. 

Düşmən ordusu heç bir güzəşt etmədən bütün qalanı, şəhəri və 

onun  ətrafına süni çəkilmiş  sədlərin hamısını tamamilə 

dağıdıb, yerlə-yeksan etdi. Şəhərgah adlı bu möhtəşəm qala-

şəhər monqolların vəhşi istilası  nəticəsində tamamilə  məhv 

edildi. 



~ 59 ~

 

             



 

Şəhərgah xarabalıqları 

 

Beləliklə  təxminən 10 əsrə yaxın öz mövcudluğunu 



qoruyub saxlayan, zamanın hər cür çətinliyinə sinə  gərən, 

təbiətin füsunkar abidəsi,  Şabran torpağının mühüm müdafiə 

istehkamlarından bıri  Şəhərgah  şəhər-qalası süqut edərək 

tarixin unudulmaz bir yaddaşına çevrildi. 

 

              Ramin Bayramov, 



   Şabran şəhər M.Nəzirov adına  

4 saylı tam orta məktəbin tarix nüəllimi 

 

 

 

 

 

  



 

 



~ 60 ~

DAĞBİLİCİ KƏNDİNİN TARİXİNDƏN… 

   


BU YERLƏRƏ GƏL... 

(Şeirdən bir parça) 

 

          

Qədim yurd yeridir iki Bilici, 

Biri dağ, biri düz- hər biri inci. 

Görəndə adamın artır sevinci, 

Yubanma, əziz dost, bu yerlərə gəl. 

Həm tamaşa elə, həm gəz, həm dincəl. 

 

Sizə söhbət açım Dərəmumludan, 



Heç vaxt xəstələnməz havasın udan. 

Gözəl mənzərəsi çıxarmı yaddan?! 

Yubanma, əziz dost, bu yerlərə gəl. 

Həm tamaşa elə, həm gəz, həm dincəl. 

 

Təkdir gözəllikdə Bilici Qorğan, 



Bu yerlər gələcək xoşuna inan. 

Təmiz hava üçün darıxan zaman 

Yubanma, əziz dost, bu yerlərə gəl. 

Həm tamaşa elə, həm gəz, həm dincəl. 

 

Çox cavan bir kənddir bizim Taxtalar, 



Üşütməz insanı qışda şaxtalar. 

Bura hər vaxt gələn razı qayıdar, 

Yubanma, əziz dost, bu yerlərə gəl. 

Həm tamaşa elə, həm gəz, həm dincəl. 

 

Zakir, burda bitir sən gəl sözünü



Sadə ol, yuxarı tutma özünü. 

Tanrı yumanadək sənin gözünü, 

Yubanma özün də, bu yerlərə gəl. 

Həm tamaşa elə, həm gəz, həm dincəl. 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə