Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə17/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   13   14   15   16   17   18   19   20   ...   124

~ 72 ~

direktoru. 



Nuru Məmmədov  – Keçmiş  Dəvəçi rayonun 

N.Nərimanov adına sovxozun sabiq baş mühasibi. 



Camal Məmmədov  – Dəvəçidə “Pirəbədil” xalça 

fabrikinin keçmiş baş mühasibi. 



Saatxanım Məmmədova – Dəvəçi rayon Sosial Təminat 

Şöbəsinin sabiq müdiri və başqaları. 



Kənddə  fəaliyyət göstərən sosial obyektlər. Hal-hazırda 

kənddə  mədəniyyət evi fəaliyyət göstərir. Bundan əlavə  kənd 

əhalisinə tam orta məktəb, ATS, poçt, tibb məntəqəsi və kənd 

kitabxanası yüksək keyfiyyətlə xidmət edir. Kənd fasiləsiz 

olaraq elektrik enerjisi və mavi qaz yanacağı ilə təmin edilib. 

Yaxın gələcəkdə  kənd bələdiyyəsi kəndin  ətrafındakı 

bulaqlardan Dağbilici kəndinin içərisinə boru kəməri vasitəsilə 

su çəkilməsini nəzərə alınacağını qarşısına məqsəd qoyub. 



Dağbilici kəndinin düzlu və  məzəli lətifələri haqqında

Dağbilici kəndinin keçmiş tarixindən və bu günündən söhbət 

açmaq, onun gözəl insanlarını yada salmaq, lakin bu kəndin 

mənəvi sərvəti olan məşhur lətifələrindən danışmamaq heç 

insafdan deyil. Bu kənd insanı güldürən, düşündürən, bəzən də 

tənqid hədəfinə çevrilən lətifələr məskənidir. Kitabın həcmi 

imkan vermədiyinə görə  mən yalnız kənd ağsaqqallarından 

eşitdiyim keçmiş bir lətifəni oxuculara çatdıracağam: 



LƏTİFƏ: Keçmiş dövrlərdə bir dağbilcili oğlan  əsgər-

likdə başqa millətdən olan bir qızla evlənib. Hərbi xidmət 

qurtardıqdan sonra yeni cütlük kəndə  gəlib burada rahat 

yaşamağa başlayıblar. Kənddə ərzaq məhsulu kimi ət və digər 

məhsullarla yanaşı süd, pendir, yağ  və  şordan çox istifadə 

edilib. Bir yandan kənd həyatında mövcud çətinliklər, o 

cümlədən içməli su gətirmək üçün bulaqların uzaqda yerləş-

məsi, bir yandan da ərzaq çeşidinin az olması  əcnəbi gəlinin 

heç ürəyincə olmayıb. Bir sözlə, kənddə hər işin böyük zəhmət 

bahasına başa gəlməsi də təzə əcnəbi gəlinin xoşuna gəlməyib. 




~ 73 ~

O, bu kəndən qaçması üçün bəhanə axtarırmış. 

Bir müddətdən sonra yeni ailəyə böyük sevinc bəxş edən 

bir oğlan uşağı dünyaya gəlib. Bu mehriban gənc ailə bir neçə 

il kənddə sakit və  əminəmanlıq  şəraitində yaşamağı davam 

etdirib. Lakin körpənin dünyaya gəlməsi də  gəlini öz mənfi 

fikrindən döndərə bilməyib.  Əcnəbi gəlin nəyin bahasına 

olursa-olsun kənddən getmək fikrinə düşüb. 

Bir gün səhər tezdən yuxudan oyanıb görürlər ki, əcnəbi 

gəlin uşağını da götürüb kənddən qaçıb, öz vətəninə gedib. 

Ailənin üzvləri heç bir dava- dalaş olmadan gəlinin qəflətən 

evdən getmə  səbəbini öyrənməyə çalışıblar, lakin heç nə 

anlaya bilməyiblər.  

Nəhayət bir azdan kələfin ucu tapılıb. Görüblər ki, 

uşağını da götürüb kənddən qaçan əcnəbi gəlin masanın 

küncünə bir məktub  qoyub. Məktubu oxuyub tərcümə ediblər. 

Məktubda belə yazılıbmış: 

“Sizə  əziyyət verib yuxudan oyatmadım. Mən vətənimə  

gedirəm. Hamınızı öpürəm, səmimiyyətlə  və böyük razılıq 

hissi ilə sizdən ayrılıram. Sizdən və kənd camaatından heç bir 

narazılığımız olmayıb. Siz hamınız mənim və  uşağımın 

qulluğunda yaxşı dayanmısınız. 

 Ancaq  pis  də qiymətləndirsəniz sizə bir tövsiyyəm var. 

O əhəngi (şoru demək istəyir) az yeyin, ondan ehtiyyatlı olun, 

özünüzü onun fəsadlarından qoruyun. Səhər  əhəng, günorta 

əhəng, axşam  əhəng. De görüm axı  nə  qədər  əhəng yemək 

olar. Bilin ki, o ağ rəngli məhsul sizin axırınıza çıxacaq. Sizı 

öldürüb məhv edəcək. Başqa sözüm yoxdur. Əlvida. Hörmətlə 

gəlininiz . “ 

Dağbilici kəndi tarixən cəsur və mahir ovçuları ilə də 

məşhur olub. Deyilənə görə bunların sayı həddindən artıq çox 

olduğuna görə barmaqla sayılası deyilmiş. Onlardan bir 

insafsız ovçu haqqında kənd ağsaqqallarından eşitdiyim 

rəvayəti oxuculara çatdırmağı məsləhət bildim: 




~ 74 ~

RƏVAYƏT:  Belə deyirlər ki, keçmiş zamanda bu 

kənddə bir mahir ovçu yaşayırmış. Ova həmişə  tək gedər, 

gecə-gündüz bilmədən ömrünü-gününü çöldə ov etməklə 

keçirərmiş. Gözündə qorxu deyilən  şey yoxmuş. Bu ovçunun 

tüfəngindən açdığı atəş o qədər dəqiq və sərrast olub ki, göydə 

uçan quşları gözündən vurarmış. Həmişə  kənd  ətrafındakı 

dərələrdə, kolluqlarda, həmçinin meşələrdə  və dağlarda ov 

edərmiş. Hətta cox vaxt evə  gəlməz, çöldə yeyib içər, orada 

gecələyərmiş.  

Yaxşı iti gözləri, düz və yerli-yerində atəş açmağı 

varmış.  İstədiyi hədəfin istədiyi nöqtəsindən vurarmış. Onun 

qarşısına çıxan ov özü (dovşan, ceyran,cüyür, çöl qabanı və s.) 

ovçunun cəldliyini, ağıllı  tədbir tökdüyünü və  zəhmini görüb 

çaş-baş qalarmış. Bir sözlə, kənddəki bu ovçunun əlindən bir 

ov belə sağ  və salamat qurtarmaz, bir gülləsi də boşa 

çıxmazmış. Lakin çox qəddar və qaniçən olan bu ovçu bütün 

vəhşi heyvanlara və quşlara qənim kəsilmişdi. Rəhm etmədən 

onları zəmi kimi biçə-biçə gedirdi. 

Vaxt-vədə ötüşdü. Günlər öz yerini aylara, aylar isə illərə 

verdi. Qısa zaman kəsiyində  qəflətən bir-birinin ardınca 

ovçunun üç gənc oğlu xəstələndi və dünyasını  dəyişdi. Ovçu 

günaha batdığı üçün Allah-Taala tərəfindən cəzalandığını hiss 

etsə  də yenə  də “öz sevimli” peşəsindən bir gün belə  əl 

çəkmədi. 

Nəhayət onu kəndin ağsaqqalları və biliciləri çağırıb başa 

saldılar ki, tezliklə bu ov oyununu yığışdırsın. Günahsız 

heyvanları və quşları vəhşicəsinə qırıb məhv etməsin.Yoxsa bu 

kütləvi qırğına görə onun qalan övladları  və ailəsi, eləcə  də 

özü tezliklə məhv olacaq. Qorxuya düşən ovçu bu dəfə kəndin 

ağsaqqallarını və bilicilərini eşitməyə məcbur oldu. Ov etmək 

sənətindən birdəfəlik  əl çəkdi. Qalan ömrünü ibadətlə  və 

Allaha dua etməklə keçirdi ki, bəlkə sonda onun tutduğu bəd 

əməllərin heç olmasa bir qismi bağışlanılsın.  



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə