~ 53 ~
II BÖLMƏ
TARİXİ YADDAŞLARDA DAŞLAŞMIŞ
ULU ŞABRAN
(Qədim Şabran şəhəri və onun ətrafındakı
şəhərlər və kəndlər barədə)
Beşinci əsrdən sayılır yaşın,
Şirvanla Şamaxı, Şəki qardaşın.
Şəmkirlə Şatarsa olub sirdaşın,
Ey vətən mülkünün gözü Şabranım,
Qəhrəman ərlərin sözü Şabranım.
~ 54 ~
ŞƏHƏRGAH ŞABRANDA QƏDİM TARİXİ MƏSKƏNDİR
VƏ YA
YARALI TARİXİMİZİN UNUDULMAZ SƏHİFƏSİ
Şəhərgah şəhərinin salınması. Qədim Albaniya
dövləti-
nin ən mühüm müdafiə istehkamlarından biri olan Şəhərgahın
(Bəzi mənbələrdə müəlliflər onun adını Şəhərgə və Şərgə kimi
də qeyd etmişlər) yeri təsadüfən seçilməmişdi. Tarixi qaynaq-
larda bu barədə iki ehtimal göstərilib. Birinci ehtimala görə
Sasani dövləti şimal sərhədlərini möhkəmləndirmək üçün
Dərbənd şəhərində özünə iqamətgah tikdirmişdi. Bu iqamət-
gahla Şamaxı şəhərindəki iqamətkah arasında olan məsafəni
qısaltmaq və daha yaxın əlaqə yaratmaq məqsədi ilə şahın atlı
dəstələri gediş-gəliş üçün bu dağlıq ərazidən istifadə edərək,
buradan keçib gedirdilər.
Bir dəfə dağlıq ərazidən keçən atlı dəstəsi burada böyük
bir düzənliyə rast gəlib. Atlılar düzənliyin ərazisini gəzib
bəyənir, sonra isə bu barədə şahın adamlarına xəbər veriblər.
İkinci ehtimala görə 260-cı ildə Sasani şahı I Şapur
(241-272) şiddətli döyüşlərin birində Roma ordusunu ciddi
məğlubiyyətə uğradaraq Roma imperatoru Valerianı əsir götü-
rüb. Bu qələbədən sonra Sasani ordusunun sağ-salamat qalmış
böyük bir hissəsi geri qayıdarkən Dərbənd və Şamaxı əyalət-
ləri arasındakı həmin bu dağlıq ərazidə gecələməli olublar.
Səhəri gün tezdən qoşun yoluna davam etmək istəyərkən
geçələdikləri yerə yaxın ərazidə böyük bir düzənlik görüblər.
Qoşunun sərkərdəsi bu yerdən gələcəkdə hərbi məqsəd üçün
istifadə etməyi məsləhət bilərək bu barədə Sasani şahı I Şapura
təcili məlumat çatdırıb.
Sasanı şahı məlumatı alan kimi Dərbənd və Şamaxı iqa-
mətgahları arasında məsafənin uzaq, yolun çətin və yorucu
olmasını nəzərə alaraq həmin ərazidə yeni iqamətgah tikdir-
məyi qərara alıb. Beləliklə Sasanı şahı I Şapurun sərəncamı ilə
~ 55 ~
261-ci ildə burada iqamətgah tikilməyə başlayıb. Şahın
övladları yeni inşa olunan iqamətgah haqqında eşidib şahdan
xahiş edirlər ki, onlar üçün də orada həmin formada iqamətgah
tikdirsin. Bundan sonra Şəhərgahda qala şəhərinin əsası
qoyuldu.
Qala şəhərinin (Şəhərgahın) müdafiə istehkamı kimi
böyük rolu. İqamətgahın tikinti işlərinə Sasani şahı özü də
ciddi nəzarət edirdi. Bu tikili təkcə istirahət üçün deyil, həm də
müdafiə məqsədilə inşa edilirdi. Şəhərgahın yerləşdiyi ərazinin
bir hissəsində sıra dağlar özü təbii müdafiə istehkamı rolunu
oynayırdı. İqamətgah tikilərkən sıra dağların arasında qalan
boş yerlərdə süni sədlər tikilmişdi. Bu sədlər böyük düzənliyin
şərqində və qərbində inşa olunmuşdu. Şəhərgaha torpaq yol da
çəkilmişdi. Bu yol indiki Quba rayonunun Ördüc kəndinin
ərazisindən keçirdi.
Şəhərgah daxili quruluşuna görə digər abidələrə bənzə-
mirdi. Təbiətin hökmü ilə yaradılan bu möcüzəli məkan onu
görən hər kəsi heyran qoyurdu. Qala inşa olunan zamanlarda
onun cənub, qərb və şərq hissələrində üç hava təmizləyici sahə
yaradılmışdı. Dağların törədə biləcəyi təhlükənin qarşısını
almaqdan ötrü qayalar sənətkar əli ilə yonularaq hamarlanmış,
daş uçqunlarının qarşısı həmişəlik alınmışdı.
Qala şəhərinin ən mühüm qurğusu su qurğusu idi. Bu
qurğu quruluşuna görə üç hissədən ibarət idi. Su qurğusu
qalanın həyatında həmişə müsbət rol oynayırdı. O dövrlərdə
burada yaradılmış su qurğuları heç vaxt öz əhəmiyyətini
itirməyərək bu günümüzə qədər gəlib çatmışdır.
Şəhərgahın ən böyük strateji əhəmiyyətli yeri onun
düzənlik hissədə yerləşməsi idi. Ehtimal olunduğuna görə bu
düzənliyin ümumi sahəsi 400 hektara yaxın olub. Düzənliyin
uzununun 2860 m eninin cənub hissədə 360 m ortada isə
1430 metrə bərabər olduğu bildirilir .
~ 56 ~
Şəhərgahda qədim bulaq
Sasani dövlətinin getdikcə möhkəmlənməsi və qüdrətlən-
məsi nəticəsində şahənşah II Şapur (309-379) 310-311-ci
illərdə Şəhərgahın möhkəmləndirilməsi barədə sərəncam imza-
lamışdı. Bu sərəncama uyğun olaraq burada daha səkkiz iqa-
mətgah tikilməyə başladı. Bu iqamətgahlar əvvəllərdə tikilmiş
iqamətgahların şərqində inşa olunmağa başlamışdı.
Yeni tikilən iqamətgahlar müdafiə xarakteri daşımaqla
silindirə bənzər memarlıq üslubu ilə tikilirdi. Vaxt ötüb dövran
dəyişdikcə burada tikilən müdafiə və yaşayış xarakterli bina-
ların sayı da birə-on artmağa başladı. Şəhərgahın şan -şöhrəti
Şamaxını, Şabranı, Dərbəndi və ətraf qalaları dolaşmaqda idi.
Demək olar ki, Şəhərgah genişlənərək böyük şəhər olmuşdu.
Lakin Sasani dövlətinin qoşunları tərəfindən zəbt edilmiş
bir sıra ərazilərdə onlara qarşı narazı olan yerli əhali arasında
ixtişaşlar və üsyanlar baş qaldırmışdı. Bu hadisələrdən
qorxuya düşən Sasani şahı Şəhərgah qalasının müdafiəsini
daha da möhkəmləndirmək qərarına gəldi. Qalada zəif hesab