Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə19/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   15   16   17   18   19   20   21   22   ...   124

~ 79 ~

etdirmişdir. Adından da bəlli olur ki, hörmət və izzəti ifadə 

edən “Bilici” adı səbrlə, zəhmətlə, müdriklik, bilik və bacarıq 

sayəsində uzun zaman kəsiyində qazanılmış bir addır.  

 

 

 



Dağbilici kəndindən Mumlu dərəsinin görünüşü 

 

Tarixi məlumatlara görə bu kənd hələ qədim zamanlarda 

sənətkarlıq və nümunəvi əkinçilik mərkəzi olub. Övliyalar və 

müdriklər məkanı kimi şöhrət qazanıb. Buranın dəmirçiləri, 

dulusçuları, dəyirmanları, toxucuları  və möcüzəvi  ətir və 

bərəkətə malik buğda çörəyi bu ellərdə  məşhur olub. Bu 

yurdun müqəddəs övliyaları, müdrik savad və  kəramət 

sahibləri  ətraf mülklərdə yaşayan insanları daim doğru yola 

yönəldib, onlara bilik və  məsləhət veriblər. Belə yüksək 

keyfiyyətlərə görə bu kəndə “Bilici” adı verilmişdir. Kəndin 

əhalisi artdıqca yeni mülklər axtarışında olan kənd sakinlərinin 

bir hissəsi yaxın  ərazilərə köçmüş  və beləliklə yeni kəndlər 

əmələ gəlmişdir. “Dağ” ifadəsi də “Bilici” adına buradan köç 

etmiş və başqa yerdə kənd salmış oxşar adlardan onu ayırmaq 

üçün sonradan Bilici sözünün əvvəlinə əlavə edilmişdir.  



~ 80 ~

  Dağbilici kəndindən köç edən sakinlər tərəfindən salınmış bir 

neçə  kənd indinin özündə  də qalmaqdadır. Bunlar Düzbilici 

(yaxınlığında qədim şəhər qalasının xarabalıqları mövcuddur), 

Ləcədi (“ləc” tat dilində “acıq etmək”, yəni “acıq edib 

gedənlər” mənasını  əks etdirir), Canqayıb (“canını qoymuş”), 

Mumlu (burada Bilici kəndinin bağları  və arıçılıq təsərrüfatı 

olub və “mum” sözü də buna işarədir), Zağlı (“zağ” tat dilində 

“tala”, “mağara”), Taxtalar kəndləridir.  

Yaşlı adamların söylədiklərinə əsasən əvvəllər Düzbilici 

kəndi Bilici Qazma adlanıb və indiki Düzbilici kəndinin 

yaxınlığında xarabalıqları qalan Qazmalar adlanan yerdə 

vaxtilə dağ  yəhudiləri də yaşayıblar. 1905-cı ildə ermənilərin 

müsəlmanlara qarşı törətdiyi soyqırım zamanı bu yəhudilər 

Qubada yerləşən indiki Qırmızı Qəsəbəyə köç ediblər.  

 

 



 

Düzbilici kəndi və köhnə Bilici qazmalarının yeri 

 

Dağbilici kəndi bu məmləkətdə öz ətirli, bərəkətli çörəyi 



ilə  hələ  qədimdən  şöhrət qazanmışdır. Bununla bağlı belə bir 


~ 81 ~

əski deyim indiyə  qədər qorunub saxlanılıb : “Nun Bilici, O 

Ətah, kiştingər Bakı”. Tat dilində “nun” – çörək, “o ətah” – 

Xızının saf bulaqları, “kiştingər” – güləşçi deməkdir.  Yəni, 



Dağbilicinin çörəyi, Xızının saf bulaq suları  və Bakının 

güləşçiləri mənasını verir.  

Göründüyü kimi Dağbilici kəndində becərilən qədim 

qiymətli buğda sortlarını yerli daş  dəyirmanlarda üyüdərək 

alınan undan bişirilən  ətirli və  bərəkətli çörək dillər  əzbəri 

olub. Hazırda Taxtalar kəndində yaşayan, Dağbilicinin köklü 

Salahlı nəslindən olan böyük hörmət sahibi, müdrik və mömin 

insan Cəmaləddin bəy Qasımovun söylədiklərinə əsasən Bilici 

kəndinin cənub-şərq hissəsində Kundeləh (tat dilində “kəndə 

yaxın dərə”) adlanan dərədə becərilən taxıl zəmiləri çox 

məşhur idi. Hətta kənddə belə bir deyim yaranmışdı ki, 



“Kundeləhdə torpağı olmayana qız verməzlər”.  

Hələ  qədimdən bu kəndin olduqca geniş torpaq sahələri 

olub. Əhalisi isə zəhmətkeş, sağlam və zəngin olub. Əvvəllər 

burada yaşı yüzü ötmüş insanların varlığı adi hal kimi qəbul 

olunurdu.  

Dağbilici kəndinin əhalisi tat etnik qrupuna aid edilir və 

əhalisi tat dilində danışır. Tat dili – tatların dilidir. İran dillə-

rinin cənub-qərb yarım-qrupuna daxildir. Fars və tacik dillə-

rinə yaxın analitik dildir. Türk dillərindəki ahəng qanununa 

müvafiq olan saitlərin assimilyasiyasına meyl nəzərə çarpır. 

Tat dilində qədim İran dillərinə məxsus bir sıra arxaik formalar 

hələ  də qalmışdır. Yazıda 1938-ci ilədək latın  əlifbasından 

istifadə olunmuş, sonra rus (kiril) qrafikasına keçirilmişdir. 

Tarixi qaynaqlara əsaslanaraq söyləmək olar ki, hazırda “tat” 

adlandırılan və bu etnik qrupa aid edilən  əhali qədim 

zamanlarda İranın ilk iri tayfa birliyinin əsasını təşkil edib.  

Sonradan  Əfqan tayfaları  tərəfindən sıxışdırıldığı üçün 

böyük hissəsi Cənubi Azərbaycan  ərazisində  məskunlaşıb. 

Buradan isə onların bir hissəsi  Əhəməni və Sasani dövlət-



~ 82 ~

lərinin hökmranlığı zamanı  Şimali Azərbaycan  ərazisinin 

Xəzərsahili dağ  və dağətəyi  ərazilərinə köç etmişlər.  Əslən 

Şabranın Gömür kəndindən olan vətənpərvər yazıçı-publisist 

Alimşah Gümürlü “Çeçələ barmağın işığında” kitabında haqlı 

olaraq qeyd edir ki, tat dili müstəqil dildir və tat dili fars 

dilinin deyil, fars dili tat dilinin dialektidir. 

Dünya əhalisinin siyahıya alınmasına dair statistik məlu-

matlardan görünür ki, tatların yaşadığı areal, fars dilində danı-

şanların kompakt yaşadığı  ərazilərdən çox genişdir.  Tatların 



məskən saldığı areal Yenisey çayından başlayaraq, Qara 

dəniz, Aralıq dənizi sahillərinə kimi, cənubda fars kör-

fəzinə kimi (Xuzistan) əraziləri əhatə edir.  

Dağbilici kəndində yaşayan tatlar inancına görə  İslam 

dininin Şafii məzhəbinə aid edilir. İslam dini burada VII əsrin 

ortalarından başlayaraq yayılmağa başlayıb. Əhalinin islamdan 

əvvəlki etiqad dini zərdüştülük olub. III-V əsrlərdə Sasanilərin 

hakimiyyəti altında olan bəzi  ərazilərdə  yəhudi missionerləri 

tərəfindən iudaizm (yəhudi) dini təbliğ edilməkdə idi. Azər-

baycanda yaşayan bəzi tat dilli yəhudi icmaları onların 

qalıqlarıdır. 

Düzbiliçi kəndinin əski yeri olan Bilici Qazma kəndində 

də vaxtilə  yəhudi tatlar yaşamışdır. Buranın qədim məzarlı-

ğında yəhudilərə aid baş daşları indiyə  qədər qorunub saxla-

nılmışdır.  Qubanın Qırmızı  qəsəbəsində yaşayan tatlar da 

bu qismə aiddirlər.  

Bu  ərazilərdə iudaizmin yayılması erkən orta əsrlərdə 

Xəzər dənizinin  şimal hissəsinə  həmsərhəd olan Volqa (qə-

dimdə İtil çayı adlanıb) çayı boyunca ərazilərdə mövcud olmuş 

türkdilli və rəsmi inanc dini iudaizm olan Xəzər xaqanlığının 

basqınları ilə də bağlıdır. Tat dilli kəndlərin içində Kilvar və 



Azərbaycanın digər kəndlərində kompakt yaşayan qriqo-

rian xristianları, Altıağac malakanları, hətta ləzgilərin 

olduğu məlumdur. 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə