~ 157 ~
oldu ki, bu məktəb Şabran (keçmiş Dəvəçi) rayonu yaranan
gündən hal- hazıra kimi rayonun kadra olan ehtiyaclarının
ödənilməsində mühüm rol oynayıb.
1950-ci illərin əvəllərindən başlayaraq məktəblərimizin
ixtisaslı müəllimlərlə təmin edilməsi işi özünün çiçəklənmə
dövrünə qədəm qoydu. Artıq rayon məktəblərində Abdulla
Rəsulov, Nurbala Quliyev, Nizaməddin Adıgözəlov, Ramazan
Hüseynov, Firuzə Hüseynova (tarix), Nacı Mehdiyev, Xuda-
baxış Cəfərov, Müzəffər Səlimov, Nurulla Xəlilov, Bəşir
Şükürov, Fəyyaz Rəşidov, Mirzəbaba Rzayev, Nadir Fazilov,
Məcid Bağırov, Nabatxanım Hüseynova, Tacəddin Tacəd-
dinov (dil- ədəbiyyat), Əli Həsənov, Həsən Cəbrayılov, Məzə-
xanım Əliyeva (riyaziyyat), Ağabəy Quliyev (fizika),Teyfur
Abdulkərimov, Məryəm Əfəndiyeva, Mirfəttah Qədirov,
Cümşüd Cümşüdov, Nəcəfalı Mahmudov, Hacıbaba Xəlilov,
Hafiz Ağacanov (kimya, təbiət-coğrafiya), Pərviz Məmmədov,
Elza Aslanova, Baba Muradəliyev, Yekaterina Məmmədova,
Jmulina Zinaida (rus bölməsi), Rəsul Hacıyev (alman dili),
Bağır Əliyev (bədən tərbiyəsi və hərbi) Veysəl Axundov,
Şahbaba Məmmədov, Bafadar Musayev, Abdulsalam Məm-
mədov, Səccarə Quliyeva, Güləli Məmmədov (sinif-tarix),
Cəbi Cəbiyev, Əhmədsafa Osmanov, Rəcəb Hacıyev ( hər üçü
dil-ədəbiyyat), Qasım Həmidov, Üzməli Mütəllimov, Nurbala
Hüseynov (ibtidai sinif ) kimi onlarca öz ixtisasını və işini
bilən müəllimlərimiz rayon təhsilinin keşiyində durmuşdular.
1950-ci ildə rayonda yeddillik məktəblərin sayı artdı.
Dəvəçi qəsəbə və Pirəbədil kənd orta məktəbləri ilə yanaşı
Çaraq, Qələgah, Qorğan, Nohurlar, Aşağı Gəndov, Pirəmsən,
Dağbilici, Düzbilici, Rəhimli, Çölquşçu, Sovxoz və digər
yedillik məktəblər rayondakı təhsilin inkişafında xüsusi rol
oynamağa başladılar. Həmin məktəblərin təşkilatçılıq qabiliy-
yəti olan bacarıqlı rəhbər kadrlarla, eləcə də ixtisaslı
müəllimlərlə təmin olunması məsələsi xeyli yaxşılaşdı.
~ 158 ~
O illərdə rayondakı ibtidai məktəblərin də inventar və
material təchizatı, kadr təminatı gücləndirildi. Bu məktəblərdə
tədrisin keyfiyyəti, şagirdlərin dərsə davamiyyəti,dərsə verilən
xüsusi tələblər, o cümlədən nəzərdə tutulan proqram
materiallarının yüksək dərəcədə mənimsənilməsi məsələlərinə
diqqət daha da artırıldı.
Bilici Qorğan, Çayqaraqaşlı, Zağlı, Sarvan, Zeyvə, Ot
sovxozu, Sincanboyad, Aygünlü, Zöhramı, Çayqaraqaşlı,
Leyti, Xəlilli, Çinarlar və başqa ibtidai məktəblər belələrindən
idilər. Bu məktəbləri bitirən şagirdlər qonşu məktəblərdə
təhsillərini davam etdirərkən heç bir çətinlik çəkmir, tədrisə
aid olan proqram materialını tez mənimsəyirdilər.
Quba ikiillik Müəllimlər İnstitutunun Şabran (keçmiş
Dəvəçi) təhsilinin inkişafında rolu. Şabran (keçmiş Dəvəçi)
M.Nəzirov adına 4 saylı orta məktəbin tarixini yazarkən
kitabımın daha canlı alınması üçün bəzi arxivlərə müraciət
etməli oldum. Bu arxiv materiallarının içində tez-tez 2 illik
Quba Müəllimlər İnstitutunun adı mənə rast gəldi. Onda mən
bildim ki, vaxtıkən rayonumuzun, xüsusilə bu məktəbin
ixtisaslı müəllim kadrları ilə təmin olunmasında həmin institut
çox dəyərli rol oynayıb.
Azərbaycanda ilk Müəllimlər İnstitutu 1938-ci ildə
Bakıda, sonrakı illərdə isə Gəncədə, Şuşada, Naxçıvanda, Xan-
kəndində yaradılmışdı. Sonralar Azərbaycanın şimal bölgə-
sinin mərkəzi sayılan Qubada da ikillik Müəllimlər İnstitutu
açıldı. Vaxtilə bu institutu bitirənlərin çoxlarını tanıyırdım.
Şabranlı (keçmiş dəvəçili) həmin məzunlar haqqında mənim
yaddaşımda çoxlu silinməz xatirələr və məlumatlar həkk
olunub. O dövrlər üçün mən gündəlik və ya qeydiyyat
kitabçası aparmasam da, hər şey dünən baş verən hadisə kimi
yaddaşımda kök salıb. Lakin bu, ayrıca bir kitabın
mövzusudur. Mən bu yazımda yalnız həmin institutu əllinci
illərdə bitirib təhsil şöbəsinin əmrilə məktəblərin sərəncamına
~ 159 ~
göndərilən məzunların kiçik bir qrupu haqqında qısaca
oxuculara məlumat verəcəyəm:
Araşdırdığım arxiv materiallarında təkcə RXMŞ-nin bir
əmrilə ( Əmr 962 , 20.02.1953-cü il) 1952-ci ildə o pedaqoji
məktəbi ibtidai sinif, Azərbaycan dili və ədəbiyatı, tarix,
təbiət-coğrafiya və digər ixtisaslar üzrə bitirmiş 20 nəfərə
qədər gənc müəllimın Bakı Vilayət Xalq Maarif Şöbəsinin
rəsmi razılığına əsasən Şabranın (keçmiş Dəvəçinin)
məktəblərinə işə göndərilməsi qeyd edilib. Bu kiçik məlumat
Ouba ikillik Müəllimlər İnstitutu haqqında fikirlərimin
təsdiqinin bariz nümunəsidir.
01 yanvar 1953-cü il tarixə Şabran (keçmiş Dəvəçi)
rayonunda 2 orta, 16 yeddillik, 27 ibtidai məktəb fəaliyyət
göstərirdi. Bu məktəblərin ixtisaslı müəllim kadrlarına olan
ehtiyacı nəinki ildən-ilə, mən deyərdim ki, bəlkə də gündən
günə yaxşılaşırdı.
1955-1956-cı tədris ilində artıq Dəvəçikənd, Nohurlar,
İdrisi, Çaraq, Gəndov, Kilvar, Aygünlü, Uzunboyad və
başqa kənd məktəbləri 7-illik məktəb kimi fəaliyyət
göstərirdilər.
Rayonumuzda təhsilin inkişafı statistik rəqəmlərdə
1999-2014-ci illərdə Şabran (keçmiş Dəvəçi) rayon ümumtəhsil
məktəblərini bitirmiş məzunlarının respublikanın
6 əsas ali məktəbinə qəbul olunması haqqında m ə l u m a t
(TQDK-nın rəsmi məlumatlarına əsasən)
Sıra
№№ Ali
məktəblərin adı
Qəbul olunan-
ların sayı,
nəfərlə
1 2 3
1 Bakı Dövlət Universiteti
106
2 Azərbaycan Dövlət Pedaqoji Universiteti
99
3 Azərbaycan Müəllimlər İnstitutu 76