~ 145 ~
təşkil edilmiş, onlar ali təhsil vermək problemini öz üzərlərinə
götürmüşdülər.
Həmin dövrlərdə Azərbaycanın bir çox dahi şair və
alimlərinin dünya şöhrəti qazanmasına səbəb bu mədrəsələrin
mükəmməl və zəngin təhsil verməsi olmuşdur.
XIII-XVIII əsrlərdə Təbrizdə (Rəşidiyyə, Qiyasiyyə və s.
mədrəsələr), Bakıda (Şirvanşahlar sarayının çah məscidi
yanında), Ərdəbildə (Darul-İrşad), Dərbənddə (Məhəllə
məscidi nəzdində), Naxçıvanda (Mömünə xatın türbəsi
yanında) və başqa ali təhsil verən mədrəsələr fəaliyyət
göstərirdi. Bu mədrəsələrdə Azərbaycanın məşhur alimi və
dövlət xadimi Nəsirəddin Tusi Əbu Cəfər Məhəmməd ibn
Məhəmmədin (1201-1274) “Müəllimlər və şagirdlər üçün ədəb
qaydaları”əsərindən istifadə edilirdi. Həmin illərdə təhsilin
səviyyəsini göstərmək üçün bir nümunə göstərək:
HAŞİYƏ: Təbriz yaxınlığında Rəbi-Rəşid şəhərciyi
salınmışdı. 1300/1304-cü illərdə bu şəhərcikdə Rəşidiyyə
mədrəsəsi təsis edilərək fəaliyyət göstərirdi.Onu Azərbaycan
tarixçisi və dövlət xadimi Fəzlullah Rəşidi təsis etmişdi.
Mədrəsədə fəlsəfə, İlahiyyat, təbabət, təbiətşünaslıq, hücum,
məntiq və digər şöbələr açılmışdı. Ali təhsil verən bu
mədrəsədə təhsil müddəti 5 il idi.
Bu təhsil ocağında 500 nəfər müəllim, həkim və nüfuzlu
alim çalışırdı. Təkcə Misirdən, Çindən, Suriyadan və
Hindistandan mədrəsəyə 50 nəfərdən çox müəllim, həkim və
alim dəvət edilmişdi.
Mədrəsədə xaricdən təhsil almağa gələnlər də daxil
olmaqla 7000 nəfər tələbə ali təhsil alırdı. Təhsil ocağının
zəngin kitabxana fondu vardı. Kitabxanada xaricdən gətirilən
kitablar da daxil olmaqla 60000 nüsxə dərslik və başqa
ədəbiyyat fondu yerləşirdi. Mədrəsədə Fəzlullah Rəşidinin
əkinçilik, memarlıq, bağçılıq, astronomiya və s. elm sahələrinə
aid yazdığı 24 cildlik dərslikdən geniş istifadə olunurdu.
~ 146 ~
İndi də XI-XIX əsrlərdə yaşamış və yazıb- yaratmış,
Azərbaycanda fəaliyyət göstərən ali təhsil verən mədrəsələrdə
mükəmməl təhsil almış şair, alim və mütəfəkkirlərimiz
haqqında əldə etdiyimiz məlumatı qısa da olsa oxuculara
təqdim edək:
XI əsrdə yaşamış Azərbaycan filosofu Əbülhəsən
Bəhmənyar, Azərbaycan şairləri Qətran Təbrizi, Gurgani
Fəxri, XII əsrdə yazıb- yaratmış dahi Azərbaycan şairləri
Nizami Gəncəvi və Əfzələddin Xəqani, XIV əsrdə yaşamış
Azərbaycan şairləri Arif Ərdəbili, Əssar Təbrizi, İmaməddin
Nəsimi, XV əsrdə yazıb- yaratmış dahi Azərbaycan şairləri
Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, XVII əsrdə yaşamış
Azərbaycan şairləri Əlican Qövsi Təbrizi, Saib Təbrizi, XVIII
əsrdə yaşamış Azərbaycan ədəbiyyatına bədii incilər bəxş
etmiş Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Molla Vəli
Vidadi, XIX əsrdə yaşamış satirik şairimiz Seyid Əzim Şirvani
və başqaları.
Azərbaycanda ilk müəllimlər qurultayı. Azərbaycanda
ilk müəllimlər qurultayı XIX əsrin sonlarında çağırılmışdı və
bunlar qəza qurultayları adlanırdı. Bu qurultayların keçirilməsi
ilə qəzalarda təhsillə bağlı problemlərin həlli üçün zəmin
yaranırdı. 1893-cü ildə Nuxada, sonralar Şuşada, Cəbrayılda
və Cavanşir qəzalarında sahə qurultayları təhsil məsələsinin
həll edilməsini qarşıya məqsəd qoydu.
Azərbaycan müəllimlərinin I qurultayı 1906-cı ilin
avqust ayının 15-də Bakı şəhərində öz işinə başladı. Qurultay
aşağıdakı məsələləri müzakirə etdi:
1.
Rus-tatar məktəblərində ana dilinin icbarı fənn kimi
tədrisi.
2.
Yeni tədris proqramları.
3.
Vahid tədris metodunun işlənib hazırlanması.
4.
Kənd müəllimləri üçün yaxşı şəraitin yaradılması.
5.
Gürcüstandakı Qori müəllimlər seminariyasının
~ 147 ~
Azərbaycan bölməsinin Azərbaycan ərazisinə köçürülməsi.
6.
Qadınların təhsilinin inkişaf etdirilməsi və s.
XX əsrin əvvəllərində əhalinin çox hissəsi savadsız idi.
Bununla yanaşı 1918-ci ilə qədər Azərbaycanda dünyəvi ali
təhsil verən məktəb yox idi. Ali təhsilli müəllim kadrlarını isə
yox dərəcəsində qiymətləndirmək olardı.
O dövrlərdə yalnız imkanlı adamların övladları Rusiyada,
eləcə də Avropanın bir sıra ölkələrində ali təhsil almağa
göndərilirdilər. Bu gənclər orada yüksək təhsil alıb Vətənə
dönsələr və xalqa xidmət etsələr belə, bu əhalinin çox az
hissəsini təşkil edirdi.
1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qərarı ilə
Azərbaycan Xalq Maarif Nazirliyi fəaliyyətə başladı.
1919-cu ildə Azərbaycanda ilk ali məktəb – Bakı Dövlət
Universiteti yaradıldı. Bura Avropada, xüsusilə Rusiyada ali
təhsil almış müəllimlər dəvət edildilər.
1920-ci ildə Azərbaycan Neft və Kimya İnstitutu, 1921-
ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu, 1929-cu ildə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1930-cu ildə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu, 1945-ci ildə
Azərbaycan İncəsənət İnstitutu yaradıldı.
Respublikamızda 1949-cu ildə ümumi 7-illik təhsilə,
1959-cu ildə ümumi 8-illik təhsilə, 1966-cı ildə isə ümumi orta
təhsilə keçildi.
Artıq keçən əsrin yetmişinci ilində Azərbaycanda 17 ali
məktəb vardı. Bu məktəblərdə yüz min nəfərdən artıq tələbə
oğlan və qız təhsil alırdı.
Respublikamızdan kənarada təhsil almağa ölkəmizdən
çoxlu gənclər göndərilirdi.
HAŞİYƏ. İlk dəfə 1969-cu ildə Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü ilə Azərbaycandan kənarda təhsil almağa
50 nəfər gənc göndərilmişdi. 1970-ci ildə bu rəqəm 60 nəfərə,
1975-ci ildə 600 nəfərə, 1977-1978-ci illərdə isə 800-900
Dostları ilə paylaş: |