~ 129 ~
tez yığışdırıb heç nə olmamış kimi irəli getdim. Sonra isə iti
addımlarla yeriyib məktəbə daxil oldum və öz sinfimizə
keçdim.
Dərsin başlanmasına isə hələ beş-on dəqiqə qalırdı. Mən
tez yerimdə oturdum. Uşaqların səs-küyü, sinifdə “qazan” kimi
qaynaşması məni fikrimdən döndərə bilmədi. Mən yeni
xəyallar aləmi ilə təzədən sinfin pəncərəsindən yola baxmağa
başladım. Yalnız məni həmin unudulmaz aləmdən müəllimin
sinfə daxil olması və “Salam, uşaqlar” deməsi ayırdı…
Atalar sözləri Azərbaycan xalqının poetik yaradıcılıq
nümunəsidir. Mən yetmiş yaşını haqlamağıma baxmayaraq o
sözlərdən indi də həvəslə istifadə edirəm. Bu sözlərin mənə
yad olanı yoxdur. Elə bil on minlərlə söz, məsəl mənim
iştirakımla yazılıb, tərtib edilib.
Lakin bu sözlərin arasında uşaqlıq dövrü haqqında məni
düşündürən bir söz çox xoşuma gəlib: “Bir də uşağlığıma
qayıtsaydım qırx il iməkləməyə razı olardım.” Bu atalar
sözünü eşidəndən sonra dərk etdim ki, uşaqlıq xatirələri ilə
zarafat etmək olmaz. Onlar yaddaş dünyamızın qızıl fondudur.
Sanki Allah-Taala tərəfindən qorunan və uşaqlıq dövrümüzdən
bizə verilən bir hədiyyədir:
UŞAQLIQ XATİRƏLƏRİM
Bulaq suyu kimi süzülüb gələr,
Muncuq kimi ipə-sapa düzülər,
Yatmış düşüncəmdə tez-tez dirçələr,
O, bəzən ağlayar, bəzən də gülər.
Ey əziz uşalıq xatirələrim,
Saf, təmiz uşaqlıq xatirələrim.
Quştək qanadlanıb göydə uçursuz,
Uşaqlıq dünyamı mənə açırsız.
~ 130 ~
Ömrümə, qəlbimə işıq saçırsız,
Hərdən nə olur ki, məndən qaçırsız,
Ey əziz uşalıq xatirələrim,
Saf, təmiz uşaqlıq xatirələrim.
Bəzən çıxırsınız uca bir dağa,
Ordan enirsiniz gözəl yaylağa.
Məni gözləməyib, gedib qabağa,
Dönürsüz yaddaşda nurlu çırağa.
Ey əziz uşalıq xatirələrim,
Saf təmiz uşaqlıq xatirələrim.
Gözümdə bir aslan, igid ərsiniz,
Keşiyimdə duran bir əsgərsiniz.
Hələ yazılmamış bir əsərsiniz,
Mənə sevincsiniz, həm kədərsiniz.
Ey əziz uşalıq xatirələrim,
Saf,təmiz uşaqlıq xatirələrim.
Siz mənim sevgitək ürəyimdəsiz,
Tükənməz arzumda, diləyimdəsiz.
Qolumun gücütək biləyimdəsiz,
Bir dost kimi daim köməyimdəsiz.
Ey əziz uşalıq xatirələrim,
Saf, təmiz uşaqlıq xatirələrim
Zakiri daimi yoldaş seçdiniz,
Onunla çox uzun bir yol keçdiniz.
Dostluğa səaqət andı içdiniz,
Etibardan gözəl bir don biçdiniz,
Ey əziz uşalıq xatirələrim,
Saf, təmiz uşaqlıq xatirələrim.
~ 131 ~
Artıq neçə vaxt idi ki, mən öz xəyal dünyamla yaşayır-
dım. Bu mənim ürəyimcə olan ən məqbul variant idi. Məndən
nə əlavə pul tələb edirdi, nə də əlavə zəhmət. Həm də bu
məsələni təkcə mən bilirdim, bir də Allah. Bu işdən başqa heç
kimin xəbəri yox idi. Artıq xəyallarım təkcə mənim gündəlik
dərs prosesimə deyil, digər məktəb işlərimə, bütün həyatıma
daxil olmuşdu.
Hər gün dərs zamanı keçdiyimiz mövzuları mən dərsdən-
kənar vaxtlarda da xəyallarımda canlandırırdım. Bu səbəbdən
də elə bir vəziyyət yaranmışdı ki, məktəbdə keçdiyimiz
müxtəlif dərslərin mövzuları uzun müddət mənim yaddaşımı
tərk etmirdi. Çox vaxt müəllimlərim mənim bu cəhətimi tez-
tez yoxlayıb “imtahana” çəkərdilər. Hamının gözü qarşısında
sinifdə adımı nümunəvi şagird kimi qeyd edərdilər.
Tarix dərsindən keçdiyimiz bütün tarixi hadisələr, o
cümlədən müasir və qədim dövlətlər, müharibələr haqqında,
qələbənin və məğlubiyyətin səbəbləri, sülh sazişinin bağlan-
ması və bu kimi tarixi hadisə və prosesləri xəyallarımda
dəfələrlə canlandırırdım.
Kitablarda coğrafiyaya aid hər yeni mövzu məni özünə
daha çox cəlb edirdi. Dünya qitələrini, ölkələrini, şəhərlərini
bir-bir xəyalımda gəzib dolaşardım. Onları yalnız xəritədə şərti
işarələr halında görməyimə baxmayaraq yeniyetmə fantazi-
yamda mən təxmini olaraq onların böyük-kiçikliyini müəyyən-
ləşdirərdim. Xəyallarımda gah uca dağların zirvəsinə qalxar,
gah dərələrə enər, gah da Sindibadın dəniz səyahətindəki kimi
primitiv qaydada əldə düzəldilmiş adi qayıqlarla və gəmilərlə
okeanlara, həmçinin dənizlərə səyahətə çıxardım.
Ədəbiyyatdan keçilən mövzular mənim yeniyetmə təxəy-
yülüm üçün daha maraqlı və məlhəm idi. Dərsdə öyrəndiyimiz
əsərlərin baş qəhrəmanları, onların uğurlu və ya uğursuz
taleləri mənim çox marağımda idi. Xəyallarımda dərsdə keçdi-
yimiz bədii əsərlərin müsbət obrazlarına xüsusi hörmətim və
~ 132 ~
diqqətim vardı. Yeniyetmə xəyallarımda mən həmişə ədəbiy-
yatdan keçdiyimiz əsərlərin müsbət qəhrəmanlarına oxşamaq
istəyirdim. Lakin yeniyetmə çağım olsa belə mən bu əsərlərdə
obrazlarla qaynayıb qarışdığım zamanda onların öz həyat
səhnələrində buraxdıqları səhvlərini təkrar etmək istəmirdim.
Ancaq müsbət obrazların sonluğu faciə ilə bitsə belə
xəyallarımda onlara çox yer verirdim. Mənfi qəhrəmanlara isə
nifrət edər, onların şər əməllər törətdiklərinə, nadanlıq, ca-
vanlıq, səhlənkarlıq və ya tamahkarlıq etdiklərinə görə təəs-
süflənərdim. Buraxılan bu ciddi səhvlərə görə onları ürəyimdə
qınaq obyektinə çevirərdim.
Mənım öz fantaziyalarımda xəyallarımın köməyi ilə
sanki tez-tez dünya səyahətinə çıxardım. Bu səyahətlər təkcə
uzaq keçmişimizə, dünənə və bu günə olan səyahət deyildi. Bu
səyahət həm də mənim həyatımı və ömür kitabımı bir- bi-
rindən gözəl arzularla bəzəyən, çin olacaq ümidlərlə, arzu
və amallarla yaşadan, məni nurlu və uğurlu gələcəyə apa-
ran bir gözəl və yaddaqalan səyahət idi.
DÜNYA VƏ İNSANLAR
Şair qəlbli Azərbaycan xalqının yaratdığı atalar sözləri-
nin min illərlə yaşı vardır. Bu sözlərin neçə-neçə nəsili yola
salması mənə tam məlum deyil. Lakin onu deyə bilərəm ki, bu
sözlər gündən-günə itiləşən, dəyəri və kəsəri daha da artan,
xalqımızın adət və ənənələrini, dünyagörüşünü, aforizmlər va-
sitəsilə özündə yığcam və lokanik şəkildə əks etdirən bir ədəbi
məktəbdir. Şifahi xalq yaradıcılığının ləl və cəvahirlə dolu
xəzinəsidir. Respublikamızda “Atalar sözü” kitabı dəfələrlə
böyük və kiçik həcmlərdə nəşr olunmuşdur.
“Atalar sözü” kitabında belə bir el kəlamı var: “Gün o
gün deyil, dünya o dünyadır”. Atalarımızın neçə-neçə yüzil-
liklər yaşı olan bu məsəlinə əsaslansaq belə demək olar ki,
Dostları ilə paylaş: |