~ 116 ~
İNSAN YAŞAMALI, YAŞATMALIDIR
İnsan var nurunu günəşdən alıb,
Zərrin şüalarla cilalanıbdır.
İnsanlıq qəlbinin hakimi olub,
Ülvi duyğularla cilovlanıbdır.
İnsan var sönməyən eşqin möhtacı,
Əbədi məhəbbət sorağındadır.
Sevgidə taleyi bəxtindən acı,
Bülbültək bir gülün fərağındadır.
İnsan var elə bil buz parçasıdır,
Gülsə, üzündəki təbəssüm donar.
Beləsi kədərlə qəm carçısıdır,
Sevinci özündən kənar dolanar.
İnsan var kinlidir, dəvədən betər,
İntiqam oduyla alışıb yanar.
Səpsən toxumundan ədavət bitər,
Əksən, budağına qarğalar qonar.
İnsan yer üzünün əşrəfidirsə,
Gözünü sevinclə yaşatmalıdır.
Ömür karvanını çəkib gedirsə,
İnsan yaşamalı, yaşatmalıdır.
~ 117 ~
Yarımçıq qalmış söhbətimizi yenidən davam etdirək.
Deyəsən dünyanın aparıcı dövlətləri və başbilənləri bir araya
gəlib heç də vəziyyəti düzəltmək fikrində deyillər. Bu vacib
məsələnin mücbət məcraya nə vaxt istiqamətlənəcəyindən isə
heç kim hələ də dəqiq xəbər vermək istəmir.
Müasir dünya problemlərlə doludur. Bu kitabda həmin
çoxsaylı problemlərin yalnız bir neçəsinin adını çəkməyi
məsləhət bildik.
DÜNYADAKI MÜXTƏLİF TƏBİƏT HADİSƏLƏRİ,
EKOLOJİ PROBLEMLƏR,
İQLİM DƏYİŞİKLİKLƏRİ VƏ S.
Yaşadığımız dünyada hər gün neçə-neçə təbiət hadisələri
baş verir. Bu hadisələr ildən-ilə çoxalaraq və böyüyərək
dəhşətli itkilərlə nəticələnir. Belə hadisələrin qarşısını almaqda
isə insan övladı olduqca acizdir. Təkcə bir misalla oxuculara
öz fikirimi çatdırım:
HAŞİYƏ: 2014-cü ilin sentyabr ayında Yaponiyada baş
verən qəfləti vulkan püskürməsi nəticəsində 57 nəfər xarici
turist həlak olub. Yapon alimlərinin bu cür təbiət hadisəsi ilə
əlaqədar verdiyi proqnoz isə ürəkaçan deyil. Alimlərin açıq-
lamalarına görə yapon adalarında vulkan püskürmələri ardıcıl
olaraq belə davam edərsə növbəti 100 ildə gündoğar ölkədəki
bu adaların tamamilə xəritədən silinməsinə gətirib çıxara bilər.
Dünyanı narahat edən, onu rahat nəfəs almağa qoymayan
ekoloji problemlər də ildən-ilə artaraq daha acınacaqlı vəziyyət
alır. Havanın kəskin şəkildə çirklənməsi ilə göyün azon
qatında yırtıq əmələ gəlməsi nəticəsində qlobal istiləşmələrin
baş verməsi. Cənub yarımkürəsində Antraktidada və şimal
yarımkürəsində Qrenlandiyada və yer kürəsinin buzlaqlarla
əhatə olunmuş digər ərazilərində, eləcə də hündür dağ
~ 118 ~
zirvələrində min illərlə mövcud olan buzlaqlarda son illərdə
ciddı ərimə müşahidə olunur. Artıq əriyən buz dağlarının get-
gedə kiçilməsi və okean sularına qarışması faktı dünya alimləri
tərəfindən dəfələrlə sübuta yetirilib.
İndi nəhəng dünyamızı yeraltı təkanlar, torpaq sürüş-
mələri, zəlzələlər, vulkan püskürmələri, sellər, daşqınlar, qasır-
ğalar, meşə yangınları və onlarla belə fəlakətlər və problemlər
öz cənginə alıb.
Dünyada əhalinin sağlamlığının, eləcə də ərzaq, su,
miqrasiya və digər problemlərinin həll edilməsində çətin-
liklər.
Dünyada ürək, əsəb, böyrək, qara ciyər, QİÇS, şəkər,
xərçəng və digər xəstəliklərin cavanlaşması və əhali arasında
ildən-ilə artması böyük bəlaya çevrilib. Yer üzünün böhranlar
və müharibələr tüğyan edən, maliyyə böhranının məngənə-
sində sıxılan, iqtisadi inkişafı zəif olan ölkələrdə əhalinin
təminatında ərzaq və su çatışmazlığı problemləri yaranıb.
Geni dəyişdirilmiş meyvə-tərəvəz və diğər məhsulların
əhali tərəfindən qəbulu dünya əhalisi arasında bir sıra
xəstəliklərin çoxalması ehtimalını artırmaq meyli yaradıb.
Qlobal istiləşmə və müharibələrlə əlaqədar su hövzə-
lərinin quruması və çirklənməsi nəticəsində suvarmada işlənən
və içmək üçün istifadə edilən suyun qıtlığı əmələ gəlib.
Vətəndaş müharibəsi və digər formada aparılan döyüşlər
nəticəsində məcburi qaydada başqa ölkələrə qaçqın kimi
köçürülmüş dünya əhalisinin bir hissəsinin miqrasiya məsə-
ləsində kəskin problemlər baş qaldırıb və s.
Müasir silahlanmanın yerdən kosmosa keçirilməsi nə-
ticəsində dünya əhalisi üçün yarana biləcək yeni təhlükə -
nüvə təhlükəsi. Yerdə və göydə baş verə biləcək terror təh-
lükəsinə qarşı birgə mübarizədə dünya birliyinin zəiflik
göstərməsi. Bu sahədə dövlətlər arasında ikili standartların
mövcud olması.
~ 119 ~
Dünyada silah istehsalı və satışına güclü məhdudiyyət və
qadağa qoyulmaması nəticəsində gündən-günə yer üzündə si-
lahlanma, xüsusilə nüvə müharibəsi yarada biləcək silahlanma
təhlükəsi artır. İqtisadi cəhətdən inkişaf etmiş super ölkələr,
xüsusilə ABŞ indi silahlanmanı yerdən kosmasa keçirmək
planı üzərində iş aparır.
Real vəziyyətdən isə dünyada mövcud olan terror təşki-
latlarına qarşı beynəlxalq səviyyədə birgə mübarizə aparmaq
məsələsinin hələ tezliklə gündəmdə olmayacağı açıq- aydın
görünür.
DÜNYANIN HARAYI
Yaradılır yeni ağır silahlar,
İşlədilir hər tərəfdə günahlar.
Göylərə ucalır nalələr, ahlar,
Niyə Allah eşitməyir harayı?!
Sülhü qorumağa yerdə and içib,
Hərbi bazaları göylərə keçib.
İnsanlar şeytanı yenə dost seçib
Niyə Allah eşitməyir harayı?!
Çilidə Osorna vulkanı yanır,
Yandırıb kül edib alov dörd yanı.
Didərgin eləyib xeyli insanı,
Niyə Allah eşitməyir harayı?!
Hindistanda, Pakistanda istilər,
Olub insanlara böyük dərdi-sər.
Əzab çəkir bu bəladan kənd-şəhər
Niyə Allah eşitməyir harayı?!
Dostları ilə paylaş: |