~ 125 ~
olmadan həmin təsərrüfata yaxşı baxmaqla yanaşı, dərslərimi
də əla oxuyurdum. Dərs əlaçısı idim.
1960-cı ildə qardaşım kənddəki ikimərtəbəli evi satdı.
Mən də kənddə V sinifdə dərslərimi yekulaşdırıb yay tətilində
rayon mərkəzinə köçdüm. O vaxtdan kənd həyatına birdəfəlik
“əlvida” dedim.
UZAQ OLAQ BİZ
Tanrı gətirəndə dünyaya bizi,
Saf, təmiz yaratdı ürəyimizi.
Gül-çiçək bəzəsin diləyimizi,
Zərərli vərdişdən uzaq olaq biz.
Yararsız hər işdən uzaq olaq biz.
Bəzən qəlbə girər şeytani hisslər,
Şeytan da insana min kələk gələr.
Tövbələr eləyib hər axşam-səhər
Zərərli vərdişdən uzaq olaq biz.
Yararsız hər işdən uzaq olaq biz.
Su tökməklə quyu sulu olarmı,
İnsan öz nəfsinin qulu olarmı?
Haram pul yığmaqla pulu olarmı?
Zərərli vərdişdən uzaq olaq biz.
Yararsız hər işdən uzaq olaq biz.
Biz əziz qonağıq qoca dünyada,
Qəlbə kin yükləyib həddən ziyada
Gəlin qısa ömrü verməyək bada
Zərərli vərdişdən uzaq olaq biz.
Yararsız hər işdən uzaq olaq biz.
~ 126 ~
Şadlıqdan, fərəhdən biz eynək taxaq,
Dünyanın üzünə sevinclə baxaq.
Nə lazım su kimi hər yana axaq,
Zərərli vərdişdən uzaq olaq biz.
Yararsız hər işdən uzaq olaq biz.
Paxıllıq dönübdür böyük bəlaya,
Çoxunu salıbdır nahaq davaya.
Kini, küdurəti ataq havaya,
Zərərli vərdişdən uzaq olaq biz.
Yararsız hər işdən uzaq olaq biz.
Gəlin gəlbimizi saxlayaq dincə,
Ona məlhəm olsun sağlam düşüncə.
Bununçun çalışaq, hər şeydən öncə
Zərərli vərdişdən uzaq olaq biz.
Yararsız hər işdən uzaq olaq biz.
Zakir, çox gözəldir, inan bu dünya,
Saf ömür bənzəyir busata-toya.
Çalışaq şad günlər gəlməsin saya
Zərərli vərdişdən uzaq olaq biz.
Yararsız hər işdən uzaq olaq biz.
HƏYATIMIN ŞABRAN (KEÇMİŞ DƏVƏÇİ) ŞƏHƏRİ
DÖVRÜ VƏ YA 40 İL TƏHSİLLƏ BİRGƏ YAŞANAN
ÖMRÜN İLK BAŞLANĞICI
Kənddən gətirdiyim təhsil sənədlərimi o vaxtlar “Nacı
müəllimin məktəbi” kimi ad çıxarmış keçmiş S.M.Kirov adına
Dəvəçi qəsəbə orta məktəbinə verdim.
Bir neçə gündən sonra yeni dərs ili başlandı. Sevincimin
~ 127 ~
hədd-hüdudu yox idi. Əvvəlcə bizim üçün keçmiş Dəvəçi
əyani və qiyabi orta məktəbin həyətində olan ikimərtəbəli
binanın ikinci mərtəbəsində darısqal bir sinif ayırdılar. Binanın
ikinci mərtəbəsinə qalxmaq üçün qoyulmuş pilləkən olduqca
darısqal, ensiz, bir sözlə yöndəmsiz olduğuna görə pillələri
güclə qalxırdıq. Şagird yoldaşlarım hamı sinifdəki partalarda
üç-üç otururdular. Məktəbdə yer olmadığına görə bəzi dərsləri
isə keçmiş Kommunist küçəsində yerləşən Pioner və məktəb-
lilər evinin otaqlarında keçirdik. Altıncı sinfin ilk ayını beləcə
yola saldıq. Nəhayət həmin ilin oktyabr ayında bizim sinif
üçün məktəbin əsas binasının keçmiş V.İ.Lenin küçəsinə
baxan hissəsində ayrıca bir otağı ayırdılar.
Otaq nə otaq, geniş və işıqlı bir guşə. Bura artıq kənd
deyildi. Bu məktəbdə mənə rayonun qaymaqları dərs deyirdi.
Tarixdən Nurbala Quliyev, ədəbiyyatdan Bəşir Şükürov,
riyaziyyatdan Həsən Cəbrayılov, rus dilindən Baba Muradəli-
yev, əmək təlimindən Qulu Pirquluyev, bədən tərbiyəsindən
Bağır Əliyev və başqa müəllimlərimin dərslərinə hər gün hazır
gəlirdim.
Sinifdəki pəncərələrimiz Bakı-Dərbənd yoluna baxırdı.
Əyləşdiyim parta isə düz pəncərənin qabağında idi. 15 gündən
sonra sinfimizdə çuqun pilətələrdəki daş kömür yandıqca sanki
sinifmizə yaz-yay havası gəlirdi.
Lakin açığını deyim ki, məni pəncərədən tez-tez çölə
baxmaq adəti hələ də tərk etməmişdi. Yenə fürsət tapan kimi
dərsə heç bir maneçilik törətmədən pəncərədən çölə baxardım.
Küçədə müxtəlif markalı maşınlar sürətlə şütüyüb keçirdilər.
Bəzən maşınların mühərriklərinin və ya fitinin səsindən qulaq
tutulurdu. Şosse yolunun kənarındakı səkilərlə bazara, işə və
digər yerə tələsən adamların yeyin addım səsləri, bəzən isə
ucadan danışıqları hərdən sinfimizdəki sakitliyin ahəngini
pozurdu.
Bir yağışlı payız günü idi. Bütün şagirdlər və müəllimlər
~ 128 ~
məktəbə dərsə tələsirdilər. Mən də yağışda islanmamaq üçün
iti addımlarla məktəbə sarı gedirdim. Küçədə sinif otağımızın
pəncərəsinin qabağına çatanda pəncərəmizi tanıyıb qeyri- iradi
olaraq ayaq saxladım. Kiçik yasəmən ağacının yanından
sinifmizə baxdım.
Elə bil bu dəmdə xəyal quşum məni ovsunlayıb öz
qoynuna aldı. Mən yağışın yağmasını tamam unutdum. Don-
muş vəziyyətdə sinfimizə tərəf baxmağa başladım. Sinfimiz
yerləşən otaqda sanki bir parlaq ulduz yanırdı. Bu ulduzun
işiğı otağa sığmadığına görə pəncərədən güclü işıq seli kimi
küçəyə yayılırdı. Bu mənzərəni görən kimi mən əvvəlcə
çaşdım. Sanki sinifimizin yerini səhv salmışdım. Kənara
çəkilib yoluma davam edib məktəbə girmək istədim. Lakin
yenə xəyallar yolumu kəsib mənə getməyə imkan vermədi.
Bu dəfə mən bir az da səkinin kənarına gəlib iti gözlə və
diqqətlə yenidən sinfimizə baxdım. Şagird yoldaşlarımın
hamısını tanıdım. Onlardan bir neçəsi hətta pəncərədən mənə
tərəf baxırdı. Heç on saniyə keçməmiş mən xəyallar
dünyasından ayrıldım. Yenidən sinfə tərəf baxanda nə ulduzu
gördüm, nə də şagird yoldaşlarımı.
Yalnız indi mənə aydın oldu ki, sinif otağımızdakı
yanan o ulduz bizə öyrədilən elmin, təhsilin parlaq işığıy-
mış. Deməli,sən demə, bizə öyrədilən elm, nəinki bir otağa,
bəlkə də heç on otağa da sığmazmış. Sinifdə öyrədilən hər
söz, yazılan hər cümlə təkcə otaqları deyil, yüzlərlə,
minlərlə insanların həyat yoluna işıq saçaraq onları aydın
sabaha aparır. Mayak kimi yolumuza nur salan elm və
təhsilin işığı isə bizi qaranlıqdan, cəhalətdən, nadanlıqdan
və pis-pis vərdişlərdən və əməllərdən qorumaq üçündür.
Elə bil qəflət yuxusundan ayıldım. Xəyallarım da artıq
məni tərk etmişdi. Baxıb gördüm ki, küçədə çox dayandığıma
görə yağış məni tamam isladıb. Üstümün yağış sularını
çırpdım. Yan- yörəmə baxıb bir qədər utandım. Lakin özümü
Dostları ilə paylaş: |