~ 120 ~
Bir yanda əriyir qalın buzlaqlar,
Bir yanda at çapır tufan, külək, qar.
Zəlzələ, yeraltı süni təkanlar
Niyə Allah eşitməyir harayı?!
Təbiət anadır, qoruyaq onu,
Vaxtında dəyişsin fəsillər donu.
Qorxuram pis olar dünyanın sonu,
Niyə Allah eşitməyir harayı?!
~ 122 ~
Bu dünyada maldan, mülkdən
bir ağıllı baş yaxşıdır,
anlamayan bir kəllədən.
bir qara daş yaxşıdır.
(Atalar sözü)
BU DÜNYANIN
Kimə gendir, kiməsə dar.
Kimə düşmən, kiməsə yar,
Dəyişər donun qış, bahar,
Çoxdur üzü bu dünyanın.
Mərdi qovub namərd edər,
Qorxağı igid, mərd edər.
İstədiyi yolla gedər,
Kordur gözü bu dünyanın.
Varlıları tərifləyər,
Kasıbları hərifləyər.
Qocaldıqca xəlifləyər,
Bitər sözü bu dünyanın.
Zakir, omrü keçir sayıq,
Adın var özünə layiq.
Yaşa gecə-gündüz ayıq
Olma “qazı” bu dünyanın.
~ 123 ~
DÜNYAYA İLK GÖZ AÇDIĞIM
ANA MƏKAN SUMAQOVA KƏNDİ
Keçən əsrin əllinci illərində doğma yurdum Sumaqova
kəndindəki birmərtəbəli evimizin kiçik pəncərələri vardı.
Pəncərələr çox kiçik olsa da evə kifayət qədər işıq düşürdü. O
dövrlərdə kənddə elektrik işığı olmasa da gündüzlər bu kiçik
pəncərələr evimizi ürəyimizcə işıqlandırırdı.
Mən həmişə evin (otağın) sağ tərəfindəki pəncərədən
istifadə edər, oradan çölü, çəməni seyr edərdim. Həcmcə kiçik,
lakin mənim ürəyimcə böyük olan bu pəncərənin qabağında
saatlarla dayanıb həmişə kəndimizin böyük bir hissəsinə
baxardım. Yalnız taxta çərçivədən və şüşədən ibarət olan bu
pəncərə sanki mənım ətraf aləmi seyr edən, onun surətini
dəqiq beynimə ötürən bir göz idi.
Elə bil mən bu gözlə təkcə kəndimizin bir hissəsinə deyil,
bütöv dünyaya baxırdım. Həmin pəncərədən tez- tez çölü seyr
etməklə kəndimizin içərisindəki evləri, bağ- bağçanı, kəndə
yaxın ərazidə yerləşən əkin sahələrini, güllü-çiçəkli düzən-
likləri tam aydınlığı ilə görə bilirdim. Kənddən bir az uzaq-
larda isə əvvəlcə otlaq sahələri, sonra kolluqlar və yam-yaşıl
meşələr gəlirdi. Meşələr böyük ərazini tutmuşdu. Hətta onlar
Böyük Qafqaz Sıra Dağları silsiləsinin ətəklərinə qədər
uzanırdı. Qışda isə mən qarlı dağları, yalçın qayalıqları, qardan
özünə don geymiş hündür ağacları seyr etməkdən doymurdum.
Mənim pəncərədən kəndə, yollara və təbiətin əsrarəngiz
gözəlliklərinə bu baxışım və diqqətim sadəcə təbiəti seyr
etmək deyildi. Bu mənim balaca uşaq xəyallarımda ucu bucağı
gözlə görünməyən böyük dünyamızın dərk etməsi üçün
atdığım ilk uğurlu addımlardan biri idi. Bizim evin kiçik
pəncərəsi isə mənim saysız, bir-birindən şirin, həqiqi və
fantastik xəyallarımla dolu olan uşaq dünyama açılan bir
pəncərə idi.
~ 124 ~
Aylar keçdi, illər dolandı. Mən məktəb yaşına çatdım. 01
sentyabr 1955-ci il tədris ilinin ilk günü idi. Pirəbədil kənd
orta məktəbinə I sinfə dərsə gedəndə müəllimlərim: Güləli
müəllim və Bircə müəllimə məni təsadüfən sinfimizdəki kənd
yoluna tərəf açılan pəncərənin qabağındakı şagird partasında
oturtdular. Bu mənim çox ürəyimcə oldu. Çünki pəncərədən
Dəvəçiyə, eləcə də Pirəbədildən qonşu kəndlərə gedən yol,
həmçinin məktəbin idman və futbol meydançası açıq - aydın
görünürdü. Futbol meydançasının arxa tərəfində isə məktəbin
böyük alma bağı vardı. Mən fürsət tapan kimi dərhal
pəncərədən çölü diqqətlə hər tərəfi seyr edər, ətraf aləmdə baş
verənlərə həssaslıqla yanaşardım. Bu məqamda çöldəki bütün
görüntülərə olan meyl və marağım daha da artardı.
Rəhmətlik qardaşım Sabir Quba Kənd Təsərrüfatı
texnikumunu bitirib kəndimizdəki Sabir adına kolxozda
briqadir vəzifəsinə təyin olundu. Çox keçmədi ki, kənddə
ikimərtəbəli ev də aldıq. Bu evin pəncərələri daha böyük idi.
Artıq mən hər gün təzə evin pəncərəsindən çölə, kəndə və
kəndimizdən kənara kilometrlərlə uzanıb gedən torpaq yola və
məni özünə məftun edən təbiət gözəlliklərinə doyunca
baxardım. Lakin çox keçməzdi ki, mələk nəvazişli xəyallar
məni sanki ovsunlayaraq öz qanadları üstünə alardılar. Bir göz
qırpımında qonşu kəndlərə, Dəvəçiyə, adını eşitdiyim, lakin
üzünü hələ görmədiyim Bakı şəhərinə və Xəzər dənizinin
qumlu sahillərinə səyahətə aparardı…
1958-ci ildə qardaşım ailə həyatı qurdu.Tezliklə həyat
yoldaşı Gülnaz xanımla onu rayona işə dəvət etdilər. O, rayon
Kommunal Təsərrüfatı Şöbəsində böyük aqronom, həyat
yoldaşı isə bu məktəbdə, yəni S.M.Kirov adına Dəvəçi qəsəbə
orta məktəbində böyük mühasib vəzifəsinə işə qəbul olundu.
Mən isə işlər sahmana düşənə qədər, yəni 2 il müddətinə
kənddə tək qalmalı oldum. Kənddəki şəxsi təsərrüfatımızın
bütün məsuliyyəti mənimlə idi. Yaşlı qohumların köməyi