~ 137 ~
V BÖLMƏ
ELM VƏ TƏHSİL
DÜNYAYA AÇILAN
PƏNCƏRƏDİR...
Sən Zakirlə birgə ömür yaşadın,
Sərvətini xəzinəmə daşıdın,
Elmin ilə həyatımı oxşadın,
Mənə ən xoş nəğmə çalan təhsilim.
~ 138 ~
CƏMİYYƏTİMİZİN İNKİŞAFININ STRATEJİ SAHƏSİ
OLAN TƏHSİLİN TARİXİNDƏN
Ensiklopediyada tarix müxtəlif inkişaf mərhələlərində
insan cəmiyyətinin keçmişini öyrənən bir elm kimi göstə-
rilir. Bu iş onun üzərinə düşən vəzifənin yalnız bir hissəsidir.
Tarix təkcə bir sahəni öyrənmir.Onun tədqiq etdiyi, araş-
dırdığı, üzə çıxardığı və öyrətdiyi sahələri saymaqla qurtar-
maz. Elmin bu dəyərli sahəsi təkcə kainatı (yer kürəsini) deyil,
cəmiyyətdə baş verən bütün dəyişiklikləri, o cümlədən iqtisa-
diyyatı, siyasəti, mədəniyyəti, təhsili, səhiyyəni, hərbi vəziy-
yəti, dini baxışları və digər sahələri ayrı-ayrılıqda öyrətməklə
məşğuldur. Bu kitabda biz təhsilin cəmiyyətimizin ayrı-ayrı
mərhələlərindəki inkişaf vəziyyətindən qısaca da olsa söhbət
açacağıq.
Təhsil təbiətdə və cəmiyyətdə inkişaf prosesini
araşdırmaq və öyrənmək yolu ilə insanlara öyrətmək kimi
çətin və məsul bir işi yerinə yetirən strateji sahədir. Ona
görə də mən söhbətimizin əvvəlindən təhsili strateji sahə
adlandırmışam. Hər hansı cəmiyyət olursa-olsun həmin
cəmiyyətdə və ya hər hansı ölkədə bütün istiqamətlər üzrə
ümumi inkişafın, hər bir uğurun açarı məhz təhsilin
əlindədir.
HAŞİYƏ. Təhsilin cəmiyyətə verdiyi xeyri müəyyən
etmək üçün bizim eradan əvvəllərdə yaşamış böyük Çin
mütəfəkkiri, siyasi xadimi və pedaqoqu Konfutsinin (e.ə.551-
479 ) bir kəlamını yada salmaq lap yerinə düşər. O, deyib ki,
əgər birillik planın varsa, taxıl ək! Əgər onillik planın varsa,
bağ sal. Əgər yüzillik planın varsa insanları öyrət! Bəli,
təhsilin cəmiyyətə, bu cəmiyyətdə yaşayan insanlara verdiyi
fayda ölçüyə gəlməz dərəcədə böyükdür.
Böyük və müqəddəs peyğəmbərimiz Həzrəti Mühəmməd
əleyhissalamın öz hədislərində təhsilə və elmə yüksək qiymət
~ 139 ~
verilir. Qiyamət günü şəhidlərin qanı ilə alimlərin mürəkkə-
binin bir tərəziyə qoyulmasından söhbət açır. Bu müqayisədə
alimlərin mürəkkəbinin çəkisinin ağır gəldiyini bildirir. O,
eyni zamanda elmlə məşğul olmağı, onu öyrənməyi və öyrət-
məyi tövsiyyə edərək deyib: “Bir saat elm öyrənmək altımış
illik ibadətdən xeyirlidir”.
Təhsil insanların təşəkkül tapdığı tarixi cəmiyyətlərin
hamısında böyük rol oynamışdır. Hələ qədim zamanlardan
insanların öyrənməyə, təhsil almağa, oxumağı və yazmağı
öyrənməyə ciddi ehtiyacı və marağı yaranmışdır. Qəbilə quru-
luşu yaranandan sonra insanlar birgə fəaliyyət göstərdikləri
üçün onların istehsalat alətləri yaratmaq, birgə ov etməyi məq-
bul hesab ediblər. Bundan əlavə yaşamaq üçün ərzaq təminatı
görmək, mühafizə və başqa ehtiyacları ödəmək məqsədilə
mübarizə aparmaq üçün öyrənmək və öyrətmək məcburiy-
yətində qalıblar. Bu dövrlərdə ilkin yazı nümunələri yaran-
mağa başlayıb. İnsanlar arasında ibtidai təlim və tərbiyə
xarekterli söhbətlər və məşqlər keçirilib.
Dövlətin yaranma tarixi ilə təhsilin inkişaf yolunda sanki
yaşıl işıq yanıb. Yeni yaranmaqda olan dövlətlər təhsil sahəsini
maliyyələşdirməyə, yeni məktəblər açmağa, məktəblərdə dərs
demək üçün müəllim kadrları yetişdirmək kimi məsul bir
sahəyə diqqət ayırmağa başlayıblar.
Yer kürəsində yaranan dövlətlərin sayı artdıqca çox
qədim dövrlərdən yaranmış təhsil sahəsi ardıcıl və yüksələn
xətlə irəliyə doğru inkişaf istiqaməti götürmüşdür. Vaxtıkən
Qədim Romada, Yunanıstanda, Misirdə, Hindistanda və qədim
Azərbaycan ərazisində iqtisadi inkişaf, məhz bu ölkələrdəki
təhsilin əldə etdiyi qabaqcıl təcrübə və bu sahədə qazanılan
çoxsaylı uğurlar sayəsində əldə edilmişdir.
Hələ eramızdan əvvəl cəmiyyəti irəli apara biləcək ağıllı
ideya və təklifləri ilə məşhur olan müəllimlər, alimlər,
filosoflar, mütəfəkkirlər dəstəsi mövcud idi. Bunlara yunan
~ 140 ~
filosofu Aristoteli (e.ə.384-322) və yunan dramaturqu
Aristofanı (e.ə. 445-385), eramızdan əvvəl yaşamış hind
filosofu Beydəbanı, yunan materialist filosofu Epikuru
(e.ə.341-270), Roma şairi Ovidi Publiy Nazonu (e.ə. 43-18),
yunan filosofu Plutonu (e.ə. 427-347 ), yunan filosofu Sokratı
( e.ə.469-399), yunan dramaturqu Sofoklu ( e.ə. 496-406) və
başqalarını göstərmək olar.
Bu alimlər, filosoflar öz elmi sahələri və axtarışları ilə
məşğul olmaqla yanaşı həm də öz dövrlərinin məşhur müəl-
limləri idilər. Onlar məktəblərdə, eləcə də fərdi qaydada dərs
keçir, tələbələrinə mükəmməl təlim- tərbiyə öyrədirdilər.
Bəşəriyyət tarixinin bütün dövrlərində insan cəmiyyəti-
nin inkişafı, o cümlədən elm, mədəniyyət, incəsənət, təhsil,
səhiyyə, iqtisadiyyat, siyasət, hərbi və digər sahələr həmin
ölkələrdəki təhsil sisteminin vəziyyəti və inkişaf səviyyəsi ilə
paralel şəkildə irəli getmişdir.
Lakin bəşəriyyət öz inkişafının bütün mərhələlərində
təhsilin inkişafını təmin etmək üçün qayğıya, köməyə, maliyyə
dəstəyinə, bir sözlə, xeyirxah insanların yardımına böyük
ehtiyacı olub.Açığını deyim ki, bu ehtiyacı bu gün də dünyada
müdafiə edən çoxlu tərəfdarlar var. Onun həyata keçməsi üçün
əlindən gələni əsirgəməyən xeyirxah qüvvələr sayılan gözəl və
uzaqgörən insanlar hələ də yer üzündə yaşamaqdadırlar.
Ulu Öndərimiz Heydər Əliyev respublikamızda təhsil
işinə yüksək qiymət verirdi. O, tarixi faktlarla təhsilimizin
keşmişini geniş təhlil edər, əldə edilən uğurlarla yanaşı,
nöqsanları da göstərərdi. Gələcəkdə milli təhsilimizin irəlilə-
məsinə, ona dünyadakı inkişaf xəttinə uyğun siyasi və iqtisadi
cəhətdən yeni məzmun verilməsinə çalışardı. O, 25 sentyabr
1998-ci il tarixdə Bakı şəhərində Azərbaycan müəllimlərinin
XI qurultayında demişdir: “1919-cu ildə Azərbaycanda ilk
ali məktəb – Bakı Dövlət Universiteti yaradılmışdır. Biz bu
gün bu tarixi hadisələri də qiymətləndirməli və minnət-
Dostları ilə paylaş: |