~ 141 ~
darlıq hissi ilə qeyd etməliyik.
Sonrakı 70 il ərzində Azərbaycan sovet hakimiyyəti
dövrünü yaşamışdır. Biz bu gün yəqinliklə deyə bilərik ki,
o dövrdə Azərbaycan xalqı kütləvi surətdə maariflənmiş,
savadlanmış, respublikamızda hər bir adamın təhsilə cəlb
olunması məsələsi həll edilmişdir. Azərbaycanda savad-
sızlıq qısa bir zamanda ləğv olunmuşdur, respublikamızda
güclü, zəngin təhsil potensialı, təhsil ocaqları və gözəl
müəllimlər ordusu yaranmışdır.”
Həmin qurultayda xalqımızın təhsilinin təkmilləşdiril-
məsi və yüksəklərə qaldırılması sahəsində xidmətlərinə görə
Ulu Öndərimizə Xalq müəllimi adı və diplomu təqdim
edilmişdir.
1945-ci ilin noyabr ayında yaranmış, Fransanın Paris
şəhərində fəaliyyət göstərən, BMT-nin təhsil, elm və mədə-
niyyət sahəsinə baxan ixtisaslaşdırılmış hökümətlərarası
təşkilatı-YUNESKO XXI əsri təhsil əsri adlandırmışdır.
Təhsilin inkişafı cəmiyyətin inkişafı deməkdir. Bu
ümumxalq işi ilə təkcə məktəb müəllimləri deyil, respub-
likamızın bütün ictimai qüvvələri məşğul olmalıdır. Lakin bu
mənim müəllif fikrimdir: Təhsilin səviyyəsi mükəmməl təlim
və tərbiyənin nəticəsindən çox-çox asılıdır.
RƏVAYƏT: Deyirlər ki, qədim zamanlarda bir müəllim
məktəbdə imtahanlar tam başa çatdıqdan sonra öz şagirdinə
verdiyi elm və təhsilin qiymətini müəyyən etmək qərarına
gəlib. Bu məqsədlə şagirdini yanına çağırıb ona bir bahalı daş
verərək deyib : “Mən bu bahalı daşı sənə bazarda satmaq üçün
deyil, qiymətini öyrənmək üçün verirəm. Qiymətini öyrən-
dikdən sonra onu mənim özümə qaytaracaqsan ”.
Şagird bahalı daşı müəllimdən alıb bazara yollanıb.
Marağı ona güc gəlib. Əvvəlcə onu ilk rast gəldiyi bir
dilənçiyə göstərib. Dilənçi daşı görən kimi heyrətini gizlədə
bilməyib deyib: “Çox gözəl daşdır. Pulum olsaydı iki dirhəm
~ 142 ~
verib onu alardım. Heyif ki, pulum yoxdur”. Sonra şagird
həmin daşı bazardakı varlı bir qəssaba göstərib. Qəssab daşa
baxan kimi onu bəyənib. Deyib ki: “Çox bəzəklidir, dörd
dirhəmə mənə satsaydın, onu alıb evə aparardım, uşaqlarım
oynadardılar”.
Daha sonra şagird həmin daşı bazarda böyük dükanı olan
varlı və məşhur zərgərə göstərib. Zərgər daşı görən kimi az
qalıb ki, dəli olsun. Tez durub şagirdi qucaqlayıb və deyib:
“Çox nadir daşdır. Bunun qiyməti həddən ziyada çoxdur. Mən
evimi, bütün var-dövlətimi satıb pula çevirsəm də onu almağa
mənim gücüm çatmaz “.
Şagird bu minvalla bazarda daşın qiymətini öyrənən kimi
düz müəlliminin yanına qayıdıb. Ona əmanət verilmiş bahalı
daşı müəlliminə qaytarıb. Müəllim şagirdindən daşın qiymətini
necə öyrəndiyini soruşduqda şagirdin qısa cavabı belə olub:
“Zər qədrini zərgər bilər ”.
Deməli, mükəmməl elm, təhsil və tərbiyə almaq,
bacarıqlı müəllim və tərbiyəçidən çox-çox asılıdır. Elmin,
təhsilin və tərbiyənin ən qabaqcıl və yaxşı nümunələrini
öyrənmək və tam mənimsəmək misilsiz dəyərə malikdir.
Bu işin qiyməti isə ölçüyə gələn məsələ deyildir.
Eyni zamanda təhsili ürəkdən sevən, ona qəlbində
məhəbbət bəsləyən, təhsilin irəli getməsinə qayğı göstərən və
hər cür köməklik, maliyyə yardımı etmək arzusunda olan
bütün insanlar bir araya gəlməlidirlər. Kifayət qədər imkanlı
və vətənpərvər insanlar həmişə təhsilimizin inkişafına dəstək
verməlidirlər.
~ 143 ~
RESPUBLİKAMIZDA TƏHSİL
TƏHSİLİM
Dünyamızı arxasınca aparan,
İldən-ilə yaşa dolan təhsilim.
Ölkəmizi nadanlıqdan qurtaran,
Yolumuza işıq salan təhsilim.
Cəhaləti yolumuzdan itirdin,
Savadsızlıq dövranını bitirdin,
Ömrümüzə yeni həyat gətirdin,
İlahidən qüvvət alan təhsilim.
Günlərimi ilə düzdüm səninlə,
Çox cəfaya, zülmə dözdüm səninlə,
Hər elmdən xəbər üzdüm səninlə,
Amalıma hakim olan təhsilim.
“Güclə qüdrət təhsildədir”- deyiblər,
Kitablara hörmətlə baş əyiblər,
Çox alimlər elmindən don geyiblər,
Deyilənlər deyil yalan təhsilim.
İnsanların ən son sözü səndədir,
Altı yaşdan daim gözü səndədir,
Yaşamağın məğzi, özü səndədir,
Nəsillərdən nəslə qalan təhsilim.
Sən Zakirlə birgə ömür yaşadın,
Sərvətini xəzinəmə daşıdın,
Elmin ilə həyatımı oxşadın,
Mənə ən xoş nəğmə çalan təhsilim.
~ 144 ~
Azərbaycanda təhsilin tarixi kökləri çox qədimdir.
Tarixi qaynaqlardan məlumdur ki, hələ III-V əsrlərdə
Azərbaycanda Səsanilərin hökmranlığı dövründə ibtidai təhsil
verən məktəblər mövcud idi. Artıq V-VII əsrlərdə ana dilində
təhsil verən məktəblər fəaliyyət göstərirdi. Bu mərhələdə
aramı qrafikalı alban əlifbası yaranmışdı.
Həmin illərdə Nizamiyyə mədrəsəsi şərqin ən nüfuzlu və
qabaqcıl universitetlərindən biri idi. Azərbaycanın bir çox
alimləri, o cümlədən Mahmud Ərdəbili, Xətib Təbrizi,
Mahmud Zəncani, İsmayıl Təbrizi, Qivaməddin Şirvani və
digərləri bu mədrəsədə müəllimlik etmiş və yüzlərlə
azərbaycanlının bu elm ocağında ali təhsil almasında yaxından
iştirak etmişlər.
VII əsrin ortalarında Ərəb xilafəti Azərbaycanı işğal etdi.
Azərbaycanın ərazisi, yəni keçmiş Albaniya və Adurbadan
zorla xilafətin tərkibinə daxil edildi. Bu isə islam dininin güc
hesabına ölkədə yayılmasına səbəb oldu.
İşğaldan əvvəlki təhsil sistemi dağıdıldı. VII əsrin
ortalarında ölkədə islam dini kütləvi yayılmağa başlayanda
işğalaqədərki məktəblərin yerinə məscidlər nəzdində
Azərbaycanda islam mədəniyyətini və qayda- qanunu yaymaq
məqsədilə yeni məktəb və mədrəsələr şəbəkəsi yaradılmağa
başladı.
Təxminən həmin vaxtdan 200 il keçdikdən sonra, yəni X
əsrin əvvəllərində Azərbaycanda dini təhsilin təkmilləşdiril-
məsi proqramı həyata keçirildi. Bu məqsədlə dini təhsilin
təkmilləşdirilmiş yeni forması olan ibtidai və orta, bəzi
yerlərdə isə ali təhsil verən mədrəsələr yaradılmağa və
fəaliyyət göstərməyə başladı.
Əgər XI-XII əsrə qədər Azərbaycan əhalisi ali təhsil
almaqdan ötrü Türkiyəyə, İrana, Suriyaya, Maxaçkalaya və
başqa ölkələrə gedirdisə, XI-XII əsrlərdə artıq Şamaxı,Təbriz,
Gəncə, Həmədan, Naxçıvan və digər şəhərlərdə mədrəsələr
Dostları ilə paylaş: |