Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə189/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   185   186   187   188   189   190   191   192   ...   202

 

658


İsmayılın çağırışını eşidərək tələm-tələsik onun 

qərargahına gəlir. 

Bu hadisələr İsmayılın Ərzincan və 

Anadolunun digər bölgələrində böyük nüfuza 

malik olduğunu açıq-aşkar göstərir. Elə Çaldıran 

döyüşünü hazırlayan səbəblərdən biri də bu idi. 

Gənc İsmayıl qüvvələrinin artdığını görərək 

Azərbaycanı vahid dövlət halında birləşdirmək 

üçün mübarizəyə başladı. İlk hədəf Səfəvi 

şeyxlərinə düşmən olan Şirvan seçildi. Gülüstan 

qalası yaxınlığındakı döyüşdə Şirvanşah Fərrux 

Yasar öldürüldü. Əvvəlcə Şamaxı, ciddi 

müqavimətdən sonra isə Bakı ələ keçirildi. 

(Məqsədimiz Çaldıranı törədən səbəbləri açmaq 

olduğu üçün belə hadisələrin üzərində çox 

dayanmayacağıq) 

Şirvan dövlətini özündən asılı vəziyyətə 

salan İsmayıl 1501-ci ilin payızında Şərur 

yaxınlığında yeddi minlik qoşunuyla Əlvənd 

Mirzənin otuz minlik ordusunu ağır məğlubiyyətə 

uğratdı. Elə həmin il Təbrizə daxil olaraq özünü 

yeni yaratdığı Səfəvilər dövlətinin şahı elan etdi. 

Ölkə daxilində Şah İsmayılın yalnız bir 

düşməni qalırdı – Ağqoyunlu Murad. 1503-cü 

ildə Murada məktub yazan Şah İsmayıl onun 

təslim olmasını istəsə də Murad bu təklifi rədd 

etdi. 1503-cü il iyunun 21-də Həmədan 

yaxınlığında 12 minlik qoşunuyla Muradın 70 

minlik ordusunu darmadağın edən gənc şah daxili 

düşmənlərdən qurtulmuş oldu. Şah İsmayıl 

Muradı təqib edərək ölkənin içərilərinə doğru 

hərəkət etdi. 1508-ci il ərəfəsində Şah İsmayıl 




 

659


Xorasandan başqa bütün İranı, Ermənistanı, Ərəb 

İraqını, Kiçik Asiyanın bir çox vilayətlərini tutdu. 

Beləliklə, XVI əsrin birinci on illiyində 

Azərbaycan Səfəvi dövləti mərkəzi Təbriz olan 

böyük bir qüvvəyə çevrildi. Şah sarayındakı 74 

əmirdən 69-u azərbaycanlı olan dövlətin dili də 

Azərbaycan dili idi. Gənc şahın şan-şöhrəti bütün 

Orta və Yaxın Şərqi bürümüşdü. O dövrün bir çox 

hökmdarları Şah İsmayılla yaxın münasibət 

qurmaq üçün öz elçilərini qiymətli hədiyyələrlə 

Təbriz sarayına göndərirdilər. Bu da o zaman 

özbək taxtında oturan və özünü Çingiz xanın 

varisi hesab edən Şeybani xanın xoşuna gəlmirdi. 

Herat hökmdarı Hüseyin Bəyqaranın satqın 

oğulları sayəsində öncə Heratı, sonra da Xorasanı 

tutan Şeybani xan Şah İsmayıla «İsmayıl dəvriş» 

başlığı ilə başlayan bir məktub göndərdi. Bu 

məktubda o, Məkkəyə gedəcəyini bildirir və 

keçəcəyi yerlərdə onun adına xütbə oxunmasını, 

üstündə şəkli olan sikkələrin basılmasını, qiymətli 

hədiyyələrlə onun pişvazına çıxmasını İsmayıla 

əmr edirdi. 

Qonşu dövlətlərlə normal münasibətə önəm 

verən Şah İsmayıl Şeybani xanın yanına elçilər 

göndərsə də bir nəticə hasil olmadı. O, Şah 

İsmayıla əsa və kəşkül göndərərək məktubda 

onun dədə-babasının dəvriş, özünün isə yeddi 

iqlim padşahı olduğunu, ona görə də İsmayılın 

ona tabe olmasının vacibliyini yazdı. 

Şeybani xanın yola gəlmədiyini görən Şah 

İsmayıl da ona məktub yazaraq Məşəd şəhərində 

babalarına məxsus 70 batman cəvahirlə bəzənmiş 




 

660


qızıl nəzirləri olduğunu və yaxın vaxtlarda onu 

almağa gələcəyini bildirirdi. 

Şah İsmayılın qoşunları Xorasana çatmamış 

Şeybani xan Herata qaçmağa çalışsa da Mərv 

yaxınlığındakı Mahmudi kəndində baş verən 

döyüşdə öldürüldü. Xorasan və Heratla yanaşı 

Bədəxşan, Qəndəhar, Kabülüstan və digər 

şəhərlər Səfəvilərin əlinə keçdi. Şah İsmayıl 

Heratı Səfəvilərin ikinci mühüm mərkəzinə 

çevirərək oranı əvvəlcə Təhmasib, sonra Sam 

Mirzənin valilik mərkəzinə çevirdi. Həmin qışı 

Heratda keçirən şah o dövrün görkəmli alim və 

sənətkarlarını ətrafına toplayır, böyük bir qismini 

paytaxt Təbrizə göndərir. Bəzilərini də bilik və 

bacarıqlarına görə dövlət qulluğuna təyin edirdi. 

 

Kadr dəyişir. Nizami Xudiyevin çıxışı efirə verilir. 



 

NİZAMİ XUDİYEV: – Göründüyü kimi, 1512-ci ildə 

Osmanlı taxtına çıxan Sultan Səlim zamanında 

səltənətdə elmin, sənətin inkişafına böyük qayğı 

göstərilirdi. O dövrün bir çox padşahları kimi 

Sultan Səlim də incə ruhlu şeirlər yazırdı. 

«Divanı» və «Səlimnamə» adlı külliyyatı indi də 

əlimizdə qalmaqdadır. Bütün bunlara 

baxmayaraq, o öz dövrünün oğlu idi. Şahlığı, 

sultanlığı şairliyinin önündə gedirdi. Sultan 

Səlimin elmə, sənətə qayğısı bəlkə də Səfəvi 

hökmdarı Şah İsmayıldan qaynaqlanırdı. Şah 

İsmayıldan 16 yaş böyük olan Səlim öz sələfindən 

geri qalmamaq üçün hakimiyyətə gələn kimi şeir 

məclisləri, sənət yarışları keçirirdi. 



 

661


Beləliklə, Çaldıran savaşına bir neçə il 

qalmış şərqin iki böyük türk dövlətinin başında 

incə ruhlu, şair təbiətli hökmdarlar dayanmışdı. 

Zənnimizcə burada o zamanlar Təbriz sarayında, 

Şah İsmayılın ətrafında necə böyük simaların 

olmasını anlatmadan keçmək olmaz. 

Onu qeyd edək ki, Şah İsmayılın adı 

çəkiləndə hər şeydən öncə Azərbaycan dili yada 

düşür. Mübarizəyə başladığı ilk gündən 

Azərbaycan uğrunda mübarizə apardığını bəyan 

edən bu böyük insan ömrünün sonuna qədər 

verdiyi vədə əməl etdi. Azərbaycan dili dövlət dili 

elan edildi. Uzaq-yaxın qonşulara, Avropa 

saraylarına yazılan məktublar dilimizin 

şəhdişirəsini, təravətini, dünya dili olmaq 

imkanlarını üzə çıxardı. Mühüm dövlət işlərinə 

Azərbaycan əsilli əmirlər təyin edildi. Digər ölkə 

səfirlərinin dilimizi öyrənməsi üçün Təbriz 

kitabxanasında şərait yaradıldı. Şah İsmayıl təkcə 

dilimizin inkişafı qayğısına qalmaqla 

kifayətlənmədi, Xətai təxəllüsüylə gözəl şeirlər, 

qəzəllər, qəsidələr yaratdı. 

Böyük Azərbaycan şairi Məhəmməd Füzuli 

«Bəngü-Badə» əsərini ona həsr etdi. 

XVI əsrin birinci rübündə Azərbaycanda 

rəssamlıq, xüsusən də miniatür sənəti özünün ən 

yüksək zirvəsinə qalxmasında Şah İsmayıla 

borcludu. O dövrdə Kəmaləddin Behzad, 

Ağamirək, sultan Məhəmməd Təbrizi, Xacə 

Əbdül Əziz, Seyidmir, Şah Məhəmməd, Dost 

Məhəmməd və onlarca başqaları şahın himayəsi 

ilə ölməz incilər yaradırdılar. İndi dünyanın 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə