Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə185/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   181   182   183   184   185   186   187   188   ...   202

 

641


yardım üçün onlara ən təcrübəli sərkərdələrini 

verdi. Qoşunun sol qanadına Şahrux Mirzə və 

nəvəsi Xəlil Sultan rəhbərlik edirdi. Bu qanadın 

önündə Sultan Hüseyn bəy yer alırdı. Sağ qanad 

Miran şahın əmirindəydi və onun da ön qanadında 

Əbubəkr Mirzə mövqe tutmuşdu. Əsas cəbhədə 

isə o zamankı Asiyanın ən təcrübəli döyüşçüləri 

80 minbaşının əmrində idi. Bu qüvvələrə də 

Məmməd Sultan Mirzə rəhbərlik edirdi. Pir 

Məmməd, Şeyx Ömər Mirzə, Mirzə İsgəndər və 

qardaşları da Sultan Məmmədə yardım edirdilər. 

Teymurun özü isə 40 birlikdən ibarət olan ehtiyat 

ordunun başındaydı. Bu ordunun ,ön cərgələrində 

Hindistan səfəri zamanı ələ keçirilmiş döyüş 

filləri dayanmışdı ki, onların belindəki qəfəsdə də 

oxçular yerləşdirilmişdi. 

Bəyazit də ordusunun lazımi səviyyədə 

müharibəyə girməsi üçün bir sıra tədbirlər gördü. 

O, ordusunun sağ cinahını Dəspinə xatunun 

qardaşı – qaynı Pasir Lausun komandanlığına 

verdi. Onun əmrində Avropadan gətirilmiş və 

döyüş üçün yetişdirilmiş 20 min zirehli at varıydı. 

Bu atların təkcə gözləri görünürdü. Qalan yerləri 

ox batmayan zirehlə örtülmüşdü. 

Anadolu birliklərindən ibarət olan sol cinah 

Bəyazitin oğlu müsəlman Çələbinin 

ixtiyarındaydı. Bəyazitin özü isə döyüşə girəcək 

qüvvələrin başında dayanmışdı. Ona üç oğlu İsa, 

Musa və Mustafa yardım edirdi. Kirişçi ləqəbiylə 

tanınan və sultanın beş oğlu içərisində ən 

bacarıqlısı olan Mehmət Çələbi isə ehtiyat 

qüvvələrə komandan təyin edilmişdi. Onun 




 

642


əmrində 6 paşa (6 general) və çox sayda piyada 

qüvvələr varıydı. 

1402-ci ilin bir sabahı bütün qərb dünyasının 

səbirsizliklə gözlədiyi döyüş baş tutdu. Teymurun 

qoşunları ətraf təpələri tutaraq özlərinə mövqe 

qurdular. Teymur öncə atından düşüb namazını 

qıldı. Sonra da təkrar atına minərək qoşuna 

rəhbərlik etməyə başladı. Osmanlılar isə cərgəni 

pozmadan, düzənli bir şəkildə savaş borularının, 

təbillərin, gərənayların sədası altında böyük bir 

coşğuyla irəliləyirdi. Teymurun sağ cinah 

ordusunun başında duran Əbubəkr Mirzə 

Bəyazitin böyük oğlu müsəlman Çələbinin (ona 

Süleyman Çələbi də deyirdilər) komandasındakı 

Osmanlı ordusunun sol qanadını ox yağışına 

tutdu. Süleyman Çələbi cəsurca döyüşsə də 

Əmirin qoşunları qarşısında tab gətirməyərək geri 

çəkilmək məcburiyyətində qaldı. Sərkərdə sultan 

Hüseyn isə Bəyazit ordusunun sağ cinahına 

hücum edərək onları pərən-pərən salaraq çoxlarını 

qılıncdan keçirdi. Döyüşü diqqətlə izləyən 

Teymur Sultan Hüseynin çox irəli getdiyini 

görərək sultan Məmmədi onun köməyinə 

göndərdi. O da dördnala çaparaq Osmanlı 

ordusunun içərisinə soxularaq, onların nizamını 

pozdu. Avropadan gələn əsgərlər cəsarətlə 

döyüşürdü. Bir neçə dəfə nizamlı şəkildə Teymur 

ordularının üzərinə yerisələr də geri 

oturdulurdular. Növbəti cəhddə isə Bəyazitin 

qaynı Pasir Laus öldürüldü və Osmanlıların sağ 

qanadı tamamilə dağıdıldı. Pir Məhəmməd, Ömər 

Mirzə və İsgəndər Mirzənin birlikləri 




 

643


Osmanlıların təpələrdə mövqe tutmuş əsgərlərini 

geri çəkilməyə məcbur edə bildilər. Teymur 

düşmən qüvvələrinin geri çəkildiyini görər-

görməz bütün qüvvələri hücuma qoşdu. Türk 

ordusuna elə bir zərbə vuruldu ki, hücumdan çox 

az adam canını salamat qurtara bildi. 

Qüvvələrinin azaldığını görən Bəyazit öz 

dəstəsilə sultan Məhəmmədin qərar tutduğu 

təpələrə hücum etdi və Məhəmmədin birliklərini 

təpədən vurub çıxardı. Lakin Teymur bunu 

gözlədiyi üçün oğlu Şahrux Mirzəni ora göndərdi. 

Osmanlılar qaçmağa başladılar. Amma Teymurun 

qüvvələri mühasirə halqasını yavaş-yavaş 

daraldırdı. Ədalət naminə demək lazımdır ki, 

Osmanlı sultanı bütün gün boyu qəhrəmancasına 

döyüşdü. Bir an da olsun döyüş meydanından geri 

çəkilmədi. Amma gün batandan sonra döyüş 

xəttini yararaq qaçmağa çalışsa da buna nail ola 

bilmədi. Teymurun sərkərdəsi sultan Mahmud 

xan tərəfindən yaxalandı və gecə yarısı Teymurun 

hüzuruna gətirildi. 

Əmir Teymur qalib gəlsə də sultanın bu 

halından çox pərişan oldu. Onun qollarını açmağa 

əmr etdi. Özünü isə çadırının önündə təntənəli 

şəkildə qarşıladı, yanında oturtdu. Bu fəlakətə 

onun özünün səbəbkar olduğunu incə bir dillə 

anlatdı. Bəyazit də qəbahətli olduğunu dilə 

gətirərək üzr istədi. Sultan Bəyazitə çox qiymətli 

bir xalat hədiyyə edən Teymur ona və ailəsinə 

yaxşı baxılacağını da vəd etdi. 

Onunla böyük bir imperator kimi rəftar 

edildiyini görən Bəyazit müharibə zamanı 




 

644


yanında olan oğlanları Musa ilə Mustafanın 

axtarılmasını xahiş etdi. Amma təkcə Mustafanı 

tapmaq mümkün oldu. Əmir Teymur Mustafaya 

atasının çadırı yanında bir çadır qurulmasını əmr 

etdi. Bəyazitin məğlubiyyətini eşidən Ankara 

valisi Yaqub şəhərin və qalanın açarlarını 

Teymura təslim etdi. Bundan sonra Teymurun 

qoşunları İç Anadoluya daraşaraq qənimət 

toplamağa başladılar. Salnamələrin yazdığına 

görə ən kasıb əsgər belə o qədər sərvət ələ 

keçirmişdi ki, hətta adlı-sanlı bəylərin belə o 

qədər sərvəti yox idi. 

Sultan Məhəmməd də Bəyazitin xəzinələrini 

əldə etməkçün Bursaya yola düşdü. Amma bunu 

gözləyən Süleyman Çələbi onu qabaqlayaraq 

atasının xəzinəsini gizlədə bildi. Məhəmməd də 

əliboş dönməyərək Bəyazitin arvadlarından birini 

və Mustafanın nişanlısını əsir aldı. Qara Yusif isə 

canını qurtararaq Misirə qaça bildi. Amma 

Bursada daş üstündə daş qalmadı. İznik 

yağmalandı. Çanaqqala boğazına qədər olan 

ərazilər talan edildi. Bəyazitin oğullarından 

Süleyman Çələbinin ailəsi əsir alınsa da özü 

Avropaya qaçdı. 

Əmir Teymur Bursa yaxınlığında bir ay 

qaldıqdan sonra Bəyazitin Serb əsilli arvadını, bu 

Lki türk oğlunun arasının vurulmasında önəmli 

rol oynayan Dəspinəni, qızını və bütün 

qulluqçularını sultana qaytardı. Amma bu qadının 

müsəlmanlığı qəbul etməsini şərt kimi irəli sürdü. 

12 ildən bəri Bəyazitin tabeçiliyində olan 

Karaman oğlu Əmir Mehmət də Teymurun 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə