Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə184/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   180   181   182   183   184   185   186   187   ...   202

 

637


da o, bunu ciddi qəbul etmirdi. Bir tərəfdən də 

Papanın və Avropa liderlərinin, xüsusən də serb 

sarayının göndərdiyi cəsuslar Bəyazitin 

sayıqlığını əlindən alır, Teymurun zəif, gücsüz 

sultanın qarşısında davam gətirə biləcək bir gücə 

malik olmadığını söyləyirdilər. Serb sarayının 

bütün planlarını cani-dildən həyata keçirən 

Dəspinə xatun İldırım Bəyazitdə təkcə Əmir 

Teymura qarşı deyil, sultanın yaxın və sadiq 

adamlarına qarşı da kin və nifrət yaradırdı. Bunun 

nəticəsiydi ki, Əmir Teymura qarşı çıxmamağı, 

əksinə ona dost münasibəti göstərməyi təklif edən 

bir çox dövlət adamının boynu vurulmuşdu. 

Teymurun dəfələrlə bu lazımsız savaşdan, 

təhqirlərdən əl çəkmək xahişləri Bəyazit tərəfdən 

rədd edilmişdi. 

Bizans tarixçisi Duqasa görə Əmir 

Teymurun Osmanlıya yürüşünün əsas səbəbi 

İldırım Bəyazitin ona qarşı göstərdiyi 

hörmətsizlik deyil, sultanın türk bəylərinə etdiyi 

zülm idi. Teymur Bəyazitin səlibçilərlə apardığı 

müharibələrdə qazandığı qələbələri təriflədiyi 

halda müsəlmanlara qarşı göstərdiyi ədalətsizliyi 

pisləyirdi. Duqasın bu fikirlərini demək olar ki, 

bütün Batı tarixçiləri də təkrar edir. Türk 

tarixçilərinə görə Əhməd Çələyiri Misir sultanına 

qarşı mübarizədə Bəyazitə sığınmış, sultan da 

bundan istifadə edərək Elbistan, Malatiya, Divçigi 

və Nebbiyi Misir sultanının əlindən almışdı. Eyni 

zamanda Ərzincan şahzadəsi Tahrin bəyi məğlub 

edərək onun xərac verməsiylə kifayətlənməyib, 

arvadı və iki oğlunu da girov kimi Bursa sarayına 




 

638


gətirmişdi. Tahrin bəy də Əmir Teymura 

sığınaraq sultana qarşı ondan yardım istəmişdi. 

Bəzi tarixçilər isə Bəyazitin Tahrin bəyin 

qadınına aşiq olduğu üçün onu saraya gətirdiyini 

qeyd edirdi. Tarixçi şərafəddin Əliyə görə isə 

müharibənin birbaşa səbəbi Bəyazitin Tahrin bəyə 

qarşı haqsızlığı, Əmir Teymurun elçilərinə 

göstərdiyi hörmətsizlik idi. 

Əmir Teymurun elçiləri saraydan 

biabırcasına qovulanda Teymurun özü 

Gürcüstanda idi. Sultanın bu hərəkətlərinə artıq 

dözməyən Əmir qoşunlarını Anadoluya doğru 

yeritməyə başladı və hicri tarixiylə 803-cü ilin 

məhərrəm ayının 1-də Anadoluya ayaq basdı. 

Sivasa doğru irəlilədi, Kirişçi ləqəbiylə tanınan 

Mehmət Çələbinin qoşunlarını təqib etdi. Tezliklə 

onun ordusunu qılıncdan keçirərək Sivası 

mühasirəyə aldı. Qala qapıları şiddətli zərbələrə 

dözməyərək uçub-dağıldı. Şəhər əhalisi 

Teymurun qəzəbindən qorxaraq şəhərin əmiri 

Mustafa bəyi Teymura təslim etdilər. Əmir 

Teymur bütün qala divarlarını yerlə-yeksan 

etdirdi. Beləliklə, hər iki tərəf addım-addım 

Çubuğa doğru yaxınlaşmaqda davam edirdi. 

 

Kadr dəyişir. Kadr arxası mətn oxunur. 



 

MƏTN: – Sivasın işğalından sonra çoxları Teymurun 

Bursa üzərinə yürüş edəcəyini düşünürdü. Lakin 

belə olmadı. Əmir qoşunlarına Suriyaya doğru 

hərəkət etməyi tapşırdı. Bununla da o, Bəyazitə 

barışıq üçün daha bir şans verdi. Özü isə Misir 




 

639


sultanına sığınaraq onunla mübarizə aparan 

Əhməd Cəlayir və Qara Yusifi ələ keçirmək üçün 

qeyd etdiyimiz kimi Suriyaya doğru gedərək bu 

torpaqları ələ keçirdi. 

Əmir Teymur Suriyada olarkən Bəyazit 

Əhməd Cəlayir və Qara Yusifin təhriki ilə 

Ərzincan üzərinə yeridi və bu şəhəri ələ keçirdi. 

Ərzincan hökmdarının arvadlarıyla uşaqlarını 

Bursaya göndərdi. Bu xəbər Teymura çatan kimi 

o, Şahrux Mirzənin başçılığı ilə ordu hissəsini 

Osmanlılara qarşı göndərdi. Şahrux Mirzənin 

Osmanlıya doğru yol aldığını eşidən sultanın 

elçiləri Bəyazitin barışıq haqqındakı məktubunu 

Teymura çatdırmağa tələsdilər. Eyni zamanda 

Ərzincan hakiminin ailəsini sərbəst buraxaraq 

Tahartendən də onunla Teymur arasında vasitəçi 

olmasını xahiş etdi. Əmir Teymur onsuz da 

Anadoluya könülsüz getmişdi. Odur ki, Şahrux 

Mirzəni geri çağırdı. Sultanın elçilərinə isə iki 

şeyi Bəyazitə çatdırmalarını söylədi. 

Birincisi, illərdən bəri onun hakimiyyəti 

altında olan Ketah qalasının ona qaytarılmasını, 

ikincisi, Qaraqoyunlu əmiri Qara Yusifin ya 

öldürülməsini, ya təslim edilməsini, ya da ölkədən 

qovulmasını. Bundan əlavə Teymur Bəyazitin 

düşmənlərinə qarşı mübarizəsinə hər cür dəstək 

verəcəyini də vəd etdi. Eyni zamanda öz elçisini 

də Bəyazitin elçiləriylə bərabər sultanın hüzuruna 

göndərdi. Daha sonra hər on beş gündən bir 

Bəyazitin sarayına yeni elçilər gəlməkdə davam 

edirdi. Lakin aradan iki ay keçməsinə 

baxmayaraq, elçilərdən bir xəbər çıxmayınca 




 

640


Anadoluya doğru yol aldı. Yolüstü Bəyazitdən 

istədiyi Kəmah qalasını ələ keçirərək 

komandanlığı Tahartenə tapşırdı. Sivas 

civarlarında göndərdiyi elçilərdən biri Bəyazitin 

təhqirlə dolu cavabını ona gətirdi. Teymur yenə 

də səbrini basaraq Bəyazitə son məktubunu 

göndərdi. Bu məktubda o, Osmanlı qüvvələrinin 

xeyli hissəsinin kafirlərlə mübarizə apardığı üçün 

Bəyazitə hücum etməyəcəyini, əvəzində isə 

şahzadə Tahartenin adamlarını buraxmağı və 

oğullarından birini onun sarayına göndərilməsini 

təklif etdi. Lakin bu şərtləri qəbul etməyən 

Bəyazit ordusunun başında Toqata gəldi. 

Bu xəbəri eşidən Teymur birbaşa yolun 

qalın meşəlikdən keçməsini nəzərə alaraq Kayseri 

yoluna döndü və Ankara üzərinə yeridi. Bəyazitin 

də orduları hərəkətə gələrək demək olar ki, eyni 

zamanda Ankaraya yetişdi. Teymur Ankara 

qalasının mühasirəsini dayandıraraq Osmanlıların 

su mənbələrini ələ keçirməklə ordunu susuz 

buraxdı. Belə olan şəraitdə Bəyazitin ordusu 

Ankaranın 45-50 kilometrliyindəki Çubuq 

bölgəsinə çəkildi. Teymur da onu izləyərək qarşı-

qarşıya mövqe tutdu. 

Türk dünyasını uzun müddət inkişafdan 

qoyan Çubuq döyüşü ərəfəsində rəqiblərin döyüş 

taktikasına nəzər salaq. Öncə Teymurun taktikası 

barədə. Şərq aləmində islamın ən böyük 

bilicilərindən olan Əmir Teymur bütün gecəni 

ibadətlə keçirdikdən sonra sabah erkəndən 

qüvvələrini üç yerə böldü. Hər birliyə 

oğullarından birini komandan təyin edən Teymur 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə