B u l u d x a n X ə l i l o v
182
Mən - biz, sən- siz, o- onlar
barədə deyimlərim –
IX yazı
Bəlkə də dünyada istər maddi, istərsə də mənəvi
cəhətdən əziyyət çəkənlər bu dünya üçün artıq olanlardır.
Dünyanı nizam-intizama, qayda-qanuna salmaq istəyən-
lərdir. Ədaləti, haqqı qoruyan və yaşadanlardır. Dünyanı
yaşatmaq naminə dünya üçün artıq sayda olanlardır.
Hərdən fikirləşirəm ki, mən ailəmizdə beşinci
övladam, beşinci qardaşam. İndi isə ailələrdə bir, iki, çox
nadir hallarda üç övlad olur. Bəlkə də mən beşinci övlad
kimi müasir dünyanın ailələrindəki övladların sayında
artıq olanlardanam. Bəlkə də ona görə mənəvi cəhətdən
daha çox əziyyət çəkirəm. Bəlkə də mənim kimi mənəvi
cəhətdən əziyyət çəkənlər də belədir.
***
Birisi o birisinə gəl-getdən, olub keçənlərdən
danışır. Onun danışdıqlarının doğruluğunu təsdiq etmək
üçün ondan şoruşanda ki, bu dediklərin düzdürmü? O
cavab verir: Öz gözlərimlə görməsəm də, onu deyə
bilərəm ki, dediklərimdə düz olmayan nə varsa, günah
qulağımdadır. Günah qulağımdadır ifadəsində dərin
məna vardır. Yəni dediklərimi eşitmişəm.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
183
***
Allahdan qorxan adam başqa heç kəsdən qorxmaz.
Ona görə ki, Allahdan qorxan kəs Allah xatirinə günah
işlətməz. Günahı olmayanın da başqa kəslərdən nə
qorxusu olmalıdır?!
***
Deyilənə görə, Anar uşaq vaxtı Səməd Vurğungilə
gedir. Səməd Vurğun zarafatla soruşur ki, kim böyük şair-
dir. O cavab verir ki, Rəsul Rza, Sabit Rəhman (ona Sabit
əmi deyirmiş). Səməd Vurğun gülür və deyir ki, bəs mən?!
***
Səttar Axundov adlı bir dramaturq Azərbaycan
Yazıçılar Birliyində dramaturgiyamız barədə məruzə
edirmiş. İclasın sədri Səməd Vurğun imiş. Səməd Vurğun
çox diqqətlə qulaq asırmış. Səməd Vurğundan bu diqqəti
görən Səttar Axundov daha da ürəkli danışmağa başlayır.
O, danışıb qurtardıqdan sonra Səməd Vurğun deyir ki,
indi neçə dramaturq vardır. O cavab verir ki, qırx. Səməd
Vurğun deyir: Kaş bu qırx dramaturq öləydi, ancaq Cəfər
Cabbarlı sağ olaydı, yaşayaydı.
***
Azərbaycan Yazıçılar İttifaqında olan söhbətlərin
birində deyilir ki, ədəbi tənqidin özü də axsayır. Belə
olan yerdə ədəbiyyatın inkişafından danışmaq olmaz.
Onu da qeyd edək ki, bu söhbətdə Səməd Vurğun da
iştirak edirmiş. Odur ki, Səməd Vurğun deyir:
B u l u d x a n X ə l i l o v
184
–
Ədəbi tənqid ona görə axsayır ki, tənqidçilərimiz
Əkbər Ağayev, Yəhya Seyidov, Pənah Xəlilovdur.
Səməd Vurğun bu tənqidçilərin adını ona görə çə-
kir ki, onlar fiziki cəhətdən qüsurlu olublar, ayaqları
axsaq olub.
***
Deyilənlərə görə, istedadsız şairlərdən biri şeirlərini
çap etdirmək üçün Azərbaycan Yazıçılar Birliyinin
mətbuat orqanlarına aparır. Şeirlər zəif olduğu üçün
redaktor onu çap etmək istəmir. Həmin istedadsız şair
Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahi-
movun yanına şikayətə gedir. Mirzə İbrahimov həmin
redaktoru yanına çağırıb deyir ki, özünü qorumaq üçün
belə istedadsızları da çap et. Ona görə ki, istedadsızlar
sayca çoxdur. Onlar sənə qənim kəsilə bilərlər.
***
Haqsızlıq həmişə olub. Haqqı olan adamlara qarşı
haqsızlıq həmişə tüğyan edib. Belə haqsızlıqlar Azərbay-
can Yazıçılar İttifaqında da az olmayıbdır.
İsmayıl Şıxlı Azərbaycan Yazıçılar İttifaqında katib
işləyirmiş. Günlərin birində ona haqsızlıq edirlər, tənqid
edirlər və tənqidlər baş alıb gedir. Hətta tənqid etmək
üçün az qala növbəyə dayanırlar. Bu zaman Anarı bu
haqsız tənqidlər çox kövrəldir. Gözləri dolur. Bu haqsız
tənqidlərə doluxsunaraq etiraz edir.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
185
***
Deyilənə görə (Səməd Vurğunun qızı Aybəniz
xanımın dediyinə görə), Səməd Vurğun xanımların
(qızların, qadınların) şairliyinə, yazıçılığına çox da ciddi
yanaşmamış və bu işin onlara aid olmadığını söyləmişdir.
***
Şair Oqtay Rza görür ki, onun dostlarından biri
özünə deyir ki, boyu alçaqdır. Oqtay Rza onun bu səhvini
düzəldir. Və deyir ki, sənin boyun alçaq yox (alçaq
sözünün pis mənasını nəzərdə tutur) bəstəboydur. Ona
görə də özünün boyun barədə belə demə...
***
Şair Oqtay Rza dostları ilə birgə Azərbaycanın
cənub bölgəsinə tədbirə gediblərmiş. Bu tədbirdən
qayıdan zaman onun dostlarından biri deyir ki, sən (yəni
Oqtay Rza) mənimlə qayıdacaqsan. Məqsədi də o imiş ki,
Oqtay Rzaya yaxşı bir qonaqlıq versin. Belə də olur. O
biriləri qayıdır. Axşama tərəf isə Oqtay Rzagil qayıdır.
Yolda dostu Oqtay Rzaya yaxşı qonaqlıq verir. Gecə də
qonaq evində qalırlar. Hər şey ürəkaçan olur. Birdən
Oqtay Rza deyir ki, yaxşı olardı ki, mən də o biri
dostlarımızla şəhərə qayıdaydım. Bu söz Oqtay Rzanın
dostunun xətrinə dəyir. Oqtay Rza görür ki, dostunun
kefi yaxşı deyil. Və dostu Oqtay Rzaya deyir ki, niyə
belə deyirsən? Oqtay Rza cavab verir ki, o biri
dostlarımızla mənim şəhərə qayıtmağım yaxşı olardı,
B u l u d x a n X ə l i l o v
186
ancaq səninlə qayıtmağım əladır. Beləliklə, Oqtay Rzanın
dostunun kefi açılır.
***
İş olan yerdə güc olmalıdır. Gücsüz hər hansı bir işi
görmək olmur. Təsadüfi deyil ki, dilimizdə iş-güc sözü
var.
İki yaxın adam bir-biri ilə səhər vaxtı görüşür. Biri
o birindən soruşur ki, hara gedirsən? O deyir
ki, işə gedirəm. Bu biri isə soruşur ki, bəs sən hara
gedirsən. O isə cavab verir ki, mən də gücə gedirəm.
***
İki eşşəyin arpasını bölə bilmir ifadəsi belə
yaranıbdır. İki ağıldan kəm adam bir ağıllı adama
yaxınlaşıb deyir ki, üç kiloqram arpanı iki eşşəyə necə
bölərsən? Ağıllı adam deyir ki, bir kiloqramını sənə,
birini dostuna verərəm (yəni ikiniz də eşşəksiniz), birini
isə özüm götürərəm.
***
Yaxşı deyilibdir:
Qalmaqallı bir məclisə
Salam versən yelə gedər.
Qoca kişi cavan qızı
Alarsa da, elə gedər.
Dostları ilə paylaş: |