Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
187
Qoca kişi hara, cavan qız hara? Ancaq belələri var.
Elə qocalar var ki, cavan qızlara aşiq olurlar. Yaşlarına
və başlarına uyğun olmayan işlər görmək istəyirlər.
Ancaq yaş hər şeyi deyir. Yaşla zarafat etmək olmaz.
Baxmayaraq ki, bəziləri zarafat edirlər.
Deyilənə görə, bir qoca kişi cavan bir qızı alır. Toy
gecəsi qoca kişi deyir: Çayımızı içək, qəlyanımızı çəkək,
qalaya hücum edək. Toy gecəsi beləcə keçir. Səhərisi
günü qoca kişi yenə də eyni sözləri deyir. Belə olanda
cavan qız qoca kişiyə deyir: Çayını iç, qəlyanını çək,
ancaq qala sənin sadağan oldu.
***
Sovet dövründə kolxozçular əkin sahəsində
işləyirlərmiş. Əkin sahəsi qəbiristanlığın yanında imiş.
Tənbəllərdən biri-bir kişi aradan çıxıb qəbir daşlarının
arasında yuxuya gedir. Kolxoz sədri əkin sahəsinə gəlir
və görür ki, hamı işləyir, bir nəfər yoxdur. Onu
yaxınlıqdakı qəbir daşlarının arasında yatmış vəziyyətdə
tapır. Kolxoz sədri qəbir daşları arasında yatan kişini
oyadaraq deyir ki, hamı işləyir, sən isə yatırsan. Ayağa
dur, işlə. Qəbir daşları arasında yatan kişi kolxoz sədrinə
deyir ki, o birilərini (o, qəbiristanlıqda yatan ölüləri
nəzərdə tutur) də oyat, onlar da işləmir.
***
ADPU-nun fizika fakültəsinin müəllimi İsrail
Məmmədov 48 yaşında fizika üzrə fəlsəfə doktoru diplo-
B u l u d x a n X ə l i l o v
188
munu almışdı. Bu barədə dost-tanışa məlumat verirdi. Bu
məlumatı Mahir Qabiloğluna da dedi. Mahir Qabiloğlu
dedi ki, mən bir İsrail tanıyırdım. O, İsrail Mustafayev
idi. Üzünü mənə tutub dedi: Buludxan, sənə İsrail
Mustafayev dərs deyib. Dedim ki, deyib. Qayıdıb dedi ki,
mən onu tanıyırdım. O, əlli yaşında dünyasını dəyişdi. Bu
İsrail isə 48 yaşında fizika üzrə fəlsəfə doktoru olubdur.
***
Günlərin bir günü İsmayıl Şıxlı, Hüseyn Arif və di-
gər dostları yaxşıca yeyib içirlər. Hüseyn Arif bədahətən
deyir:
Şuşanın dağları çəndi, dumandı İsmayıl Şıxlı ya-
manca vurandı.
***
Amasiyaya – Ağbabaya dönən olsa, məndən salam
söyləsin. Mənim gəzdiyim yer - yurdlara salam söyləsin.
Futbol oynadığım, xizək sürdüyüm, qaçma - tutma oyna-
dığım, çilik-ağac oynadığım yerlərə salam söyləsin,
üstündə gəzdiyim, əzdiyim güllərin, çiçəklərin torpağın
dərin qatlarındakı kökünə salam söyləsin. Ulularımızın,
müqəddəslərimizin narahat ruhlarına salam söyləsin.
***
Bir xahişim var. Mənə dünyaya gəldiyim kənddən
bir qəbir yeri verin. Bu barədə bir xəbər bilsəniz,
söyləyin. Allah eşqinə mənə deyin!!!
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
189
***
Şair Oqtay Rza mənim barəmdə bədahətən bu mis-
raları dedi:
Bütün ürəkləri dərk edən dekan,
Hamıdan tez gəlib gec gedən dekan.
***
Məmməd Araz, Söhrab Tahir və digər bir neçə şair
Moskvada yeməkxanaların birində çörək yeyirlərmiş. Bu
zaman həmin yeməkxanaya Səməd Vurğunla birgə
Fadeyev də daxil olur. Məmməd Araz, Söhrab Tahir tez
yeməklərini yeyib yeməkxanadan çıxmaq istəyirlər. Bu
böyük sənətkarın yanında utanıb çəkinirlər. Ona görə də
yeməkxanadan tez çıxmağa çalışırlar. Və çıxanda nə
qədər pul ödəyəcəklərini soruşurlar. Ancaq onlara deyilir
ki, sizin pulunuzu Səməd Vurğun ödəyibdir.
***
Dilimizdə belə bir misal var: “Burada alaqarğa bala
çıxarmaz”. Bu misalın mahiyyəti belədir ki, qarmaqa-
rışıq, səsli - küylü, təbiəti təmiz olmayan, suyu, havası
təmiz olmayan yerdə alaqarğa yurd salmır, yaşamır. Ala-
qarğa çox həssas, təmizliyi sevən bir quşdur. Hətta onu
da deyirlər ki, alaqarğa olmayan yerdə yaşamaq olmaz.
Yəni alaqarğa yaşamayan yerin təbiəti, suyu, havası in-
sanın yaşaması üçün münasib deyildir.
Deyilənlərə görə, qədim insanlar ilk məskunlaşdıq-
ları yerin yaşayış üçün nə qədər əhəmiyyətli olduğunu
bilmək məqsədilə fikir verirlərmiş ki, burada alaqarğa
B u l u d x a n X ə l i l o v
190
yaşayırmı. Əgər alaqarğa yaşayırmışsa, onda həmin
yerdə məskunlaşmağı məqsədəuyğun sayırlarmış.
***
Mən hər cür adamla yol gedərəm, ancaq ədalətsiz
adamnan yol gedə bilmərəm.Ona görə ki, hər pis şey
ədalətsizlikdən başlayır.
***
“Qocanın ağlı, gəncin biləyi”. Bu o deməkdir ki,
qocanın ağlı, gəncin isə biləyi güclü olar.
***
Əminliklə demək istəyirəm ki, ədəbiyyat tariximiz
müstəqilliyimizin, dövlətçiliyimizin, milliliyimizin maraq-
ları istiqamətində yenidən öyrənilməli və tədqiq edilmə-
lidir. Klassik ədəbiyyatımız, ümumiyyətlə, ədəbiyyatımız
ideoloji basqıların təsiri altında tədqiq edilibdir. Zaman isə
göstərdi ki, ədəbiyyat, əsl ədəbiyyat sənətdir, onu ideoloji
təsirlər altında öyrənmək olmaz. Heç şübhəsiz, Nizami,
Füzuli, Yunis İmrə, Nəsimi, Ş.İ.Xətai, M.F.Axundov, Aşıq
Ələsgər, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm və digərləri
yenidən tədqiq edilib öyrənilməlidir.
***
İnsanda əsas xüsusiyyətlərdən biri onun ruhudur.
Ruh insanı daha canlı və cəlbedici edir. İnsan ruhsuz
olanda ölü kimi bir şeydir. Təsadüfi deyil ki, “Ruh ki
bədəndədir sənindir” deyilmişdir.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
191
Heykəllər də, qəbirlər də ... ruhsuzdur. Ona görə də
hər hansı görkəmli bir şəxsin heykəli onun özü deyil,
məhz elə heykəlidir. Qəbirlərdə isə uyuyanlar canlı
insanın özü deyil, cəsədidir. Müdriklərdən biri demişdir
ki, mən öləndən sonra harada istəyirsiniz orada da dəfn
edin. Ona görə ki, mənim qəbrimin harada olması əsas
deyil. Yəni həmin qəbir mən deyiləm. Mənim cəsədim-
dir. Məni ziyarətə gələnlər məni yox, mənim qəbrimi
görəcəklər.
***
Dünyada elə insanlar var ki, onlar ölü kimidir. On-
ları nə itirib - axtaran olur, nə yada salan olur, nə də
onlara baş çəkən olur. Əslində dünyasını dəyişən insan
hələ ölmür. O vaxta qədər ölmür ki, onu yada salırlar,
ondan danışırlar, onu yad edirlər, qəbrini ziyarət edirlər
və s. Elə ki, dünyasını dəyişmiş adam unudulur, onda o
artıq ölür.
***
Görkəmli aktyor Əliağa Əliyev küçə ilə gedirmiş.
Birdən binanın yuxarı mərtəbəsinin birindən bir xanım
ona olan hörmətini, sevgisini bildirmək istəyir. Balkonda
olan dibçəkdəki gülün çiçəklərinin birini qırıb onun
üstünə atır. Bunu görən Əliağa Əliyev zarafatından qal-
mır, dayanır xanıma baxır. Xanım yenə də onun üstünə
çiçək atır. Əliağa müəllim zarafatından geri qalmayaraq
yerindəcə durur. Xanım əsəbiləşir və balkondakı gül
dibçəyini götürüb yerə atır.
Dostları ilə paylaş: |