Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
227
zəncirini boynuma bağlayıb həyətdə hürüm. İt sahibinin
əsəbləşərək ona dediyi bu sözdən sonra onu başa düşür
və geri qayıdır.
***
Keçmişlə indinin bir fərqi də ondadır ki, keçmişdə
arzudan arzu doğardı, indi isə problemdən problem
yaranır.
21.07.2015
B u l u d x a n X ə l i l o v
228
Diri ikən özlərinə qəbir qazdıranlar...
Elələri var ki, diri ikən özlərinin qəbirlərini qaz-
dırırlar. Hətta qəbrin başına öz şəkillərini də böyüdüb
qoyurlar. Tez-tez qəbirlərini ziyarətə də gedirlər, yasin də
oxudurlar. Bayram günlərində öz qəbirlərinə olan ziyarət-
lərin və oxutduqları yasinlərin sayını da artırırlar. Ölü-
lərin qəbirlərindən daha çox öz qəbirlərini ziyarət edirlər.
Qəribədir, insan diri ikən özünə qəbir qazdırır və qəbrini
ziyarət edir, yasin oxutdurur. Hələ onu demirəm ki, diri
ikən özlərinə qəbir yeri götürürlər. Bunun fəlsəfəsi nədir?
Mahiyyəti nədir? Bunu edənlər nə demək istəyirlər?
Bəlkə də ölümlərini yada salırlar. Bəlkə ölümdən qaçma-
ğın mümkün olmadığını demək istəyirlər. Bəlkə də bütün
bu işləri heç mahiyyətinə varmadan edirlər. Bəlkələr
çoxdur... Bir bəlkə də var. Diri ikən özlərinə qəbir
qazdıranlara qazdırdıqları qəbir nəsib olacaqmı?!
Elələri var ki, diri ikən qəbir daşlarını da hazırla-
dırlar. Yenə də bəlkələr yaranır. Bəlkə insan öləcəyi günü
düşünür. Bəlkə insan öləcəyi günü yada salır. Bəlkələr
yenə də çoxdur... Bu bəlkələr barədə kim nə düşünür?!
Və düşünürmü?!
Bəlkə də belələri göz qaytarırlar. Ömürlərini uza-
dırlar. Ancaq məni ayrı bir məsələ narahat edir. Birdən
dirilərin rəqabəti başlaya bilər. Onlar rəqabətə girib özləri
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
229
üçün qəbir yerləri, qəbir daşları düzəltdirə bilərlər. Diriy-
kən özlərinə təmtəraqlı ehsanlar verə bilərlər. Vay o
gündən. Vay o gündən ki, təmtəraqlı yaşayanlar diri ikən
təmtəraqlı qəbirlərini də fərqləndirsinlər. Necə ki, ölü-
lərin qəbirlərini fərqləndirirlər. Axı təmtəraqlı həyat tərzi,
təmtəraqlı qəbirlər insanlığa nə verir? Görünür ki, bu
dünyada təmtəraqlı yaşayanlar o dünyada da təmtəraqlı
qəbirləri ilə fərqlənmək istəyirlər. Bunun çıxış yolu
varmı? Bəlkə də var... Var... Bir çıxış yolu da odur ki,
gərək xislətimizi dəyişək.
Bütün maddi nemətlər dirilər üçündür. Dirilər də
bir çox şeylərin naminə bir-birindən fərqlənirlər. Maddi
nemətlər naminə hər pis əmələ gedirlər və bir-birindən
fərqlənirlər. Bu dünyada hər şey dirilər üçündür. Gəlin
diriləri qoruyaq və dirilərdən qorunaq. Dirilərin daxilində
eqoizmin artması, güclənməsi bəşəriyyətin faciəsidir.
İnsanların daxilində eqoizmin artması, güclənməsi
bəşəriyyət üçün qorxudur. Ona görə də, ay insanlar,
eqoist olmayın, daxilinizdəki eqoizmi boğun,
daxilinizdəki eqoizmi dəfn edin, daxilinizdəki eqoizmə
qəbir qazın, daxilinizdəki eqoizmə başdaşı qoyun.
27.07.2015
B u l u d x a n X ə l i l o v
230
Bədxahlıqlarını “şöhrət”
hesab edənlərə
Bir-biri ilə intriqada, ziddiyyətdə olan adamlardan
uzaq olmaq lazımdır. Onlar çalışırlar ki, öz intriqalarına
başqalarını da qoşsunlar. Bədbəxt o kəslərdir ki, bir-biri
ilə intriqada, ziddiyyətdə olanların intriqasına, ziddiyyə-
tinə qoşulurlar. Belələri unutmasınlar ki, onlar intriqaya,
ziddiyyətə qoşulmaqla intriqaların, ziddiyyətdə olanların
əlində oyuncaq olurlar. Oyuncaqlar isə tez-gec sınır, da-
ğılır. Yenə də qazananlar başqaları olur. Ona görə də baş-
qalarına yem olmamaq üçün insan öz yolunu getməlidir,
özü olmalıdır. Başqasının probleminin hədəfinə çevril-
məməlidir. İmkan verməməlidir ki, problem yaradanlar
ondan istifadə etsin. İmkan verməməlidir ki, problem ya-
radanların problemləri ilə o, məşğul olsun. Onsuz da
təcrübə onu göstərir ki, dünyada problem yaradanlar az
olmayıbdır, indi də var. Onların yaratdığı problemlərlə
ağıllı adamlar həmişə üz-üzə qalıbdır. Bizim hər birimiz
dünyaya gələnə qədər dünyada çoxlu problemlər olubdur.
Bizim hər birimiz istəsək də, istəməsək də, dünyada
mövcud olan hazır problemləri qəbul etmişik. İndi bu
azmış kimi intriqaların, ziddiyyətli adamların probleminə
qoşulmaq bağışlanılmaz haldır. Bu, süni şəkildə insanın
özünə problem yaratmasıdır. Bu, süni şəkildə insanın
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
231
özünü problemin içərisinə atmasıdır. Bu, süni şəkildə
insanın özünü məhv etməsidir. Bu, süni şəkildə insanın
öz başını qatmasıdır. Yaxşı deyiblər ki, “İnsanın özü
özünə elədiyini el yığışsa edə bilməz”.
Bir-biri ilə intriqada, ziddiyyətdə olan adamların
intriqasına, ziddiyyətinə qoşulmaq bir-birinə nifrət edən
adamların cərgəsinə süni şəkildə qoşulmaqdır. Nifrət də,
məhəbbət də təbii olaraq yaranmalıdır. O, süni yolla ya-
ranırsa, onda insanın təbiiliyini əlindən alır, insanın özü-
nü süniləşdirir. Bəzən həyatda belə süni yolla məhəbbət
və nifrətini bildirənlər olur. Onlar tərəflərin hansının
ədalətli olub-olmamasından asılı olmayaraq birtərəfli
mövqe tuturlar. Daha doğrusu, asılı olduqları, yalmandıq-
ları tərəfdə dayanaraq o biri tərəfə öz məhəbbət və nifrət-
lərini bildirirlər. Belələrinin özü həmin o intriqantlardan,
ziddiyyətli adamlardan qat-qat qorxulu olurlar. Ona görə
ki, onlar tərəfbazlığın tərəfdarı kimi insanları və insanlığı
dəyərdən salırlar. Belələri bir gündə yüz dəfə mövqelə-
rini, münasibətlərini dəyişə bilirlər. Belələri abır-həya,
ləyaqət və şərəf nə olduğunu bilmirlər. Belələri üçün
müqəddəs heç nə yoxdur. Belələri üçün hamının qəbul
etdiyi müqəddəslər tez-tez dəyişir. Sifətlərində, davranış-
larında, münasibətlərində müqəddəslikdən uzaq olan
bütün göstəricilər, əlamətlər onlar üçün adidən adi görü-
nür. Onlar elə hesab edirlər ki, elə belə də olmalıdır. On-
lar elə hesab edirlər ki, elə belə də hamıdan haqlıdırlar.
Onlar elə hesab edirlər ki, elə belə də hamıdan düzdürlər.
Dostları ilə paylaş: |