Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
197
***
Birisi nəşriyyatların birinin sifarişi ilə kitab yazır.
Kitab tamamlanır, nəşr olunur. Ancaq nəşriyyat müəllifin
qonorarını vermir. Müəllif nəşriyyata tez - tez getdiyin-
dən yorulur, usanır. Günlərin birində maddi ehtiyacı
olduğu üçün yenə də nəşriyyata üz tutmalı olur. Birdən
nəşriyyatın yanında yerləşən bir mərmər sexinə gözü
sataşır. Görür ki, sexin qabağında belə bir reklam yazılıb-
dır: Qəbir daşı, xatirə lövhəsi sifariş etmək istəyənlər
müraciət edə bilərlər. Gözünə sataşan bu reklam hər şeyi
dəyişir. O, hər bir şeyin sonunu yada salır. Əl - ayağı hər
şeydən soyuyur. Beləliklə, qonorar almaq üçün
nəşriyyata getmək fikrini dəyişir.
***
Dünyada insanın ömrünə, gününə balta vuran işlər-
dən biri də harasa tələsməkdir. Tələsə - tələsə insan öm-
rünü - gününü yeyir. Axı fikirləşəndə hər şeyin sonu
vardır. Tələsmək isə insanı sona doğru aparır. Məntiq
belə deyir, həyat isə bunu təsdiq edir.
***
Ucqar kəndlərin birində öz işini, məsuliyyətini yaxşı
bilən məktəb direktoru müəllimlərinə nəzarət edirmiş ki,
vaxtı - vaxtında dərslərinə getsinlər, dərsə yubanmasınlar.
Bir gün belə olur ki, zəng içəri vurulur. Ancaq müəllimlə-
rin bir qismi dərsə getməyə yubanırlar. Ağsaqqal müəllim-
B u l u d x a n X ə l i l o v
198
lərdən biri görür ki, məktəb direktoru müəllimlərin bir
qisminin dərsə yubanmasına əsəbləşibdir. Yeri gəlmişkən
onu da qeyd edək ki, məktəb direktorunun pəncərəsindən
kəndin qəbiristanlığı görünürmüş. Odur ki, ağsaqqal
müəllimlərdən biri direktora yaxınlaşır. Onun qoluna keçib
pəncərənin qabağına gətirir. Pəncərədən qəbiristanlığı
göstərərək deyir ki, o, qəbiristanlıqda yatanların heç biri
işini qurtarmayıbdır. Ancaq o biri dünyaya köçüblər. İndi
məzarlarda uyuyurlar. Çox da narahat olma, bəzi
müəllimlərin isə dərsə yubanmasına əsəbləşmə.
***
Zəlimxan Yaqub bir dəfə müsahibələrinin birində
heyvanların hissiyyatının güclü olması barədə belə bir
hadisəni danışdı. Dedi ki, o, Hüseyn Ariflə birlikdə ova
gedibmiş. Meşəbəyi onların başının üstünü alır və deyir
ki, indi sizə qeyri - adi bir hadisə göstərəcəyəm və qəribə
bir səs çıxarır. Bu zaman onların ətrafına xeyli maral
toplaşır. Meşəbəyi bir alma götürüb yeyir. Sonra ikinci
almanı bir dəfə dişlədikdən sonra marallardan birinə
uzadır. Həmin maral üz çevirib gedir. Meşəbəyi sübut
etmək istəyir ki, görün maral nə qədər təmiz, həssas
heyvandır. Ona görə də maral başqasının (hətta insanın)
ağzı dəymiş meyvəni yemir, üz döndərib gedir.
***
Cavanlıq çağında çoxlu ov etmiş bir ağsaqqal mənə
bir hadisəni danışdı. O, dedi ki, meşəyə donuz ovuna ge-
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
199
dibmiş. Maqnitofona yazdırdığı donuz səsini səsləndir-
məklə ətrafına xeyli donuz yığır. Sonra onun üçün ov
etmək asanlaşır.
Deməli, heyvanlar bir - birinin səsinə səs verə bilir-
lər. Bir - birinin səsinə (eynicinsli heyvanlar) toplaşa
bilirlər.
***
Qara günüm, yaxud qara günlərim o vaxt başlayır
ki, qarşıma biganə, laqeyd, etinasız, ürəksiz, qara-
güruhçu, pis niyyətli adamlar çıxır. Onlar şeytan əməlləri
ilə mənim qara günümə çevrilirlər.
***
Mənim üçün nə əvvəl, nə də axır vardır. Əvvəl
yoxdur, ona görə ki, ora gedib çıxa bilmirəm. Axır
yoxdur, ona görə ki, axıra qala bilmirəm.
***
Mən kimin qəlbində, sevgisində yoxamsa, həmin
adamları axtarın. Görəcəksiniz ki, həmin adamlar yaxşı
adam deyildir.
***
Haqqa, ədalətə , vicdana əyilmək onları dəyərə
çevirir, onların hər birini qiymətli edir.
***
Hələ əllərini heç nədən, heç kimsədən üzmə. Sabah
var və ona olan inam var...
B u l u d x a n X ə l i l o v
200
***
Allah yaratdığı bəndələrinə hər şeyi səxavətlə ver-
mək istəyir. Və verir də... Ancaq bədxah olan bəndələr
min cür yolla bunun qarşısını almaq istəyirlər. Allah isə o
bədxahlara gülür.
***
Sevgi olmayan yerdə hər şey soyuq məzar kimidir.
***
Dünyanın birinci qapısından içəri girdim. Bu
qapıdan açılan qırxıncı qapını açmağa hələ ki vaxtım və
zaman çatmayıbdır.
***
Bil ki, var olan hər bir şey tükənə də bilər.
***
Təsadüfi baş verən bir şey görünür ki, həm də
zərurətdir.
***
Poeziyanın silahı mənalı və məqamında deyilən
sözdür.
***
Dalğaların qayaya çırpılması çox əzəmətli və
poetik görünür. Sadəcə olaraq bu mənzərəni görmək,
gördükdən sonra duymaq, anlamaq lazımdır.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
201
***
Əyilən adamlar bic olur, əyilən adamlar gic olur,
əyilən adamlar əyri olur, əyilən adamlar öz işlərinin
xatirinə ləyaqətdən, şərəfdən, mərdlikdən uzaq olurlar.
***
Əyilməyi özünə vərdiş edənin birisi deyir ki, o, ona
görə əyilir ki, sonra dikələ bilsin. Dikəlmək deyəndə o,
dolanmağı, yaşamağı nəzərdə tutur. Beləliklə, o,
əyilməyi, bu aciz işi həyatının tərkibinə çevirir.
***
Hər bir şeyə hazır olmaq lazımdır. Yaşamağa da,
yaratmağa da, mübarizəyə də, hətta ölməyə də...
***
“Qurban olum düşmənə, qoymur məni düşməyə”.
Bu fikirlər nə qədər mənalı və məzmunludur. Bu fikri
deyilənlərə görə, Zərifə xanım Əliyeva (Heydər Əliyevin
həyat yoldaşı) deyirmiş.
***
Ölülərdən yox, dirilərdən qorxmaq lazımdır. Lakin
insanlar bunun əksinə əməl edirlər. Dirilərdən yox, ölü-
lərdən qorxurlar...
Birisi qəbristanlığın yanından keçirmiş. Görür ki,
bir kişi qəbirlərin birinin yanında dayanıb. Elə dayanıb
ki, üzü görünmür. Qəbristanlığın yanından keçən ona
üzünü tutub deyir ki, məni qəbristanlığın yanından keçir,
Dostları ilə paylaş: |