Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə34/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   30   31   32   33   34   35   36   37   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
74 
dur. Udi toylarında da “Vağzalı” havası çalınır. Yuxarıda qeyd etdiyim kimi, udi toylarında ifa olu-
nan rəqslərdən biri də “Yallı”dır. Bir sözlə, əsrlər boyu azərbaycanlılarla eyni mühitdə yaşayan udi-
lər Azərbaycan xalqının toy adətlərindən də müəyyən elementlər götürmüşdür (7).  
Azərbaycanda məskunlaşmış azsaylı xalqlardan biri də qaraçılardır. Köçəri xalqlardan biri 
olan qaraçılar Hind-Avropa mənşəlidirlər. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Azər-
baycanda qaraçılar Balakən ərazisinə I Şah Abbasın köçürmə siyasəti dövründə yerli tayfaların qi-
yamlarının qarşısını almaq məqsədilə köçürülmüşdür. Əsasən Şambulbinə, Gülüzənbinə, Məlikzadə 
kəndlərdində yaşayırlar. Balakəndəki qaraçılar farsdillidir. Bundan başqa, qaraçılar Şamaxı, Yevlax 
rayonlarında və Borçalıda yaşayırlar. Qaraçılar tarixən köçəri həyat tərzi sürmüşlər. Ənənəvi olaraq 
atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadan-
lıqları, kənd təsərrüfatı alətləri istehsalı ilə məşğul olmuşlar. Azərbaycanda yaşayan qaraçıların bir 
qismi “dilənçiliklə” məşğul olur. Qaraçıların da bir çox fərqli toy adətləri var. Onlar uşaqlarına lap 
körpəlikdən adaxlı tapırlar. Uşaqlar müəyyən yaşa çatdıqdan sonra keçiriləcək toy haqqında vali-
deynlər arasında razılaşma aparılır. Bəzən qaraçılar valideynlərin razılığı ilə 9-10 yaşlı qızı doğma 
ailəsindən ayırıb öz yanlarında saxlayırdılar. Qız 13-15 yaşadək gəlin köçəcəyi valideynlərin hima-
yəsində yaşadıqdan sonra isə toy təşkil olunurdu. Bu adətə demək olar ki, digər azsaylı xalqlarda 
rast gəlinmir. Qaraçıların elçilik mərasimində adətən gənc bəyin valideynləri və qohumları iştirak 
edir. Qonaqlar gəlinin valideynləri ilə danışıqlar aparır. Qaydaya görə gəlin qonaqların arasına çağ-
rılana qədər gözə görünə bilməz. Razılıq əldə edildikdən sonra gəlinin valideynləri onu məclisə ça-
ğıraraq fikirlərini soruşurlar. Hər halda, qızın atasının iradəsinə qarşı çıxmayacağını da hamı əvvəl-
cədən bilir. Gələcək qaynana qızın boynuna qızıldan hazırlanmış qəpik taxır. Bunun mənası isə o 
deməkdir ki, daha heç kəs o qıza elçi düşə bilməz. Uşaqlıqdan gözaltı edilmiş qaraçı qızına da bəyin 
atası qızıl qəpik taxır. Qız qızıl qəpiyi toya qədər boynunda gəzdirməlidir. Qaraçılarda maraqlı bir 
toy adəti isə  gəlinlərin dəyişdirilməsidir. Bu adətə qaraçı dilində “te keres pe skimbate” deyilir. 
Adətə görə, başqa bir ailəyə öz qızını gəlin göndərən valideyn həmin ailədən bəyin bacısını alır. Bu, 
hər iki tərəf üçün əlverişli bir adətdir və bu zaman ailə başlıq haqqını ödəməkdən azad edilirdi. Qa-
raçılarda gəlinin oğurlanması (qaçırılması) kimi adət də mövcuddur. Bu əsasən maddi çətinliklə 
bağlıdır. Toyun keçirilməsi və başlıq haqqı üçün pul olmadığından gəlin qaçırılır. Amma bu hal qı-
zın valideynlərinin toya razılıq vermədiyi zamanda baş verir. Toy mərasimi adətən, 2-3 gün davam 
edir. İmkanlı qaraçılarda toy hətta həftələrlə davam edə bilər. Qaraçılarda boşanma çox nadir hallar-
da baş verir. Əgər arvad ərindən narazıdırsa, sadəcə çıxıb gedə bilər. Bunun üçün hər hansı bir xü-
susi mərasim keçirilmir.  
Ölkəmizdə məskunlaşmış azsaylı xalqlardan biri də tatlardır. Əsasən Quba, Xızı, Xaçmaz ra-
yonlarında və bəzi Bakı kəndlərində yaşayırlar. Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin Qərb 
sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim iranlıların 
qalıqlarıdır və onlar heç şübhəsiz, Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir. Tatların toy 
mərasimlərində olan fərqlilik onların arasında endoqam nikaha yer verilməsidir. Keçmişdə toy mə-
rasimi zamanı tatlarda başlığın alınmaması “qızın dəyərsizliyi” kimi qiymətləndirilirdi, başlıq isə 
mütləq cehizdən baha olmalıydı. M. Hacıyev tatlarda dayı arvadının gəlinə yengə durmasını matri-
lokal köçmə ilə əlaqələndirir, eyni zamanda qeyd edir ki, patrilokal köçmədə başqa qəbilədən alınan 
qızın əvəzinə müəyyən miqdarda haqq (kalım) verməklə “satınalma” nikah forması yaranırdı (7). 
Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti hər zaman tolerantlığı ilə seçil-
məklə ölkəmizin  ərazisində  məskunlaşıb yaşayan bütün azsaylı xalqların nümayəndələrinə  səmi-
miyyət, doğmalıq nümayiş etdirir, onların hər zaman qayğısına qalır. Demək olar ki, Azərbaycanda 
olduğu qədər müxtəlif xalqlar arasında mövcud olan mehribanlıq, yaxşı qonşuluq əlaqələri heç bir 
yerdə yoxdur. Bu keyfiyyət Azərbaycan xalqının humanistliyi, yardımsevərliyi, mehribançılığı  və 
müdrikliyindən irəli gəlir.  
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
75 
Xülasə 
 
Azərbaycanda talışlar, tatlar, avarlar, saxurlar, şahdağlılar, ləzgilər, rutullar, molokanlar, ingiloylar, 
assurilər, udilər, qaraçılar və s. azsaylı xalqlar yaşayır. Bu azsaylı xalqların hər birinin özünəməxsus toy 
adət-ənənələri vardır. Yuxarıda qeyd edilən xalqların toy adət-ənənələri və  mərasimlərində oxşar və  fərqli 
xüsusiyyətləri vardır. 
Pезюме 
 
В  Азербайджане  живут  такие  малочисленные  народности  как  талыши,  таты,  авары,  цахурцы, 
народности Шахдага, лезгины, руты, молокане, ингилои, ассирийцы, удины, цыгане и др. У каждого 
из  этих  малочисленных  народностей  существует  свой  свадебный  обряд.  В  свадебных  обрядах  у 
вышеуказанных  народностей  есть  свои  схожие  и  отличительные  свойства  в  обычаях,  традициях  и 
ритуалах. 
 
Summary 
 
The nations of minorities such as talysh, tats, avars, safurs, nations from Shakhdag, lezghins, rutuls, 
molokanians, ingiloys, gypsies, Assyrians, Udis and others live in Azerbaijan. Each of them has different 
wedding ceremonies. In wedding ceremonies of minorities different, similar and unlike traditions, rituals are 
performed. 
 
Ədəbiyyat: 
 
1.
 
Cavadov Q.C. “1985-ci ildə Quba-Xaçmaz zonasına etnoqrafik səfərin hesabatı”. Bakı, 1985, s. 32  
2.
 
Şahbazov  İ.H. “Şahdağ etnik qruplarında nigah və toy adətləri haqqında”. Azərbaycan EA 
Məruzələri,   №8. Bakı, 1974, s. 82-83. 
3.
 
Vəliyev Ə.İ. Şərurda toy mərasimləri, Kaspi qəzeti, № 161, (3256), 2 oktyabr 2014-cü il. 
4.
 
az/wikipedia.org/wiki/Azərbaycan_ərazisində_yaşayan_azsaylı_xalqlar 
5.
 
www.bizimyol.info/news/76624.html 
6.
 
www.baki-xeber.com/v5/34292.html#.Vyz5ztJ95dg 
 7.www.anl.az/down/meqale/medeniyyet/2012/avqust/254467.html 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə