Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə40/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   36   37   38   39   40   41   42   43   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
88 
Eposun,  əsasən, VII əsrdə Azərbaycanda formalaşması fikri məqbul sayılır. Eposun birinci 
cümləsi: “Rəsul  Əleyhissalam zamanına yaqın Bayat boyından Qorqud Ata derlər, bir ər qopdı!” 
deyimindən də məlum olur ki, bu ədəbi abidə islamiyyətin yaranması zamanlarına aiddir. Məhəm-
məd Peyğəmbərin 570-ci ildə dünyaya gəlməsini nəzərə alsaq, bu qənaətin düzgünlüyü görünər. 
Dastandakı  qəhrəmanların müsəlman kimi dindarlığı mühafizəkarlıqdan xeyli uzaq bir 
məzmundadır. 
“Kitabi-Dədə Qorqud”un kamil bilici və tədqiqatçılarından olan akademik Həmid Araslı XV əsr 
şairi Ətainin “Leyli və Məcnun” poemasında “Dədə Qorqud motivləri adlı məqaləsində göstərir ki, 
Ətai sözügedən əsərində Qorqud Atanın müqəddəs övliya, el bilicisi kimi bütün yaxın və orta şərq öl-
kələrində məşhur olduğunu yazır. Ətainin Dədə Qorquda həsr etdiyi bu şeir Dədə Qorqud düşüncəsi-
nin nə qədər müasir dillə desək, multikultural zənginliyə malik olduğunun real və poetik ifadəsidir: 
 
Dədə Qorqud söylədi ki, düşmənin 
Ölüsü ölsə, sevinmək kimsənin 
Nişə kim bu cümlə başlardan keçər, 
Cümlə aləm həm bu şərbətdən içər (3). 
 
“Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya” deyən Dədə Qorqud, öyüdlərində, hətta 
düşmənin də kim olursa-olsun ölümünə sevinməməyi vəsiyyət edir, anladır ki, onsuz da hamımız 
bu əcəl şərbətini içəcəyik. 
Xalq  şairi Səməd Vurğun da Dədə Qorqudun bu humanist, bütün insanlara dost, mehriban, 
məhrəm münasibətindən çıxış edərək yazırdı: 
 
Dədə Qorqud dediyimiz 
Min bir yaşlı bir ozan da, 
Qoca vaxtı öz sazını sinəsinə  
Basacaqdır, 
Bütün xalqlar və tayfalar 
ona qulaq asacaqdır.” 
 
Yalnız Dədə Qorqud kimi ümumbəşəri düşüncə sahibinin sazı  və sözünə “bütün xalqlar və 
tayfalar” qulaq asır, onun YUNESKO-nun qərarı ilə dünyanın çeşidli ölkələrində yubileyləri təmtə-
raqla qeyd edilir, beynəlxalq səviyyəli konfranslar keçirilir.  
Görkəmli yazıçı və dilçi alim Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” haqqında tədqiqatla-
rını “Azərbaycan bədii-elmi mühitində heç kəsin yaradıcılığına bənzəməyən orijinal hadisə” (4) ad-
landıran filoloq alim Yeganə İsmayılova qeyd edir ki, görkəmli araşdırmaçı hər dəfə Dədə Qorqud 
süjetlərinə müraciət edəndə, yeni, fərqli “yozum istiqamətləri” tapır. Akademik Kamal Abdulla das-
tandakı multikultural və tolerantlığın ifadəsi olan detalları da tədqiqata cəlb etmişdir. 
Həqiqətən də, Dədə Qorqud qəhrəmanlarının tapındığı din falçı, pir, molla dini deyil, sözün 
birbaşa mənasında Quranda ifadəsini tapan ilkin dindir, Tanrı dinidir. 
Oğuz türkünün Tanrıyla təması mistik aləmə qapılanların, məbədlərdə gün keçirənlərin, guşə-
nişinlərin ibadətindən fərqli məzmundadır. Bu məzmun sırf həyati müstəvidə və təktanrılığın insan 
üçün nəzərdə tutulan təyinatına tamamilə uyğun gəlir. 
Kitabdakı “Qanlı Qoca oğlu Qanturalı” boyunda multikultural dəyərlər daha qabarıq şəkildə-
dir. Belə ki, gənc Qanturalı evlənmək üçün “kafir” qızını - Trabzonun xristian təkurunun qızı olan 
Sarı donlu Selcan xatunu seçir. Oğuz bəyləri üçün bu dini və milli mənsubiyyət heç bir mənada öz-
gəlik ifadə etmir. Hətta, bu qızı alıb gətirməyi Qanturalıya öz atası təklif edir. Qanturalının gələcək 
həyat yoldaşında görmək istədiyi yalnız bu keyfiyyətlərdir: “Baba, mana bir qız alı ver kim, mən 
yerimdən turmadan ol turğac gərək! Mən qaraqoç atıma binmədən ol binmək gərək!...” 
Selcanla evlənməsinə qızın atasından – Trabzon təkurundan razılıq alması üçün Qanturalı ağır 
sınaqlardan keçərək, təbii ki, bir igidlik nümunəsi sərgiləməli olur. O, bir buğa, bir buğra və bir as-
lanla çarpışır. Sınaqları qələbə ilə başa vurub Selcan xatunla öz yurduna yola düşür. Qızını müsəl-
man bir oğuz gəncinə verdiyinə görə sonradan peşman olan Trabzon təkuru onların ardınca qoşun 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
89 
göndərir ki, övladını geri alsın. İki gəncin üzərinə bu dəfə düşmən qismində gələn təkur döyüşçülə-
rini Qanturalı ilə Selcan xatun – biri müsəlman, o biri xristian inanclısı olaraq birgə dəf edirlər. 
Hekayə boyu Selcan xatuna dini baxımdan heç bir ögeylik sərgilənmir. Əksinə, onun qəhrə-
manlığının təsvirində məhrəm bir münasibət ifadə olunur. Selcan xatun ailə namusu, qəbilənin şərə-
fi, mənəvi-əxlaqi təmizlik və qorxmazlıq kimi dəyərləri yüksək tutan oğuz qadınlarının mühitində 
tam doğmalaşmış birisidir. Bu keyfiyyətlərin hamısını azərbaycanlı oxucu onun da timsalında gö-
rür. Və buna görə  də  Dədə Qorqud mühitində yaşayanlar xristian Selcan xatunu müsəlman oğuz 
qızlarından, məsələn, Banuçiçəkdən fərqləndirə bilmir və yaxud fərqləndirmək istəmir. 
“Baybörənin oğlu Bamsı Beyrək boyu”nda yer alan Banuçiçək də Selcan xatun kimi gənc bir 
qızdır. Onunla nişanlanmış Bamsı Beyrək də Qanturalı kimi öz atasına eyni xüsusiyyətlərə malik 
bir qızla evlənmək istədiyini bildirmişdi: “Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadan 
ol turğac gərək! Mən qaraqoç atıma binmədən ol binmək gərək!...”  
Beləliklə, istər müsəlman oğuz qızı Banuçiçək, istərsə  də xristian qızı Selcan xatun qədim 
azərbaycanlılar (oğuzlar) üçün eyni dərəcədə doğmalıqla tərənnüm edilir. 
“Kitabi-Dədə Qorqud”da başqa bir qadın obrazı da var ki, o da dini mənsubiyyətcə 
xristiandır, ancaq oğuz qadınlarının içində deyil, düşmən içindədir. “Baybörənin oğlu Bamsı 
Beyrək boyu”nda bu xristian qızı - Bayburt qalasının bəyinin qızı Beyrəyin düşmənləri sırasında 
olsa da, oğuz qəhrəmanının xilası üçün əlindən gələni edir. Beyrək onun atasının əsirliyində olarkən 
qız bu gənc oğuz bəyinə aşiq olur və ona əsirlikdən qaçması üçün kömək edir. Günlərin bir günü 
qız Beyrəyə deyir: “Əgər səni hasardan örkənlə  aşağı sallasam, sağ-salamat ata-ananın yanına 
getsən, məni burda gəlib halallığa alarsanmı?” 
Beyrək bu xristian qızına and içir: “Oğuz yurduna salamat çatsam, gəlib səni halallığa alma-
sam, qılıncıma doğranım! Oxuma sancılım! Yer kimi çatlayım, torpaq kimi sovrulum!” 
Beləliklə, xristian qızının  əsirlikdən azad etdiyi Beyrək Oğuza geri dönüb öz nişanlısı 
Banuçiçəyə qovuşur və təbii ki, xristian qızı ilə evlənmək andına xilaf çıxır. Sonuncu “İç Oğuza Dış 
Oğuz asi olub Beyrək öldüyü boy”da məhz Beyrəyin həlak olması qəhrəmanın öz andına, verdiyi 
sözə xilaf çıxmağının nəticəsi kimi ortaya çıxır. Çünki Beyrək sözündən dönmüşdü. Söz də onu cə-
zalandırır. Əslində, bu məqama multikultural münasibətlər sisteminin işığında nəzər salsaq, belə de-
mək olar: başqa bir dinin, millətin nümayəndəsinə olsa belə, verdiyi sözə xilaf çıxan oğuz cəngavə-
rini Oğuz əxlaqı, Oğuz adəti ayrı-seçkilik salmadan cəzalandırır. 
Beyrəklə Kafir qızının söhbətindən bir parça: 
“Məgər kafir bəginin bir bikr qızı vardı. Hər gün Beyrəgi görməgə  gəlürdi. Ol gün genə 
görməgə gəldi. Baqdı gördi, Beyrək səxt olmış. Qız aydır: “Neçün səxtsən, xanım yigit? 
Gəldigimcə səni şən görərdim. Gülərdin, oynardın. Şimdi noldun?” - dedi. 
Beyrək aydır: “Necə səxt olmayayım? On altı yıldır kim, babanın tutsaqıyam. Ataya-anaya, 
qavuma-qardaşa həsrətəm; və həm bir qara gözlü yavuqlum vardı. Yalançı oğlı Yalancuq derlər, bir 
kişi vardı; varmış, yalan söyləmiş, bəni öldi demiş; ana varar olmış”, - dedi. 
Böylə digəc, qız - Beyrəgi aşıqlamışdı - aydır: “Əgər səni hasardan aşağa orğanla salındıracaq 
olursam, babana-anana sağlıqla varacaq olursan, bəni bunda gəlüb halallığa alurmısan?” - dedi.  
Beyrək and içdi: “Qılıcıma doğranayım! Oxıma san-cılayım! Yer kibi kərtiləyim, topraq kibi 
savrılayım! Sağlıqla varcaq olursam Oğuza, gəlüb, səni halallığa almaz isəm!” - dedi.  
Qız dəxi orğan gətürüb Beyrəgi hasardan aşağı salındırdı. Beyrək aşağa baqdı. Kənduzin yer 
yüzində gördi. Allaha şükr eylədi.”  
Eyni fikirləri digər-“Qanturalı” boyundan parçalarda da görmək olar: 
“Qanturalı camal və kamal yiyəsi yigit idi. Oğuzda dört yigit niqabla gəzərdi. Biri Qanturalı, 
biri Qaraçəkür və oğlı Qırqqınuq və Boz ayğırlu Beyrək. Qanturalı niqabın sərpdi. Qız köşkdən ba-
qardı. Daraqlığı boşaldı, kedisi mavladı. Avsal olmış dana kibi ağzının suyı aqdı. Yanındağı qızlara 
aydır: “Haq Taala atamın könlinə rəhmət eyləsə, kəbin kəsüb məni ol yigidə versə. 
Bu məhəldə dəmür zəncirlə buğayı gətürdilər. Buğa dizin çökdi, buynuzıyla bir mərmər daşı 
yoğurdı, penir kibi ditdi. Kafırlər aydır: “Şimdi yigidi atar-yıqar, sərər-pırtar. Yıqılsun Oğuz elləri! 
Qırq yigit bir bəg oğlıyla bir qızdan ötri ölmək nolur?” - dedilər. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə