Azərbaycan folkloru və milli-mədəni müxtəliflik
134
insanların və cəmiyyətin inkişafında oyunların faydası araşdırılaraq cəmiyyətdə bu günkü oyunlarla digər
bölgələrdəki oyunlar arasında müqayisələr aparılır.
Резюме
Отличительные и аналогичные фольклорные образцы имеющиеся в отдельных регионах Азер-
байджана являются национальным богатством нашего народа. Каждый дюйм нашей страны богат та-
кими ресурсами. И у Шекинского региона имеются богатые, яркие фольклорные образцы, традиции.
Одним из них является национальные игры, считающиеся интересными и полезными. Шекинские
фольклорные и этнографические образцы по своему жанровому разнообразию, специфическому
признаку и в соответствии с отношением к богатой информации занимает важное место в Азер-
байджанском фольклоре и этнографии.
В статье говорится об национальных играх, которые игрались в течение многих лет в Шекин-
ском регионе, исследуется правила игры, анализируется их сущность и важность. В то же время пу-
тем анализа ведется сравнение пользы игр в развитии людей и общества между играми сыгранные
сегодня у нас и в других областях.
Summary
There are different and similar folklore samples and ancient customs and traditions in different regions
of Azerbaijan and they are our national wealth. Every inch of our land is rich with such resources. The
region of Sheki has the unique, rich, colorful folklore samples and customs- traditions. One of them is the
national game which is very interesting and useful. Sheki folklore and ethnography samples occupy an
important place in Azerbaijan folklore and ethnography according to their capacity of specific features, genre
diversity and rich information.
The article is spoken national games which historically have been
played many years ago in the
territory of the Sheki town, investigated the rule of the game, the essence and importance of analysis is
submitted. At the same time, the benefits of the games have been investigated in the development of people
and society. At present comparisons between played games in society and played
games in other regions are
investigated.
Ədəbiyyat:
1) Azərbaycan folklor antologiyası IX cild Gəncəbasar folkloru. Bakı, Səda -2004.
2) Azərbaycan folklor antologiyası VIII cild Ağbaba folkloru. Bakı, 2003.
3) Azərbaycan folklor antologiyası XI cild Şirvan folkloru. Bakı, 2005.
4) Azərbaycan folklor antologiyası VII cild Qaraqoyunlu folkloru. Bakı, “Səda” 2002.
5) Azərbaycan folklor antologiyası XII cild Zəngəzur folkloru. Bakı, Səda 2005.
6) Elçin Aslanov. “El-oba oyunu xalq tamaşası”. Bakı, İşıq, 1984.
7) Şəki folklor örnəkləri. I cild. Bakı, 2014.
8) R.Qafarlı. Uşaq folklorunun janr sistemi və poetikası. Elm və təhsil, Bakı, 2013.
9) N.Tusi. Əxlaq Nasiri. Bakı, 1980.
10) Krupskaya. Sobraniye soçineniy. Moskva, 1959.
11) B.A.Suxomlinski. İzbrannıe pedaqoqiçeskie soçineniya. Tom1. Moskva, Pedaqoqika 1979.
Azərbaycan folkloru və milli-mədəni müxtəliflik
135
DÖRDÜNCÜ BÖLMƏ
Azərbaycan folklorunda fərqli mədəniyyət elementləri: tarixi və etnik aspektlər
Xəliyəddin Xəlilli, tarix üzrə fəlsəfə doktoru,
AMEA Etnoqrafiya və Arxeologiya İnstitutu,
Azərbaycan, Bakı
AZƏRBAYCAN FOLKLORUNDA MÜXTƏLİFLİYİN MƏZMUN EYNİYYƏTİ
Açar sözlər: multikulturalizm, etnogenez, etnos, albanlar, aborigen
Ключевые слова: мультикультурализм, этногенез, этнос, албанцы, аборигены.
Key words: multiculturalism, ethnogeny, ethnicity, Albanians, natives
Multikulturalizm anlayışı öz adını 1957-ci ildə İsveçrə dövlətinin milli münasibətlərindəki si-
yasi xəttinin xarakterizə edilməsindən sonra aldı. Bu termin 1971-ci ildə Kanadanın baş naziri Pyer
E.Tryudonun hökuməti tərəfindən “Multikulturalizm haqqında rəsmi aktın”
qəbul edildiyi andan
rəsmi surətdə ictimai münasibətlərə daxil oldu. Kanadadan başqa, multikulturalizm Avstraliyanın
milli münasibətləri üzrə dövlət siyasətinin əsasını təşkil edir. Fransada, İngiltərədə və Almaniyada
isə multikulturalizm ideyası 1997-ci ildə, Böyük Britaniyada leykositlərin və 1998-ci ildə AFR-də
yaşılların hakimiyyətə gəlməsindən sonra rəsmi olaraq tanındı [
15, 534].
Multikulturalizm özünü kütləvi mədəniyyət nümunələrinin bəşəriyyətin inkişafı üçün səfərbər
olunmasında, onun zənginləşməsində və inkişafında bu mədəniyyətlərin paralel mövcudluğu ilə nə-
ticələn tolerantlıq aspektindən ifadə edir, Avropanın mədəni cəhətdən
yüksək inkişaf etmiş ölkələ-
rində multikulturalizm sahəsində müəyyən uğurlar da qazanılmışdır. Lakin son illərdə İngiltərə,
Fransa, Almaniyanın dövlət və hökumət başçıları ölkələrində multikulturalizmin süquta uğradığını
rəsmi elan etməklə bərabər, bu nəzəriyyənin, həyat tərzinin əleyhinə çıxış etdilər. Göründüyü kimi,
kommunist beynəlmiləlçiliyinin Avropa multikulturalizmi ilə əvəz olunmasından qorxmağımızda
səhv etməmişik. Tarix, zaman haqlı olduğumuzu qısa müddətdə nümayiş etdirdi. Avropanın dövlət
siyasətinin əsasında özünəməxsus mənafe durduğu bir daha, bütün incəliyi ilə aşkar oldu.
Multikulturalizm kimi bu humanist
nəzəriyyədən qorxmağa dəyərmi, bunun üçün əsas varmı?
Göründüyü kimi var. Özlərini bəşəri humanizmin yaradıcıları kimi göstərən Avropa dövlətləri bu
nəzəriyyədən ancaq məqsədə müvafiq istifadə edirlər. Ən pisi, təhlükəlisi odur ki, onlar bu
humanist, bəşəri nəzəriyənin elementlərinə milli mədəniyyətlər üçün pozucu, dağıdıcı olan
elementlər daxil edir və ixrac edirlər. Vətənimizin, millətimizin belə dağıdıcı elementlərə məruz
qalmayacağına heç kim zəmanət verə bilməz.
AMEA Folklor İnstitutundan 19-20 may 2016-cı il tarixdə Zaqatala
rayonunda keçiriləcək
“Azərbaycan folkloru və mədəni müxtəliflik” adlı beynəlxalq konfransda iştirak edəcəyimi
dəqiqləşdirəndə öncə bir qədər həyəcanlandım, lakin bu mövzuda konfransın məhz Folklor
İnstitutuna tapşırılması məni sakitləşdirdi. Həyəcanım ruh yüksəkliyi ilə əvəz olundu.
Hafizəmdə mərhum, vətənpərvər tarixçimiz Vaqif Piriyevin “Doğma Azərbaycanımızın müasir
etnik mənzərəsinə diqqət yetirsək, rəngarəng naxışları ilə dünya şöhrəti qazanmış xalçalarımızı, min
bir ətir saçan tər çiçəklərlə bəzənmiş gülzarımızı xatırladır. Onun hər bir guşəsində,
hər bir səmtində
məskunlaşmış etnik qruplar, xalqlar “Azərbaycan” adlı xalçalarımızın naxışları, gülzarın çiçəkləridir”
[
22, 3] sözlərini canlandırdı.
Mətanət Yaqubqızının Şəki-Zaqatala zonasının folklor materialı əsasında Azərbaycan
multikulturalizminin səbəbləri haqqında yazır: “Ən qədim dövrlərdən başlayaraq eyni bütlərə,
tanrılara, pirlərə inanan region əhalisi qismən yaxın dövrlərdə müxtəlif səmavi dinlərə iman
gətirmişdir. Bununla belə regionda yaşayan bütün xalqlar və etnik qruplar onlar üçün ortaq olan
qədim pirlərini, ziyarət yerlərini unutmamışlar. Region ərazisindəki “dilək piri”, “göz piri”, “yel
piri”, “uşaq piri” və bunun kimi yüzlərlə müqəddəs yer, bu gün belə dilindən və dinindən asılı
olmayaraq bütün region əhalisinin ortaq dəyərləri mahiyyətini daşımaqda davam edir” [
11, 147].
Tamamilə düzgün mülahizədir, lakin müxtəlif dilli etnosun eyni
məzmunlu vahid mədəniyyət
yaratmasının daha bir alt qatı da var. Belə ki, Azərbaycan xalqını təşkil edən bütün etnoqrafik və