Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə30/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



125

 

Saflaşdırılmamış zeytun yağının istehsalı üçün 

AZS 233 və SanPin 2.3.2.560 ilə müəyyən edilmiş 

tələblərə uyğun qara zeytundan istifadə edilir. 

Yağ istehsalında seleksiya olunmuş 

“Azərbaycan zeytunu”, “Bakı zeytunu”, “Armudu 

zeytun”, “Şirin zeytun”, “Askolano”, “Pikvaleo”, “Santa-

Katarina” zeytun növlərinin istifadəsi tovsiyə edilir. 

 

3.7. Zeytun yağının qablaşdırılması, 

markalanması, daşınması və saxlanılması 

 

Saflaşdırılmamış zeytun yağı tutumu 0,20; 0,25; 

0,4; 0,5; 0,75 və 1,0 dm

3

- dək olan QOST 10117.1, QOST 



10117.2  üzrə  tünd  rəngli  şüşə  butulkalara  və  250  ml-lik 

ş

üşə qrafinlərə, tənəkə qablara, Azərbaycan Respublikası 



Səhiyyə  Nazirliyi  tərəfindən  istifadəsinə  icazə  verilən 

rəngsiz  və  ya  rənglənmiş  polimer  materiallardan 

hazırlanan butulkalara doldurulur.  

Məhsulun 

qablaşdırma 

vahidinin 

xalis 

kütləsində  ± 1,0% kənara çıxmaya yol verilir. 



Butulkaların  ağzı  qüvvədə  olan  normativ  sənəd 

üzrə,  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi 

tərəfindən  istifadəsinə  icazə  verilən  qapaqlarla  kip 

bağlanmalıdır. 

Zeytun  yağı  doldurulmuş  butulkalar  QOST 

11354,  QOST  13358  üzrə  taxta  yeşiklərə,  qöfrələnmiş 

kartondan  hazırlanmış  QOST  13516  üzrə  yeşiklərə, 

Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  tərəfindən 

istifadəsinə  icazə  verilən    polimer  materiallardan 

hazırlanmış yeşiklərə qablaşdırılır. 

Saflaşdırılmamış  zeytun  yağı  tutumu  100,  200 

dm

3



  olan,  qida  məhsullarının  qablaşdırılması  üçün 

Zeytun və zeytun yağı_________________________________ 

 

126



nəzərdə  tutulan  QOST  6247  və  QOST  13950  üzrə, 

sinklənməmiş polad çəlləklərə doldurula bilər. 

Zeytun  yağının  qablaşdırılması  sanitariya 

qaydalarına  uyğun  olaraq  həyata  keçirilməli,  daşınma  və 

satış  zamanı  məhsulun  qorunub  saxlanmasını  təmin 

etməlidir.  

stehlakçı  ilə  razılaşdırılmaqla  yağı  Azərbaycan 

Respublikası  Səhiyyə  Nazirliyi  tərəfindən  ərzaq 

məhsulları  ilə  kontaktına  icazə  verilən  materiallardan 

hazırlanmış  digər  istehlak  və  nəqliyyat  taralarına 

qablaşdırmağa yol verilir.  

stehlak tarasına doldurulmuş zeytun yağının hər 

bir  qablaşdırma  vahidinin  üzərində  aşağıdakı  tərkibdə 

markalanma olmalıdır: 

istehsalçı  müəssisənin  adı,  ünvanı  və  əmtəə 

nişanı (olduqda); 

məhsulun tam adı və növü; 

xalis kütləsi; 

yağın qablara doldurulduğu tarix; 

100 qr məhsulda yağın miqdarı – 99,8 qr; 

100 qr məhsulun enerji dəyəri – 898 kkal; 

saxlanma şəraiti; 

saxlanmasına zəmanət müddəti; 

sertifikatlaşdırma haqqında məlumat; 

bu standartın işarəsi; 

ş

trixkod. 



Markalanma  Respublikanın  dövlət  dilində 

aparılmalıdır. 

Reklam  xarakterli  əlavə  məlumatlar  “Yeyinti 

məhsulları 

haqqında” 

Azərbaycan 

Respublikası 

Qanununa müvafiq olaraq göstərilməlidir. 

Nəqliyyat  tarasının  markalanması  QOST  14192 

üzrə,  “ stidən  qorumalı”,  “Rütubətdən  qorumalı”, 




__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



127

“Ehtiyatli  olun,  kövrəkdir”,  manipulyasiya  nişanları 

göstərilməklə aparılır.  

Hər  bir  nəqliyyat  tarası  vahidinin  üzərinə  əlavə 

olaraq,  yağ  xarakterizə  edən  markalanma  həkk 

olunmalıdır: 

istehsalçı  müəssisənin  adı,  ünvanı  və  əmtəə 

nişanı (olduqda); 

məhsulun tam adı və növü; 

yeşiyin  içərisinə  yığılmış  istehlak  tarası 

vahidlərinin  miqdarı  və  bir  qablaşdırma  vahidinin  xalis 

kütləsi (istehlak tarasına doldurulmuş yağ üçün); 

xalis  və  tara  ilə  birlikdə  kütləsi  (nəqliyyat 

tarasına doldurulmuş yağ üçün); 

yağın qablara doldurulduğu tarix; 

saxlanma şəraiti; 

saxlanmasına zəmanət müddəti; 

məhsul partiyasının nömrəsi; 

bu standartın işarəsi; 

ş

trixkod. 



Zeytun yağının qəbul qaydaları QOST 5471 üzrə 

həyata keçirilir.  

“Tərkibində  fosfor  olan  maddələrin  kütlə  payı” 

göstəricisinin  müəyyən  edilmiş  tələblərə  uyğunluğuna 

istehsalçı müəssisə tərəfindən, vaxtaşırı aparılan analizlər 

ə

sasında zəmanət verilir.  



Toksiki 

elementlərin, 

mikotoksinlərin, 

pestisidlərin  və  radionuklidlərin  miqdarına  nəzarət 

Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  müəyyən 

etdiyi qaydada aparılır. 

Zeytun yağından nümunələrin ayrılması və sınaq 

üsulları aşağıdakı standartlara əsasən aparılır.  

Nümunələrin  seçilib  götürülməsi  QOST  5471 

üzrə,  toksiki  elementlərin  təyini  üçün  nümunələrin 

hazırlanması QOST 26929 üzrə aparılır. 

Zeytun və zeytun yağı_________________________________ 

 

128



Sınaq üsulları QOST 5472, QOST 5475 - QOST 

5477,  QOST  5479,  QOST  5481,  QOST  7824,  QOST 

9287, QOST 11812, QOST 30418, QOST 30623, QOST 

30624 üzrə aparılır.  

Zeytun  yağının  dadı  orqanoleptik  olaraq  təyin 

edilir. 


Toksiki elementlər QOST 26927, QOST 26928, 

QOST  26930  –  QOST  26933,  mikotoksinlər  QOST 

30711,  pestisidlər  və  radionuklidlər  Səhiyyə  Nazirliyinin 

təsdiq etdiyi üsullar üzrə təyin edilir.  

Toksiki elementlərin atom- absorbsiya üsulu ilə 

təyini QOST 30178 üzrə aparılır. 

Saflaşdırılmamış  zeytun  yağı  bütün  növlərdən 

olan  nəqliyyat  ilə,  üstüörtülü  nəqliyyat  vasitələrində, 

mövcud  nəqliyyat  növü  üçün  qüvvədə  olan  yükdaşıma 

qaydalarına uyğun olaraq daşınır. 

Məhsul 

üstüaçıq 



nəqliyyat 

vasitələrində 

daşınarsa,  yağ  qablaşdırılmış  yeşiklər  və  çəlləklər 

atmosfer  çöküntülərinin  və  günəş  şüalarının  təsirindən 

qorunmalıdır.  

Məhsul  dəmir  yolu  ilə  vaqonlarda  daşınır,  qış 

vaxtı  istilik  sistemi  olan  izotermik  vaqonlardan  istifadə 

edilir.  

Nəqliyyat 

paketlərindən 

istifadə 

etməklə 


məhsulun daşınması zamanı QOST 21650, QOST 22477, 

QOST  23285,  QOST  24597,  QOST  26663  üzrə 

paketləşdirmə vasitələrindən istifadə edilir.  

 Zeytun  yağı  qaranlıq  otaqlarda,  20

0

  C-  dən 



yüksək olmayan temperaturda saxlanılmalıdır.  

Yağın  dəmiryolu  anbarlarının  stansiyalarında 

saxlanılmasına yol verilmir. 

Daşınma və saxlanma şərtlərinə riayət edildikdə 

istehsalçı  zeytun  yağının  bu  standartın  tələblərinə  uyğun 

olmasına zəmanət verir. 




Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə