Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



133

 

3.8.2._Zeytun_ya_ğı_x_ərç_əng_x_əst_əliyinin__qar_şısını_alır'>3.8.2. Zeytun yağı xəəng xəstəliyinin 



qarşısını alır 

 

«The Archives of  nternal Medicine» jurnalında 

dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış 

yağ istifadə edən qadınların döş xərçənginə düçar olması 

riskinin az olduğunu göstərmişdir.  

Nyu-Yorkda 

Buffalo 

Universiteti 

tədqiqatçılarının  apardığı  başqa  bir  çalışmada  isə  bitki 

yağlarından  biri  kimi  zeytun  yağının  B-sitosterolun 

prostat  xərçəng  hüceyrələrinin  yaranmasının  qarşısını 

almaqda  kömək  etdiyi  bildirilir.  Tədqiqatçılar  B-

sitosterolun  hüceyrələrin  bölünməməsi  əmrini  verən 

hüceyrədaxili 

xəbərləşmə 

sistemini 

gücləndirdiyi, 

bununla  da  hüceyrə  böyüməsi  nəzarətdən  çıxmadan 

xərçəngin qarşısının alına biləcəyi nəticəsinə gəliblər. 

Oksford  Universitetinin  həkimləri  tərəfindən 

aparılan  sonuncu  araşdırmada  da  zeytun  yağının  bağırsaq 

xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar 

edilib.  Həkimlər  zeytun  yağının  bağırsaq  xərçənginin 

başlamasının  qarşısını  almaq  üçün  mədədəki  turşu  ilə 

reaksiyaya  girdiyini  kəşf  ediblər.  Oksford  tədqiqatçıları 

zeytun  yağının  öd  turşusu  miqdarını  azaldaraq  və  DAO 

(diamin  oksidaz  adlı  ferment)  səviyyəsini  yüksəldərək 

anormal  hüceyrə  artımına  və  xərçəngə  qarşı  qoruyucu 

olduğunu da üzə çıxarıblar. 

 

3.8.2.



 Zeytun yağı sümüyün  

inkişafına kömək edir 

 

Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda 

zeytun  yağı  və  bişmiş  tərəvəz  yeyən  insanların  oynaqla-

Zeytun və zeytun yağı_________________________________ 

 

134



rındakı  şişmə,  qızartı  və  ağrıya  (xroniki  iltihablanmaya) 

səbəb olan revmatizmal artrit keçirmək riski azalır. 

Zeytun  yağının tərkibindəki E, A, D və K vita-

minləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına 

kömək  etməsi,  kalsium  miqdarını  sabitləşdirərək 

sümükləri  gücləndirməsi  baxımından  çox  vacibdir.  Bu 

yağlar  yaşlılara  da  xüsusi  tövsiyə  edilir,  çünki  həzm 

olunması  asandır  və  minerallarla  bədəndə  istifadəsinə 

kömək  edir.  Həmçinin  sümük  mineralizasiyasını  (mine-

ralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, kalsium 

itkisinə  əngəl  olur.  Sümüklər  orqanizmin  mineral 

quruluşunun  anbarını  yaradır  və  sümüklərdə  mineral 

yığımı olmayanda sümük yumşalması kimi ciddi problem 

ə

mələ  gəlir.  Bu  baxımdan  zeytun  yağının  skelet 



quruluşuna çox müsbət təsiri var. 

 

3.8.4. Zeytun yağı qocalmağın  



qarşısını alır 

 

Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda 

zeytun  yağı  və  bişmiş  tərəvəz  yeyən  insanların  oynaqla-

rındakı  şişmə,  qızartı  və  ağrıya  (xroniki  iltihablanmaya) 

səbəb olan revmatizmal artrit keçirmək riski azalır. 

Zeytun 


yağının 

tərkibindəki 

vitaminlər 

hüceyrələri  təzələmək  xüsusiyyətinə  malik  olduğu  üçün 

ondan  qocalığın  qarşısının  alınmasında  da  istifadə  edilir, 

çünki zeytun yağı dərini qidalandırır və qoruyur. Qidalar 

bədənimizdə  enerjiyə  çevrilərək  oksidant  adlı  bəzi 

maddələr  ortaya  çıxır.  Zeytun  yağı  özündə  ehtiva  etdiyi 

çoxsaylı  antioksidant  maddələrlə  bədənin  zərərli 

maddələrlə  zədələnməsinin  qarşısını  alır,  hüceyrələrimizi 

təzələyir,  toxuma  və  orqanlarımızın  yağlanmasını 

ləngidir.  Zeytun  yağı  bədənimizdəki  hüceyrələrə  zərər 

verən, onları qocaldan «sərbəst radikallara» təzyiq edən E 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



135

vitamini baxımından da zəngindir. 

 

3.8.5. Zeytun yağı uşaqların inkişafına 

müsbət təsir göstərir 

 

Zeytun  və  zeytun  yağı  tərkibində  olan  linolen 

turşusuna  (omeqa-6  yağ  turşusu)  görə  təzə  doğulmuş 

körpələr,  inkişaf  mərhələsində  olan  uşaqlar  üçün  çox 

faydalı  bir  qidadır.  Linolen  turşusunun  az  olması  uşağın 

inkişafının  ləngiməsinə  və  bəzi  dəri  problemlərinin 

yaranmasına səbəb ola bilər. Zeytun yağında bədənimizdə 

olan  zərərli  maddələrin  təsirinin  qarşısını  alan 

antioksidant  elementlər  və  insan  üçün  böyük  əhəmiyyət 

kəsb edən yağ turşuları var. Bunlar da hormonlara dəstək 

olur  və  hüceyrə  zərinin  əmələ  gəlməsinə  kömək  edir. 

Zeytun yağı ana südündəki yağ turşusu nisbətinə oxşayır, 

bununla bərabər bir çox doymamış tərkiblərə də malikdir. 

Zeytun  yağı  insan  bədəni  tərəfindən  əldə  edilə 

bilməyən, həmçinin bədənin zəruri ehtiyac duyduğu əsas 

yağlı  turşular  baxımından  kifayət  edəcək  bir  mənbədir. 

Bu amillər zeytun yağını təzə doğulan körpələr üçün çox 

faydalı maddəyə çevirir. Doğuşdan əvvəl və sonra körpə 

beyninin və sinir sisteminin təbii inkişafına müsbət təsiri 

olduğuna görə, mütəxəssislər tərəfindən analara məsləhət 

görülən  yeganə  yağ  yenə  zeytun  yağıdır.  Bu  yağ  ana 

südündəkinə  yaxın  miqdarda  linolen  turşusu  ehtiva  edir. 

Bununla  yanaşı,  yağsız  inək  südünə  zeytun  yağı  əlavə 

ediləndə,  o  ana  südü  qədər  təbii  bir  qida  xüsusiyyəti 

qazanır. 

3.8.6. Zeytun yağı təzyiqi aşağı salır 

 

«The  Archives  of  nternal  Medicine»  jurnalının 

2000-ci  il  27  mart  tarixli  sayında  dərc  olunan  bir 

Zeytun və zeytun yağı_________________________________ 

 

136



araşdırma  zeytun  yağının  yuxarı  qan  təzyiqinə  müsbət 

təsirini  bir  daha  vurğulamışdır.  Bundan  başqa,  zeytun 

yağının  yarpağından  təzyiqi  aşağı  salan  dərmanlar 

hazırlanır. 

 

3.8.7. Zeytun yağının daxili  

orqanlara faydası 

 

sti  və  ya  soyuq  halda  qəbul  edilməsindən  asılı 

olmayaraq zeytun yağı mədə turşusunu azaldaraq mədəni 

qastrit  və  xora  kimi  xəstəliklərdən  qoruyur.  Bununla 

yanaşı,  öd  ifrazatını  sürətləndirərək  onun  ən  mükəmməl 

hala  gəlməsini  təmin  edir.  Öd  kisəsinin  boşalma 

fəaliyyətini  nizamlayır  və  öd  daşı  riskini  azaldır. 

Tərkibindəki  xlor  sayəsində  də  qaraciyərin  çalışmasına 

kömək  edir.  Bununla  da  bədənin  tullantılardan  xilas 

olmasını  asanlaşdırır.  Bunlardan  başqa,  beyin,  aorta 

damarlarının da sağlamlığına müsbət təsir göstərir. 

Zeytun  yağı bütün bu xüsusiyyətlərinə görə son 

dövrlərdə 

mütəxəssislərin 

diqqətini 

cəlb 


edir. 

Mütəxəssislərin izahlarından bir qismi ilə tanış olaq. 

Sağlamlıq və qidalanma sahəsində nüfuzlu şəxs-

lərdən  biri  sayılan,  «Qida  əczaxanası»  («The  Food 

Pharmacy»)  və  «Qidalar  –  möcüzəli  dərmanlarımız» 

(«Food  –  Your  Miracle  Medicine»)  kitablarının  müəllifi, 

SNN  telekanalının  mükafatlı  müxbiri,  beynəlxalq  köşə 

yazarı olan Jan Karper:  

« taliyada  aparılan  yeni  tədqiqatlar  nəticəsində 

zeytun  yağının  özündə  LDL  xolesterinin  arteriya 

damarlarına  tıxac  yaratmaq  xüsusiyyəti  də  daxil  olmaqla 

bəzi  xəstəlik  mərhələləri  ilə  döyüşən  …  antioksidantlar 

ehtiva etdiyini aşkarlayıb». 

Pəhriz və qidalanma mütəxəssisi Pet Beird:  

«Zeytun  yağının  hərtərəfliliyi…onun  bədənin 



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə