Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



141

də  istehsal  olunan  və  Bakı  ticarətində  realizə  olunan  zeytun 

yağlarının keyfiyyət göstəricilərinin ekspertizası aparılmışdır. 

Zeytun  yağlarının  orqanoleptiki  göstəricilərindən  xarici 

görünüşü,  iyi,  dadı,  rəngi,  şəffaflığı  və  digər  göstəricilər 

müəyyən  edilmişdir.  Fiziki-kimyəvi  göstəricilərdən  xalis  

çəkisi,  nəmliyi  və  tez    buxarlanan  maddələrin  kütlə  payı, 

xüsusi  çəkisi,  şüasındırma  əmsalı,  turşuluq  və  yod  ədədləri 

müəyyən  edilmişdir.  Alınan  nəticələr  standart  göstəricilərlə 

müqayisə edilmişdir. 



Tədqiqatın praktiki əhəmiyyəti. Aparılan tədqiqat 

işlərinin  nəticəsi  olaraq  elmi-praktiki  əhəmiyyəti  olan  nəticə 

yazılmış,  Azərbaycanda  becərilən  zeytun  meyvəsindən 

səmərəli  istifadə  edilməsi  tövsiyə  olunmuş  və  zeytundan 

hazırlanan  məhsulların  çeşidinin  artırılması  və  keyfiyyətinin 

yaxşılaşdırılması üçün əsaslandırılmış təkliflər verilmişdir. 

Bitki  yağlarının,  o  cümlədən  zeytun  yağının 

keyfiyyəti standarta əsasən aşağıdakı göstəricilər üzrə tədqiq 

olunur. 

1.  Bitki  yağlarının  orqanoleptiki  göstəricilərinin 

tədqiqi (QOST 5472-90); 

2. Yağların nisbi sıxlığının (xüsusi çəkisinin) təyini 

– piknometr üsulu ilə; 

3.  Yağların  şüasındırma  əmsalının  təyini  (QOST 

5482-90); 

4. Yağların rənginin təyini (QOST 5477-89); 

5.  Suyun  və  uçucu  maddələrin  faizlə  miqdarının 

təyini (QOST 5478-81); 

6. Turşuluq ədədi, mq KOH miqdarına görə (QOST 

5476-81);  

7. Yod ədədi – 100 qr yağa birləşən yod q-la (QOST 

5479-81);  

8. Kütləyə görə faizlə çöküntü (QOST 5481-89);  

9. Fosforlu maddələrin miqdarı, faizlə (QOST 5424-

80);  

Zeytun və zeytun yağı_________________________________ 

 

142



10.    Sabunlaşmayan  maddələrin  miqdarı,  faizlə 

(QOST 5482-90);  

 

4.2. Orta nümunənin götürülməsi və 

tədqiqə hazırlanması 

 

Zeytun  yağının  keyfiyyətini  yoxlamaq  üçün  orta 

nümunə götürülməlidir. Orta nümunə bitki yağlarının qəbulu 

zamanı  götürülür  və  yoxlamaya  göndərilir.  Zeytun 

yağlarından  nümunələrin  seçilib  götürülməsi  QOST  5471 

standartına  uyğun  olaraq  aparılır.  Ticarətə  verilən  zeytun 

yağları  müxtəlif  çeşiddə  olduğuna  görə  onlar  müxtəlif 

nəqliyyat  vasitələri  ilə  və  müxtəlif  taralarda  daşınıla  bilər. 

Zeytun  yağları mütləq  müəyyən həcmdə  (kütlədə) butulkaya 

qablaşdırılmış  olur.  Əsasən  tünd  yaşıl  və  ya  tünd  qəhvəyi 

rəngli,  tutumu  250,  400,  500,  750  və  1000  ml  həcmli  şüşə 

butulkalara, müxtəlif həcmli tənəkə qutulara qablaşdırılır. Yol 

verilən kənarlaşma kütləyə görə  ± 1% olmalıdır. 

Yağ  doldurulmuş  butulkaların  ağzı  alüminium 

folqadan  və  ya  plastmasdan  hazırlanmış  qapaqla  hermetik 

bağlanır.  Belə  qablaşdırılmış  zeytun  yağları  20  –  25

o



temperaturdan  çox  olmayan  anbarlarda  saxlanılır  və  onların 



saflaşdırılma  dərəcəsinə  görə  istehsal  edildiyi  gündən 

hesablanan saxlanılma müddəti standart üzrə müəyyən edilir. 

Son  zamanlar  satışa  verilən  zeytun  yağlarının  saxlanılma 

müddəti  2  ildir.  Yağın  saxlanılma  müddəti  standartda 

göstərilən  müddətdən  keçmişsə,  həmin  yağlar  standart 

göstəricilər  üzrə  yenidən  yoxlanılmalıdır.  Partiya  maldakı 

yerlərin  (qablaşdırma  vahidlərinin)  sayından  asılı  olaraq 

aşağıdakı miqdarda orta nümunə götürülür. 

50-ə qədər olduqda                              - 3 yerdən, 

51-dən 150-ə qədər olduqda                - 5 yerdən, 

151-dən 500-ə qədər olduqda              - 8 yerdən,  



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



143

501-dən 1200-ə qədər olduqda            - 13 yerdən 

orta nümunə götürülür. 

Məsələn,  daxil  olmuş  partiya  malda  100-ə  qədər 

qablaşdırma  yeri  olarsa,  onlardan  ancaq  5-i  açılır.  Yuxarıda 

göstərilənlərə  əsasən  açılmış  yeşik  və  qutuların  müxtəlif 

yerlərindən  ilk  nümunələr  götürülür.  Müxtəlif  yerlərdən 

götürülmüş  nümunələr  bir  yerə  tökülərək  qarışdırılır  və 

qarışığın  kütləsi  400  q-dan  az  olmamalıdır.  Götürülmüş 

nümunə  3  yerə  bölünür.  Bunlardan  biri  laboratoriyaya 

ekspertiza  üçün  göndərilir,  digər  ikisi  isə  yağın  təkrar 

yoxlanılması  üçün  saxlanılır.  Əgər  ekspertiza  nəticələri 

mübahisələrə  səbəb  olarsa  yenidən  təkrar  ekspertiza 

aparılmalıdır.  Götürülən  nümunələr  butulkalara  doldurulub, 

ağzı  kip  bağlanır.  Hazırlanmış  nümunə  möhürlənir  və  ya 

plomblanır.  Nümunə  üçün  akt  tərtib  olunur  və  orada 

aşağıdakılar göstərilir.   

-

 



seçilmiş nümunənin adı;   

-

 



istehsalçının adı; 

-

 



hazırlandığı fabrikin adı və onun yeri; 

-

 



ictehsalın tarixi və yeri; 

-

 



götürülən nümunənin yeri və vaxtı; 

-

 



nümunənin kütləsi; 

-

 



nümunə üçün seçilmiş partiya; 

-

 



nümunənin 

göndərildiyi 

nümayəndənin 

familiyası; 

-

 

nümunənin laboratoriya üsulu ilə yoxlanılmasına 



hazırlanması. 

Seçilmiş  nümunə  laboratoriyaya  göndərildikdən 

sonra, nümunə yoxlanılmaq üçün ayrı-ayrı hissələrə bölünür. 

Hazırlanan nümunələr ağzı bağlana bilən kolbaya və ya digər 

qaba  tökülüb  ağzı  kip  bağlanır.  Zeytun  yağından  götürülən 

nümunə  100  q-dan  az  olmamalıdır.  Bu  ona  görədir  ki, 

ayrılmış  yağ  nümunəsinin  tərkibi    standartın  bütün 

göstəriciləri üzrə tədqiq  edilsin. Nümunədən  azacıq bir qaba 



Zeytun və zeytun yağı_________________________________ 

 

144



tökülür, qızdırılır və onun tərkibində digər qarışıqların olub-

olmaması müəyyənləşdirilir.      

Ümumiyyətlə  orta  nümunənin  götürülməsi  qaydası 

məhsulun  keyfiyyətinin  ekspertizasında,  onun  keyfiyyət 

xarakteristikasında  və  tərkibinin  yoxlanılmasında  olduqca 

böyük əhəmiyyət kəsb edir. 

 

4.3. Zeytun yağının orqanoleptiki 

göstəricilərinin ekspertizası 

 

Orqanoleptiki  göstəricilərdən  yağların  iyi,  dadı, 

rəngi,  şəffaflığı və çöküntünün miqdarı müəyyən edilir. 

Yağların  iyi  hər  yağ  üçün  özünəməxsus  və 

spesifikdir.  Yağların  iyini  15-20

o

C-də  təyin  edirlər.  Bu  



məqsədlə  yağı  lövhəyə  və  ya  əlin  üstünə  çəkib  və  ya  sürtüb 

iyləyirlər.  Yağın  iyinin  normal  və  özünəməxsus  olması 

təmizlik  əlamətidir.  Soyuq  presləmə  üsulu  ilə  alınmış  yağda 

demək  olar  ki,  qoxu  olmur.  sti  presləmədən  alınan  yağ  isə 

kəskin qoxulu olur. 

Yağın  dadı  20

o

C  temperaturda  təyin  edilir.  Soyuq 



presləmə  üsulu  ilə  alınan  yağ  daha  zərif  dadlı  olur.  Qeyri-

normal şəraitdə saxlanılmış yağın dadı kəskin dəyişir. 

Yağın  rəngi  onun  tərkibindəki  boya  maddələrinin 

(piqmentlərin)  kəmiyyət  və  keyfiyyətindən  asılıdır.  Soyuq 

presləmə  üsulu  ilə  alınmış  yağın  rəngi  nisbətən  açıq  olur. 

Yağın  tərkibində  xlorofil  olduqda  o  sarımtıl-yaşıl  rəngdə, 

karotinoidlər olduqda isə sarımtıl-narıncı rəngdə olur. 

Yağın şəffaflığını təyin etmək üçün 100 ml yağ ağzı 

bağlana  bilən  silindrə  tökülüb  20

o

C  temperaturda  24  saat 



saxlanılır.  Yağda  bulanıqlıq  və  asılı  maddələr  olmazsa, 

deməli yağ şəffafdır. Əgər zeytun yağı soyuq presləmə üsulu 

ilə  alınıb  mexaniki  təmizləmədən  keçirilmişsə  belə  yağda 

asılı maddələr və bulanıqlıq ola bilməz. 




Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə