Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə15/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   11   12   13   14   15   16   17   18   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

46

 

“Kitab”da Aruzun babası və nənəsi, atası və anası haqqında 



heç bir informasiya yoxdur. Amma bir sıra dastan və rəvayətlərdə 

onun  Əfrasiyabın (Tuŋa Tegin) oğlu olduğu göstərilir. Bu istiqa-

mətdə araşdırmalar aparmış O.Ş.Gökyayın  bir fikrini eynilə təq-

dim etmək yerinə düşür: “...Efrasiyab, Türk və  İran rivayetlerine 

göre Hazer Denizi`ni kuzeyden və güneyden dolaşmıştır. Türk 

destanlarında Efrasiyabın oğlu Alp Aruz Demirkapı`yı, yeni Doğu 

– Kafkasya`dakı Derbendi açmıştır”

1

.  Şübhəsiz ki, Aruzun qo-



humluq  əlaqələrinin heç də hamısını  məhz “Kitab”a istinadən 

müəyyənləşdirmək mümkün deyil. Amma bu da var ki, Aruzun 

qohumluq  əlaqələrinin böyük bir hissəsini “Kitab”dakı sintaktik 

bütövlərdə təsadüf olunan “Mənim adım sorarsaŋ - Aruz oğlu Ba-

satdır” (Basatın dilindən). “Tayım Uruzı gördim (Qazanın dilin-

dən) tipli cümlələrin semantik yükünə əsaslanmaqla, eyni zaman-

da bu tip cümlələri digər parçaların məzmunu ilə əlaqələndirməklə 

dəqiqləşdirmək mümkündür. Məsələn, Qazanın dilindən verilmiş 

“Qartaşım Qaragünəyi gördim...”, “Tayım Urızı gördim” cümlələ-

rinin mətn semantikası müstəvisində qarşılaşdırılması Aruzla 

Qaragünənin, Aruzla Qarabudağın, Aruzla Burla xatunun, Aruzla 

Uruzun... hətta Aruzla Qam Ğanın qohumluğu barədə dəqiq fikir 

söyləməyə imkan verir. Bu mənada Aruzun qohumluq əlaqələrini 

aşağıdakı kimi sistemləşdirmək olar: 

arvadı – adı  çəkilməsə  də, oğullarına görə müəyyən etmək 

olur.  Digər tərəfdən, Beyrəyin dilində Aruzun arvadına açıq-ay-

dın işarə olunur: “Aldayuban ər tutmaq övrət işidir, Övrətiŋdənmi 

öyrəndiŋ sən bu işi qavat?! (D-297). 

oğlu - Basat 

oğlu – Qıyan Səlcik 

nəvəsi – Dondar (Tundar,Tundaz)–Qıyan Səlcikin oğlu 

gəlini – Qıyan Səlcikin arvadı, mətndə adı çəkilməsə də, ona 

birbaşa işarə olunur: “Qarındaşım Qıyanı öldürmişsən. Ağca yüzli 

yengəmi tul eləmişsən” (Basatın dilində)  

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, CXLII. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

47

 

əmizadəsi – Baybican 



əmizadəsi – Dəli Qarçar (Baybicanın oğlu) 

əmizadəsinin qudası – Baybörə (Baybicanın qudası) 

əmizadəsinin kürəkəni – Beyrək (Baybicanın kürəkəni) 

bacısı – Ulaşın arvadı, Qazanın anası 

bacısının əri – Ulaş 

bacısı oğlu – Qazan (Ulaşın oğlu) 

bacısı oğlu – Qaragünə (Ulaşın oğlu) 

bacısı nəvəsi – Uruz (Qazanın oğlu) 

bacısı nəvəsi – Qarabudaq (Qaragünənin oğlu) 

bacısı gəlini – Burla xatun (Aruzun bacısının gəlini, Qazanın 

arvadı) 

bacısı oğlunun qayınatası – Bayındır (Qazanın qayınatası) 

bacısı  oğlunun qayınatasının atası – Qam Ğan (Qazanın 

qayınatası Bayındırın atası)... 

Bir sıra araşdırmalarda Təpəgözün atası - Qoŋur qoca Sarı 

çoban  Aruzun nəslindən, qanından hesab olunur: “...Elə məsələ-

nin canı ondadır ki, Alp Aruz insana bənzəməyən məxluqu (halbu-

ki Təpəgözdən doğma atası Sarı Çoban imtina etmişdi) öz qanın-

dan hesab edib evinə gətirmişdi. Deməli, qədim insanlar onlara ta-

nış ərazidə rastlaşdıqları bütün varlıqların bir-biri ilə “qan qohum-

luğuna” inanırdılar”

1

. Bu baxımdan “Qoŋur qoca Sarı çoban” da 



şərti olaraq Aruzun əmizadəsi kimi verilə bilər. 

Aruz qoca barədə bir  cəhəti də qeyd edək ki, qorqudşünas-

lıqda onunla bağlı  işlədilmiş “toquz qoca başları” rütbəsinin se-

mantikası hələ də kifayət qədər əsaslandırılmayıb. Xalıq Koroğlu 

yazır: “...Aruz qocanın zahiri görünüşü və geyimi onun qəhrəman 

xarakterindən xəbər verir. Bir yerdə onun doqquz qoca nəslinin 

başçısı adlandırılması heç cür izah olunmur. Bəlkə, bu, Orxon-

Yenisey abidələrindəki doqquz oğuzla bağlıdır?”

2

. Bu tip suallara 



Füzuli Bayat müəyyən qədər aydınlıq gətirir. Daha doğrusu, iki 

                                                            

1

 R.Qafarlı. Mif və nağıl. Bakı, 1999, s.73. 



2

 X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, s.177 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

48

 

fikir söyləyir: “...Doquz qoca başları” isə doqquz Oğuz tayfasının 



başçısı Qazan bəyin dayısı At ağızlı Alp Aruzdur. KDQ-dən 

bilindiyinə görə Aruz Boz Oqlara (Daş  Oğuz) daxil olan doqquz 

tayfanın – boyun başçısıdır (M.Kaşqari Boz Oqlara on boyun  

daxil olduğunu göstərir: kayı, bayat, qaraevli, yazır, döyər, 

dodurqa, avşar, qızık, bəydili, qarkın)...”

1

; “...Aruz qocanın 



ağsaqqallar Şurasına daxil olan Uşun Qoca, Qazılıq Qoca, Kanqlı 

Qoca, Duxa Qoca, Əŋsə Qoca həm də tayfa bəyləridir (kanqlı, 

usun, duxa, kazık və s. tayfalar. KDQ-də Aruza “doqquz qoca başı 

Aruz qoca” deyilməsi və onun şuraya rəhbərlik etməsi göstərir ki, 

əski doqquz Oğuz tayfa birliyi rudiment şəklində xatırlanmışdır. 

Əslində isə qocaların sayı altıdır ki, bunlar da bozok-üçok 

tayfalarının başçılarıdırlar...”

2

. Orxon-Yenisey abidələrindəki 



“toquz oğuz bəgləri” tipli ifadələrə, M.Kaşğarinin “Divan”ına, 

eləcə də “Kitab”a istinadən söylənilmiş bu fikirlərlə razılaşmaq da 

olar. Amma ən sanballı  mənbə elə “Kitab”ın özüdür – tezisinə 

söykənərək aşağıdakıları qeyd etmək olar:  

–  “Kitab”da qocaların sayı altı yox, on birdir: Aruz qoca, 

Buŋlu qoca, Duxa qoca, Əŋsə  qoca, Ğəflət qoca, İlək qoca, Qaŋlı 

qoca, Qazılıq qoca, Qoŋur qoca, Uşun qoca, Yapağlu qoca. Bu 

qocalardan Qoŋur qoca daha çox mifik obrazlarla (Pəriqız, Tə-

pəgöz) bağlı təsvir olunduğu üçün həmin sistemdən kənarda qala 

bilər. Aruz qoca isə “doqquz qoca”nın başçısıdır, yəni özündən 

başqa doqquz qoca var. Deməli, “toquz qoca başları” rütbəsindəki 

“doqquz qoca” “Kitab”ın poetik strukturunda paylanmış  vəziy-

yətdədir. “Başçısı” anlamlı “başları” sözü isə Alp Aruzun Oğuz 

cəmiyyətindəki statusu ilə  səsləşir. Bu detal da “toquz qoca baş-

ları” rütbəsinin “Kitab”ın ümumi semantik yükü ilə bağlandığını 

təsdiqləyir; 

– yuxarıdakı izahlarda İlək qoca, Ğəflət qoca, Buŋlu qoca və 

Yapağlu qoca nəzərə alınmadığı üçün qocaların sayı altı götürü-

                                                            

1

 Kitabi-Dədə Qorqud ensiklopediyası. II cild, Bakı, 2000, s.90. 



2

 Yenə orada, s.91 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə