“Dədə Qorqud”un möcüzələr dünyası
147
sözünü iki eləməmək. “Ol zəmanda oğul ata sözin iki eləməzdi”
(D-131).
Türkologiyada “ata” sözünün etimologiyası ilə bağlı bir sıra
araşdırmalara rast gəlinir (əvvəlki səhifələrə bax: sadə quruluşlu
qohumluq terminləri). Burada “ata” sözünü ana və baba kimi qo-
humluq terminləri ilə bir müstəvidə izah edən Bəkir Çobanzadənin
fikirlərini xatırlatmaq yerinə düşür: “At, ap və baba isimlərinə ma,
na, am, an, ana isimlərində təsadüf olunur
.
. Burada r, b, d, t həp
dodaq və yaxud diş səsləridir ki, cocuqların ələlümum ilk əvvəl
çıxara bildikləri səslər də bunlardır. Cocuq anasını əmərkən ən
ziyadə hərəkət edən sövti üzvi dodaqlarıdır. Ufaq bir hərəkətlə m,
b, p, yaxud d, t səslərini çıxara biliyor və bu səslərin təkrarı aya,
ama, ada, ata, yaxud mama, papa, dada, tata kəlmələrini meydana
gətirir”
1
. B.Məhərrəmli dilçilikdəki bu cür fikirləri qəbul etmir:
“...bu tipli sözlərin oxşar semantikaya və fonetik formaya malik
olmalarının əsas səbəbi bu sözlərin genezisinin eyniliyi ilə, yəni
bütün dillərdə bu tipli sözlərin bir kökdən yaranması ilə əlaqə-
dardır...Əslində, bu tip sözlər uşaqların eyni səsləri təkrarlaması
ilə deyil, bəşər dilinin eyni köklü olması ilə izah olunmalıdır...
2
.
A ğ a. Qorqudşünaslıqda sahib, sahibkar anlamlı “ağa” sö-
zündən çox bəhs olunub. Bu da təsadüfi deyil. Çünki “Kitab”da
“ağa” sözü daha çox məhz həmin mənadadır: “Ağam Qazan məs-
ləhətdir” (D–37). Amma “Kitab”da “ağa” və “böyük qardaş” mə-
nalarında işlənməsinə də təsadüf olunur: “ağa” sözü ata mənasın-
da. “...xan Uruzıŋ ağası... Salur Qazan yerindən turmuşdı” ( –36);
“ağa” sözü “böyük qardaş” mənasında. “...Ağam Beyrək gedəli
köçərim yoq” (D–104), “Mərə qavat qızı, ağam başına and içmi-
şəm, dönməgim yox!” (D–267).
“Ağa” sözünü ümumi dilçilik müstəvisində təhlil süz-gəcin-
dən keçirərək maraqlı nəticələr əldə edən B.Məhərrəmli “Ki-
1
B.Çobanzadə. Türk-tatar lisaniyyatına mədxəl. Bakı, 2006, səh.93.
2
B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı,
2012, səh.255.
“Dədə Qorqud”un möcüzələr dünyası
148
tab”dakı “ağa” sözü barədə yazır: “Kitabi-Dədə Qorqud” dastanın-
da “böyük qardaş, ata, sahib” mənalarındadır: Ağam Beyrək de-
yərdim, ozan sana”
1
. Müəllifin təqdim etdiyi nümunədə də “ağa”
sözü məhz böyük qardaş mənasındadır. Yeri gəlmişkən, “ağa”
sözünün “böyük qardaş” mənasında işlənməsini “Kitab”dakı digər
nümunələrə istinadən də dəqiqləşdirmək mümkündür: “Əgrək
kiçi qardaşıŋ boynın öpdi, Səgrək daxı ağasınıŋ əlin öpdi” (D-
270). Bu cümlənin semantik yükü bir daha təsdiq edir ki, “ağa”
sözü həm də “böyük qardaş” mənasında işlənib (kiçik qardaş
Səyrək ağasının, yəni böyük qardaşının əlini öpür, böyük qardaş
Əyrək isə kiçik qardaşının boynunu öpür).
B a b a . Qeyd etdiyimiz kimi, “Kitab”da “baba” sözü ata
mənasında işlənmişdir: “Baba, mən yerimdən turmadın ol turmış
ola!” (D-170). “Kitab”da ata anlamlı “baba” sözü ilə yanaşı, “öz
övladına nisbətən kişi, dədə” anlamlı “ata” sözü də işlənir: “...ana-
sı ilə söhbət eylədi, atasına qəsd eylədi” (D-20). Burada belə bir
fikir reallaşır: “ata” anlamlı “baba” sözü “Kitab”da üstün mövqe-
də olsa da, ata sözü ilə sinonimdir. “Ata-baba” sinonimliyinə diax-
ronik və sinxronik prizmadan yanaşan A.Məmmədova yazır: “Də-
də Qorqud”da ...ata, baba heç bir semantik tonlara malik deyillər.
Konkret olaraq vahid bir məna ifadə edirlər. Sonrakı inkişaf prose-
sində bir dildən törəyən başqa dillərdən biri (oğuz –Azərbaycan,
Anadolu, qazauz, türkmən) özündə bu sinonim komponentlərdən
birini (məs.: ata (Azərbaycan dilində), digər dil o birisini (baba
(Anadolu türkcəsində) qoruduğu halda, dialektlərdə hər iki variant
da işlək ola bilər”
2
. Müəllifin qeydləri “baba” sözünün inkişaf tari-
xi və arealları barədə dolğun təəssürat yaradır. Burada qorqudşü-
naslıqda tez-tez vurğulanan bir fikri də yada salaq: “Kitab”dakı
“ata” anlamlı “baba” sözü Azərbaycan dilinin qərb şivələrində,
1
B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı,
2012, səh.279.
2
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası”. Bakı, 2009, səh.72.
“Dədə Qorqud”un möcüzələr dünyası
149
daha dəqiqi, Başkeçid və Füzuli şivələrində eynilə mühafizə
olunur.
D ə d ə.“Kitab”da iki mənada işlənib: a) “Dədə Qorqud” an-
troponimik modelində müdrik, yol göstərən, ağsaqqal, şaman və s.
anlamlı ləqəb kimi (əvvəlki səhifələrə bax). Burada “dədə” sözünü
Dədə Qorqud və dədəlik institutu kontekstində izah edən N.Cəfə-
rovun bir fikri yada düşür: “Orta əsrlərdə türklər görkəmli sufi
dərvişlərə, böyük kəramət sahiblərinə, pirlərə “Dədə” demişlər.
Və beləliklə, Dədə Qorquddan sonra dədəlik institutu nə qədər in-
kişaf edib mürəkkəbləşsə də, öz əsas funksiyasını – Tanrı – Allah-
dan gələn gücü vasitəsilə cəmiyyətdə müəyyən harmoniya yarat-
maq vəzifəsini itirməmişdir”
1
; b) baba (atanın, ya ananın atası; nə-
vəsi olan kişi) mənasında: “Mərə qavat, mənim babam Bayındır
xan degilmidir?” Ayıtdı: “Yox, ol, ananıŋ babasıdır, səniŋ dədəŋ-
dir” (D-282).
Y.Quliyeva “dədə” sözünü M.Kaşğarinin “Divan”ı müstəvi-
sində təhlil edərkən “Kitab”a da müraciət edir: “Təbii ki DQK-da
işlənən bu sözün (Dədəm Qorqud ifadəsi nəzərdə tutulur – Ə.T.)
əsas məzmunu Mahmud Kaşğarinin semantikası ilə üst-üstə düşür.
Amma kök etibarilə bu sözün əsasında Mahmud Kaşğarinin se-
mantikası dursa da, “Dədə Qorqud”dakı semantika daha genişdir.
Belə ki, DQK-da bu söz “ağsaqqal, şaman, ozan, müdrik insan”
mənalarını verir: Məsləhət gördilər ki, Dədə Qorqud varsun. Ça-
ğırdılar Dədə Qorqut gəlür oldu: Dədə Qorqut oğlanın babasına
söyləmiş, görəlim xanım, nə söyləmiş”
2
. Bu qeydlər inandırıcıdır.
Amma müəllif Radlovun lüğətində “dədə” sözünün “baba” məna-
sında verildiyini göstərsə də, “Kitab”dakı baba anlamlı “dədə”
sözündən bəhs etmir. Maraqlıdır ki, “dədə” sözünün semantikası
və yayılma areallarından geniş şəkildə bəhs edən B.Məhərrəmli də
“Kitab”dakı baba anlamlı “dədə” sözünə münasibət bildirmir. Mü-
əllifə görə, “Kitabi-Dədə Qorqud” dastanında “ata, dərvişlərin pi-
1
N.Cəfərov. Xanım, hey! Bakı, 1999, səh.21.
2
Y.Quliyeva. Mahmud Kaşğarinin oğuz dünyası. Bakı, 2010, səh.133
Dostları ilə paylaş: |