“Dədə Qorqud”un möcüzələr dünyası
18
A.Hacıyev həmin yazılış şəkillərinin oxunuşu və tərcüməsi
ilə bağlı fikirləri ümumiləşdirərkən fərqli transkripsiyaları nüsxə
katibinin xətası kontekstində təqdim edir: “...nüsxə katibi,
naşirlərin düzgün müşahidə etdikləri kimi, “Ulaş oğlu Qazan”
əvəzinə “Salur oğlı Qazan” yazmış, beşinci misranı “anam adın”,
altıncı misranı isə “atam adın” birləşməsi ilə başlamışdır. Elə buna
görə də O.Şaiq, M.Ergin və Ş.Cəmşidov nəşrlərində Drezden
nüsxəsinə uyğun variant əsas götürülmüşdür. Lakin Bartold,
H.Araslı və Zeynalov – Əlizadə nəşrlərində bu yazılış növbəti
katib xətası kimi dəyərləndirilərək yuxarıda göstərilən ardıcıllıqla
verilmişdir ki, ortaya çıxan bu cür ziddiyyətli oxunuş variantları
mübahisəli fikir və mülahizələrin predmetinə çevrilmişdir”.
B.Abdullanın “bizə bəlli olan məsələ burada bir daha aydın olur
ki, Qaba Ağac ata, Qağan Aslan isə anadır” fikrini inandırıcı
görünməyən, sadə bir açıqlama hesab edən A.Hacıyev daha çox
V.V.Bartold və S.Əlizadənin mövqeyində dayanır: “...aslanı ana
deyil, əksinə, ata kimi dərk edən akademik V.V.Bartold bu misra-
ların deyilmə səbəbini eynilə Basatın itkin düşməsi və aslan
tərəfindən bəslənməsi ilə əlaqələndirir...Bəlkə də, nüsxə katibi də
belə düşündüyündən həmin sözləri yerdəyişik yazmışdır. Hətta
belə olduqda “Qaba Ağac”ı ata kimi əsaslandırmağın mümkünlü-
yünü təsəvvür edə bilmirik. Ümumiyyətlə, oğuzların törəniş haq-
qındakı təsəvvürlərini nəzərə almadan bu deyimi necə açıqlamaq
olar? Odur ki, həmin görüşləri bir daha nəzərdən keçirək.
Uyğur “Oğuznamə”sində göstərildiyi kimi, Oğuz Kağanın
Boz oqların əsasını təşkil edən Gün, Ay, Ulduz adlı oğulları
göydən yaruk (Şüa) içində enmiş qızla, Üç oqların əsasını təşkil
edən Göy, Dağ, Dəniz adlı oğulları isə ağac koğuşunda oturmuş
qızla izdivacından törəmişdir... Deməli, oğuz inamına görə “Qaba
Ağac” heç də ata deyil, məhz anadır”. Qorqudşünas Asif Hacıyev
mübahisə predmetinə çevrilmiş həmin misralarla bağlı şərhlərini
belə yekunlaşdırır: “Hər halda, hansı mövqedən izah edilməsindən
asılı olmayaraq, bu məqamda “Qağan Aslan” ifadəsinin məhz əski
mifə sədaqət ruhunda “ata” başlanğıcı, “Qaba Ağac” birləşməsinin
“Dədə Qorqud”un möcüzələr dünyası
19
isə “ana” başlanğıcı yaşatması mübahisəsizdir” (“Dədə Qorqud
kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.175-186).
R.Əlizadənin araşdırmalarından aydın olur ki, müəllif daha
çox S.Əlizadə, M.Seyidov, R.Qafarlı, A.Hacıyev, S.Rzasoy kimi
alimlərin mövqeyini müdafiə edir: “Dədə Qorqud” eposunda
Basatın soylamasında ağacın mifoloji ana statusu və ilkin stixiya
kimi oğuzların düşüncəsindəki yeri müəyyənləşir:
Anam adın sorar olsaŋ - Qaba Ağac!
Atam adın deirsəŋ - Qağan Aslan!
Mənim adım sorarsaŋ - Aruz oğlu Basatdır.
Basatın qeyd edilən cavabı islamdan əvvəlki oğuz-türk
düşüncəsindəki mifik qatları (Dünya ağacına aid inamlar)
göstərməklə yanaşı, keçid mərhələsində arxaik elementlərin fəal
iştirakına da büruzə vermiş olur” (Azərbaycan folklorunda təbiət
kultları. Bakı, 2008, s.60).
İslam Sadıq “Qaba Ağac” ifadəsini Şumer dastanları kon-
tekstində təhlil edir: “Anam adın sorar olsan – Qaba Ağac”
misrasında gizli bir mənanın kodlaşdığı aydın görünür. Ona görə
də “qaba” sözünün buradakı mənası digər ifadələrdəki mənalarına
uyğun gəlmir... Basatın “Anam adın sorar olsan – Qaba Ağac”
fikrinin şumer mifik təfəkküründən qaynaqlandığı, “Həyat ağacı
ilə Qaba ağac” ifadələrinin eyni anlamda işləndikləri düşünülə
bilər” (Türk epos yaradıcılığı və Şumer dastanları. Xalq cəbhəsi
qəzeti, 10 iyul 2010-cu il).
Təqdim etdiyimiz fərqli transkripsiyalara uyğun söylənilmiş
fikir və mülahizələr əsasən oxşar olsa da, hətta bəzən biri digərini
təkrarlasa da, onların hər birini normal hal kimi qəbul edir və
problemə tam yeni müstəvidə yanaşmağı məqsədəuyğun bilirik.
Bu mənada aşağıdakı arqumentlərə diqqət yetirək:
– fikrimizcə, Drezden nüsxəsinin 232-ci səhifəsində ardıcıl
işlənmiş cümlələrdə eynilə təkrar olunan yazılış şəklinin ( اتا
م )
birinci cümlədə (ardıcıl verilmiş cümlələrdəki sıra nəzərdə tutulur)
“Dədə Qorqud”un möcüzələr dünyası
20
“atam”, ikinci cümlədə “anam” (O.Ş.Gökyay, M.Ergin), yaxud
əksinə, birinci cümlədə “anam”, ikinci cümlədə “atam” (H.Araslı,
Zeynalov-Əlizadə) şəklində transkripsiyasını məqbul hesab etmək
olmaz. Çünki Drezden nüsxəsindəki hər iki yazılış şəkli məhz
“atam” kimi oxunur. Dəqiq desək, hər iki yazılış şəklində ikinci
hərfin te (ت) olması açıq-aydın görünür;
– ikincisi, dialoqun məzmunundan aydın olur ki, Təpəgöz
Basatdan anasının adını soruşmur. Bu mənada “ اتا
م ” yazılış şək-
linin “anam” şəklində transkripsiyası artıq görünür, hətta məntiqə
ziddir. Bu fikri Əyrəklə Səyrəyin dialoqu da qüvvətləndirir:
Təpəgöz Basatdan yalnız atasının adını soruşduğu kimi (Ağ saq-
qallu babaŋ adı nədir?), Əyrək də Səyrəkdən yalnız atasının adını
soruşur (Yigit, səniŋ babaŋ kim?). Səyrək isə ona ünvanlanmış
sual cümləsinin semantikasına uyğun olaraq yalnız atasının adını
deyir (Babam adın sorarsaŋ - Uşun qoca!). Bu qarşılaşdırma bir
daha təsdiq edir ki, Basatın dilindən verilmiş cavab cümləsindəki
“ اتا
م “ yazılış şəklinin “anam” şəklində oxunuşu Təpəgözlə Basatın
dialoqunun semantikasına, ümumiyyətlə, uyğun deyil. Hətta bu
məsələni sadə bir məntiqlə də yozmaq olar: Təpəgöz Basatdan
anasının adını deyil, təkcə atasının adını soruşursa, Basat da yalnız
atasının adını deyir. Burada bir cəhəti də qeyd etmək lazım gəlir:
ana adının çəkilməsi qədim türk adətlərinə ziddir. Bu, “Kitab”da
da qabarıq görünür. Belə ki, Dirsə xan, Qazan xan, Buğac,
Beyrək, Qanturalı kimi qəhrəmanlar analarının adını çəkmir, hətta
buna təhkiyəçi dilində də təsadüf olunmur;
– üçüncüsü, “Qaba Ağac” ifadəsinin kişi cinsinə aid olması
həm də “Kitab”a istinadən dəqiqləşdirilib (əvvəlki səhifələrə bax:
B.Abdulla və R.Qafarlının fikirləri). Qeyd etdiyimiz kimi, Beyrə-
yin bacısının dilindən verilmiş “Kölgəlicə qaba ağacım kəsilübdir,
Ozan səniŋ xəbəriŋ yoq” cümləsini müxtəlif bucaqlar altında şərh
etmək olar. Amma burada “nəsli davam etdirəcək kişi (ata) yox-
dur” mənası daha qabarıq görünür;
– dördüncüsü, Drezden nüsxəsində on beş dəfə işlənmiş
“anam” sözündə ikinci hərf məhz “ن” (nun) hərfidir. Bu mənada
Dostları ilə paylaş: |