Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə121/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   117   118   119   120   121   122   123   124   ...   132

____________________Milli Kitabxana_____________________ 

364 


 

  

ev tikdilər. Söhrab institut qurtardı  və onu kənddə yenicə tikilmiş böyük 



üçmərtəbəli məktəbə direktor təyin etdilər. 

Alqazaxlılar və  Çıraq uşaqlarının yurd yerində üzüm əkilınişdi. Evlər 

uçurulmuş, təkcə bircə daş ev qalmışdı, onu da quşçuluq ferması etmişdilər. 

Ətrafda inkubator toyuqları ağarışırdı. 

Söhrab yolunu hər gün köhnə yurd yerindən salar, ürəyini çulğalayan yetim 

duyğuların qoynunda qovrulardı. Bu gün də  məktəb uşaqlarını üzüm yığmağa 

gətirmişdi. 

Maşınlar asfalt yol ilə aramsız  şütüyürdü. Alqazaxlıların yurd yerinin 

bərabərindo xarici markalı bir maşın dayandı. Bir xeyli qapılar örtülü qaldı. 

Maşından enən olmadı. Görünür, içəridəkilər nəyi isə hafizələrində 

itirəcəklərindən ehtiyat edirmiş kimi qorxurdular. Xeyli keçdi. Qapı açıldı  və 

içəridən ucaboylu, saçı-saqqalı  ağarmış bir kişi düşdü. Görünür vaxtı ilə iri 

gövdəli bu adam ayağını üzəngiyə qoyub yəhərə qalxarkən atın beli çökərmiş. 

İndi isə elə bü gözü qaraldı  və maşına dirsəklənib xeyli sükut içində dayandı. 

Gözləri ilə nəyi isə axtardı. Kənd evlərinin yoxa çıxdığına təəccüb elədi. 

"Bu el-oba necə olmuşdu? Camaat hara getmişdi?" - deyə düşündü və ağlına 

gələn dəhşətlərdən sarsıldı. Birdən üzümlüklərin kənarında göyə ucalan çinar 

ağacını  və ilan kimi onun başına dolanan tənəyi gördü. Qocanın sifətində, 

gözlərində işartı əmələ gəldi. Sevincək, asta addımlarla çinara yaxınlaşdı. Ağacı 

vaxtı ilə öz əlləri ilə basdırmışdı. Tənəyi də özü gətirmişdi. Çinarın gövdəsinə 

sarmaşan tənəyin xırdaca qoralan turşməzə idi. İsti havada ağacın kölgəsində 

oturub bu qoranın salxımlarından yeməkdən doymazdı.  İndi ağacın və  tənəyin 

salamat qalmasına həddən artıq sevinən qoca ağacın kölgəsinə gəldi və oradakı 

daşın üstündə oturdu. Gözünü Kürə, meşəyə, Ceyran çölün son bahar yaşıllığına 

bürünmüş  dərəli-təpəli çöllərinə zillədi. Oradakı qoyun yataqlarını, mal-qara 

saxladığı günləri, camışları isti havada haylayıb gölə tökdükləri anları xatırladı. 

Birdən yadına qürbətdə olan bir hadiso düşdü. 

Bir gün Arazı o üzə keçənlərin bir dəstəsi bazara getdi. Onlar daxılın 

arxasında oturan çobanın satdığı qoyun-quzuya baxdılar və kök bir quzınu seçib 

götürdülər. Heç yüz metr aralanmamışdılar ki, qoyun daxılın üstündən atlanıb 

özünü balasının üstünə saldı  və onu kişilərin  əlindən almağa çalışdı. Quzunu 

sakitcə geri qaytardılar. Qaçaqlardan biri kədərli-kədərli dilləndi: 




____________________Milli Kitabxana_____________________ 

365 


 

  



Qoyun qoyundur ki, balasını  əldən vermədi, amma bız hər  şeyi atıb 

canımızı götürüb qaçdıq. 

Qoca çinann dibindəki daşın üstündə oturaraq əlləri ilə üzünü ör-tüb astadan 

hönkürdü. Bayaqdan kənarda dayaoıb bu qorib adama göz qoyan yaşlı bir kişi 

asta-asta ona yaxınlaşdı. Üzüm dərən uşaqlardan da irəli gələn oldu. Ancaq heç 

kəs ondan beç nə soruşmadı. Uşaqlar kənardaca oturdular. Birdən Kürün 

sahilindən dikdirə  çıxan cığırda  əvvəlcə bir cüt qulaq və sonra canavar sifəti 

göründü. Uşaqlar qorxudan titrətdi və qaçmaq istədilər. Canavarı görən saqqallı 

qərib kişi dirçəldi va canavara diqqətlə baxib birdən "Alan" deyə pıçıldadı. Elə 

bil canavar bu sözü eşitdi.  İtin qan yaddaşı  hərəkətə  gəldi. Keçəl Xondulunu 

öldürdükdən və uzun müddət meşədə  tək yaşadıqdan sonra canavar sürüsünə 

qoşulmuş  və oralara hərlənən bir insan övladı gördükdə üstünə atılmışdi. Ona 

görə  də heç kəs qorxusundan o tərəflərə  hərlənməz, "Alan törəmələrindən 

özünüzü gözləyin" deyərdilər. İndi birdən-birə bu canavarlardan birinin bu sahilə 

gəlməsi və "Alan" sözünü eşidən kimi sakitləşməsi uşaqları  və yerli qocanı 

təşvişə salsa da, qəribi sevindirmişdi. 

Alan  əvvəlcə çömbəltmə oturub qərib kişiyə baxdı. Sonra biləklərinin 

üstündə sürünərək ona yaxınlaşdı. Sifətini kişinin dizlərinə qoydu. Qərib isə 

onun başını tumarladı. 

Bayaqdan qorxa-qorxa bu mənzərəni seyr edən qoca birdən qəribdən 

soruşdu: 

- Ayə, sən Həsən ağa deyilsənmi? 

Qərib qoca başını qaldırdı və göz yaşı içində "Bəli, - dedi.  

-  


Bə bizim el-oba hanı?". 

- Oğlun Söhrab buradadı. Bu saat çağırtdıraram. Bə niyə belə bixəbər 

gəlmisən? 

Qorxurdum ki, heç kəsi tapmayam. 



Uşaqlar göllə kimi qaçıb üzümlükdə dolaşan Söhrabı tapdılar. Bir-birinin 

sözünü kəsə-kəsə: - Müəllim, atanız gəlib, - dedilər. 

Söhrab heç nə anlamadı. Bir müddət key kimi dayanıb uşaqlara baxdı. Sonra 

"Hardadı" deyə soruşdu. 

- Orda, 

çinarın dibində oturub. 

Söhrab quş kimi yerindən götürüldü, çinara doğru getdi və birdən dayanıb 

geri qayıtdı. İri uşaqlardan ikisini yanına çağırıb evə göndərdi. 

Tez olun qaçın evə. Qapıdakı qara qoçu maşına qoyub gətirin. 



Əhd eləmişəm. Ayağının altında qurban kəsəcəm. 

  

 




____________________Milli Kitabxana_____________________ 

366 


 

  

Özü yenidən çinara doğru qaçdı. 



...Həsən ağa canavarın başını  sığallayırdı. O isə insan kimi kövrəlmişdi. 

Gözləri tez-tez yaşarırdı. 

Söhrab çinara yaxınlaşanda uşaqlar qara qoçu da gətirdilər. Söhrab dərhal 

qoçu yıxıb boğazladı vo özünü atasının üstünə salmaq istədi. Amma Həsən 

ağanın sakitliyi onu çaşdırdı. Kişi kürəyini çinar ağacına söykəyib elə bil yuxuya 

getmişdi.  Əsən meh saqqalını astadan tərpədirdi. Bayaqdan Alanın başını 

sığallayan əli tərpənmirdi. 

Söhrabın keyləşdiyini görən qoca Məmməd kişi yönünü yana çevirib göz 

yaşlarını sildi. 

- Doymə. bala, qoy dincəlsin. Onu torpaq çəktb gətirib bura. 

Söhrab birdən diz çökdü. Əllərini göyə qaldırdı. 

Ey yeri-göyü yaradan Tanrı, niyə bizim qurbanlığımız ilə ehsanlığımızı 



bir-birinə qatırsan?! Biz hüzurunda nə pis iş görmuşük?! 

Deyəsən Alan törəməsi də olanları başa düşdü. Başını astaca qaldırıb ağzını 

göyə tutdu. Ulamaq istədi. Alama ulamadı. Başını  Həsən ağanın  əlləri üstünə 

qoydu. 


Külək yarpaqları astadan xışıldatdı. Həsən ağanın uzun saqqalı ehmalca 

tərpəndi. Göz yaşı içində atasının böyrünə qısılan Söhrab, Alan, bir də Həsən ağa 

elə bil sahildə heykəlləşdilər. Kür isə yenə  həmişəki kimi gah meşəyə doğru 

burulub axır, gah çiləkənlərin üstündən aşır, gah da yarğanlara, qolpunlara 

çırpılırdı. Elə bil dünyada heç nə olmamışdı. 

 

Son 

1995 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə