Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə123/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   119   120   121   122   123   124   125   126   ...   132

____________________Milli Kitabxana_____________________ 

372 


 

  

nın büzmələrini dartışdırdılar. Bəziləri də həyalı gəlinlar kimi kəlağayılarının bir 



ucunu ağızlarına yaxınlaşdırıb yaşmaq tutdu. İlyas özünü itirdi. Səhər-səhər 

bulaq suyunda güzgülənib sığallanan bu qızların hansına yaxınlaşıb nə 

deyəcəyini bilmədi. Onların lal sükutundan, qayır-qayır qaynayan gözlərindəki 

bic şıltaqlıqdan qorxdu. Bilirdi ki, bu yerə baxan qızların dilinə düşmək yaman 

işdir, Allah adamı onların  şitliyindən saxlasın. Dili-dodağı  təpidi, udqundu və 

güclə dilləndi: 

- Bir içim su verin, nə olar?! 

Səhənglərini cərgə ilə düzən qızların arasından bir pıçıltı keçdi və  oğlan 

bulağın novuna əyilmiş Zöhrəni indicə gördü. Qız əlindəki nilufəri dolça kimi su 

ilə doldurub İlyasa verdi. O, əlləri titrəyə-titrəyə suyu aldı, başına çəkdi və bir də 

istədi. Zöhrə çiçəyi kənara qoyub dolçanı doldurdu. O, dişi göynəsə  də qabı 

birnəfəsə boşaltdı və yenə su istədi. "Bu yazığın ciyarı yanırmış ki," - deyə kimsə 

söz atdı. Qızların bu atmacasına cavab vermədi. Üçüncü dolçanı yarıya qədər 

içdi və qalanını Zöhrənin yalın ayağına tökdü. Qız diksindi, qonur gözlərini 

İlyasın üzünə zillədi. Bu baxışlarda ani bir qığılcım oynadı, şimşək kimi çaxdı və 

qızın dodaqları qaçdı. Qızin qımışmağı  təzədən onun canına od saldı. Bulaq 

başından nə vaxt aralandığından, dağa necə  dırmaşdığından xəbəri olmadı. Bir 

də onu gördü ki, iri bir vələsin altında, göy otluqda, çiçəklərin arasında 

uzanmışdır. Qızların gülüşü yenidən qulaqlarına dolub güyüldədi. Amma ürəyi 

sakitləşmişdi. Suyu qızın ayağına tökmüşdü. Demək, ürək sözünü demişdi. Bu, 

dağlarda bir adət idi. Çoxdan, lap dədə-babadan qalma adət. Qız da 

hirslənməmişdi,  əvvəlcə  qımışmış, sonra da başını  aşağı salıb qızarmışdı. 

Demək, onun da ürəyi oğlanı tutmuşdu... 

Bir gün kənddə yenə toy vardı. Oktyabr bayramının ildönümünü qeyd 

edirdilər. O vaxt qayda idi: kənd camaatı məktəbin qabağına toplayardı. Uşaqlar 

rəngli kağızlardan naxışlar kəsər, zəncir düzəldər və sinif otaqlarını, eyvanları 

bəzəyərdilər. Kənd cavanları atlarının quyruğunu duyub cıdıra hazırlaşardılar. 

Qulplu qazanlarda xörək bişər, qara zurna dilə gələrdi. Düz nağıllardakı kimi üç 

gün, üç gecə çalıb-oynayardılar. 

Hava xoş idi. Elə  məktəbin həyətində son bahar yaşıllığının üstünə  gəbə-

kilim də döşəmişdilər. Kəndin ahıl arvadları, qızları, gəlinləri bardaş qurub 

oturmuşdular. Zurnaçılar ortada, stulda əyləşmişdilər. 




____________________Milli Kitabxana_____________________ 

373 


 

Əvvəlcə cıdırhəngi çalindı, sonra güləşəngi. Cavanlar at çapıb, qurşaq tutub 

yorulandan sonra oyun başladı. Kəndin gözəlləri qoşalaşdılar. 

İlyasın gözü bacısıyla Zöhrədəydi. Onlar yanaşı oturmuşdular. Bu gün hər 

şey həll olunmalıydı. İlyasın bacısı meydana çıxmalı, ortada bir az hərlənəndən 

sonra Zöhrəni çağırıb oynatmalı idi. 

Zurnaçılara yanaşdı. Qulaqlarına nəsə pıçıldadı. Sümüyə düşən ağır bir hava 

çalınan kimi İlyasın bacısı ayağa durdu, qollarını qaldırıb bir dövrə vurdu və 

oynaya-oynaya gedib Zöhrənin qabağında dayandı. Qız  əvvəlcə dartındı, 

oynamaq istəmədi. Onu dümsükləyib ayağa qaldırdılar. Zöhrənin başında 

bənövşəyi yelinli ağ  kəlağayı vardı. Cığaları  qıvrılıb yanağına düşmüşdü. 

Qırmızı koftasının yaxasına pullar düzülmüşdü. Qırçınlı uzun donu topuğuna 

enirdi. Hiss olunurdu ki, dikdahan çəkməsini yenicə geyinib. 

Qol-qola verib ortada süzdülər. Dəfçi nəsə qışqırdı, kiminsə adını çəkdi, "Sağ 

olsun oynayanlar" - dedi. İlyas bunları  eşitmədi. Onun gözü Zöhrə ilə 

bacısındaydı. Zöhrənin oyunu onu valeh etmişdi. Bu qız nə gözəl oynayırdı, asta-

asta, sındıra-sindıra. Dəfçi hər dəfə çomağını  dəfə endirəndə  qızın qolları 

tərpənirdi buğum-buğum. 

İlyasın bacısı oyununa ara vermədən hərləndi və sezilmədən Zöhrənin 

kəlağayısının yelənli ucunu ələ keçirdi. Zöhrə gözünü yumub-açınca ovcundakı 

pulu kolağayının ucuna düyünlədi. Bu qızı bəlləmək deməkdi. Əgər qız dartınsa, 

pulu açıb atsa, demək razı deyil. İlyas gördü ki, qız qıpqırmızı oldu və dartındı. 

Ancaq bacısı qızı tərpənməyə qoymadı, qucaqlayıb üzündən öpdü. Zöhrə başını 

aşağı salıb yerinə keçəndə dəfçi yenə qışqırdı: 

- Sağ olsun oynayan nişanlısıynan... 

İndi o, dizinə qədər qara bata-bata, ağacların budağından yapışa-yapışa dağa 

qalxır, meşənin dərinliyində özünə  məskən salmış Qaçaq Süleymanın yanına 

gedirdi.  İlyas qaçaqların harada gizləndiyini təxminən bilirdi. Eşitmişdi ki, 

Süleymanın dəstəsi əzgilli taladan bir az o yana, Sarı, qayanın alt tərəfində yerin 

altinda lağım atıb, özlərinə  sığınacaq düzəldiblər. Bura əlçatmaz bir yer idi. 

Qışda orada daldalanır, yaz-yay aylarında bir az da yuxari qalxırdılar. 

Yuxarı qalxdıqca qar daha da qalınlaşır, sazaq adamın iliyinə işləyirdi. Onun 

qaşı, kirpikləri buz bağlamışdı. Papağının sallama qulaqları donub quş qanadları 

kimi havada qalmışdı. 




____________________Milli Kitabxana_____________________ 

374 


 

  

İlyas Qaçaq Süleymanı bircə  dəfə görmüşdü. Düz iki il bundan əvvəl, belə 



qarlı bir gündə, qaçaqlar atlarını çapıb kəndə doluşdular. Boğazına kəndir 

saldıqları bir adamı atın yedəyində darta-darta məktəbin qabağındakı meydana 

gətirdilər. Hamı tamaşaya yığışdı.  İlyas boğazı  kəndirli adamı tanıdı. Müəllim 

idi.  Şəhərdən gəlib qonşu kənddə  dərs deyirdi. Onun paltosunu çıxartmışdılar. 

Bircə köynəkdə idi. Dizə qədər qara batmışdı. 

Qaçaqlardan biri qaşqa kəhər atını  məhmizləyib qabağa çıxdı.  İlyasın 

nəzərinə ilk çarpan onun çatılmış qaşları altında parıldayan qan sağılmış gözləri 

oldu. Kişinin üzündəki tüklər də biz-biz idi. İribədənli, enlikürəkli, genişsinəli bu 

adam yəhərin üstündə  qırğı kimi oturmuşdu. Kürkünün üstündən bağladığı 

onaçılan, çiynindən aşırılan çalın-çarpaz qolruqaltılar, yəhərin qaşından asdığı 

beşaçılan onun zəhmli sifətini daha müdhiş göstərirdi. 

Camaat, bilirsinizmi bunun günahı nədir? 



Heç kəsdən səs çıxmadı. Hamı dönüb qarın içində başı, sinəsi açıq dayanan 

müəllimə baxdı. Onun sifəti, qulaqları şaxtadan göyərmişdi. 

Bu bizim namusumuza toxunub. - Elə bil camaatın üstünə su ələndi. 



Bunu hiss edən qaçaq sözünü tamamladı, - qızları başına yığıb teatr çıxardıb. 

Kəndin ağsaqqallarından biri çiyninə saldığı kürkünün yaxasını  çəkib 

düzəltdi və bir-iki addım irəli yeridi. 

İndi fikrin nədi, ay oğul? 



- Gözünüzün 

qabağında bunun başını kəsəcəm. 

Əl saxla, a bala, adam hər  şeydən ötəri qan tökməz. Görmürsənmi 



fağırın biridi, çevir balalarının başına, burax getsin. 

Qaçaq Süleymanın üzü əsdi. Qamçısı ilə papağını alnından geri itələdi. Onun 

gözləri kişinin üzünə züləndi. 

- Yəni deyirsən, namusumuzu ayaqlar altına ataq? 

Kim deyir onu, a bala, namussuz yaşamaqdan ölmək yaxşıdır. 



Qaçaq Süleyman inadından dönmək istəmədi. Arama kənd camaatı ondan əl 

çəkmədi. Əl-ayağına düşdülər, yalvar-yaxar edib qaçağı yumşaltdılar. 

- Yaxşı, anan namaz üstündəymiş, qurban ol bunlara. Səni buraxıram, 

amma burdan elə əkilərsən ki, heç izin-tozun da qalmaz, Bir də gözümə dəysən 

böyük tikəni qulağın boyda eləyəcəm. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə