Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə122/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   118   119   120   121   122   123   124   125   ...   132

____________________Milli Kitabxana_____________________ 

367 


 

  

 



HEKAYƏLƏR 

 



____________________Milli Kitabxana_____________________ 

368 


 

 

 




____________________Milli Kitabxana_____________________ 

369 


 

NAMUS QAÇAĞI 

 

O dayandı. Nəfəsİni dərib  şaxtadan qıpqırmızı olmuş  əllƏrini hovxurdu. 



Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı. Dönüb aşağı, 

dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında qalmışdı. Bacalardan 

qalxan  şəffaf-maviyə çalan tüstülər havada laylanmışdı. Hər yer ağ örtüyə 

bürünmüşdü. Yol-iz çoxdan itmişdi. Dağlara bu il yaman qar düşmüşdü. 

Onun toyu idi. Bu axşam mağar başlamalı idi. Samanlığı süpürüb 

təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq 

lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun. 

Zurnaçılar çoxdan hazır idilər. Dəfçi dəfini qurudur, zurnaçı ilə züyçü 

zurnaları qoşalaşdırırdılar. O bılirdi ki, kəndin qız-gəlinləri boğçadakı 

paltarlarını  çıxardıb ora-burasını  sığallayır, donların, koftaların qırışını açır, 

bəzənib-düzənir, qaşlarına, gözlərinə  sığal verib, tellərini bururdular. Qış 

aylarında səhərəcən toyda qoşa-qoşa oynamaq bu kəndin adəti idi. Göyə fişəng 

atar, gecə lopa işığında gəlin gətirərdilər. 

O sevinirdi. Səhər-səhər sulamağa apardığı  at  da  yəhərin altında oynayır, 

yüyəni çeynəyib boynunu sağa-sola əyir və qar basmış yollarda cığır açırdı. Elə 

bil başa düşürdü ki, sahibi böyütdüyü, gözünün ağı-qarası  təkcə balası  İlyasın 

əlini başına yığacaqdı. Onun da evinə gəlni gələcək, onun da qara damı silinib-

süpürüləcək, taxtın üstündə  gərdək qurulacaq, qapısında  şax bəzədilib lopa 

yandırılacaqdı. 

Kəndin kənarındakı balaca çayın suyu gecənin  şaxtasından sırsıra bağlayıb 

donmuşdu. Buz layları yatağını  aşıb  ətrafa yayılmışdı. At yelini saxlamadı. 

Sahibinin yüyənini çəkməsinə fikir vermədən özünü suya saldı. Buz layları çat-

çat olub çilikləndi. Hardasa lap yaxında at kişnədi.  İlyas qanrılıb baxdı. Gələn 

koxalıların Rəşidi idi. 

O, İlyasın bərabərində atın başını çəkdi. Hər ikisi bir-birini süzdü. İlyas onun 

uca boyuna, vəznəli çuxasina, buxara papağına, gümüş toqqalı sallamalı 

kəmərinə, belindəki xəncərinə baxdı. o da İlyasın məxmərdən tikilmiş qalife 

şalvarına, zər baftalı nişan dolağına, çəkmələrinə, nimdaş pencəyinə və papağına. 

- Deyəsən toy eləyirsən? 

- Bəli. 



____________________Milli Kitabxana_____________________ 

370 


 

  

- Mənim qabağıma keçirsən? 



İlyas diksindi. Elə bü güllə kimi açılan bu sərt sözdən at da diksindi. Başını 

qaldırıb fınxırdı. Onun burnundan fısqıran nəfəs zolaqlanıb havanı yardı. 

- Zöhrə mənim nüşanlımdır. 

- Elə gözəl qız sənin kim gədaya yem ola bilməz. 

- Ağzını təmiz saxla! 

Cilovların çəkilməsi ilə atların döş-döşə dayanması bir oldu. Onların nəfəsi 

bir-birini vurdu. İlyasın əli gödəkcəsinin cibindəki naqanın dəstəyini sıxdı. 

Rəşid özündən xeyli cavan olan, üzünə yenicə ülgüc dəymiş İlyası yuxarıdan 

aşağı, rişxəndlə süzdü. Yüyəni çeynəyən atın başını  çəkib qamçını havada 

oynatdı. 

- Yadında saxla, mənim tikəmə əl uzadanın anasını ağlar qoyaram. 

Elə bil İiyasın gözündə hər şey qaraldı. Kəndin üstünə yorğan kimi sərilmiş 

qar da. şırıltı ilə axan büllur suyun üzünə yayılan buz da, solğun-solğun işıldayıb 

göz qamaşdıran gün də birdən-birə yoxa çıxdı.  İndiyə  qədər eşitdiklərinə 

inanmamışdı. Rəşidin "toy gecəsi qızı onun əlindən alacam, sonra istəsə özünə 

qaytararam deməsinə fikir verməmişdi, "ara sözüdür" deyə  xəbər gətirənləri 

sakitləşdirmişdi. Bir də  Rəşidin arvad-uşağı vardı. O, belə fikrə düşsə, qan su 

yerinə axardı. Namusu itə veriblər, it də yeməyib. Belə şey olardımı? 

İlyas fikirdən ayılıb özünə  gələndə  Rəşid uzaqlaşmışdı.  İlyas isə  hələ  də 

çayın kənarında dayanmışdı. Gözlənilməz zərbədən özünü elə itirmişdi ki, 

yerindən tərpənə bilmirdi. Alasından eşitmişdi ki, koxalılar tayfası arxalı tayfadı, 

özləri də  mərdimazardırlar.  Əllərindən nə köpəkoğluluq desən, gələrdi.  Şura 

hökuməti yeni qurulanda bir az səslərini içlərinə salmışdılar, amma indi, dağda-

daşda qaçaq-quldur dəstəsi çoxalır. Onlar da yenidən kəndin ortasında at 

oynadıb, ona-buna sataşırdılar. Bilirdilər ki, onların kəndi  əldən-ayaqdan uzaq 

yerdədir, dağ  gədiklərinin arxasında yerləşən bu kəndə  gəlmək üçün bələnlər 

aşıb, dərələr keçmək lazımdır. Qış aylarında isə yol-iz bağlanır, yaz gəlib 

dağların qarı tamam əriməmiş divan-dərə adamları buralarda görünmür. 

İlyas atını  məhmizlədi. Özünü nə  qədər  şax tutsa da, sınmışdı, bayaqkı 

şuxluğu yox idi, həyətə çatan kimi atası da bunu hiss etdi, gözlərini oğlunun 

üzündən çəkmədi. Sakitcə, atı tövləyə aparan oğluna 



____________________Milli Kitabxana_____________________ 

371 


 

  

baxdı.  İlyas heç nə olmamış kimi xeyli qapıda hərləndi, mağar yerini yoxladı, 



tədarük görənlərə baş çəkdi və birdən atasına yaxınlaşıb "Siz işinizdə olun - dedi 

- mən axşama qayıdacağam". Kişi dinmədi. Doqqazdan çıxıb dağlara doğru 

addımlayan oğlunun arxasınca baxa-baxa qaldı. 

O, Zöhrəni ilk dəfə bir yay axşamı bulaq üstündə görmüşdü. Elə o gündən də 

qızi ürəyi tutmuşdu. Amma ona yaxınlaşa bilməmişdi. Xeyli vaxt uzaqdan-uzağa 

qızın qarasıyla gəzib, izini izinə qatmışdı. Hiss eləmişdi ki, sinəsi doludur, onun 

qabağını kəsib bircə kəlmə deyə bilsə, ürəyindəkilərin hamısı gözü açılmış bulaq 

kimi poqquldayıb qaynayacaq. Evdə-eşikdə  qərar tuta bilmirdi. Dolama cığırla 

dağın döşünə qalxır, ağacların daldasında gizlənir, çaya enir, bulaq üstünü 

kəsdirir, hər yerdə o qırmızı donlu qızı axtarırdı. 

Bir dəfə yenə meşənin dərinliyinə çəkilmişdi. Ürəyi dolu idi, dərdini açmağa 

bir adam tapmırdı. İstəyirdi ki, özünə bir sirdaş tapsın, hər şeyi ona danışsın ki, 

bəlkə yüngülləşə. Heç ömründə oxumamışdı, anıma indi söz sinəsini deşirdi. 

oxumaq istəyirdi. Birdən papağının dalını qaldırdı, onun səsi  şaqqıldayıb 

meşədə, qarşıdakı qayalarda cingildədi: "Çərşənbə günündə çeşmə başında, 

gözüm bir alagöz xanıma düşdü". Elə bil yüngülləşdi. Ürəyini boşaldıb nəfəsini 

dərdi. Hər  şey susmuşdu. Bircə onun qayalarda əks-səda verib təkrarlanan 

səsindən başqa. 

Qaqqıltı qopdu. O, yerindən sıçrayıb dinşədi. Səs aşağıdan gəlirdi, bulaq 

üstündən. İlyas başa düşdü ki, gülüşən qızlardı. Ona, onun mahnısına gülürdülər. 

Bədənini soyuq tər basdı, istədi dağyuxarı  dırmaşsın, baş alıb bu yerlərdən 

getsin, ilim-ilim itsin ki, ona gülən qızların səsini bir də eşitməsin. Amma ayaq 

saxladı. Dinlədi. Gülüş qarışıq bir səs gəldi qulağına: 

- Yandıran yansın, ədə, özünə nə divan tutursan? 

Ağaclar yenidən səs-səsə verib şaqqıldadı. Yarpaqlar titrədi. Amma bu 

gülüşlər səngiyəndə o, aydınca bir səs də eşitdi: 

- Gədəni niyə utandırırsınız, qoyun oxusun, yaxşı səsi var. 

Bu sözləri deyən Zöhrə idi. Onu yandırıb-yaxan, dağlara-daşlara salan Zöhrə! 

Bir dəfə ürəkləndi. Bulağın üstünə endi. Qızlar onu görən kimi özlərini 

yığışdırdılar. Sürüşüb çiyinlərinə düşən kəlağayılanın irəli çəkib saçlarını 

qulaqlarının arxasına yığdılar. Koftalarının yaxasını, donları- 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə