Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə51/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   47   48   49   50   51   52   53   54   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
44
Mərkəzi hakimiyyət ilə qarşıdurma şəraitində separatçılığın təzahürü və onun sonrakı inkişafı 
üçün kompleks şərtlərin mövcudluğu vacib sayılır. Həmin şərtlərə aid etmək olar: 
a)
hakim xalq (etnos) tərəfindən guya diskriminasiya olunan xalqın (etnik qrupun) həmin 
ərazidə çoxluq təşkil etməsi, kompakt şəkildə və uzun müddət yaşaması; 
b)
azsaylı xalqlar (etnik qruplar) arasında milli, yaxud dini özünüdərketmə prosesinin yüksək 
inkişaf səviyyəsinə çatması; 
c)
ölkədə siyasi və sosial-iqtisadi vəziyyətin qeyri-stabil olması; 
d)
xarici dövlətlərin xüsusi xidmət orqanları və ya qeyri-rəsmi dairələri tərəfindən azsaylı xalqa 
maddi və mənəvi kömək göstərilməsi [1]. 
Sadalanan şərtlərdən hər hansı birinin mövcud olmaması, açıq şəkildə ayrı-seçkilik siyasətinə 
məruz qalan azsaylı xalqlar arasında separatçılıq meyllərinin təzahürünü və inkişaf edib hərəkata 
çevrilməsini qeyri-mümkün edir.
Məlumdur ki, xarici və texniki dəstək almayan separatçılıq hərəkatları tez bir zamanda dövlət
tərəfindən söndürülür. Separatçılıq polietnik cəmiyyətlərdə milli azlıqla titul xalq arasında bu və ya 
digər səbəblərdən yaranan problemlərin radikal həllinə yönəlmiş hərəkat olduğundan birbaşa 
terrorçuluğu doğurur. Terrorçuluqla separatçılıq eyni mənbədən qaynaqlanır. Bu konfliktlər qeyri-
stabillik, dünyanın barışmaz şəkildə “biz” və “onlara” bölünməsidir. Separatçılıq həmişə milli 
müstəqilliyin daha təcavüzkar tərəfdarlarının terrorçuluq fəaliyyəti ilə müşayiət olunur və bu elmi 
ədəbiyyatda “təcavüzkar separatizm” kimi təsnifatlandırlır. Terrorizm - qarşıya qoyulan maraqlar 
sivil yolla təmin olunmadıqda yaranan, mübarizə hədəfinə və hədəfin ünsürlərinə siyasi, iqtisadi və 
psixoloji təsir göstərmək məqsədilə zorakılıqlar həyat keçirən qeyri-sivil mübarizə metodudur.
Ümumiyyətlə, terrorizm lap qədimdən başlamış bir zorakılıq üsuludur. Sənayenin, elm və texnikanın 
inkişafı, dünyada baş verən proseslər terrorçular tərəfindən daha faciəli nəticələr əldə etmək üçün 
terrorizmin mübarizə metodlarını “müasirləşdirib” [4, s.12]. 
Müasir dövrdə hansısa maraqlar naminə partlayış törədən şəxslə keçmişdə dövlət başçısını, 
kral, imperatoru və s. müəyyən maraqlar naminə öldürən şəxs arasında zaman baxımından heç bir 
fərq yoxdur. Hər ikisi terrorçudur. Mübarizə metodu kimi terrorizmi seçən qurum yarandıqdan sonra 
isə onun formalaşma mərhələləri diqqəti xüsusilə cəlb edir.
Terrorizm yarandıqdan sonra, ilk növbədə ölkəni və ya digər mübarizə hədəfini məcbur etmək 
üçün mərhələləri başlayır: 
I - hazırlıq mərhələsi. Terror təşkilatının ideoloqları incə ideoloji təbliğata cəmiyyətdə özlərinə 
dayaq axtarırlar. Əgər bu dayaq yoxdursa, onda cəmiyyətdə olan çatışmazlıqları, həssas faktorları 
araşdırır və əgər hakimiyyət vaxtında tədbir görə bilmirsə və ya görmürsə dərhal bu yöndə, yəni 
çatışmazlıqların qabardılması yönündə işə başlayırlar. 
II - təşkilatlanma mərhələsi. Birinci mərhələni keçdikdən sonra artıq güclü formada mübarizə 
apara biləcək təşkilat qurulmağa başlayır. Bu zaman, kütlə arasında onlara rəğbəti ilə seçilən şəxslər 
və bu şəxslərin təsiri altında olan digər şəxslər cəlb edilərək, hər cür formada mübarizə apara biləcək 
terrorçular yetişdirilir. 
III - ilk terror aktları mərhələsi. Artıq iki mərhələni keçmiş təşkilat yaradılmışdır. Ona görə də 
mübarizənin başladığını bildirən ilk terror aktları həyata keçirilir. Bu mərhələnin əsas məqsədi 
cəmiyyəti qorxu altında saxlamaqla dövləti terror aktlarının qarşısını ala bilməməkdə günahlandıran 
yöndə təbliğat apararaq xalqın hakimiyyətə olan inamını zəiflətməkdir. 
IV - daxili müharibə mərhələsi. Bu mərhələdə əsas məqsəd dövlət hakimiyyətini ələ 
keçirməkdir. Bu zaman, müxtəlif bölgələrdə təşkilatlar formalaşdırılır, təlim bazaları qurulur və 
hökumət qüvvələri ilə açıq döyüşlərə girilir. Bu mərhələdə, həmçinin xarici yardımlar da qəbul 
olunmağa başlanır [5, s.26]. 
Dövlət və cəmiyyət üçün tədricən xüsusi təhlükəli bir problemə çevrilən terrorizmin meydana 
gəlməsinin müxtəlif səbəbləri vardır. Bunlardan ən başlıcası separatist maraqlardan doğan 
terrorizmdir. 
Ümumiyyətlə, separatçılıq tarixən böyük müharibə və münaqişələrin əsasını təşkil etmişdir. 
Ancaq müasir dövrdə daha kompleks mübarizə yolunu seçən separatçı qruplar münaqişə ilə yanaşı 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə