Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə52/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   48   49   50   51   52   53   54   55   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
45
daha çox terror metodundan istifadə edirlər. Bunun əsas səbəblərindən biri də odur ki, separatçıların 
başlatdığı müharibənin onların özü üçün necə nəticələnəcəyini əvvəlcədən proqnozlaşdırmaq 
mümükün deyil, amma keçiriləcək hər bir terror aktının nəticəsi məlumdur. 
Separatist maraqlardan yaranan terror fəaliyyəti uzun illər davam edir. Məsələn, Şimali 
İrlandiyanın müstəqilliyi üçün mübarizə aparan İrlandiya Respublika Ordusu, Fransa və İspaniya 
ərazisində müstəqil Bask dövləti yaratmaq istəyən ETA təşkilatının terror yolunu seçməsi onların 
separatçı maraqlarının nəticəsidir.
“Təcavüzkar separatçılığ”ın bariz nümunəsi Dağlıq Qarabağda baş qaldırmış erməni 
separatçılığıdır. Beynəlxalq münasibətlər sistemində bir qorxulu tendensiya da var ki, bu 
separatçılğın cəzalandırılması əvəzinə onun həvəsləndirilməsi və müəyyən qüvvələr tərəfindən 
dəstəklənməsidir. Məsələn, Kosovonun Serbiyadan ayrılmasının Qərb, Cənubi Osetiya və 
Abxaziyanın Gürcüstandan ayrılmasının isə Rusiya tərəfindən dəstəklənməsi, Dağlıq Qarabağda baş 
verən hadisələrin beynəlxalq birlik tərəfindən birmənalı qiymətləndirilməməsi dünyanın bir sıra 
bölgələrində separatçıları ruhlandırır və onları “tam və qəti qələbə” uğrunda mübarizəyə 
həvəsləndirir. Beləliklə, separatçılıq cəzasız qaldıqda və dəstəkləndikdə ekstremist xarakter daşımağa 
başlayır. Vahid dövlətin bölünməsi və yeni dövlətin yaranması separatçılıq qarşısında duran əsas 
məqsəd olduğundan bu, hər bir ölkənin təhlükəsizliyinə və suverenliyinə yönəlmiş ciddi təhdiddir. 
Çünki yeni dövlətin yaranması nəinki ərazinin itkisi, həm də bu ərazidə yerləşən resurslardan məhrum 
olmaq deməkdir. Eyni zamanda, dövlət öz sərhədlərində ona qarşı düşmənçilik siyasəti yürüdəcək 
yeni dövlətin mövcudluğu ilə barışmalıdır.
Qeyd olunduğu kimi, separatçılıq ekstremizmi, ekstremizm isə terrorçuluğu doğurur. Terrorizm 
anlayışına ən yaxın ekstremizm anlayışıdır, lakin bunlar eyni mənalı sinonim sözlər deyildir. İlk öncə 
kifayət qədər ortaq cəhətlərə malik siyasi ekstremizm ilə siyasi terrorizmi fərqləndirmək 
məqsədəuyğun olardı. Çünki ekstremist təşkilatlar məqsədləri naminə terrorçu metodlara olduqca 
sıx-sıx müraciət edirlər. Terrorizm kimi ekstremizm də mövcud quruluşa, onların maraqlarına cavab 
verməyən siyasi şəraitə qarşı çıxır. Ekstremizm siyasi məqsədlər üçün zorakı vasitələrdən istifadə 
etməklə cəmiyyətdə qeyri-stabillik yaratmağı nəzərdə tutur. Ekstremistləri terrorçulardan 
fərqləndirən cəhət, onların məqsədləridir. Yəni, onların tələbləri daha dərin siyasi dəyişikliklərdən 
ibarətdir. Terrorizmdən fərqli olaraq, ekstremistlər dövlət quruluşunun və sərhədlərin 
dəyişdirilməsinə çalışırlar. Əksər hallarda ekstremizm fəaliyyəti ilə siyasətin subyektləri məşğul olur. 
Ekstremizm dedikdə, siyasi hərəkatların, partiyaların, həmçinin səlahiyyətli şəxslərin və adi 
vətəndaşların, mövcud ictimai-siyasi vəziyyətin zorakı vasitələrlə dəyişdirilməsinə yönəldilmiş 
qeyri-qanuni fəaliyyətləri nəzərdə tutulur. Terrorçulardan fərqli olaraq, ekstremistlər zorakılıq 
aktlarını deklorativ məqsədlə istifadə etmirlər. Yəni, onlar terror aktlarını cəmiyyətdə böyük əks-səda 
doğurmaq üçün deyil, birbaşa qarşılarında duran mənafeləri aradan qaldırmaq üçün törədirlər. Bu 
mənada, terrorizmlə ekstremizm arasında sərhədləri nisbi də olsa, müəyyən etmək mümkündür. 
Diversiya da terrorizmə yaxın hadisələrdən hesab oluna bilər. Lakin diversiya, bir qayda olaraq, 
müəyyən məqsədlərlə dövlətin xüsusi orqanları tərəfindən törədilir. Terror aktının səmərəliliyi, onun 
hansı səviyyədə ictimai əks-səda doğurması ilə ölçüldüyü halda, diversiya aktının əks-səda doğurması 
əksinə, onu həyata keçirənlər üçün təhlükəlidir. Diversiya aktları, əsasən texnogen qəzaları, bədbəxt 
hadisələri və ya başqa qüvvələr tərəfindən törədilmiş zorakılığı imitasiya edir. Terrorizmdən ən 
başlıca fərqi də ondan ibarətdir ki, diversiya aktları törədənlər bütün mümkün vasitələrlə gizlin 
qalmağa çalışırlar. Dövlət xüsusi orqanları tərəfindən törədilən diversiya aktlarının məsuliyyəti əksər 
hallarda tamamilə başqa subyektlərin üzərinə atılır.
Beynəlxalq polis institutunun əməkdaşı B.Ganor 2002-ci ildə “Polis təcrübəsi və tədqiqatları” 
adlı beynəlxalq jurnalda çap etdirdiyi “Biri terrorçu, digəri azadlıq uğrunda mübarizə aparan” adlı 
məqaləsində terrorizmi partizan müharibəsi, inqilabi zorakılıq, milli-azadlıq uğrunda mübarizə və 
zorakılıqla müşayiət olunan başqa fəaliyyət növlərindən fərqləndirməyə çalışmışdır. Terrorizmdən 
fərqli olaraq, partizan müharibəsi hərbi qüvvələrə qarşı aparılır. Lakin tarixi müşahidələr, bu 
istiqamətdə terrorizmlə partizan müharibəsi arasında sərhədin mövcudluğunun şərti xarakter daşıması 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə